MİNFAKT

Məlumat əldə et, əylən…

Türk sözünun mənası və qədim türklər haqqında


Türk Adının mənası(Kökeni) Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş  və onlar  Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə “Tik” və ya “Tiklər” şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər. Oxumağa davam et
Advertisements

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Göytürk imperatorluğu


Göytürk dövlətinin yaranması. Hunlar çinlilərə məğlub olduqdan sonra knyaz Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. V əsrdən başlayaraq Jujan dövləti zəifləməyə başladı. Türk qəbilələrinin başçısı Bumin xaqan idi. 546-cı ildə teles tayfaları jujanlara qarşı üsyan qaldırdı. Bumin xaqan bu üsyandan istifadə etmək istədi. Jujan xanı Anaxuanınqızına elçi göndərdi. O isə «sən mənim filiz əridənimsən» deyib qızını Bumin xaqana vermədi. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Qərbi hun imperiyası


«Xalqların böyük köçü». Qərbi Hun dövlətinin yaranması. Böyük Hun imperiyası dağılandan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli hərəkəti sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını «Xalqların böyük köçü» adlanır.

«Xalqların böyük köçü» eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. «Xalqların böyük köçü» VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Hunlar Krımda ostqot tayfalarıilə üzləşdilər, 371-ci ildə ostqotlar məğlub oldular, onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Qəznəvilər


Qəznəvi dövlətinin yaranması. Bu dövlət 962-1187- ci illərdə mövcud olmuşdu. Qəznəvi dövlətinin əsasını X əsrin 60-cı illərində Alptəkin (962-963) qoymuşdu. O, Samanilər dövlətinin görkəmli sərkərdəsi idi və Samanilərin türk qulamlarında xidmət etmişdi (Qulamlar türk əsilli gənc qullardan təşkil edilmiş daimi süvari qvardiya idi). Alptəkin şəxsi şücaətinə görə hərbi əyanlar sırasına daxil olmuşdu. Alptəkin Samanilərin hakimiyyətini tanımaqla yanaşı, Qəznəvi dövlətini yaratdı. Onun ölümündən sonra hakimiyyətə Səbutəkin (977-997) gəldi və o, Hindistana dəfələrlə hərbi səfər etdi. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Oğuz dövləti


Oğuz tayfa ittifaqı. Oğuzlar haqqında ərəb, Orxon-Yenisey slavyan mənbələri məlumat verir. Oğuz sözü boy, qəbilə, tayfa mənasını verən ox, cəm şəkilçisi uz-un birləşməsindən ibarətdir Oğuz sözü boylar, qəbilələr deməkdir. «Oğuz» sözünə ilk dəf Orxon-Yenisey abidələrində rast gəlinmişdir. Bu ad ərəb mənbələrində «quz», bəzən «uz», slavyan mənbələrində «türk» şəklində işlənib. Oğuz eli boz ox, üç oxadı ilə iki qola ayrılır.Oğuzlar 24 boydan ibarət idilər. 12 boy boz oxlar, 12 boy isə üç oxlar adlanırdı. Hər boyun öz nişanı var idi. Qayı, qınıq bayat boyları çoxsaylı və nüfuzlu idi. VII əsrin əvvəllərində Göytürk dövlətinintərkibində 9 oğuz tayfa ittifaqı var idi. Bu imperatorluq 634-cü ildə dağılandan sonra Tola-Selenqa hövzəsində yaşayan 9 oğuzlar birləşib xaqanlıq yaratdılar. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Xəzər xaqanlığı


Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Anayurt marşı-bütün türklərin himni


Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur.
Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.

Özbekistan, Türkmenistan diye kurmuşlar.
Anayurdum Türkistan’ı bölüp koymuşlar.

İnanmayın, aldanmayın ey Türk yiğitler.
Kırk yüz yıllık geçmişleri var olan Türkler.
Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur.
Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.

