Dəniz cərəyanları


Dəniz və okeanlarda minlərlə sirli hadisələr cərəyan etməktədir. Dəniz dibini tədqiq edən yьzlərlə alim, heyrətləndiklərini bildirmiş və bu sirli dünya bir çox nəşriyyatda işıq üzü görmüşdür. Elə bu sirli dünyanın xüsusiyyətlərindeən biri də, dənizdə meydan gələn dəniz cərəyanlarıdır.
Xarici gцrьnьş etibarilə, bu cərəyanlar, küləyin təsiri ilə və yaxud da dənizin müxtəlif hissələrində mövcud olan müxtəlif miqdarlardakı duz səbəbilə meydana gəlirlər. Duzluluq nisbəti fərqli olan iki dənizi bağlayan boğazlarda meydana gələn cərəyanların xüsusiyyəti belədir: duzu az olan dənizin suları, duzu çox olan dənizə doğru üst cərəyan ilə, duzu çox olan dənizin suları isə az olanına alt cərəyan ilə hərəkət Continue reading “Dəniz cərəyanları”

Advertisements

Sakit okean


Sakit okean dünya okeanının yarısını tutur və bütün yarımkürələrdə yerləşir. Sakit okean planetimizin sahəsinin 1/3-ni, dünya okeanının demək olar ki, 1/2-ni, tutur. Okean yalnız Afrika materikinin sahillərini əhatə etmir.
Sakit okeanın tədqiq edilməsində C.Kukun, İ.Kruzenşteynin, Y.Sisyanskinin və başqalarının xidmətləri olmuşdur. Sakiy okeanı böyük okean adlandırırlar. Ona bu adı F.Magellan verib. Əslində bu okean sakit deyil. Çox təlatümlü və qorxuludur. Dünya okeanı şərti olaraq dörd böyük hissəyə bölünür. Onlardan ən böyüyü Sakit okeandır.
Sahəsi təqribən 180 mln km2-dir. Ekvator yaxınlığında genişdir, odur ki, ən isti okeandır. Afrikadan başqa bütün materiklərlə əhatə olunur. Sakit okean Berinq boğazı ilə Şimal buzlu, Dreyk boğazı ilə Atlantik okeanları ilə birləşir. Hind okeanı ilə əlaqə, Zond adaları arasındakı boğaz və dənizlərlə, Avstraliya, Antraktida arası açıq okean sahəsi ilə baş verir. Şərq sahilləri az, Qərb sahilləri daha çox girintili- çıxıntılıdır.
Sakit okean eyni adlı litosfer tavası üzərində yerləşir. Orta okean dağ silsilələri və materik dayazlıqları az, abissal düzənliklər isə geniş ərazi tutur. Digər litosfer tavaları ilə sərhəd zonasında fəal seysmiklik özünü göstərir. Dib relyefi mürəkkəbdir. Şelf zonası Asiya və Avsraliya sahillərində nisbətən genişdir. Materik yamacı dikdir. Şərqi akit okean, Cənubi Sakit okean və s. dağ silsilələri okean yatağını bir sıra çökəkliklərə bölür. Okeanın qərb və şərq sahillərində ensiz, dərin novlar yerləşir. Bunlara Marian (11022 m), Tonqa (10082 m), Filippin (10497 m), Kuril-Kamçatka (9717 m), Çili (8050 m), Aleut (7822 m), Peru (6601 m) və s. aiddir. Körfəzlər: Alyaska, Kaliforniya, Anadır, Şelixov, Siam, Bakbo və s. Boğazlar: Berinq, Tatar, Laperuz, Koreya, Tayvan, Torres, Bass, Kuk, Dreyk, Magellan, Zond, Malakka və s. Adalar 10000-dən çoxdur. İri adalar və arxipelaqlar: Yeni Qvineya, Zond, (Kalimantan, Sulavesi, Sumatra, Yava), Flippin (Suson, Mindanau), Haynan, Tayvan, Yapon (Hönsü, Hokkaydo, Küsü, Sikoku). Saxalin, Kuril, Aleut, Vankuver, Qalapaqos, Havay, Yeni Zellandiya və s.
Yarımadalar: Çukot, Kamçatka, Koreya, Malakka, Keyp-York, Kaliforniya, Alyaska və s.
