MİNFAKT

Məlumat əldə et, əylən…

Lətifə


Advertisements

İyul 11, 2015 Posted by | Lətifə | Bir şərh yazın

ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ


 İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:  yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;

oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;

lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;

öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;

məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;

zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;

müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;

ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;

sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;

müəyyən olunmuş normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi; Oxumağa davam et

İyul 4, 2015 Posted by | Coğrafiyanın tədrisi metodikası | , , | Bir şərh yazın

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU


Kurikulum  islahatını zəruri edən səbəblər •  Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması •  Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid •  Dünya təhsil sisteminə inteqrasiya •  İnformasiya əsrinin tələbləri •  Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması •  Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin  əsas  xüsusiyyətləri Kurikulum  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri  özündə əks etdirən konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra – dövlət standartları) aşağıdakıları müəyyən edir:  ümumi təhsilin məzmununu;  ümumi təhsilin idarə olunmasını;  ümumi təhsilin maddi-texniki və tədris bazasını;  ümumi təhsilin infrastrukturunu;  ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;  ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.

Ümumi təhsilin məzmunu

Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, Oxumağa davam et

İyul 4, 2015 Posted by | Ümumi, Coğrafiyanın tədrisi metodikası | , , , | Bir şərh yazın

KURİKULUM NƏDİR ?


KurikuliumKurikulum nədir? Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutur.
Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı Oxumağa davam et

İyul 4, 2015 Posted by | Coğrafiyanın tədrisi metodikası | , | Bir şərh yazın

Beyin üçün 20 tövsiyyə


MD Profile _3D Brain

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?

3. Xarici bir dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə xarici ya da yerli yeni söz öyrənib, istifadə edə bilərsiniz. Lüğət oxuya bilərsiniz. Alış – veriş siyahısı və ya telefon nömrələrini əzbərləməyi yoxlaya bilərsiniz.

4. Zehni gimnastika/məşq edin. Bunun üçün müxtəlif bilməcələri həll edə bilərsiniz. Şahmat kimi zəka oyunları oynayın.

5. Gündəlik olaraq təkrarladığınız davranışlardan imtina edin. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın, evinizə başqa bir yoldan gedin. Ən azından bir günlük televizor pultunu tez-tez istifadə etmədiyiniz əlinizdə tutun.

6. İntellektual zövqlərinizi inkişaf edtirmək üçün hər gün mütləq yaxşı bir aforizm antologiyasından bir neçə cümlə oxuyun. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın. Oxumağa davam et

İyun 30, 2015 Posted by | Bilirsinizmi ???, Fəlsəfə | Bir şərh yazın

Maraqlı faktlar


1345932970-405

logo min1977-ci ildə NASA kosmosa Voyagerraketini buraxarkən ona qızıl plastinka da əlavə edib. Əgər raket yadplanetlilərin əlinə keçərdisə bu plastinka onlara Dünya haqqında dolğun məlumat verəcəkdi. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və 27 musiqi parçası vardı. Plastinkanın içərinsdə olan 27 melodiyadan biri Azərbaycan musiqisi idi.

logo min
1863-cü ildə Jül Vern XX əsrin Parisiadlı kitab yazıb. O, bu kitabda o vaxt mövcud olmayan avtomobilləri, faksı və elektrik stulunu ətraflı şəkildə təsvir edib. Naşir onu ağıldan kəm adlandıraraq, əlyazmasını geri qaytarıb.
logo minOsmanlı dövründə qadınlara verilən ən dəyərli hədiyyə güzgü imiş. Bunun anlamı Sənə səndən dəyərli bir hədiyyə tapa bilmədimdemək idi.
logo minHər gün dünyada orta hesabla 33 yeni məhsul buraxılır, bunların 13-nü isə oyuncaqlar təşkil edir.
logo min13 rəqəminin uğursuz olduğu fikirləşildiyi üçün ABŞ-da bir çox oteldə 13-cü mərtəbədə otaq olmur.
logo minTanınmış Ərəb şairi, Qahirə universitetinin professoru Şeyx Məhəmməd Abdul İbrahim 150 yaşında vəfat etmişdir. 105 yaşınadək subay yaşamıışdır. 105 yaşında evləndikdən sonra 5 övladı olmuşdur.

Oxumağa davam et

Oktyabr 3, 2014 Posted by | Bilirsinizmi ??? | , , | Bir şərh yazın

Şirvanşahlar saray ansamblı


qız qalası

qız qalası

Şirvanşahlar saray ansamblı – Azərbaycan memarlığının Şirvan-Abşeron qolunun iri abidəsidir.
XV əsrdə Bakının iqtisadi və siyasi əhəmiyyətinin artması nəticəsindəŞirvanşah Xəlilullah iqamətgahı Şamaxıdan Xəzər dənizindəəsas liman şəhəri və möhkəmlənmiş istehkam olan Bakıya köçürdü. Səbayel qəsrinin batması ilə bağlı yeni saray təhlükəsiz yerdə, Bakı təpəsinin hündürlüyündə tikildi. Ansambl vahid memarlıq ideyasına əsasən tikilmirdi, o, relyefəəsasən, üç səviyyədə ucaldılan bir neçə tikili sırasından ibarətdir: sarayın əsas binası (1420-ci illər), Divanxana (1450-ci illər), sərdabə-türbələr (1435), minarəli şah məscidi (1441), Seyid Yəhya Bakuvi məqbərəsi (1450-ci illər) və
Keyqubad məscidinin qalıqları. Saray tikililərinə şərq tərəfdən portal – Murad qapıları (1585), ovdan və hamam qalıqları aiddir. Bəzi məlumatlara görə, saray binasından şimal-şərqə doğru əvvəllər şah tövlələri yerləşirmiş, hazırda burada yaşayış evləri mövcuddur. Divanxanadan şimalda yaşayış evlərindən birində qədim divarların özülü görünür, bu hörgü sarayın fasadının hörgüsünəbaşlayır. Görünür, bu saray ansamblına daxil olan binalarının hörgülərinin qalıqlarıdır.
Oxumağa davam et

Sentyabr 28, 2014 Posted by | Azərbaycan tarixi | , , , , | Bir şərh yazın

Azərbaycan daş plastikası – qədim tarixi abidələr


qobustanDaş insanların məişətində ən qədim və təbii sərvətlərdən biri sayılır. İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan hazırlanmışdır. O, insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzun keçmişlərdən tutmuş bu günə qədər daşı həmişə müqəddəs saymışlar. Alimlərimizin fikirincə Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa , qayaya, mağaralara sitayiş , daşdan müalicə vasitələri kimi istifadə etmək Azərbaycanda geniş surətdə yayılmışdır.

Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. Keçmişin yadigarı sayılan bu abidələr daha çox bizi bədii və estetik xüsusiyyətləri ilə maraqlandırır. Onlar xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti , dünya görüşü və zövqü haqda geniş məlumat verir.
Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma , yonma , cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad(Gəmi qaya), Abşeron(Mərdəkan , Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.
Oxumağa davam et

Sentyabr 27, 2014 Posted by | Azərbaycan tarixi | , , , , | Bir şərh yazın

Qədim Mesopotamiya


Mesopotamiya

Mesopotamiya

Qədim yunanlar Dəclə və Farat çayları arasındakı ərazini Mesopotamiya adlandırırdılar. Mesopotamiya sözünün mənası “İkiçayarası” deməkdir. Mesopotamiyanın ən muhüm çayları Dəclə və Farat idi. Onlar vaxtaşırı daşır və ətrafın-dakı torpaqları gətirdikləri çöküntülərlə münbütləşdirirdi. Məhz buna görə də Mesopotamiya torpaqları məhsuldar olurdu.
Şumerlər Mesopotamiyanın cənubunda yasayırdılar. Onlar e. ə. VII – VI minilliklərdə Orta Asiya və Altaydan gələrək burada məskun-laşmişdılar. Mesopotamiyanın cənub hissasi “şumer ölkəsi” adlanırdı.