Türkistan, Kafkasistan ey güzel yurdumuz.
Sana kurban olalım hey anayurdumuz.
Özbek, Türkmen, Uygur, Tatar, Azer; bir boydur.
Karakalpak, Kırgız, Kazak; bunlar bir soydur.

sözləri Hayati Bice, bestesi Sabir Karger

Eyni mahnı uyğur dilində. Bizdən nə qədər uzaqda yaşasalar da,sözlərini yenə başa düşmək olar:

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

Osmanlı imperiyası


Osmanlı dövlətinin qurucusu qayı boyuna mənsub olan Osman bəy olmuşdur. Osman bəy Əskişəhər-İraq yolunu ələ keçirərək Konya sultanlığına son qoyur. 1299-cu ildə Osmanlı dövləti qurulur. 1314-cü ildə Osman bəy Bursa şəhərini mühasirəyə alır. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | , , , , , | Bir şərh yazın

Türklər və türk dünyası


Türk dünyası dedikdə – böyük bir düha, sonsuz bir cahan, yenilməz bir qüvvə canlanır gözümüzün önündə. Türk dünyası dedikdə – mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi olan xalqlar anılır. Türk dünyası dedikdə – sonsuz və ucsuz-bucaqsız bərəkətli torpaqlar, zəmilər, meşələr, maylar və dənizlər, min-bir naz nemətli ellər, obalar, sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır. Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | , , , | Bir şərh yazın

Qədim Türküstan


Türküstan qərbdə Ural və Xəzər dənizindən, sərqdə Altay və Çinə qədər, simalda Tomsk və Tobolskdan, cənubda Iran və Əfqamstana qədər olan ərazini əhatə edir.
Mərkəzi Asiyada (Türküstanda) yaşayan əhali akinçilik və maldarlıqla məşğul olurdular. e.ə. II minilliyin sonu – I minilliyin I yansında türk tayfalarının köçü və yerdəyişmələri baş verdi. Köçun məqsədləri: Oxumağa davam et

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | , , , , , , | Bir şərh yazın

Ağ Hun və Qərbi Hun dövləti


Böyük Hun dövlətinin dağılmasından sonra hunların bir hissəsi Qərbi Türküstan ətrafına köç etdi və IV əsrdə Ağ Hun dövləti yarandı. Ağ Hun dövlətinə aiddir:
* “Orta Şərq hunları” adlanması;
* Eftalit dövləti kimi tanınması (V əsrdən);
* Ağsuvar xanın dövründə Sasanilərin asılı hala salınması;
* Şimal-Şərqi Hindistanın tabe edilməsi;
* I Göytürk dövləti ilə toqquşması;
* Sasanilər və Göytürklərin birləşmiş qüvvələri tərəfindən məğlub edil-məsi (567-ci il);
* Toxar yazısından istifadə edilməsi;
* Kabil və Sakala şəhərlərinin paytaxt olması.

Qərbi Hun dövləti (IVəsr-470)
Böyük Hun dövlətinin dağılmasından sonra hun tayfalarının qərbə doğru hərəkəti başladı. Bu hadisə tarixdə “ Xalqların böyük köçü” adlanır. Qərbə doğru hərəkət edən hunlar:
* Alanları məğlub etdilər (370-ci il);
* Ostqotları məğlub etdilər (371-375-ci illər);
* Krımı ələ keçirərək quldarlıq qaydalarına zərbə vurdular;
* Vestqutları məğlub etdilər(vestqot hökmdarı Atanarix hunlara qarşı “Atanarix sədləri”ni qurdu).

Qərbu Hun impersiyasıAtillanın hakimiyyəti illərində hun işqalları gücləndi. O, Bizansa qarşı I Balkan səfərini təşkil etdi və Konstans müqaviləsi bağlandı. Müqaviləyə görə:
* Bizans hunlara hər il 700 librə qızıl pul verməli idi;
* Bizans hunlara tabe olan xalqlarla heç bir əlaqə saxlamamlı idi;
* Hunlardan Bizansa sığınmış qaçqınlar geri qaytarılmalı və yaxud onların hər biri üçün 8 librə qızıl verilməli idi.
447-ci ildə Atilla II Balkan səfərinə çıxdı və müqavilə bağladı. Müqaviləyə görə;
* Bizans hərbi təzminat kimi altı min librə ödəməli idi;
* Konstans müqaviləsi yenidən bərpa olunmalı idi;
* Bizans hunlara tabe olan tayfalar arasında pozuculuq fəaliyyətlərin-dən əl çəkməli idi.

Qeyd: Atillanın ölümü Qərbi Hun dövlətinin tənəzzülünü gücləndirdi. Daxili çəkişmələr və hakimiyyət üğrunda mübarizə nəticəsində Qərbi Hun dövləti süqut etdi.

Noyabr 9, 2012 Posted by | Türk xalqlarının tarixi | Bir şərh yazın

%d bloqqer bunu bəyənir: