Yerdə atmosfer təzyiqinin müxtəlifliyi və onun coğrafi nəticələri. Atmosferdə su, hava və iqlim


Atmosferin alt troposfer qatında havanın tempraturu hündürlüyə qalxdıqca aşağı düşür. Hər 100 m də 0,6o C. Buna termik pillə yaxud aerotermik qradient deyilir. Müəyyən edilmişdir ki, 19 km yüksəklikdə insan damarında qan qaynamağa başlayır. Stratosferdən yuxarıda mezosfer təbəqəsində tempratur -100 -130o C olur. Termosfer qatında tempratur isinir +220 +1000o C olur. Daha yuxarıda isə 1500o C-ə çatır. Havanın tempraturunun sutkalıq və illik …….. Atmosferin yer səthinə yaxın hava qatında daha aydın nəzərə çarpır. Bu dəyişkənlik Günəşin üfüq üzərindəki yüksəklikdən və səth örtüyünün xarakterindən asılıdır. Troposferin aşağı hissəsindəki hava kütlələri istiliyi günəş tərəfindən qızdırılan yer səthindən aldığından, sutka ərzində tempratur dəyişmələri daha aydın, yayda 2 min m, qışda 500 m yüksəklikdə müşahidə olunur. Havanın tempratur gedişi ilk növbədə coğrafi en dairəsindən asılıdır. Bu isə ekvatordan qütblərə doğru getdikcə istilik balansının dəyişməsi ilə bağlıdır. Eyni orta tempraturlara malik ərzilər xüsusi xətlərlə yəni, izotermlərlə birləşdirilir. Hava elementlərinin tətqiqi ilə metereolojiya elmi məşğul olur. Tempraturun ölçülməsində 3 şkaladan, kelvin, selsi, farangey şklasından istifadə olunur. Hündürlüyə doğru tempraturun aşağı düşməsi bəzi hallarda pozulur. Bu hal tempratur inversiyası adlanır. Dağlıq ərazilərdə yamac boyu soyuyub ağırlaşan hava kütlələrinin dərəyə enməsi və aşağı qatın soyuması ilə yaranan inversiya, oroqrafik inversiya adlanır. Yer səthinin effektiv şüalanması yolu ilə istilik itirməsi nəticəsində yaranan inversiya səthə şeh və qırov düşməsi ilə nəticələnir və radiasiya inversiyası adlanır. İsti hava kütlələrinin soyuq əraziyə daxil olması nəticəsində isti havanın yüksəyə qalxması ilə nəticələnən inversiya adekvativ inversiya adlanır.
Sübut olunmuşdur ki, 1 m3 havanın çəkisi 1 kq 33q-dır. Bu isə yer səthindən atmosferin üst səthinədək olan sütunun və onun tərkibindəki toz hissələrinin ağırlığının göstəricisidir. Yüksəkliyə qalxdıqca hava sütununun qalınlığı və sıxlığı azalır ki, bu da təzyiqin bu istiqamətdə tədricən aşağı düşməsi ilə nəticələnir. Qəbul olunmuşdur ki, hər 10 m-də atmosfer təzyiqi 1 mm civə sütunu aşağı düşür. Buna barik pillə deyilir. Normal atmosfer təzyiqi 45-ci paraleldə, okean səviyyəsində, 0OC tempraturda yer səthinin 1 sm2 sahəsinə atmosfer sütunu 1,033 kq havanın təzyiqi, 760 mm civə sütunudur ki, bu da normal təzyiqdir. Təzyiq müxtəlif istilik tutumuna və istilik keçirmə qabiliyyətinə malik olan quru və okean üzərində atmosfer təzyiqi eyni olmur. Yer kürəsinin müxtəlif enliklərində Günəş istiliyinin qeyri bərabər lakin qanuna uyğun paylanması müxtəlif təzyiq qurşaqlarının yaranmasına səbəb olmuşdu. 1) Ekvatorial qurşaq istilik hesabına gizli buxarlanma prosesi nəticəsində hava quruyaraq yüngülləşir və yuxarıya qalxır. Havanın qalxan hərəkəti nəticəsində atmosfer təzyiqinin aşağı düşməsinə səbəb olur. 2) Tropik enliklərdə 20 – 30O şimal və cənub enliklərdə enən hava axınları yüksək təzyiq qurşaqları, yəni barik maksimum yaranmasına səbəb olur. 3) Mülayim qurşaqlarda atmosfer təzyiqinin ikinci alçaq təzyiq qurşağı yerləşir. Cənub yarımkürəsində alçaq təzyiq bütövlükdə okean üzərində yerləşdiyindən mülayim qurşağı əhatə edir. İl boyu sabit 738 mm civə sütunu olaraq, barik maksimum yaranır. 