Sakit okean ən isti okeandır və duzluluğu Atlantik və Hind okeanlarına nisbətən azdır. Okean Arktik və Antarktik qurşaqlardan başqa bütün iqlim qurşaqlarında yerləşir. Tropik enliklərdə suyunun tempraturu + 25o, +27o (səthdə) Antarktida yaxınlığında 0o C-dən aşağıdır. İsti okean cərəyanları Şimal və Cənub Passatları, Krosio, Şimali, Sakit okean, Şərqi Avstraliya, Alyaska və.s-dir. Soyuq okean cərəyanları Qərb küləkləri. Peru, Kaliforniya, Kuril-Kamçatka cərəyanları nəzəri cəlb edir.
Sakit okeanda şimal qütb qurşağından başqa bütün təbii qurşaqlar mövcuddur. Şimal subqütb qurşağında (Berinq və Oxot dənizləri) sular intensiv qarışır. Odur ki, canlılarla zəngindir. Ümumiyyətlə, müxtəlif cərəyanların qarışdığı akvatoriyalarda su canlılarının yaşaması üçün əlverişli şərait olur. Ekvatorial qurşaqda bütün il boyu suyun tempraturu isti olduğundan mərcan polipləri üçün əlverişli şərait yaranır. Xüsusən Avstraliya sahillərində Yer üzündə orqanizmlər tərəfindən yaradılan ən iri “dağ silsiləsi”- Böyük Sədd rifi uzanır. Böyük sədd rifi (dünyanın ən uzun mərcan mənşəli dağı) Avstraliyanın şimal-şərq sahillərində yerləşir. Sakit okean ətrafında və adalarda 50-dən çox dövlət var və onlarda bəşəriyyətin yarısı yaşayır. Odur ki, okean həmin ölkələrin əhalisinin həyatında böyük rol oynayır. Dünyada ovlanan dəniz canlıları və balıqların yarıdan çoxu Sakit okeanın payına düşür. Şelf zonasında (Kaliforniya, Avstraliya sahilləri) neft və təbii qaz çıxarılır, filizlər əldə edilir. Okean ətrafı ölkələrin bir-biri ilə və digər regionlarla əlaqəsi bu okeandan keçən mühüm dəniz yolları vasitəsilə həyata keçirilir.

Dünya okeanında olan su kütlələri


Dünya okeanında su səthi daim müxtəlif qüvvələrin təsiri nəticəsində hərəkətə məruz qalır. Bu hərəkət formalarına, külək dalğası və cərəyanlar, sahildə və okeanın altında baş verən zəlzələ, vulkan hesabına yaranan sünami dalğası, Ayın cazibəsi nəticəsində yaranan qabarma, çəkilmə həmçininsuyun sıxlığı ilə bağlı şaquli su hərəkətləri və s. daxildir. Hər hansı təsir nəticəsində suyun müvazinətinin pozulması dalğalanma adlanır. Külək həm basqı, həm də sürtünmə enrjisi ilə suyun müvazinətini pozur və dalğa yaranır. Küləyin sürəti artdıqca, dalğanın hündürlüyü və uzunluğu da artır. 1958-ci ildə Antarktida ətrafında 24,5 m hündürlüyündə dalğalar müşahidə olunmuşdur. 1933-cü ildə Manila yaxınlığında 34 m hündürlüyündə dalğa müşahidə olunmuşdur. Ən sakit dəniz Qırmızı dəniz, ən coşğun dəniz isə Barens dənizidir.
Su altı və sahil zonasında baş verən zəlzələlərin və vulkanların təsiri nəticəsində yaranan sünami adlanır. Sahilə yaxınlaşan sünami dalğaları böyük dağıdıcı gücə malik olur. Sünmilər daha çox Sakit okean seysmik qurşağında yaranır. Sünami dalğalarının hündürüyü bəzən 30 m-ə, sürəti 700-800 km/saata çatır. Daimi küləklərin təsiri altında böyük su kütlələrini 1 yerdən başqa yerə üfüqi istiqamətdə aparılması cərəyan adlanır. Cərəyan okean çayları da deyilir. Cərəyanlar tempraturuna görə neytraldır (isti, soyuq) olur. Cərəyanın axıtdığı suyun tempraturu ətraf sulardan istidirsə, isti cərəyan adlanır. İsti cərəyan üzərində olan rütubətli hava sahilə – soyuq səthə daxil olarkən soyuyur, donma həddinə çatır. Odur ki, isti cərəyanın təsiri altında olan sahil zonalarında rütubətli iqlim şəraiti yaranır. Cərəyanlar su kütləsini 1 enlikdən digər enliyə axıtmaqla, planetin iqliminə, yağıntıların paylanmasına böyük təsir göstərir. Əsasən Passat və Qərb küləklərinin təsiri ilə yaranan cərəyanlar, sahillə rastlaşdıqda istiqamətini dəyişir. Şimal yarımkürəsində sağa meyl edərək saat əqrəbi istiqamətində, cənub yarımkürəsində sola meyl edərək saat əqrəbinin əksi istiqamətində dövr edir. Dünya okeanında 60-dan çox iri cərəyan var.
Sakit okeandakı isti cərəyanlar: Cənubi Passat, Şimali Avstraliya, Şimali Passat, Şimali Sakit okean, Alyaska; soyuq cərəyanlar: Qərb küləkləri, Peru, Kaliforniya, Kamçatka.
Atlantik okeandakı isti cərəyanlar: Cənubi Passat, Braziliya, Qvineya, Qviana, Antil, Şimali Passat, Qolfıstrım, Şimali Atlantika, Norveç; soyuq cərəyanlar: Qərb küləkləri, Folklend, Benqal, Kanar, Labrador.
Hind okeanındakı isti cərəyanlar: Cənubi Passat, Mozmbik, İynə burnu, Musson; soyuq cərəyanlar: Qərb küləkləri, Somali, Qərbi Avstraliya.
Şimal buzlu okeanda cərəyanlar yoxdur. Amma bura Şimali Atlantika cərəyanının təsiri boyükdür və onun qərb hissəsinin donmasına imkan vermir. Qütb enliklərinə daxil olandan sonra soyuyan, nisbətən duzlu və ağır olan bu cərəyan suları okeanın dibinə çökür və okeanın dibində saat əqrəbinin əksi istiqamətində cərəyan yaradır. Ayın və Günəşin cazibə qüvvəsi nəticəsində okean suyunun ardıcıl qalxıb enməsi qabarma və çəkilmə prosesini yaradır. Qabarma yaradan qüvvə kütlə ilə düz, məsafənin kubu ilə tərs mütənasibdir. Ay Günəşdən dəfələrlə kiçik olsa da, Yerə daha yaxın olduğu üçün Yerdə qabarma yaranmasında ayın təsiri daha böyükdür. Günəş Ay və Yer 1 xətt üzrə olduqda qabarma maksimum, Ay və Günəş Yerə 90o bucaq altında yerləşdikdə, minimum səviyyədə olur. Ən yüksək qabarma, Fandi körfəzində, Oxot dənizi, Bristol körfəzində qeydə alınmışdır. Qabarmalara Ağ dəniz, Lamanş boğazı, Meksika körfəzi və s. su hövzələrində rast gəlinir. Okeanla əlaqə zəif olan daxili dənizlərdə qabarma çox zəif olur. Qabarma dalğasının çay axınının əksi istiqamatində yayılması, Qabarma boru yaradır. Amazon, Qanq, Temza çaylarında qabarma boru daha güclüdür. Qabarma dalğasında enerji əldə etmək, qabarma boru yayılan çaylarda və bəyaz sahillərdə gəmi nəqliyyatının tənzimlənməsi mümkündür. Dalğaların sahilində gördüyü iş, abraziya adlanır. Sahildəki çuxurlardan asılı olaraq, müxtəlf sahil fomaları yaranır.
Aysberq materik buzlağından qoparaq okeana düşən, iri üzən buz parçalarıdır. Antarktida və Qrellandiya buzlaqlarından qırılmış aysberqlər, mülayim enliklərədək gəlib çıxır, dəniz nəqliyyatının inkişafına mane olur.
Okeanın əsas sərvətləri enerji, mineral və bioloji sərvətlərdir. Mineral sərvətlər su, suda həll olunan mineral maddələr aiddir. Bioloji sərvətlərə okean sularında yaşayan canlılar və suda inkişaf edən bitkilər daxildir. Canlılar həyat tərzinə görə 3 qrupa bölünür: Planktonlar okeanda dalğa və cərəyanların hesabına yerini dəyişən canlılardır. Nektonlar sərbəst hərəkətdə olan canlılardır. Bentos okean dibində yaşayan canlılardır. Mülayim enliklərdə canlılar aləmi daha zəngindir. Tropikdə suyun tempraturu və duzluluğu yüksək, oksigeni isə az olduğundan, canlılar aləmi nisbətən kasıbdır. Canlılar su kütləsinin coğrafi yayılmasından asılı olaraq dərinlik və üfüqi zonallığa uyğun yayılır.

Okean sularının fiziki xassələri və kimyəvi tərkibi. Dünya okeanında həyat.


Okean suyunun rəngi, işıqlanması, təzyiqi, sıxlığı, tempraturu və səsin yayılması əsas fiziki xüsusiyyətləridir. Mavi rəngdə olan okean suyu bəzi regionlarada rəng çalarları kimi əks olunur. Məs: Avrasiya materikini əhatə edən, Qırmızı, Sarı, Qara və Ağ dənizlər. Okean suları üst qatda (200 m-ə qədər) günəş şüaları tərəfindən tam işıqlandırılır. Suyun şəffaflığı disk vasitəsi ilə müəyyən olunur. Ən şəffaf dəniz Aralıq dənizi hesab olunur. Okean sularında təzyiq dərinliyə doğru getdikcə artır və dibdə maksimum həddə çatır. Okean suyunun orta sıxlığı 1025 kq/m3-dir. Su anomal maddə olduğu üçün (+ 4o-də sıxlıq maksimum həddə çatır). Buz suda batmır. Okeanların buz örtüyü quru buzlaqlardan fərqli olaraq, çox qalın olmur. Əksər hissəsi suyun üstündə yerləşir. Dünya okeanında sıxlığın maksimum qiyməti Antarktida sahillərində müşahidə olunur. Okean səthində ekvatordan (+28 +29) qütblərə (-1 -2) doğru getdikcə tempratur azalır. Maksimal tempratur Qırmızı dənizdə müşahidə olunur (+35o) dərinliyə doğru suyun tempraturu azalsa da okeanların böyük istilik tutumuna malik olması nəticəsində dibində +3 +4 dərəcədən aşağı olmur.
Səs siqnalının okeanda yayılmasına əsasən dərinlik ölçən exolot cihazı kəşv olunmuşdur. Dünya okeanının ən dərin yeri Marian çökəkliyi (11022 m) hesab olunur. Eyni dərinlikli nöqtələri birləşdirən xətlərə izobatlar deyilir. Dərinlikdən asılı olaraq izobatların arası mavi rəngin müxtəlif çalarları ilə rənglənir. Çökəkliklərin dərinliyi isə rəqəmlərlə göstərilir. Okean sularında əksər kimyəvi elementlər mövcuddur. Okean və dənizlərin suyunun acı və şor olmasının səbəbi maqneziumun və xörək duzunun çox olmasıdır. 1 litr suda həll olunmuş maddələrin qramlarla miqdarına suyun duzluluğu deyilir və promille (o/oo) ilə ifadə olunur. Okean suyunun orta duzluluğu 35 o/oo-dir. Maksimal duzluluq Qırmızı dənizdə muşahidə olunub. Eyni duzluluğa malik olan nöqtələri birləşdirən xətlərə izoqalin deyilir. Dünya okeanında tempraturu, duzluluğu, sıxlığı və s. xüsusiyyətləri ilə bir-birindən fərqlənən 4 əsas su kütlələri mövcuddur. Ekvatorial, tropik, mulayim, qütb. Əsas su kütlələri okean daxili və sahilboyu yarımtiplarinə bölünür. Mineral maddələr və günəş işığı ilə daha yaxşı təmin olunan sahilboyu ərazilərdə canlı aləmin növ tərkibi zəngin olur. Okeanda dalğa və cərəyanlar vasitəsilə bir yerdən başqa yerə aparılan orqanizmlər – plankton, sərbəst hərəkətə malik olan orqanizmlər – nekton, dibdə yaşayan canlılar isə – bentos adlanır. Ən zəngin biokütlə mülayim enliklərdədir. Okean sularının mineral sərvətləri aşağıdakılardır.
Suda həll olunmuş sərvətlər (qızıl, gümüş, xörək duzu və s.).
Dibdən, yer qabığından çıxarılan sərvətlər (neft, qaz vəs.).
Okeanlarda suyun hərəkət formaları aşağıdakılardır. Dalğalanma, okean cərəyanları, qabarma və çəkilmə. Küləyin və okean dibində baş verən zəlzələ və vulkanların təsiri nəticəsində baş verir. Dalğanın əsas elementləri: yal, daban, uzunluq və hündürlük. Dalğanın sahildə sualtı maneələrə sürtünməsi nəticəsində suyun köpükləndiyi yerə ləpədöyən deyilir.
