MİNFAKT

Məlumat əldə et, əylən…

Şirvanşahlar saray ansamblı


qız qalası

qız qalası

Şirvanşahlar saray ansamblı – Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və
Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal – Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, saray binasından şimal-şərqə doğru əvvəllər şah tövlələri yerləşirmiş, hazırda burada yaşayış evləri mövcuddur. Divanxanadan şimalda yaşayış evlərindən birində qədim divarların özülü görünür, bu hörgü sarayın fasadının hörgüsünəbaşlayır. Görünür, bu saray ansamblına daxil olan binalarının hörgülərinin qalıqlarıdır.
Oxumağa davam et

Advertisements

Sentyabr 28, 2014 Posted by | Azərbaycan tarixi | , , , , | Bir şərh yazın

Azərbaycan daş plastikası – qədim tarixi abidələr


qobustanDaş insanların məişətində ən qədim və təbii sərvətlərdən biri sayılır. İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan hazırlanmışdır. O, insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzun keçmişlərdən tutmuş bu günə qədər daşı həmişə müqəddəs saymışlar. Alimlərimizin fikirincə Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa , qayaya, mağaralara sitayiş , daşdan müalicə vasitələri kimi istifadə etmək Azərbaycanda geniş surətdə yayılmışdır.

Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. Keçmişin yadigarı sayılan bu abidələr daha çox bizi bədii və estetik xüsusiyyətləri ilə maraqlandırır. Onlar xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti , dünya görüşü və zövqü haqda geniş məlumat verir.
Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma , yonma , cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad(Gəmi qaya), Abşeron(Mərdəkan , Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.
Oxumağa davam et

Sentyabr 27, 2014 Posted by | Azərbaycan tarixi | , , , , | Bir şərh yazın

Qədim Mesopotamiya


Mesopotamiya

Mesopotamiya

Qədim yunanlar Dəclə və Farat çayları arasındakı ərazini Mesopotamiya adlandırırdılar. Mesopotamiya sözünün mənası “İkiçayarası” deməkdir. Mesopotamiyanın ən muhüm çayları Dəclə və Farat idi. Onlar vaxtaşırı daşır və ətrafın-dakı torpaqları gətirdikləri çöküntülərlə münbütləşdirirdi. Məhz buna görə də Mesopotamiya torpaqları məhsuldar olurdu.
Şumerlər Mesopotamiyanın cənubunda yasayırdılar. Onlar e. ə. VII – VI minilliklərdə Orta Asiya və Altaydan gələrək burada məskun-laşmişdılar. Mesopotamiyanın cənub hissasi “şumer ölkəsi” adlanırdı.

Şumer şəhər dövlətləri
e.ə. III minilliyin I yansında Uruk, Kiş, Ur, Eredu, Umma, Nippur və Laqaş şumer şəhər dövlətləri meydana gəlmisdir. Erkən şumer şəhər dövlətləri “en” adlanan kahin tərəfindən idara edilirdi. En aşağıdakı işlərə rəhbərlik edirdi:

► Suvarma kanallarının çəkilməsinə
► Ölkənin təsərrüfat hayatına
► Dövlət və məbəd işlərinə
► Hərbi işlərə
Qeyd: Sonralar şumer şəhər dövlətlərində hökmdar hakimiyyəti meydana gəldi. Şumer hökmdarları ” luqal” və ya “ensi” adlanırdı.

Şumer mədəniyyətinə aiddir: Oxumağa davam et

Sentyabr 27, 2014 Posted by | Asiya tarixi | , , , , , | 1 Şərh

Türk sözünun mənası və qədim türklər haqqında


Türk Adının mənası(Kökeni) Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş  və onlar  Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə “Tik” və ya “Tiklər” şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Göytürk imperatorluğu


Göytürk dövlətinin yaranması. Hunlar çinlilərə məğlub olduqdan sonra knyaz Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. V əsrdən başlayaraq Jujan dövləti zəifləməyə başladı. Türk qəbilələrinin başçısı Bumin xaqan idi. 546-cı ildə teles tayfaları jujanlara qarşı üsyan qaldırdı. Bumin xaqan bu üsyandan istifadə etmək istədi. Jujan xanı Anaxuanınqızına elçi göndərdi. O isə «sən mənim filiz əridənimsən» deyib qızını Bumin xaqana vermədi. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Qərbi hun imperiyası


«Xalqların böyük köçü». Qərbi Hun dövlətinin yaranması. Böyük Hun imperiyası dağılandan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli hərəkəti sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını «Xalqların böyük köçü» adlanır.

