Skarlatina


Skarlatina — kəskin streptokok xəstəliyidir. Titrətmə, 38-40°C-yə qədər temperaturla başlayır, boğazda ağrı olur, xəstə dəfələrlə qusur; xəstəliyin ilk günləri boyunun və döşün dərisində açıq çəhrayı, xırda nöqtələr şəklində səpgilər əmələ gəlir, sonra səpgilər gövdəyə və ətraflara keçir, dəri büküşlərində çox olur. Yanaqlar qıpqırmızı olur, burunda səpgilər olmur, dodağın və alt çənən

in dərisi qızarmış nahiyələrin yanında solğun üçbucaq şəklində olur (Filatov simptomu). Səpgi azacıq qalxıb dəriyə kələ-kötürlük verir. Temperatur qaydaya düşdükdən 2-8-ci gündən etibarən dəri qabıq verməyə başlayır. Boyunda və çənə altındakı limfa düyünləri böyümüş olur və ağrıyır. Dil «moruğa» oxşayır, kataral, follikulyar və ya lakunar tonzillit əmələ gəlir.

Müalicəsi — antibiotiklər, vitaminlər, bütün bədənə ultrabənövşəyi şüalar vermək. Xəstələrə qulluq etdikdə ağız boşluğunu təmizləmək vacibdir, hər dəfə yemək yeyəndən sonra ağzı yaxalamaq lazımdır, burunu vazelin yağı ilə isladılmış pambıqla selikdən və qartmaqdan təmizləyir, qulaqların təmizliyinə fikir verirlər. Dəri qabıq verdikdə qaşınma olduğu üçün xəstələrin dırnağını dibdən tutmaq lazımdır ki, dırnaq yarası əmələ gəlməsin, bu zaman gigiyenik vannaların faydası olur (xəstəni vannada tək qoymaq olmaz!).

Advertisements

Uşaq Serebral İflici


baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomla

rın ifadə
dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün qısalmasına gətirib çıxara bilər

serebral iflicin səbəbləri aşağıdakılar hesab olunur:

1.Hamiləlik dövründə:

– Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes,
sitomeqalovirus, toksoplazmoz və s)

– Rezus konflikt

– Anada problemlər (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar,

anemiya,stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )

– Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)

– Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)

2. Döğuş zamanı:

– Dölün asfiksiyası

– Doğuş travması

– Vaxtından əvvəl doğuşlar

– Gec doguşlar

3. Doguşdan sonra

– İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti

– Beyin infeksiyaları

– Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı

– Beyin travmaları. Beyinə qansızma

– Məişət zəhərlənmələri

– Beyində şişlərin olması.

Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil

Şübhə doğuran əlamətlər

Qidalanmada çətinlik
Oyanıqlıq ,əsəbilik
1,5 aylığında və daha sonra uşaq başını saxlaya bilmir
Hərəki bacarıqların inkişafında ləngimə
Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi
Oyuncaqlara tərəf dartinmaması (4 ayından sonra)
Müəyyən vaxt çərçivəsindəuşağın bir vəziyyətdə donub qalması və ya qeyri-iradi hərəkətlər etməsi
Ana ilə kontakta girməməsi, döşdən vaxtından əvvəl imtina etməsi
Bütün bunlar USİ-nin göstəricisi hesab oluna bilər .Uşaqda bu əlamətlər müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır !

Erkən diaqnoz
Spastik tetraplegiya
* 6 aylıgında yüksək əzələ tonusu, baş barmağın bükülməsi

* 1-2 ay sonra ayaqların çarpazlaşması

* 9 aylığında diffuz spastiklik və vətər reflekslərinin həddən artiq artması

Diskinetik USi
* 8 ayına qədər müəyyən olunmur

Ataksik USi
* gec müəyyən oluna bilir
Ümumilikdə USi-nin dəqiq diaqnozunun 10 aylığında qoyulması nəzərdə tutulur

Müalicə

Sözün əsl mənasında uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yeni doğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.

Continue reading “Uşaq Serebral İflici”

Gec yemək yuxusuzluq yaradır


Amerikalı alimlər şam yeməyi üçün ideal vaxtın 19:00-20:00 olduğunu bildirir.