Dəniz limanlarında külək dalğasının təsirini zəiflətmək üçün dalğaqıranlar tikilir. Sualtı zəlzələ və vulkanların təsirindən yaranan dalğalar sünami (Yaponca – buxtaya tökülən) adlanır. Sünami hadisəsi qısa müddətdə baş verir və böyük dağıntılara səbəb olur. Sünami dalğasının hündürlüyü açıq okeanda az olduğundan gəmiləri sahildən uzaqlaşdırmaq tələb olunur.
Daimi küləklərin təsiri nəticəsində suyun üfüqi istiqamətdə yerdəyişməsi okean cərəyanları adlanır. Tempratur şəraitinə görə cərəyanlar 2 qrupa bölünür.
İsti cərəyanlar: Qolfistrım, Qviana, Brazilya, Musson, Kursio, Şimali Atlantika, Norveç, Mozanbik, Şimal və Cənub Passatları və s.
Soyuq cərəyanlar: Qərb küləkləri, Benqal, Labrador, Somali, Kanar, Kaliforniya, Qərbi Avstraliya,Peru, Folklend.
Okean cərəyanları materiklərin sahil zonasının iqliminə təsir edir. İsti cərəyanlar yağıntıları artırır, Soyuq cərəyanlar isə azaldır.
Ayın və Günəşin cazibə qüvvəsinin təsiri nəticəsində okean suyunun vaxtaşırı (gün ərzində orta hesabla 2 dəfə) qurunu basması qabarma, sonra geri qayıtması çəkilmə adlanır. Açıq okeanda qabarmanın hündürlüyü az (1 metr), ensiz körfəz (buxta) və çay mənsəblərində isə çox olur (1 neçə metr). Maksimal qabarma Kanada sahillərində – Fandi körfəzində (18 metr) müşahidə olunur. Qabarma və çəkilmə prosesindən gəmiçilikdə, balıqçılıqda və elektrik enerjisi istehsalında istifadə olunur. Okean və dənizlər insanların həyatında böyük rol oynayır. Bioloji ehtiyatlara okeanların bitki və heyvanlar aləmi aiddir. Dünya okeanının biokütləsi 35 mlrd tondan çoxdur. Burada 140 min növ canlı yaşayır. İnsanlar tərəfindən istifadə olunan biokütlənin 85 %-dən çoxunu balıqlar təşkil edir. Balıq ovu daha çox şimal yarımkürəsində (Yapon, ABŞ, Rusiya, Böyük Britaniya), okeanlar üzrə isə Sakit okeanda aparılır. Bəzi ölkələrdə canlı orqanizmlərin ovlanması, onların təbii artımından çox olduğu üçün sahil zonalarında balıq, mərcan, molyusk, yaşıl kütlə və s. yetişdirilir. Bu sahədə Yaponiya, Çin, ABŞ, Niderland, Fransa və s. ölkələr fərqlənir.
Neft və qaz hasilatı, çaylar vasitəsilə axıdılan çirkab sular, gəmilərin tullantıları, müxtəlif nüvə silahlarının sınaqları və qəzalar dünya okeanını çirkləndirir. Digər problem isə onun bioloji sərvətlərinin tükənməsi, yox olması təhlükəsi ilə bağlıdır.

DÜNYA OKEANI


okean

Sakit okean – Yer kürəsinin ən böyük okeanıdır. Sahəsi: 179,6 mln km2, orta dərinliyi 3984 m. Suyunun həcmi 723699 mln km3-dir. Dünya okeanı sahəsinin yarısını əhatə edir. 5 materik və 3 okeanla əhatə olunub. Şimal buzlu okeanla sərhədləri Çukot yarımadasında Reeç burnundan, Alyaskada Uels Şahzadəsi burnu arasından keçir və bu 2 okeanı dayaz Beriq boğazı birləşdirir. Hind okeanı ilə sərhədləri Malakka boğazının şimalı, Sumatra, Yava, Timor, Yeni Qvineya adalarının cənub kənarları Torres və Bass boğazları, Tasmaniya adasının şərq sahilləri ilə uzanan sualtı qalxanlarla Antarktidaya qədər uzanır. Atlantik okeanla sərhədləri Cənubi Şetlend adalarından keçməklə Odlu torpaq adaları ilə Antarktidada olan dərin və coşqun Dreyk boğazı birləşdirir. Okean ekvator boyunda daha enli, geniş ərazi əhatə edir. Şimaldan cənuba 15,8 min ekvator boyunda isə şərqdən qərbə 19,5 min km uzanır. Dənizləri əsasən şimal-qərbdə və qərbdədir. Bu dənizləri, Mərcan dənizi, Açıq okeandan ada silsilələri vasitəsi ilə okeanla birləşir. Adaların sayi və sahəsinə görə I yerdə durur. Sakit okeanda adı xəritəyə düşən 10 mindən çox ada var. Adaların ümumi sahəsi 36 mln km2-dir. Mərkəzi və cənub qərb istiqamətindəki adalar qrupu, okeaniyanı əmələ gətirir. Okeaniyanın ərazisi Meloneziya, Mikroneziya, Polineziya, Havay adaları kimi böyük adalar sistemindən ibarətdir. Adaları mənşəyinə görə 3 cürdür. Yapon, Flippin, Tailand, Sumatra, Yava, Yeni Qvineya və s. adalar materik mənşəlidir. Kuril, Aleut, okeanın mərkəzi hissəsində yerləşən çoxsaylı xırda adalar vulkanik mənşəlidir. Sakit okeanın tropiklər arasında yerləşən isti sularında dünyanın ən böyük mərcən rifləri və adalar əmələ gəlir. Okeanda 100 mindən çox canlı aləm növü yaşayır. Ancaq şimaldan cənuba doğru və Antraktida sahillərindən ekvatora doğru canlı aləmin növ tərkibi artır. Uzaq Şərq dənizində (Oxot dənizi) 4 mindən çox canlı yaşadığı halda, Yapon dənizində 9 min növ, Malay arxipelaqında isə 40-50 min növ canlı aləm yaşayır. Sakit okeanın öyrənilməsi 3 mərhələyə ayrılır. I mərhələ XIX əsrin əvvəlinə qədər olan dövrü əhatə edir. 1804-cü ilə qədər. II mərhələ: 1804-1873. Bu mərhələdə suyun tərkibi, fiziki xassələri, okeanın dərinlikləri öyrənilib. Bu sahədə ən çox iş görən səyyahlar, rus dənizçiləri Kruzenşteyn və Lisyanski III mərhələ 1873-dən sonrakı dövrü əhatə edir. Bu dövrdə müxtəlif ölkələrin beynəlxalq ekspedisiyaları okean suyunun duzluluğunu, tempraturunu, iqlim şəritini, okean cərəyanları, okean yatağının relyefini, okean dibindəki ən dərin novları tədqiq etmiş və dünyanın ən dərin yeri olan Marian çökəkliyinə belə aparatlar endirilmiş, oranın üzvi aləmi haqda tədqiqatlar aparmışlar. Sakit okeanın tədqiqi indi də davam edir. Ancaq müasir tədqiqatlar daha çox okean təbiətinin mühafizəzi ilə bağlıdır. İl ərzində okeandan ovlanan balıq ehtiyatının 95%-i sakit okeanın payına düşür. 1902-ci ildə Avstraliyadan ABŞ-a 15 min km uzunluğunda rabitə xətti okeanın dibi ilə çəkilib. 1840 kanallı xətdir.
Atlantik okeanı – Böyüklüyünə görə II yerdə durur. Sahəsi 91,1 mln km2-dir. Hin okeanı ilə şərti sərhəddi Afrikanın cənubunda ümüd burnunda meridianal istiqamətdə Antarktidaya qədər uzanır. Sakit okeanla sərhəddi Cənubi Amerikanın cənubunda odlu topaq adalarında, Horn burnundan Antarktidaya qədər meridianal istiqamətdə keçən şərti sərhəd xəttidir. Atlantik okeanın Şiml buzlu okeanla sərhəddi isə şimal qütb dairəsi boyunca keçir. Okeanın orta dərinliyi 3332 m, suyunun orta həcmi isə 337,5 mln km3-dir. Okean şimaldan cənuba 15 min km məsafədə uzanır. Okeanın ən enli yeri ekvatordan şimalda 9 min km. Ən dar yerdə isə 2830 km, okean dibində ən dar yerdə isə 2830 km. Okean dibində ən dərin çökəkliklər Cənbi Sendviç və Puerto-Rikodur. Bunlarda dərin 8000 m dağ sıraları uzanır və okean yatağını 2 hissəyə ayırır. Atlantik okeanda üzvü aləmin növ tərkibi Sakit okeanla müqayisədə xeyli azdır. Dünya gəmiçiliyinin yük dövriyəsinin 65% i bu okeanın payına düşür. Dünyanın ən nəhəng dəniz limanları Amsterdam, Roterdam, Nyu-York, Rio de Janeyro, Buenos-Ayres, San-Paulo və başqaları bu okeanın sahəsindədir.