4) Qütb ətrafında il boyu buz örtüyünün mövcud olması mülayim qurşaqda qalxan hava hərəkətinin soyuyaraq ağırlaşması və qütb ətrafı enliklərdə aşağı enməsi, yüksək təzyiq qurşaqlarının yaranmasına səbəb olur. Ölkəmizin yerləşdiyi subtropik enliklər üzərində qışda Azor və Havay adaları üzərindəki yüksək təzyiq sahələri Sibir və Şimali Amerika yüksək təzyiq sahələri ilə birləşərək, bütöv təzyiq qurşağı yaradır. İqlim xəritələrində eyni təzyiqə malik olan əraziləri birləşdirən xətlər izobarlar adlanır. Biz bilirik ki, buxarlanma suyun maye halından qaz halına keçməsi olub, havanın tempraturundan, küləkdən səth öryüuündən asılıdır. Havadakı su buxarı havanın rütubətini əmələ gətirməklə yanaşı müəyyən şəraitdə dəyişilərək yağıntıya çevrilir. Su buxarı atmosferin alt qatında mövcuddur. Eyni vaxtda atmosfer 14 min km3 həcmində su buxarını saxlayır. Bunun 86 % -i okean və dənizlərdən 14 %-i quru səthindən buxarlanaraq atmosferə daxil olur. 1 qram suyun buxarlanmasına 597 kal, 1 qram buzun buxarlanmasına 677 kal istilik sərf olunur. Yer səthindən hər il 1020 mm su layı buxarlanır. Buxarlanmanın ən yüksək qiyməti tropik enliklərdə okean səthi üzərində 2000 mm. Ən aşağı qiymət isə tropik enliklərdə, səhra üzərində 50 – 100 mm-dir. Müəyyən istilik şəraitində maksimal buxarlana bilən rütubət miqdarına buxarlanma qabiliyyəti deyilir. Mümkün buxarlanma adlanır. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq, quraqlıq dərəcəsi adlanır. Ekvatorial enliklərdə bu fərq 1000 mm mülayim enliklərdə 700 mm, tropiklərdə 2000 mm, qütbyanı enliklərdə 100 mm-dir. İqlim xəritələrində eyni buxarlanma qabiliyyətinə malik olan əraziləri birləşdirən xətlər izoqamin adlanır. Havanın rütubətliliyi mütləq və nisbi formada olur. 1 m3 havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik deyilir. Bu ilk növbədə havanın tempraturu ilə düz mütənasibdir. Məs: -20o-də havanın tərkibində 1 qr su olduğu halda, +20o-də 17 qr olur. Məlumdur ki, havada olan su buxarının miqdarı daima doymuş halda olmur. Yəni havanın nisbi rütubətliliyi 1 m3 havada olan su buxarının, həmin tempraturda mümkün olan su buxarının %-lə nisbətinə deyilir. Müəyyən tempraturda havanın tərkibində həmin tempraturda maksimal, mümkün miqdarda su buxarı varsa o, doymuş hava adlanır. Doyma həddi 100 %-dir və yağıntının əmələ gəlməsi üçün başlıca səbəbdir. Havanın rütubətini təyin edən ən mükəmməl cihaz psixometrdir. Troposferdən yer səthinə maye və bərk halda tökülən su atmosfer çöküntüləri və ya yağış adlanır. Bilavasitə buluddan tökülən – yağış, qar, dolu, havadan tökülənlər isə şeh, qırov, sırsıra. Buxarın maye halına keçməsinə kondensasiya deyilir və bulud, duman, şeh, yağış əmələ gəlir. Buludun əmələ gəlməsi atmosferin müəyyən qatında su buxarının kondensasiyasını və sublimasiyasının baş verməsi ilə əlaqədardır. Buludun yaranması üçün əsas şərtlərdən biri atmosferdə asılı vəziyyətdə qalan bərk maddələrdir. Onlar əsasən bitki sporları, duzlar və s.-dir. Bu bərk hissəciklər su damlası üçün kondensasiya nüvəsi rolunu oynayır. Buludlar əsasən okean və dənizlərin vasitəsi ilə əmələ gəlir. Külək vasitəsi ilə quru üzərinə gətirilir. Buludla örtülülük bal və ya faizlə müəyyən edilir. İngilis alimi Hovard buludları 3 tipə, topa, lələkvari, laylı buludlar tipinə bölmüşdür.

1 thoughts on “Yerdə atmosfer təzyiqinin müxtəlifliyi və onun coğrafi nəticələri. Atmosferdə su, hava və iqlim

Add yours

Cavab qoy

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