Ümumi təhsilin səviyyələriİ üzrə təlim nəticələri


 İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:  yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;

oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;

lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;

öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi; Continue reading “Ümumi təhsilin səviyyələriİ üzrə təlim nəticələri”

Advertisements

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU


Kurikulum  islahatını zəruri edən səbəblər •  Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması •  Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid •  Dünya təhsil sisteminə inteqrasiya •  İnformasiya əsrinin tələbləri •  Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması •  Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin  əsas  xüsusiyyətləri Kurikulum  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri  özündə əks etdirən konseptual sənəddir. Continue reading “FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU”

KURİKULUM NƏDİR ?


KurikuliumKurikulum nədir? Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan Continue reading “KURİKULUM NƏDİR ?”

Coğrafiyada ənlər ve ilklər


  • cografiyaƏn böyük ölkə- Rusiya 17.045.400 km2 sahəyə malikdir.
  • Ən böyük zəlzələ- 1556-cı ildə Çində meydana gələn zəlzələdə təxminən 850.000 adam ölmüşdür.
  • Ən kiçik ölkə- Vatikan təxminən 27 dönüşdür. Ölkə xəritəsində evlər belə çox diqqətə çarpandır.
  • İlk dünya xərtəsi- E.ə. 150-ci ildə Ptolemaios tərəfindən çəkilib.
  • Şimal qütbünə ilk çatan insanın 1909-cu ildə Robert Pear olduğu deyilsə də bu mövzuda qəti dəlillər yoxdur. Qütbə çatdığını ilk sənədləşdirən və isbat edən isə 1968-ci ildə Ralph Plaisteddir.
  • Cənub qütbünə ilk çatan 1911-ci ildə Norveçli Ronald Amundsen və qrupu, cənub qütbünə ilk çatan insanlardır.
  • Continue reading “Coğrafiyada ənlər ve ilklər”

AZƏRBAYCANDA TORPAQŞÜNASLIQ ELMİNİN İNKİŞAF TARİXİ*


torpaq_bigAzərbaycanda torpaqşünaslıq elminin inkişafını bir neçə dövrə ayırmaq mümkündür:

1.Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlı mərhələ. Azərbaycanda torpaqşünaslıq elminin inkişafında birinci mərhələ maarifçi və təbiətşünas alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. H.Zərdabi torpaqşünaslıq
haqqında elmi fikirlərini “Əkinçi” qəzetində, “Torpaq, su və külək” və s. nəşrlərində çap etdirmişdir. Onun
torpaqşünaslıqla bağlı fikirləri genetik torpaqşünaslığın baniləri V.V.Dokuçayev, N.Sibirtsev və başqalarının
müddəaları ilə demək olar ki, üst-üstə düşür. Beləliklə, H.Zərdabi Azərbaycanın ilk torpaqşünasıdır,
torpaqlarımız haqqında ilk elmi məlumatlar ona məxsusdur. H.Zərdabinini torpaqşünaslıq haqqında axtarışları
X.Həsənov (1972), Ş.Həsənov (2006) tərəfindən araşdırılmışdır. Continue reading “AZƏRBAYCANDA TORPAQŞÜNASLIQ ELMİNİN İNKİŞAF TARİXİ*”

TORPAQŞÜNASLIĞIN İNKİŞAF TARİXİ


dokucayevMin illər ərzində insanlar torpaqdan intensiv isitfadə etmişlər. Lakin təbiətşünaslığın sərbəst sahəsi kimi
torpaq haqqında təlim yalnız XIX əsrin sonlarında və XX əsrin əvvəllərində yaranmışdır. Yeni təlimin banisi rus
alimi V.V.Dokuçayev (1846-1903) olmuşdur. Torpaqşünaslığın elmi təlim kimi inkişafında, təşəkkül
tapmasında bir neçə əsas mərhələ ayırmaq mümkündür:
1. Torpaqların xassələri və münbitliyi haqqında pərakəndə biliklərin yaranması, əkinçiliyin təşəkkül
tapması mərhələsi. Torpaq haqqında emprik biliklərin toplanması neolit və bürünc dövründə (b.e. 10-11 min il
əvvəl), insanların yabanı bitkilər toplaması məşğuliyyətindən onların tarlada yetişdirilməsinə, torpağın
becərilməsinə keçdiyi zamanlar başlanmışdır. Lakin münbitlik haqqında ilk təsəvvürlər çox zaman əfsanə, əsatir
və dastanlarda öz əksini tapırdı. Bu zaman torpaq müqəddəsləşdirilir, münbitlik və onu formalaşdıran amillər
(yağış, külək, Günəş və s.) ilahiləşdirilərək, fövqəl qüvvələr kimi təqdim edilirdi. Continue reading “TORPAQŞÜNASLIĞIN İNKİŞAF TARİXİ”

QƏRBI AZƏRBAYCANIN TÜRK MƏNŞƏLI ETNOTOPONIMLƏRININ AREALLIQ XÜSUSIYYƏTLƏRI VƏ YAYILMA AREALLARI


turkABAN əsaslı areal etnotoponimlər

Aban qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş
tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir
(21, 100; 89,78). Qarqarların şimal-qərbi Albaniyada hələ qədim
dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin
Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər
qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant
çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx,
Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Continue reading “QƏRBI AZƏRBAYCANIN TÜRK MƏNŞƏLI ETNOTOPONIMLƏRININ AREALLIQ XÜSUSIYYƏTLƏRI VƏ YAYILMA AREALLARI”