Hind okeanı – sahəsi 73,4 mln km2, suyunun orta həcmi 291,9 mln km3. Okean 4 materik arasında yerləşir. Onun ən enli hissəsi tropiklər arasındadır. Sahil xətləri az girinyili çıxıntılıdır. Üzvi aləmində mərcankimilər və kürəkayaqlılar, ov əhəmiyyətli balıqlar, zəhərli dəniz ilanları, balinalar cinsindən olanlar və dəniz tısbağaları var. Okean 3 yarımkürədə və 4 matrkikin sahillərini yuyur. Hind okeqanın tədqiq olunmasında Vsako da Qamanın, Abel Tasmanın və Ceyms kukun rolu böyükdür. Hind okeanıda Atlantik okeanı kimi cavan hesab olunur. Orta okean dağ silsilələri(Avstraliya, Antraktida, Qərbi hind, Ərəbistan-Hindistan və s.) okeanın 1/4 tutur. Ən dərin yeri (zond çökəkliyi) 7725 m. Hind okeanının ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim və subantarktik iqlim qurşaqlarında yerləşir. Onun şimalı isti cənubu isə soyuqdur. Dünya okeanının maksimum tempraturu +35oC və maksimum duzluluq 42 o/oo Qırmızı dənizdə müşahidə olunur. İsti okean cərəyanları İynə burnu, Mozambik, Cənubi Passat, Musson və s. Soyuq okean cərəyanları Qərb küləkləri, Somali, Qərbi Avstraliya və s.dir. Hind okeanı üzvi və mineral ehtiyatlarla zəngindir. Dənizləri – Qırmızı, Ərəbistan, Timor, Arafur, Andaman və s.dir. Körfəzləri – Benqal, Ədən, İran, Böyük Avstraliya və s. Boğazları – Bəbülməndəb, Mozambik, Polk, Zond, Torres. Adalar – Madaqaskar, Şri-Lanka, Sumatra, Maldiv, Karqelen, Yava, Tasmaniya və s. Yarımada – Hindistan, Ərəbistan, Somali, Malakka və s.
Şimal buzlu okeanı – ən soyuq, ən kiçik və ən dayaz okeandır. Okean Arktikanın mərkəzində 3 yarımkürədə yerləşir. 2 materiklə əhatə olunur. Avrasiya və Şimali Amerika. Okeanın tədqiq olunmasında Barensin, Çelyuskinin, Piri Rəisin və başqalarının xidməti olmuşdu. Şimal buzlu okeanda geoloji cəhətdən qədim hesab olunur. Onun ümumi sahəsinin 1/3-ni materik dayazlığı tutur. Mərkəzində Lomonosov, Mendeleyev dağ silsilələri yerləşir. Ən dərin yeri Qrellandiya dənizindədir (5527 m). Şimal buzlu okean Arktika ilə Subarktika iqlim qurşağında yerləşir. Soyuq hava kütlələri il boyu hakim olur. Buzun qalınlığı 3-5 metrə çatır. Okean suyunun böyük istilik tutumu, relyefin alçaq olması və Şimali Atlantika cərəyanının təsiri nəticəsində, Arktikanın iqlimi Antarktikanın iqliminə nisbətən mülayim olur. Üzvi aləm kasıbdır. Okean zəif mənimsənilmişdir. Gəmiçilik (naviqasiya) mövsümi xarakter daşıyır. Dənizləri – Norveç, Barens, Ağ, Kara, Şərqi Sibir, Laptevlər, Çukot, Bofort, Baffin. Körfəzləri – Hudzon, Ob, Yenisey, Xatanqa və s. Boğazları – Berinq, Danimarka, Devis, Hudzon və s. Adaları – Qrellandiya, Novaya Zemlya, Baffin torpağı, Şpispergen. Yarımadaları – Skandinaviya, Kola, Taymır, Yamal, Çukot və s.

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