Onlar əmindir ki, bu saatdan sonra qəbul edilmiş qida insanın narahat yatmasına səbəb olur.
Alimlər insanın rahat yatması üçün bir qədər aclıq hiss edərək yatmasını məsləhət görür.

Məhz bu halda səhər insanın özünü daha yaxşı hiss etdiyi bildirilir.

Trixomoniaz


Trixomoniaz – cinsi yolla ötürülən xəstəliklərə aiddir. Törədicisi – uşaqlıq yolu trixomonadasıdır (Trichomonas vaginalis). Trixomoniaz – ən geniş yayılmış zöhrəvi xəstəliklərdən biridir. Qadınlarda uşaqlıq yolu, kişilərdə isə – sidik kanalı və prostat vəz zədələnir.

Trixomoniaz ilə yoluxma
Əksər hallarda trixomoniaz ilə yoluxma vaginal cinsi əlaqə zamanı baş verir. Oral və anal cinsi əlaqə zaman

ı yoluxma az ehtimal olunur.
Nadir hallarda trixomoniaz ilə məişət yolu ilə – trixomoniaz ilə xəstə insanın şəxsi gigiyena əşyalarından (dəsmal, hamam lifi, sabun və s.) istifadə etməklə yoluxmaq olar.
Trixomoniazın inkubasiya dövrü
İnkubasiya dövrü 1 – 4 həftə təşkil edir.

Simptomlar
Qadınlarda trixomoniazın simptomları :
– uşaqlıq yolundan ifrazat (adətən sarı, bəzən xoşagəlməz qoxu ilə) ;
– xarici cinsiyyət orqanlarının qaşınması və qızartısı ;
– sidik ifrazı zamanı ağrı ;
– cinsi əlaqə zamanı ağrı.
Kişilərdə trixomoniazın simptomları :
– sidik kanalından ifrazat ;
– sidik ifrazı zamanı ağrı və yanma hissi ;
– prostat vəzin zədələnməsi zamanı – prostatit simptomları.
Həm kişilərdə, həm də qadınlarda əksər hallarda trixomoniazın əlamətləri biruzə vermir.

Diaqnostika
Trixomoniazın diaqnostikasında ümumi yaxmadan istifadə olunur. Qadınlarda uşaqlıq yolundan ifrazatı, kişilərdə isə – sidik kanalından ifrazatı və prostat vəzin şirəsini müayinə edirlər. Ümumi yaxmanın nəticəsini daha dəqiq müayinə metodu – PZR ilə təsdiq edirlər.
Müalicə
Müalicəni həm kliniki simptomların olması zamanı, həm də simptomsuz gediş zamanı aparırlar. Müalicənin əsasını nitroimidazol qrupu preparatları təşkil edir.
Xəstəliyin törədicisindən hər iki cinsi partnyor eyni zamanda canını qurtarmalıdır. Müalicə müddətində cinsi həyatı dayandırmaq, həmçinin alkoqol və acı yeməklərdən imtina etmək, həddindən artıq fiziki və ruhi gərginliklərdən çəkinmək lazımdır. Müalicədən sonra mütləq kontrol müayinə olunmalıdır. Yalnız bundan sonra həkim deyə bilər ki, trixomoniaza qalib gəlinmişdir.

♥ M ♥

Uçuqlama və onun yaranma səbəbləri


Uçuq adətən ağız və dodaq ətrafında əmələ gələn və tibbdə Herpes simplex adı verilən virusun səbəb olduğu xəstəlikdir. Aparılan tədqiqatlar göstərmişdir ki, təqribən dünya əhalisinin 80%-i ömürlərində ən azı bir dəfə bu xəstəliyi keçirmişlər.

Uçuqlamanın əlamətləri.
Uçuq çıxacaq bölgədə təqribən 24 saat əvvəldən qaşınma, qızarma, yanma hiss olunur. Daha sonra

bu əlamətləri şişmə və sulu qabarlar əvəz edir. Bu qabarlar isə danışarkən, gülərkən, yemək yeyerkən ağrı verməyə başlayır.

Uçuqlama yoluxucudurmu?
Bəli uçuqlama yoluxucu bir xəstəlikdir. Uçuğu olan bir insanın istifadə etdiyi dəsmal, stəkan, qaşıq və s. kimi əşyalardan istifadə etmək və ya onunla öpüşmək Herpes simplex virusunun yoluxması ilə nəticələnə bilər.

