Mənbəşünaslığın təsnifatı


Plan:
Arxeoloji və etnoqrafik mənbələr.
Epiqrafik və numizmatik mənbələr.
Sənət xarakterli mənbələr.

Tarixi prosesi əks etdirən, cəmiyyətin keçmişini öyrənməyə imkan verən, sənət, əsər və s. tarixi mənbə adlanır. Bura xalqın mədəniyyəti, adət ənənəsi, dili ümumi etnoqrafiyası və s. daxildir. Buraya həmçinin maddi mədəniyyət nümunələri də aiddir. Bütün bunlar hamısı əsrlər boyu dildən dilə keçərək ibtidai icma quruluşundan indiyə qədər gəlib çatmışdır. Sinifli cəmiyyətin tarixinin tədqiqində əsas yazılı mənbələrdən istifadə edilir. Tarixi mənbələr, meydana gəlməsi, yaranma formasına, məzmun və məqsədinə görə fərqlənir və şərti olaraq aşağıdakı qruplara bölünür:
1)Yazılı mənbələr. 2) Maddi, əşyavi (arxeoloji) mənbələr. 3) Etnoqrafik mənbələr. 4) Dilçiliyə aid mənbələr. 5) Şifahi mənbələr. 6) Kino, foto sənədlər.
Bundan əlavə coğrafiya və antropologiya elmləri də mənbəşünaslıq baxımından dəyərlidir. Mənbə kimi istifadə olunan sənət xarakterli tarixi mənbələr, fərmanlar, aktlar, qanunlar və s. müəyyən zaman çərçivəsində tarixin dəqiq öyrənilməsinə imkan verir. Hekayə xarakterli şifahi mənbələr isə (salnamələr, tarixi dastanlar, rəvayətlər) tam şəkildə mötəbər mənbə kimi böyük imkanlara malikdir. Etnoqrafik mənbələr xalqların adət ənənəsini, məişətini öyrənir və bu baxımdan mənbəşünaslıq materilalı kimi çox qiymətlidir. Epiqrafik, numizmatik, topoqrafik mənbələr mənbəşünaslıq baxımından əvəzsizdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq yeni növ mənbələr yaranmışdır.

Cavab qoy

WordPress.com Bloqu.

Yuxarı ↑