«Xalqların böyük köçü» eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. «Xalqların böyük köçü» VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Hunlar Krımda ostqot tayfalarıilə üzləşdilər, 371-ci ildə ostqotlar məğlub oldular, onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Qəznəvilər


Qəznəvi dövlətinin yaranması. Bu dövlət 962-1187- ci illərdə mövcud olmuşdu. Qəznəvi dövlətinin əsasını X əsrin 60-cı illərində Alptəkin (962-963) qoymuşdu. O, Samanilər dövlətinin görkəmli sərkərdəsi idi və Samanilərin türk qulamlarında xidmət etmişdi (Qulamlar türk əsilli gənc qullardan təşkil edilmiş daimi süvari qvardiya idi). Alptəkin şəxsi şücaətinə görə hərbi əyanlar sırasına daxil olmuşdu. Alptəkin Samanilərin hakimiyyətini tanımaqla yanaşı, Qəznəvi dövlətini yaratdı. Onun ölümündən sonra hakimiyyətə Səbutəkin (977-997) gəldi və o, Hindistana dəfələrlə hərbi səfər etdi. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Oğuz dövləti


Oğuz tayfa ittifaqı. Oğuzlar haqqında ərəb, Orxon-Yenisey slavyan mənbələri məlumat verir. Oğuz sözü boy, qəbilə, tayfa mənasını verən ox, cəm şəkilçisi uz-un birləşməsindən ibarətdir Oğuz sözü boylar, qəbilələr deməkdir. «Oğuz» sözünə ilk dəf Orxon-Yenisey abidələrində rast gəlinmişdir. Bu ad ərəb mənbələrində «quz», bəzən «uz», slavyan mənbələrində «türk» şəklində işlənib. Oğuz eli boz ox, üç oxadı ilə iki qola ayrılır.Oğuzlar 24 boydan ibarət idilər. 12 boy boz oxlar, 12 boy isə üç oxlar adlanırdı. Hər boyun öz nişanı var idi. Qayı, qınıq bayat boyları çoxsaylı və nüfuzlu idi. VII əsrin əvvəllərində Göytürk dövlətinintərkibində 9 oğuz tayfa ittifaqı var idi. Bu imperatorluq 634-cü ildə dağılandan sonra Tola-Selenqa hövzəsində yaşayan 9 oğuzlar birləşib xaqanlıq yaratdılar. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Xəzər xaqanlığı


Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Anayurt marşı-bütün türklərin himni


Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur.
Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.

Özbekistan, Türkmenistan diye kurmuşlar.
Anayurdum Türkistan’ı bölüp koymuşlar.

İnanmayın, aldanmayın ey Türk yiğitler.
Kırk yüz yıllık geçmişleri var olan Türkler.
Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur.
Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.

Türkistan, Kafkasistan ey güzel yurdumuz.
Sana kurban olalım hey anayurdumuz.
Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur.
Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.

sözləri Hayati Bice, bestesi Sabir Karger

Eyni mahnı uyğur dilində. Bizdən nə qədər uzaqda yaşasalar da,sözlərini yenə başa düşmək olar:

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Osmanlı imperiyası


Osmanlı dövlətinin qurucusu qayı boyuna mənsub olan Osman bəy olmuşdur. Osman bəy Əskişəhər-İraq yolunu ələ keçirərək Konya sultanlığına son qoyur. 1299-cu ildə Osmanlı dövləti qurulur. 1314-cü ildə Osman bəy Bursa şəhərini mühasirəyə alır. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | , , , , , | Bir şərh yazın

%d bloqqer bunu bəyənir: