MİNFAKT

Məlumat əldə et, əylən…

İtaliya Respublikası


Sahəsi: 301,230 min km2
Əhalisi: 60 mln 500 min nəfər
Paytaxtı: Roma (3mln) nəfər
Rəsmi dili: italyan
Pul vahidi: Avro
İtaliya cənubi Avropada – Apenin yarımadasında, Sicilya və Sardinya adalarında yerləşir. Ölkənin sahillərini Adriatik, İon və Tirren dənizləri əhatə edir. İtaliya qurudan Avstriya, Fransa, İsveçrə, Slovakiya, San-Marino, Vatikan ilə həmsərhəddir. İtaliya dağlıq ölkədir. Ən hündür zirvə Monblandır (4807 m). İqlimi Aralıq dənizi, qisməndə mülayim kontenintaldır.
İtaliya – dövlət başçısı prezident olmaqla unitar respublikadır. Ali qanunverici orqanı iki palatalı parlamentdir. Əhalinin təbii artımı mənfidir. Milli tərkibi – italiyanlar 98%, albanlar, slovenlər, albanlar, yunanlar və fransızlar 2%. Ölkədə əhalinin orta sıxlığı km2-də 193 nəfərdir. Urbanizasiyanın səviyyəsi 60% -dən yüksəkdir. Ən böyük şəhərləri Roma, Milan, Neapol, Turin, Palerno, Genuya, Boloniya və Feorensiyadır. Ümumi milli gəlir 2,2 trln olmuşdur. Kənd təsərrüfatı 2,2%, sənaye 29%, xidmət sahələri 68,8% -dir.
İtaliya əhalisinin həyat səviyyəsinə görə dünyada iyirminci yeri tutur. İtaliyanın Avropada inkişaf səviyyəsi yüksək olsada, Avropanın bir sıra ölkələrindən geri qalır. İtaliya yüksək inkişaf etmiş, inkişaf səviyyəsinə aid olan ölkələr sırasına daxildir. Təsərrüfatın strukturunda emaledici sənaye üstünlük təşkil edir. Yanacaq xammalı azdır. Energetikanın inkişafı idal xammala əsaslanır. Elektroenergetikada su elektrik stansiyalarının (SES) rolu böyükdür. İtaliyada Atom Elektrik Stansiyaları (AES) da fəaliyyət göstərir. Qara və əlvan metallurgiya yerli və idxal xammala əsaslaır. Nəqliyyat maşınqayırması (dəmiryol nəqliyyatı, gəmiqayırma, avtomobilqayırma) inkişaf etmişdir. Tikinti materialları sənayesi, yeyinti və yüngül sənaye mühüm sahələrdir. İtaliyanın təbii şəraiti kənd təsərrüfatı üçün əlverişlidir. Yayın quru olması suvarma tələb edir. Kənd təsərrüfatının strukturunda heyvandarlıq üstündür. Meyvə, sitrus bitkiləri, tərəvvəz, dənli bitkilər əkilir. Aqroiqlim ehtiyatları sitrus və subtropik meyvəçiliyin, suvarma şəraitində üzüm, pambıq, zeytun, tütün, taxıl bitkilərinin yetişdirilməsi üçün əlverişlidir. İtaliya şərabçılıq və üzümçülük, zeytun yağı istehsalına görə ixtisaslaşmışdır. Dünya bazarına limon, naringi, portağal və s. məhsulları çıxarır. İtaliyada yığılan sitrus bitkiləri, pambıq, çəltik, üzüm yığımı və şərab istehsalına görə dünyada birinci yeri tutur.
Heyvandarlıq ekstensivdir. Əsas ətlik istiqamətdə inkişaf edən otlaq heyvandarlığı və qoyunçuluq ekstensiv xarakter daşıyır. Yerli xammalın emalına əsaslanan toxuculuq və yeyinti sənayesi daha yüksək inkişaf etmişdir. İtaliyada müəyyən qədər dəmir filizi, boksit, əlvan metallar, hidroenerji, Alp və Priney dağlarında meşə ehtiyatları mövcuddur. İtaliya nəqliyyat maşınqayırması və avtomobilqayırmanın yüksək inkişaf səviyyəsi ilə Avropada fərqlənir. Gəmiqayırma və toxuculuq ənənnəvi sənaye sahələridir. Aparıcı nəqliyyat növü dəniz nəqliyyatıdır. Dünya təsərrüfatında maşınqayırma (FİAT), soyuducu, gəmi, polad istehsalı, turizm ilə seçilir. Turizm və rekreasiya imkanları genişdir. İtaliya dünyada ən iri turizm regionlarından biridir. Ölkənin ətrafında dənizlərin olması ildə 50 mln turist qəbul edir. Ölkənin şimal və cənub hissələri sosial iqtisadi inkişaf səviyyəsinə görə fərqlənir. Şimal rayonu yüksək, cənub rayonu isə zəif inkişaf etmişdir. İtaliya sənayecə yüksək inkişaf etmiş ölkələrdən biridir. Avropaya inteqrasiya prosesində yüksək iştirak etmişdir.

Advertisements

Aprel 23, 2012 Posted by | Regionların soial-iqtisadi coğrafiyası | 1 Şərh

Almaniya Federativ Respublikası


Sahəsi: 357,021 km2
Əhalisi: 83 mln nəfər
Paytaxtı: Berlin (3,5 mln nəfər)
Rəsmi dili: Alman
Pul vahidi: Avro

Almaniya Mərkəzi Avropada yerləşir. Sahillərini Şimal və Baltik dənizinin suları yuyur. Ölkə Belçika, Çexiya, Danimarka, Fransa, Lüksemburq, Niderland, İsveçrə ilə həmsərhəddir. Relyefində düzənlik üstünlük təşkil edir. Ən yüksək dağ zirvəsi Alp dağlarında yerləşən Syuq-Şipdir (2963m). İqlimi mülayim kontenintaldır. Almaniya dövlət başçısı przident olmaqla, federal (16 əyalət) respublikadır. Ali qanunverici orqan ikipalatalı parlamentdir. Əhalinin təbii artımı azdır. Ölkənin əhalisinin sayı imiqrasiya hesabına artır. Əhalinin 92%-i alman, 2,5 % -i türk, 5,5 %-i digər millətlərdəndir (rus, xorvat, ispan və s.). Ölkə əhalisinin orta sıxlığı km2-də 230 nəfərdir. Urbanizasiyanın səviyyəsi 90%-dir. Milyonçu şəhərləri Berlin, Hamburq, Münhen, digər iri şəhərləri Köln, Frankfurt, Essen, Dortmun, Ştudqar, Düseldolf, Bremen, Dusburq, Hannoverdir. Orta Avropada iqtisadi potensilalına görə ən qabaqcıl ölkədir. İnkişaf etmiş sənaye ölkəsidir. Sənaye potensialına və inkişaf səviyyəsinə görə Avropada birincidir. Dünyada isə üçüncü ölkədir. Atom və kimyəvi sənaye məhsulları istehsalında dünyada ilk yerləri tutur. Ümumilli gəlir 3,3 trilyon dollardır. Kənd təsərrüffatı 1%, sənaye 31%, xidmət 68%. Amaniya əhalinin həyat səviyyəsinə görə dünyada 17-ci yeri tutur. Daxili fərqlərə görə Orta Avropanın siyasi iqtisadi həyatında mühüm rol oynayan Almaniya bir sıra Avropa ölkələrindən fərqlənir. II dünya müharibəsindən sonra Almaniya üçün faciəli nəticələrlə başa çatdı. Nəticədə Almaniya iki yerə parçalandı. AFR-nin beynəlxalq mövqeyinin güclənməsi xeyli dərəcədə onun iqtisadi inkişafının sürəti ilə bağlı idi. ABŞ AFR-ə maliyyə yardımı göstərdi. Müəsisələri yeni texnika ilə təhciz etdi. Ucuz işçi qüvvəsindən istifadə 50-ci illərdə ölklə iqtisadiyyatının inkişafına səbəb oldu. Buna çox vaxt obrazlı şəkildə “Alman möcüzəsi” deyirlər. 1957-ci ildə Almaniya Avropa İttifaqı birliyinə daxil oldu. 80-ci illərin sonlarında Almaniyanın birləşməsi üçün əlverişli beynəlxalq şərait yarandı. Nəhayət 1990-cı il, oktyabrın 3-də müqavilə qüvvəyə mindi. Yenidən birləşən Almaniya 16 torpağın federasiyasıdır. Sahəsinə görə AFR Avropada 6-cı, əhalinin sayına görə 2-ci yeri tutur. Sənaye istehsalının həcminə görə ABŞ və Yaponiyadan geri qalır. Beynəlxalq əmək bölgüsündə AFR-nin siması maşınqayırma sənayesi ilə tanınır. Maşınqayırma məhsullarının ixracına görə, dünyada I yeri tutur. Metallurgiya, kimya, yüngül sənaye sahələri yüksək inkişafı ilə fərqlənir. Rur Avropanın ən sənayeləşmiş regionudur. Almaniya həm də yüksək inkişaf etmiş aqrar sənaye ölkəsidir. Kənd təsərrüfatının strukturunda heyvandarlıq məhsullarının sayı 80%-dir. Kənd təsərrüfatı məhsullarının 4/5 heyvandarlığın payına düşür. Almaniya kömür yataqları(Rur, Saar, Reyn), dəmir filizi, əlvan metallarla, kimya xammalları ilə zəngindir. Sıx çay şəbəkəsi zəngin meşə ehtiyatları, düzən relyef, əlverişli iqlim şəraiti, münbit torpaqları, ölkənin hərtərəfli inkişafına təbii zəmin yaradır. Təbii sərvətlər tükənsə də emal edici sənayə ilə yanaşı dağ mədən sənayesinin də payı xeyli böyükdür. Almaniya sosial iqtisadi sahədə bir sıra islahatlar keçirir. Birləşmiş Almaniyanın tərəqqisi üçün böyük səylər göstərilmişdir. Alman iqtisadiyyatın sabit və dinamik inkişaf etdiyi bir ölkədir. Almaniya dünyada baş verən siyasətdən siyasətdən geri qalmır. Həm şərqdə, həm qərbdə tarazlaşdırıcı mövqedə durur.

Aprel 23, 2012 Posted by | Regionların soial-iqtisadi coğrafiyası | Bir şərh yazın

Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığı


sahəsi: 244,827 min km2, (İrlandiya – 70 min km2)
əhalisi: 62 mln nəfər (İrlandiya 4,2 mln nəfər)
paytaxtı: London (7,6 mln nəfər)
rəsmi dili: İngilis
pul vahidi: funt sterling
B.Britaniya Qərbi Avropada, Atlantik okeanla Şimal dənizi arasında eyni adlı adada yerləşir. Ölkənin qurudan yalnız İrlandiya ilə sərhəddi var. Relyefində düzənliklər üstünlük təşkil edir. Ən yüksək dağ zirvəsi: Ben Nevisdir (1343 m) Qranpian dağları. İqlimi: Mülayim dəniz iqlim tipidir.
B.Britaniyanın rəsmi adı, Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığıdır. 4 tarixi ərazidən – İngiltərə, Şotlandiya, Uels, Şm. İrlandiyadan ibarətdir. Ənənəvi olaraq onu B.Britaniya (ən böyük adanın adı ilə) və İngiltərə (ən böyük tarixi ərazinin adı ilə) adlandırırdılar. B.Britaniya konstitusiyalı monarxiya dövlət quruluşuna malik olan unitar (İngiltərə, Şm.İrlandiya, Uels, Şotlandiya, Normandiya, Sandon) dövlətdir. Dövlətin formal başçısı kral, real başçısı isə baş nazirdir. Ali qanunverici orqan 2 palatalı parlamentdir. Dünyanın müxtəlif regionlarında, B.Britaniyanın müstəmləkələri (Bermud adaları, Cəbbəlütariq, Folklend adaları, Georgia, Cənubi Sendviç adaları) var. XIX əsrin axırlarınadək İngiltərə dünya təsərrüfatına ağalıq etmişdi. O, kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi, dünyanın sənaye emelatxanası olmuşdur. Olduqca iri müstəmləkələri böyük gəlir, əlverişli iqtisadi coğrafi mövqeyi ilə geniş əlaqələr yaratmağa imkan verirdi.
Yüksək əhali sıxlığına və yüksək urbanizasiyaya malik parlamentli monarxiya dövlətidir. Əhalinin təbii artımı hər 1000 nəfərə 5 nəfərdir. Milli tərkibi – ingilislər 81,5 %, şotlandlar 9,9 %, İrlandiya 2,4 %, valyalılar, olsterlər 6,5 %. Ölkədə əhali sıxlığı 246 nəfərdir. Urbanizasiya səviyyəsi 91 %-ə yaxındır. Ən böyük şəhərləri London, Birminhem, Qlazqo, Şefild, Lids, Mançestr, Edinburq, Lester-Kingston, Kovenstridir. Ümumilli gəlir 3 trln dollar olmuşdur. Kənd təsərrüfatı 1 %, sənaye 27 %, xidmət 72 %. B.Britaniyanın yüksək inkişaf etmiş sənaye ölkəsidir. Ənənəvi sənaye sahələri, kömür çıxartma, toxuculuq, gəmiçilik, yeyinti və s. ilə yanaşı neft və qaz hasilatı, qara və əlvan metallurgiya, elektrotexnika, aviarokat, təyyarə, dəzgahqayırma, avtomobilqayırma, kimya sənayesi də mühüm yer tutur. Maşınqayırma xüsusilə çox sahəlidir. London, Birmenhem, Koventrid, Qlazqoda gəmiqayırma inkişaf etmişdir. Toxuculuğun əsas mərkəzləri Mançestr, Metallurgiyanın Şeffild, Kardifdir.
Kənd təsərrüfatında üstündür. Rütubətli iqlim taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Otlaq və çəmənliklər üstünlük təşkil edir. Kənd təsərrüfatı əhalinin tələbatını ödəmir. K/t məhsullarının 80 %-ni əmtəəlik, intensif, südlük və ətlik heyvandarlığın payına düşür. Donuzçuluq, quşçuluq və balıqçılıq ixtisaslaşmış sahəsidir. Əkinçilikdə əsas yeri taxıl, arpa, yem bitkiləri, kartof, şəkər çuğunduru və s. bitkilər tutur. Ən mühüm sənaye mərkəzləri, London, Mançestr, Biermenhem, Liverpul, Qlazqo. Daxili rayonlarının inkişaf səviyyəsinə görə fərq azdır.

Aprel 23, 2012 Posted by | Regionların soial-iqtisadi coğrafiyası | Bir şərh yazın

   

%d bloqqer bunu bəyənir: