İnsanlara necə təsir etmək olar?


Nəhəng şirkətləri ortabab şirkətlərdən ayıran başlıca xüsusiyyət, təşəbbüskar və proaktiv davranan rəhbərlərə və işçilərə sahib olmalarıdır. Proaktiv insanlar gördükləri işi bir addım qabağa aparmaq, effektli etmək üçün yaradıcı planlar həyata keçirə bilən və bu istiqamətdə addım atmaqdan çəkinməyən, fərqli insanlardır. Bunun üçün də ətraflarındakılara təsir göstərmək, hədəflərinə çatmaqlarını asanlaşdıracaq insanları yola gətirmək və onların dəstəyini təmin etməkdə uğurlu olmaq məcburiyyətindədirlər. Özlərilə eyni hədəfə doğru çiyin-çiyinə yeriyəcək insanları təsir altına salmağı, öz tərəfinə çəkməyi bacarmalıdırlar. Continue reading “İnsanlara necə təsir etmək olar?”

Advertisements

Yaxşı psixoloqsunuzmu?


1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli-3 xeyr-2
2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli-4 xeyr-1
3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli-4 xeyr-2
4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli-2 xeyr-1
5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli-3 xeyr-2
6. Krossvord həll etməyi xoşlayırsınızmı?
Bəli-1 xeyr-4
7. Gimnastika ilə məşğul olursunuz?
Bəli-3 xeyr-1
8. Başının tez-tez ağrıyır?
Bəli-1 xeyr-2
9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?
Bəli-4 xeyr-1
10. Həmişə eyni saç düzümündə gəzirsiniz?
Bəli-4 xeyr-1
11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?
Bəli-4 xeyr-1

AÇAR

20 baldan az -I Tip
21-25 bal – II Tip
25 baldan çox – IIITip

I Tip – Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.

II Tip – İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.

IIITip – Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