İnsanlara necə təsir etmək olar?


Nəhəng şirkətləri ortabab şirkətlərdən ayıran başlıca xüsusiyyət, təşəbbüskar və proaktiv davranan rəhbərlərə və işçilərə sahib olmalarıdır. Proaktiv insanlar gördükləri işi bir addım qabağa aparmaq, effektli etmək üçün yaradıcı planlar həyata keçirə bilən və bu istiqamətdə addım atmaqdan çəkinməyən, fərqli insanlardır. Bunun üçün də ətraflarındakılara təsir göstərmək, hədəflərinə çatmaqlarını asanlaşdıracaq insanları yola gətirmək və onların dəstəyini təmin etməkdə uğurlu olmaq məcburiyyətindədirlər. Özlərilə eyni hədəfə doğru çiyin-çiyinə yeriyəcək insanları təsir altına salmağı, öz tərəfinə çəkməyi bacarmalıdırlar. Continue reading “İnsanlara necə təsir etmək olar?”

Advertisements

Kütləvi informasiya vasitələrinin köməyilə “Manipulyasiyanın 10 üsulu”


1. Diqqəti yayındırmaq
Cəmiyyəti idarə etməyin başlıca üsulu, siyasi və iqtisadi idarəetməylə məşğul olanlar tərəfindən, kütlənin diqqətini, həlli vacib olan problemlərdən yayındırmaq üçün informasiya məkanını daim önəmsiz, lakin maraqlı məlumatlarla doldurmaqdır. Diqqəti yayındırmanın belə üsulu insanların, iqtisadiyyat, psixologiya, neyrobiologiya və kibernetika elmləri sahəsində mühüm bilikləri qazanmağa mane olmaq üçündür. Continue reading “Kütləvi informasiya vasitələrinin köməyilə “Manipulyasiyanın 10 üsulu””

Liderlik


Liderliyə bir çox təriflər verilir. “ Collins” ingilis dili lüğəti liderliyi belə müəyyənləşdirir: “ komanda və qrupun rəhbəri (ləri)”. Lakin əsil liderlik bundan daha artıq mənaya malikdir. Lider təşkilatın icraçı direktoru və ya gizli müvəffəqiyyətə nail olmaq üçün komandasına rəhbərlik edən bir illik işçi də ola bilər. Dəfələrlə güclü liderlər sadəcə olaraq ruhlandırma, inandırma və şəxsi əlaqələr vasitəsilə rəhbərlik etdikləri halda, lider rəsmi güc və səlahiyyətdən də istifadə edə bilər.  Continue reading “Liderlik”

30 yaşa çatmadan necə varlanmaq olar?


Business Insider saytı 21 yaşında universitetdən qovulub, pulsuz-parasız qaldıqdan sonra 30 yaşına çatmadan milyoner olan bir sahibkardan tövsiyələr aldı. Budur həmin o tövsiyələr:

Pulu izləyin

Təşəbbüskarın fikrinə görə, gənc işçilər gələcək on ildə qazanclarını on qatına çıxaracaq işlərin arxası ilə getməlidirlər. Continue reading “30 yaşa çatmadan necə varlanmaq olar?”

Ümumi təhsilin səviyyələriİ üzrə təlim nəticələri


 İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:  yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;

oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;

lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;

öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi; Continue reading “Ümumi təhsilin səviyyələriİ üzrə təlim nəticələri”

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU


Kurikulum  islahatını zəruri edən səbəblər •  Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması •  Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid •  Dünya təhsil sisteminə inteqrasiya •  İnformasiya əsrinin tələbləri •  Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması •  Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin  əsas  xüsusiyyətləri Kurikulum  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri  özündə əks etdirən konseptual sənəddir. Continue reading “FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU”

KURİKULUM NƏDİR ?


KurikuliumKurikulum nədir? Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan Continue reading “KURİKULUM NƏDİR ?”

Beyin üçün 20 tövsiyyə


 

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?

3. Xarici bir dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə xarici ya da yerli yeni söz öyrənib, istifadə edə bilərsiniz. Lüğət oxuya bilərsiniz. Alış – veriş siyahısı və ya telefon nömrələrini əzbərləməyi yoxlaya bilərsiniz. Continue reading “Beyin üçün 20 tövsiyyə”

Maraqlı faktlar


1977-ci ildə NASA kosmosa Voyagerraketini buraxarkən ona qızıl plastinka da əlavə edib. Əgər raket yadplanetlilərin əlinə keçərdisə bu plastinka onlara Dünya haqqında dolğun məlumat verəcəkdi. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və 27 musiqi parçası vardı. Plastinkanın içərinsdə olan 27 melodiyadan biri Azərbaycan musiqisi idi.

1863-cü ildə Jül Vern XX əsrin Parisiadlı kitab yazıb. O, bu kitabda o vaxt mövcud olmayan avtomobilləri, faksı və elektrik stulunu ətraflı şəkildə təsvir edib. Naşir onu ağıldan kəm adlandıraraq, əlyazmasını geri qaytarıb.

Continue reading “Maraqlı faktlar”

Şirvanşahlar saray ansamblı


Şirvanşahlar saray ansamblı – Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal – Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, saray binasından şimal-şərqə doğru əvvəllər şah tövlələri yerləşirmiş, hazırda burada yaşayış evləri mövcuddur. Divanxanadan şimalda yaşayış evlərindən birində qədim divarların özülü görünür, bu hörgü sarayın fasadının hörgüsünəbaşlayır. Görünür, bu saray ansamblına daxil olan binalarının hörgülərinin qalıqlarıdır. Continue reading “Şirvanşahlar saray ansamblı”

Azərbaycan daş plastikası – qədim tarixi abidələr


Daş insanların məişətində ən qədim və təbii sərvətlərdən biri sayılır. İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan hazırlanmışdır. O, insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzun keçmişlərdən tutmuş bu günə qədər daşı həmişə müqəddəs saymışlar. Alimlərimizin fikirincə Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa , qayaya, mağaralara sitayiş , daşdan müalicə vasitələri kimi istifadə etmək Azərbaycanda geniş surətdə yayılmışdır. Continue reading “Azərbaycan daş plastikası – qədim tarixi abidələr”

Qədim Mesopotamiya


Qədim yunanlar Dəclə və Farat çayları arasındakı ərazini Mesopotamiya adlandırırdılar. Mesopotamiya sözünün mənası “İkiçayarası” deməkdir. Mesopotamiyanın ən muhüm çayları Dəclə və Farat idi. Onlar vaxtaşırı daşır və ətrafın-dakı torpaqları gətirdikləri çöküntülərlə münbütləşdirirdi. Məhz buna görə də Mesopotamiya torpaqları məhsuldar olurdu.
Şumerlər Mesopotamiyanın cənubunda yasayırdılar. Onlar e. ə. VII – VI minilliklərdə Orta Asiya və Altaydan gələrək burada məskun-laşmişdılar. Mesopotamiyanın cənub hissasi “şumer ölkəsi” adlanırdı.
Continue reading “Qədim Mesopotamiya”

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