Biosfer


Biosfer (bio-canlı, sfera-təbəqə) – Yerin 4 xarici təbəqəsindən biri olub, canlıların yaşadıqları təbəqədir. Maksimum qalınlığı 36 km-dir. Biosfer atmosferin alt 2 km-lik, litosferin üst 3-4 km-lik və bütün hidrosfer (11 km) qatını əhatə edir. Yaşı 3,5 mld. il olub, təkhüceyrəli → çoxhüceyrəli → bitki → onurğalılardan ibarətdir. Ilk canlıların okeanda yaranması güman edilir. Müəyyən ərazidə formalaşan və bir-biri ilə sıx əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna biosenoz deyilir. Tərkibinə görə biosenozlar: a) fitosenoz (bitki): b) zoosenoza (heyvan) ayrılır.old-forest
Qidalanmasına görə biosenozlar 3 yerə ayrılır:
1. Prosudent (bitki aləmi) – Günəşdən gələn enerjisi toplayır. Qeyri-üzvi maddələri üzvi maddələrə çevirir.
2. Konsument (heyvanlar) – təbiətdəki hazır məhsullarla (bitki və heyvanlarla) qidalanırlar;
3. Redusent – mikroorqanizmlər (göbələk və bakteriyalar) produsent və konsumentləri parçalayaraq qidalanırlar.
Canlı orqanizmlərin tərkibinə 70%-ə qədər kimyəvi element var. Onların arasında oksigen (65-70%), karbon (15-18%), hidrogen (10%) əsas yer tutur.
bioloji dövran Continue reading “Biosfer”

Kainatın yaranması haqda anlayışlar


Təbiətdəki bir çox proseslərin izahı tapılısa da ətrafımız hələ tam öyrənilməyib. Günü-gündən yeni elmi kəşflər olur. Amma hələ də Kainatın necə yaranması və quruluşu haqqında tam sübut olunmuş yekun nəzəriyyə mövcud deyil. Yəqin bir çoxlarınız kainatın yaranması haqqında olan “Böyük Partlayış” nəzəriyyəsini eşidibsiz. Bu nəzəriyyənin məşhurluğu ona görədir ki, onun doğruluğuna bir çox fizika qanunları da imkan veirir(Məsələn Habl qanunu). Baxmayaraq ki, bir çox alimlər bu nəzəriyyə ilə kifayətlənirlər, amma bu tam isbatlanmış nəzəriyyə deyil. Məktəblərdə də bu nəzəriyyə keçirlir deyə ondan danışmayacayıq. Bu səbəbdən sizə digər ,bir qədər fərqli nəzəriyyələrdən yazamaq istəyirəm. :)
Başlayaq

Kainatın yaranması haqqında ekpirotik nəzəriyyə Изображение Continue reading “Kainatın yaranması haqda anlayışlar”

Torpaq – Yerin qabığının bitki bitən üst qatı.


 Tərifi

Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: “Dağ süxurlarının (fərqi yoxdur hansı) su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş”açıq” və ya xarici qatına torpaq deyilir”. [1]O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri” nəticəsində yaranmışdır.V.V.Dokuçayevin bu ideyaları torpağın ətraf mühitlə daim maddə və enerji mübadiləsi və qismən qapalı bioloji dövran vasitəsilə qarşılıqlı təsirdə olan biomineral (“biokos”) dinamik sistem kimi dərk edilməsində böyük əhəmiyyət kəsb etmişdir. Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu “yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir”. Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007). Torpağın ən üst qatın rəngi daha tünddür. Continue reading “Torpaq – Yerin qabığının bitki bitən üst qatı.”

Torpaqşünaslıq


Torpaqşünaslıq – torpaqlar, onların əmələ gəlməsi (genezisi), quruluşu, tərkibi və xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir. [1]

Kur dəymir, yoxsa Kurd Əmir…


(Bir daha Kurdəmir toponimi haqqında)

Hər bir soz, hər bir ifadə ozluyundə bir fikri ifadə edir. Odur ki, sozlərin, ifadələrin yaranması, meydana gəlmə səbəbləri daim muzakirə obyekti olmuş, cəmiyyətdə fikir ayrılığı yaratmışdır. Uzun illər muzakirə movzusuna cevrilən sahələrdən biri də adlardır. Adların icərisində isə ən maraqlısı coğrafi terminlərdir.
Coğrafi adlar əsrlər boyu formalaşmış, dilin inkişaf xususiyyətlərinə uyğun olaraq dəyişmişdir. Bəzi coğrafi adların yarandığı illər dəqiq məlumdur, bəziləri isə rəvayətlərə və ehtimallara əsaslanır. Cox vaxt xalq, ağız ədəbiyyatı vasitəsi ilə adlar nəsildən – nəsilə oturulur. Continue reading “Kur dəymir, yoxsa Kurd Əmir…”

WordPress.com Bloqu.

Yuxarı ↑