18 oktyabr Dövlət Müstəqilliyi Günüdür


18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 17 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər. Continue reading “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür”

Advertisements

Yerli özünüidarəetmənin təşkili və bələdiyyə orqanları


Yerli özünüidarəetmənin anlayışı: Müasir dövlətlərin çoxunda yerlərdə yaranan məsələlər yerli özünüidarəetmə sisteminin vasitəsilə həll edilir. Yerli özünüidarəetmə hüququ dövlətin həyatında mühüm rol oynayır. Bunu nəzərə alaraq Azərbaycan respublikasının Konstitusiyası yerli özünü idarəetmənin təşkilinin əsaslarını müəyyənləşdirir (Konstitusiyanın IV bölməsi). Continue reading “Yerli özünüidarəetmənin təşkili və bələdiyyə orqanları”

Vətəndaşların Konstitusiyada nəzərdə tutulan əsas vəzifələri


Vəzifənin anlayışı: Vəzifə dedikdə, lazımi və zəruri olan elə bir davranış ölçüsü başa düşülür ki, bu ölçü qanunla müəyyən edilir. Şəxs başqa şəxslərin, cəmiyyətin və dövlətin xeyri və mənafeyi üçün müəyyən hərəkətlər etməyə (məsələn, vergi ödəməyə və s.) və ya müəyyən hərəkətlər etməkdən çəkinməyə (məsələn, qanunları pozmaqdan çəkinməyə) borclu olur. Bu borc vəzifə adlanır. Continue reading “Vətəndaşların Konstitusiyada nəzərdə tutulan əsas vəzifələri”

Sosial-iqtisadi və mədəni hüquqlaq (azadlıqlar)


Mülkiyyət hüququ: Mülkiyyət hüququ iqtisadi hüquqlar sırasına daxil olan əsas hüquqdur. Ona görə ki, mülkiyyət ölkənin iqtisadi-təsərrüfat həyatının və cəmiyyətin iqtisadi bazisinin əsasını təşkil edir. Bununla belə, mülkiyyət geniş ictimai-siyasi məzmuna malik olan münasibətdir. Continue reading “Sosial-iqtisadi və mədəni hüquqlaq (azadlıqlar)”

Qanunvericilik hakimiyyəti və onun orqanları


Parlamentin anlayışı: Azərbaycan Respublikası Konstitusiyasının həll etdiyi əsas məsələlərdən biri dövlət hakimiyyəti məsələsidir. Konstitusiyanın üçüncü bölməsində ifadə olunan normalar məhz bu vacib məsələnin müəyyənləşdirilməsinə həsr edilmişdir. Bu normalar dövlət hakimiyyətinin təşkilinin əsaslarını müəyyən edir. Continue reading “Qanunvericilik hakimiyyəti və onun orqanları”

Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi.


Azərbaycan Respublikasının hal-hazırda qüvvədə olan Konstitusiyası suveren və müstəqil dövlətimizin ilk Konstitusiyasıdır. Bu Konstitusiya qəbul olunana kimi Azərbaycan Sovet Sosialist Respublikaının (Azərbaycan SSR-in) 1978-ci il Konstitusiyası ona edilmiş bir sıra düzəlişlərə (məsələn, respublika prezidentinin vəzifəsinin təsis edilməsi barədə və digər düzəlişlərlə) qüvvədə olmuşdur. 1978-ci il Konstitusiyası Azərbaycan SSR-in sayca üçüncü Konstitusiyası idi. Continue reading “Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi.”

Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti


“Konstitusiya” latınca “constitution” ifadəsindən olub, quruluş (təsisat, qurma) mənasını bildirir. Bu ifadənin tarixi kökü qədim zamanlarla bağlıdır. Hələ neçə-neçə əsr bundan əvvəl antic dövrün mütəfəkkirləri “konstitusiya” terminindən istifadə edirdilər. Roma imperatorlarının verdikləri dekretlər və digər sərəncamlar məhz konstitusiya adlanırdı. Müasir mənada konstitusiya ilk dəfə olaraq ABŞ-da (1787), daha sonar isə Fransada və Polşada (1791) qəbul edilmişdi. Continue reading “Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti”

İctimai-siyasi hüquqlar (azadlıqlar)


Sərbəst toplaşmaq azadlığı: Xarakterinə və təbiətinə görə sərbəst toplanmaq azadlığı ictimai-siyasi hüquqlar sırasına aiddir. Ona görə ki, sərbəst toplaşmaq siyasi məzmunlu tələblərin bildirilməsi ilə bağlıdır. Digər tərəfdən bu hüquqdan siyasi qüvvələr bir-birinə qarşılıqlı təsir göstərmək məqsədilə istifadə edirlər. Continue reading “İctimai-siyasi hüquqlar (azadlıqlar)”

İcra hakimiyyəti və onun orqanları


İcra hakimiyyətinin anlayışı: Hakimiyyətin bölgüsü prinsipinə görə icra hakimiyyəti dövlət hakimiyyətinin digər sahəsi (qolunu) təşkil edir. Hər bir hakimiyyət sahəsi kimi icra hakimiyyəti də öz saləhiyyəti çərçivəsində müstəqildir. Lakin hakimiyyətin bu sahəsi hakimiyyətin digər sahələri ilə, yəni qanunvericilik və məhkəmə hakimiyyəti ilə dövlət hakimiyyətinin həyata keçirilməsi prosesində qarşılıqlı fəaliyyət göstərir. Continue reading “İcra hakimiyyəti və onun orqanları”

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