Şumer şəhər dövlətləri
e.ə. III minilliyin I yansında Uruk, Kiş, Ur, Eredu, Umma, Nippur və Laqaş şumer şəhər dövlətləri meydana gəlmisdir. Erkən şumer şəhər dövlətləri “en” adlanan kahin tərəfindən idara edilirdi. En aşağıdakı işlərə rəhbərlik edirdi:

► Suvarma kanallarının çəkilməsinə
► Ölkənin təsərrüfat hayatına
► Dövlət və məbəd işlərinə
► Hərbi işlərə
Qeyd: Sonralar şumer şəhər dövlətlərində hökmdar hakimiyyəti meydana gəldi. Şumer hökmdarları ” luqal” və ya “ensi” adlanırdı.

Şumer mədəniyyətinə aiddir: Oxumağa davam et

Sentyabr 27, 2014 Posted by | Asiya tarixi | , , , , , | 1 Şərh

İftar niyə xurma ilə açılır


hurma
Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.v. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur.

Xurmanın tərkibi: şəkər, zülal, karbohidrat, dəmir, maqnezium, fosfor, A, B1, B2 vitaminləridir. Orucun su və xurma ilə açılması saatlarla ac olan beyin, mədə və bağırsaqların hazırlanması, özünə gəlməsi üçün ən ideal variantdır. Məhz xurma bağırsaqları, ümumilikdə selikli qişanı iftar zamanı yemək qəbuluna hazırlayır, normal fəaliyyətə kömək edir. Xurma damarları yumşaldır, sinir hüceyrələrini lazım olan qlükoza ilə təmin edir. Xurma qəbizlik, həzm pozğunluğu, ürək bulanma, iştahasızlıq kimi problemlərə çözümdür.

Xurma antioksidantdır. Bu da xərçəng hüceyrələrinə qarşı müdafiə qabiliyyətini artırır. İnsan ac olarkən dili üzərində, ağız boşluğunda, mədə yolu və bağırsaq qişasında bakteriya dolu ərp yaranır, orqanizm təmizlənir. Əgər insan başqa ərzaqla iftarı dərhal açarsa, bu, toksin maddələr elə orqanizmdə qalır, mədəyə düşərək, bədəndən ixrac olmur; amma xurma və su bu zərərli maddələri özünə hopdurur və yenidən orqanizmə yayılmasına imkan vermir. Ona görə əsrlər keçsə də xurma iftar süfrəsindəki şah yerini qoruyub saxlayır.

İyul 4, 2014 Posted by | Maraqlı məlumatlar, Şəfalı meyvələr | , , , , , , , , | Bir şərh yazın

ƏKİZLƏR BÜRCÜ 


ikizler-burcu

• ƏKİZLƏR BÜRCÜ Ləqəbi
Elementi: Hava
Feature: Ağıllı
İdarəçi Planeti: Merkuri
Metalı: Civə
Uğurlu Günü: Çərşənbə
Uğurlu sayı: 5
Uğurlu Taşları: Akik və İnci
Uğurlu Rəngləri: Sarı, boz, açıq mavi
Uğurlu Çiçəkləri: Mimoza, Çiğdem
Uğurlu Qoxuları: Stansiyadana, jasmin, sümbül
Uğurlu Musiqi: Müasir qərb musiqisi
Ən Müəyyən Xüsusiyyəti: Hiss gücü
Ən böyük ideallar: Yazarlık
Ən Böyük Səhvi: Boşboğazlıq
Ən Böyük Arzusu: Ədəbiyyatda ad etmək
Ən Böyük Qabiliyyəti: Duyğularını yazıya dökebilme Oxumağa davam et

İyul 3, 2014 Posted by | Ümumi | Bir şərh yazın

%d bloqqer bunu bəyənir: