MİNFAKT

Məlumat əldə et, əylən…

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU


Kurikulum  islahatını zəruri edən səbəblər •  Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması •  Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid •  Dünya təhsil sisteminə inteqrasiya •  İnformasiya əsrinin tələbləri •  Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması •  Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin  əsas  xüsusiyyətləri Kurikulum  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri  özündə əks etdirən konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra – dövlət standartları) aşağıdakıları müəyyən edir:  ümumi təhsilin məzmununu;  ümumi təhsilin idarə olunmasını;  ümumi təhsilin maddi-texniki və tədris bazasını;  ümumi təhsilin infrastrukturunu;  ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;  ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.

Ümumi təhsilin məzmunu

Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, Oxumağa davam et

İyul 4, 2015 Posted by | Ümumi, Coğrafiyanın tədrisi metodikası | , , , | Bir şərh yazın

KURİKULUM NƏDİR ?


KurikuliumKurikulum nədir? Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət”, “kurs”, “elm” deməkdir. Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səviyyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar. Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurikuluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir. Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üçün vasitə kimi nəzərdə tutur.
Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı Oxumağa davam et

İyul 4, 2015 Posted by | Coğrafiyanın tədrisi metodikası | , | Bir şərh yazın

Yeni təlim üsulları ilə coğrafiyanin tədrisi.


Azərbaycanda ümum təhsilində milli kurikulum haqqında.

Kurikulum dedikdə tədris planı başa düşülür. Azərbaycanda ttəhsil islahat proqramının əsas məslələrindən biri də planın yarısıdırı. Təkrar anlayışı yeni təhsil sənədidir ki, və məzmun etibarı ilə beynəlxalqaləmdə ,təlidə qəbul edilmiş kurikulum anlayışına yaxın olmaqla onun dəqiq tərcüməsi deyil. Humanitarlaşma dedikdə tədrisin məzmununun humanitar həcminin artırılması yolu ilə öz xalqının mənəvi dəyərlərinin yiyələnməyi və dünya biliyinin istiqaməti ilə tanışlıq nəzərdə tutulur.
1918-də ABŞ –da mey gəlmiş, 70 –ci illərdən sonra onun nəzəriyəsi formalaşmışdır. Azərbaycanda isə 90 –cı illərin sonundan istifadə olunmaqdadır. Təhsil kurikulumun xarakterinə görə iki yerə bölünü:
1. Fənn yönümlü kurikulum. Oxumağa davam et

İyun 22, 2012 Posted by | Coğrafiyanın tədrisi metodikası | | Bir şərh yazın

   

%d bloqqer bunu bəyənir: