MİNFAKT

Məlumat əldə et, əylən…

ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ


 İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:  yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;

oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;

lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;

öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;

məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;

zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;

müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;

ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;

sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;

müəyyən olunmuş normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi; Oxumağa davam et

Advertisements

İyul 4, 2015 Posted by | Coğrafiyanın tədrisi metodikası | , , | Bir şərh yazın

   

%d bloqqer bunu bəyənir: