İldırım


İldırım – buludla yer arasında və ya iki müxtəlif yüklü bulud arasındakı elektrik boşalması.

Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər yerə, yerdə olan mənfi yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 10-20 min amperə qədər, gərginlik isə 150 milyon voltdan artıq ola bilir.

Advertisements

Su buxarı. Nisbi və mütləq rütubətlilik.


Qeyd etdik ki, yer səthinə yaxın atmosfer havası bir qayda olaraq rütubətlidir. Yəni atmosfer havasının tərkibində digər qazlarla yanaşı su buxarı da var. Havanın tərkibinin digər hissələrindən asılı olaraq su buxarının miqdarı əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır. Yer səthinə yaxın olan rütubətli havada, su buxarı qütb enliklərində 0,2%, ekvatora yaxın ərazilərdə 2,5 – 4% arasında tərəddüd edir. Havada su buxarının miqdarı nə qədər çox olarsa onun tərkibində qazların miqdarı azalır. Yəni su buxarı havanın tərkibindəki qazların faizlə dəyişməsinə də təsir göstərir. Su buxarı fasiləsiz olaraq havaya su səthindən, torpaqdan və bitkilərdən buxarlanaraq daxil olur. Su buxarı şaquli istiqamətdə qalxır və yuxarıda hava axınları nəticəsində müxtəlif istiqamətlərə aparılır. Continue reading “Su buxarı. Nisbi və mütləq rütubətlilik.”

Yer səthində quru havanın tərkibi. Aerozol hissəciklər.


Yer səthinə yaxın atmosfer havası bir qayda olaraq rütubətlidir. Bu onu göstərir ki, onun tərkibində digər qazlarla, aerozol hissəciklərlə yanaşı, su buxarı da mövcuddur. Havanın tərkibinin digər hissələrdən fərqli olaraq su buxarının miqdarı əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır. Odur ki, metereologiyada adətən əvvəl quru hava – su ayrıldıqda, sonra isə rütubətli hava nəzərdən keçirilir. Su buxarı olmayan hava quru hava adlanır. Yer səthindəki havanın tərkibi 78% azot, 21% oksigen, 1% təsirsiz qazlar – arqon 0,92%; karbon 0,03% və digər qazlardan neon, helium, metan, kyfon, ksenon, yod, ozon, radon və s-dən ibarətdir. Quru havanın faizlə tərkibi yer səthində sabitdir. Lakin müasir dövrdə atmosferə əvvəllər onun tərkibində olmayan qazlar buraxılır. Üzvi yanacaqlar yandırıldıqda bu qazların miqdarı daha da artır. Atmosferə yerdə olan fabrik və zavodların borularından, vulkanlardan və s. atılan bərk hissəciklər aerozol adlanır. Eyni zamanda iri okean sularında baş verən sünami dalğalarının zirvəsinin qırılması nəticəsində atmosferə atılan külli miqdarda su damlalarının atmosferdə buxarlanması hesabına onun tərkibindəki duzlarda atmosferə daxil olur. Atmosferə daxil olan bərk hissələrə ümumilikdə aerozol qarışıqlıqlar deyilir. Havanın hər sm3-də, 108 – 109 aerozol hissələrə rast gəlmək olar. Havada olan aerozol hissəciklərin sayı yer səthindən yüksəkliyə doğru getdikcə azalır. Məs: 10-15 km hündürlükdə onların sayı cəmi onlarladır. Bundan əlavə atmosferin 4-5 kilometrliyində həmin aerozol hissəciklər buludlarla birləşərək kondensasiya nəticəsində yer səthinə enir. Atmosferin tərkibində olan bu aeorzol hissəciklər kondensasiya nüvəsi rolunu oynayır. Müəyyən olmuşdur ki, ancaq ölçüləri 5 mikrondan yuxarı olan aerozol hissəciklər kondensasiyaya uğraya bilər. Aerozol hissəciklərin ölçüləri 10-3 -10-6 santimetrdir.

İqlim əmələ gəlmə


İqlim yunan sözü olub mənası meyl deməkdir. İqlimin səciyyəsinin əsasını meteoroloji ünsür və hadisələrin təhlilini təşkil edir. İqlim tədqiqatlarında istilik və radiasiya balansı səth örtüyü ilə hava arasında istilik və rütubət dövranı və başqa məsələlərə diqqət yetirilir. İqlimi səciyyələndirərkən ayrı-ayrı ünsürlərlə yanaşı onun kompleks göstəricilərindən də istifadə olunur. Planetar miqyasda zonalar daxilində iqlim makro iqlim adlanır. Müəyyən bir coğrafi landşaft üçün xarakterik olub, bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim mezo iqlim adlanır. Kiçik sahələrdə (tarla, yamac, təbii və sünii göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikro iqlim deyilir. Son vaxtlar torpaq iqlimi, şəhər iqlimi anlayışı meydana gəlir. Yer üzərində iqlim şəraiti bir-birilə sıx qarşılıqlı əlaqəsi olan iqlim yaradıcı amil və proseslərin təsirindən ibarətdir.
İqlim yaradıcı amillər – günəş radiasiyası, hava axını, ərazinin mövqeyi, səth örtüyünün xüsusiyyətləri və s-dir. Əsas iqlim yaradıcı amillər isə atmosferin ümumi dövranı, istilik dövranı və rütubət dövranı, günəş radiasiyasıdır. En dairələri arasında günəş radiasiyasının fərqləri və müxtəlif xarakterli səth örtüyü (quru və ya okean) atmosferin ümumi dövranını, hava axınları sistemini yaradır. Bu axınlar isti və soyuğu bir yerdən başqa yerə aparır. Troposferdə şaquli istqamətdə istilik və rütubət mübadiləsini təmin edir. İqlimin yaranmasına təsir göstərən amillər isə coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. Coğrafi en dairələrindən asılı olaraq, ekvatordan qütbə doğru getdikcə tempratur azalır. Relyefdən asılı olaraq iqlim dəyişməsinə misal olaraq, Çerapuncinin tropiklərdə yerləşməsini göstərmək olar. Quru və su səthinin paylanması dedikdə, dəniz və okeanlara yaxınlıq və uzaqlıq nəzərdə tutulur. Dəniz və okeanlardan uzaqlaşdıqca kontenintal iqlim formalaşır. Dəniz sahillərində isə hava mülayimləşir. Okean cərəyanları da iqlimin formalaşmasında mühüm rol oynayır. Soyuq cərəyanların təsir etdiyi ərazidə soyuq havanın enən hərəkəti baş verdiyindən yağıntı düşmür və səhralar əmələ gəlir. Hakim küləklərin təsiri – Atlantik okean üzərindən keçib gələn Passatlar Cənubi Amerikanın cənub-şərqində il boyu yağıntılara səbəb olur. Beləliklə qlobal iqlim yaranmasında astronomik, yəni əsas amillər və coğrafi amillərin rolunu aydınlaşdırır. Astronomik amillərə – Günəş işığı, Yerin Günəş sistemində mövqeyi və onun hərəkəti, orbit müstəvisinə meyilliliyi və öz oxu ətrafında fırlanma sürəti və qallaktikada materiyanın sıxlığı aiddir. Bu amillər yer səthinə gəlib çatan günəş enerjisinin miqdarını və paylanmasını təmin edir ki, bu da istilik və rütubət dövranını atmosfer sirkulyasiyası yaradır. İnsan hələ ki, iqlimi istədiyi istiqamətdə dəyişdirə bilmir, lakin o səth örtüyünə təsir edərək, makroiqlim şəraitini xeyli yaxşılaşdıra bilir. İqlimin yaxşılaşdırılması üçün meşə sahələri, tarlaqoruyucu meşə zolaqlarının salınması, suvarma, rütubəti çox olan ərazilərdə bataqlıqların qurudulması aid edilə bilər.

Rütubət dövranı


Yerlə atmosfer arasında mütəmadə olaraq su və ya rütubət dövranı gedir. Okean və dənizlərin səthindən, rütubətli torpaqdan və bitkilərdən buxarlanan su atmosferə daxil olur. Su buxarı atmosfer havasının əsas tərkib hissəsidir. Atmosfer şəraitində su buxarı kondensasiyaya uğrayaraq yer səthinə qayıdır və buxarlanma ilə tarazlaşır. Atmosferdə istiliyin qeyri bərabər paylanması atmosfer təzyiqinin də qeyri bərabər paylanmasına səbəb olur. Təzyiqin paylanmasından isə havanın hərəkəti, yəni hava axını yaranır. Beləliklə rütubət dövranı – buxarlanma, su buxarının bir yerdən başqa yerə aparılması, onun atmosferdə kondensasiyaya uğraması, yağıntıların düşməsi və axın proseslərindən ibarətdir.

İqlim


Yer kürəsinin istənilən yerində hava ayrı-ayrı yerlərdə müxtəlif cür dəyişir. Lakin ayrı-ayrı gün, ay və illərin fərqinə baxmayaraq hər bir yerin, ərazini müəyyən iqlimlə səciyyələndirmək olar. Lokal (yerli) iqlim atmosfer şəraitini çoxillik dövrdə o yerə məxsus coğrafi şəraitinə görə məcmusudur. Coğrafi şərait dedikdə, təkcə coğrafi enlik, uzunluq, dəniz səviyyəsindən hündürlük deyil, həm də yer səthinin xüsusiyyətləri – oroqrafiya, torpaq, bitki örtüyü və s. nəzərdə tutulur. Hər bir yerin iqlimini təyin edən atmosfer şəraiti illik gedişdə dövrü dəyişir. Dövrü dəyişmədən əlavə atmosfer şəraiti illik gedişdə dövrü dəyişir. Bu atmosfer şəraitinin illər arası dəyişməsi adlanır. Continue reading “İqlim”

Meteorologiya və iqlimşünaslıq. İqlim hadisələri


Meteorologiya atmosfer, onun tərkibi, quruluşu, xüsusiyyətləri və orada gedən fiziki və kimyəvi proseslərdir. Meteorologiyanın əsas vəzifəsi atmosferin vəziyyətini hazırda fiziki, ani vaxtda təsvir etmək və onun gələcəkdə onun proqnozunu verməkdən ibarətdir.
İqlimşünaslıq metereologiyanın bir bölməsidir və iqlimlərin formalaşmasının qanunauyğunluğunu Yer kürəsində onların paylanmasını, paylanmasına təsir göstərən amilləri, keçmişdə və gələcəcəkdə dəyişməsini öyrənir. İqlim xüsusi və lokal (yerli) mənasında çoxillik dövrdə bu və ya digər yerin coğrafi şəraitinə xas olan atmosfer şəraitinin məcmusudur. Bu anlayışda iqlim geniş mənada atmosfer, okean, biosfer, hidrosfer 1 neçə onilliklər dövründə keçdiyi vəziyyətin statistik məcmusudur. Belə başa düşülən tərzdə iqlim qlobal anlayışdır. Ümumuyyətlə insanı əhatə edən mühitin müəyyən bir fiziki coğrafi xüsusiyyəti sənaye obyektlərinin yerləşməsinə hava su yerüstü nəqliyyatın təşkilində həlledici rol oynayır.
Atmosfer – tərkibində aerozol hissəcikləri olan Yer kürəsinin qaz hissəsidir. Yerlə birlikdə fəzada hərəkət edərək eyni vaxtda yerin fırlanmasında iştirak edir. Hava sudan fərqli olaraq sıxılandır. Odur ki, yüksəklik artdıqca sıxlıq azalır və sərhədsiz fəzada tədricən yox olur. Atmosferin yarım kütləsi aşağı 5 km-də, ¾ hissəsi aşağı 10 km-də, 0,9 hissəsi aşağı 20 km-də cəmlənmişdir. Qütb parıltısı atmosferin 1000 km və ondan yuxarıda olmasına dəlalət edir. Ümumiyyətlə götürdükdə 20000 km yüksəklikdə havanın olması mümkündür. Atmosfer prosesləri əsas etibarı ilə 20-30 km-lik qatda öyrənilmişdir.
Hava – Atmosferdə müxtəlif fiziki proseslər baş verdiyindən onoun vəziyyəti fasiləsiz olaraq dəyişir. Yer səthində və aşağı 30-40 km yüksəklikdə, baxılan anda atmosferin fiziki vəziyyəti hava adlanır. Hava meteoroloji kəmiyyətlərlə və atmosfer hadisələri ilə səciyyələnir. Meteoroloji kəmiyyətlərə tempratur, təzyiq, havanın rütubəti, külək, buludluluq, atmosfer yağıntıları aiddir.

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