Antik Yunan fəlsəfəsi və özünü dərk etmə!


Antik Yunan fəlsəfəsi və özünü dərk etmə!

Bu fəlsəfi fikir və dərin cümlənin tarixçəsi belədir : Deyirlər ki , bir dəfə hökmdar Sirakuzlu Dionise Aristippen üzünə tüpürür.Ancaq o pərt olmur , söyləyir ki , balıqçı balıq tutanda duzlu su sıçrantılarına dözürmü ?
Bəs mən niyə böyük balıq tutmaq üçün çaxır qarışıq su sıçrantılarına dözməyim ?
Gördüyünüz kimi Aristipp öz mənində elə bir güc tapırki , həmin gücü də özünün daxili zənginliyindən müdrikliyi sahəsində çıxarır. Demək o , öz daxili zənginliyi ilə ona qarşı olan mənfi , pis təsirləri özündən öz müdrikliyi sahəsində uzaqlaşdırır və ola bilsinki , onu özünün HƏZZ mənbəyinə çevirir.
Sofistlərin müəllimləri olan Protoqor söyləmişdir ki, hər şeyin həm olmasının və həm də olmamasının ölçüsü, meyarı insandır . Deməli insan öz daxilində elə bir situasiya yarada bilər ki , onda öz məninin qüdrətini bilə bilir . Yəni özünün nəyə qadir olduğunu öz – özünə dərk edir .
Yəni insan özünə səyahət edir ki , ağıl , düşüncə ilə özündən anlayışlar tapıb düzəltsin . İnsan məhz bu anlayışları daxilində düzəldəndə başqalarını , onların həyatını təhlükə altına qoyacaqsa bu nəyə gərəkdir ? ! Bunu əgər döyüş , əsl savaş , güləş , çarpışma və müharibə terminlərində düşünsək çox yaxşı , uğurlu nəticə ola bilər .
Amma insan varki , döyüş , əsl savaş , güləş , çarpışma və müharibə terminləri ilə öz daxili dərk etməsini məhz müharibəsiz və savaşsız bir sakit yaşamları həyatda özündən ətrafdakı insanlara məcburən ziyan vurmaq , onları alçaltmaq fikrindədir . Bu nə dərəcədə doğrudur ? !
İnsan varki öz daxilindəki ucalıqları , zənginlikləri insanları pis və ya yaxşı mənada öz əlində fırlatmaqda görür.Nəyi isə bir dəfə yaxşı , gözəl – o biri dəfə isə ziddiyyətdən utanmadan , – pis , eybəcər sübut etməyə can atır .
Fikir verin eyni adamı ətrafdakı insanlara , oğru kimi tanıtdırir və həmin adamı yenidən təmiz kimi müdafiə edir .
özünü dərk etmə problemində yəni , şüurun öz -özünü düşünməsində bir qaçılmazlıq var . Şüur özünü düşünmək üçün özünü müəyyənləşdirməlidir.Demək buradan belə çıxır ki , şüur özünə sərhədlər qoymalıdır.Bəli sənin düşündüyün sənə xoş olar , nəticəsində də razı qalarsan ,amma ətrafındakı insana sənin düşündüyün ziyan gətirər və həmin insanın uçuruma yuvarlanması ilə nəticələnər.
Deməli yuxarıda qeyd etdiyim kimi sən özünü dərk etmək üçün öz daxilinə , şüuruna səyahət edirsənsə , öz şüuruna sərhəd qoymalısan.
“özünüdərk ” , ” özünübilim” , müdrik və müdriklik sahəsində güclü olması üçün insana lazımdır.öz daxili zənginliyinə özünü dərk etmək üçün səyahət edirsənsə müdrik və müdriklik sahəsində sən özünü , öz mənini daha böyük bəlalardan qurtara bilərsən .Müdriklik sayəsində güclü olursan və əldə etdiyin güclə təbiətdən gələn aqressivliyə , məsələni ölümə , qıtlığa sinə gərirsən yada mədəniyyətin sınaqlarından qurtula bilirsən ; yəni bəzi insanların sənə qarşı mədəniyyətsiz davranışından , mədəniyyətsiz əməllərindən qurtula bilirsən . Məsələn : Hökmdar Sirakurlu Dionisin təhqirindən Aristipp öz daxili zənginliyini özünün müdrikliyi sahəsində dərk etməsilə sarsılmadan çıxdı.
Baxın artıq Antik Yunan fəlsəfəsində psixologiyada və mədəniyyətdə özünü dərkin yaxşıya və yamana yönəlikliyi açılmışdır .
Yaxşı əlbəttə ki , insanlara xoş , həzz verəndir , — yaman , pis isə onun əksi olaraq insanlara əzab verəndir.
Mən istərdim ki , insanlar öz daxilinə özünü dərk etmək üçün səyahət etdikdə təkcə özlərini deyil , ətrafdakı olan bütün insanları düşünsünlər və ətrafında olan insanlarla elə rəftar etsinlər ki , qoy o insanların könlü şad olsun , sevinsin , üzü gülsün . Axı nəyə gərəkdir insanlara əzab vermək ?
ALLAHTƏALA bütün yaratdığı varlıqların içində məhz biz insanlara şüur vermişdir.
Gəlin biz insanlar da ALLAHIN bizə verdiyi şüurumuzu yaxşı işlər , yaxşı əməllər görməyə məcbur edək .
Əgər sən özünü şüurlu insan sanırsansa , onda sən yaxşı əməllərinlə ətrafındakı insanlara örnək olmalısan , insanlara kömək etməlisən , onlara düzgün yol göstərməlisən .Əgər ətrafında olan insanlardan həyat təcrübən ,biliyin çoxdursa sən öz müsbət biliklərini o , insanlara öyrətməlisən .

Cavab qoy

WordPress.com Bloqu.

Yuxarı ↑