Uçuqlamanın səbəbləri.
Uçuqlamaya səbəb olan Herpes simplex virusu insan vücuduna daxil olaraq uçuqlama üçün lazım olan şəraiti yəni insan vücudunun zəifləməsini immunitetin aşağı düşməsini gözləyir.

Uçuqlama isə
• Stress
• Soyuqdəymə, qrip, yüksək hərarət
• Həddən artıq yorğunluq və yuxsuzluq
• Harmonal dəyişikliklər zamanı ortaya çıxır.

REAKTİV ARTRİTLƏR


Reaktiv artrit dedikdə infeksiyadan sonra inkişaf edən ( lakin infeksiyanın oynaq boşluğuna düşməsi nəzərdə tutulmur) xəstəlik nəzərdə tutulur.Adətən reaktiv artritlər immun kompleks xarekteri daşıyır immunitetin pozulması nəticəsində yaranır. Bakterial , virus və digər infeksiyalardan sonra ağırlığından asılı olmayaraq meydana çıxa

r, lakin tez-tez iersiniyaların törətdiyi endokarditdə, sidik yolunun infeksiyasından sonra müşahidə olunur, zədələnmiş oynaqların sayı adətən çox deyil, artrit çox zaman qeyri simmetrikdir. Əsasən aşağı ətrafların oynaqların xüsusi ilə ayaq barmaqları zədələnir, eyni zamanda barmaqlar ödemləşir, qırmızı -göy rəng alır.

Artrit zamanı vətərlərin iltihabi ( sümüklərə bağlamaq qismlərində ) nəzərə çarpır. Xüsusi ilə bu daban oynaqlarında müşahidə olunur. Bəzi xəstələrdə onurğa nahiyyəsində ağrılar olur. Çox hallarda reaktiv artrit uzun müddət davam edir. Öz- özünə keçib gedir. Lakin bəzi xəstələrdə uzun mçüddət qala , hətta xroniki hala keçə bilir. Bəzən oynaqdan kənar zədələnmələr qeyd olunur. Dərinin ( çox zaman psoriaza bənzər səpkilər), ağızın selikli qişasının (eroziya) , xarici cinsi orqanların , gözlərin ( konyuktivit) , ürəyin ( miakardit , periakardit) , perferik sinir sisteminin (nevrit), uretrit təyin olunur. Konyuktivit və artrit birləşməsi zamanı Reyter sindromu diaqnozu qoyulur.

Müailicə: Medikamentoz müalicə tətbiq edilir.

Heyvanın faydası


Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızda dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifad

ə qəbzliyə səbəb ola bilər. Qanı təmizləyir, ürək çırpıntısına faydalıdır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Heyvadan necə istifadə edilməlidir?
Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür. Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Yarpaqlarından hazırlanan çay stresi azaldır. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağırısınada faydalıdır.
Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etmək olar.
Heyvanın tibbi faydaları ilə yanaşı kosmetik xeyridə var. belə ki, tumunun dəmləməsindən alınan su saçlara sürtüləndə onlara parlaqlıq qazandırır. Üz və boyunda tədbiqi isə qırışların azalmasına kömək edir.

♥ M ♥

Şəkil: Heyvanın faydası

Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızda dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər. Qanı təmizləyir, ürək çırpıntısına faydalıdır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır. 

Heyvadan necə istifadə edilməlidir?
Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür. Heyva tumunun dəmləməsindən əldə edilən su səsin tutulması, öskürəyə faydalıdır. Yarpaqlarından hazırlanan çay stresi azaldır. Heyva çiçəyini qaynadıb içmək ana südünü artırır, ürəyini möhkəmləndirir. Bu dəmləmə baş ağırısınada faydalıdır. 
Ağızdakı yaralar, boğazda şişlik və ağrı olanda heyvanın özünü və ya yarpaqlarını qaynadıb qarqara etmək olar. 
Heyvanın tibbi faydaları ilə yanaşı kosmetik xeyridə var. belə ki, tumunun dəmləməsindən alınan su saçlara sürtüləndə onlara parlaqlıq qazandırır. Üz və boyunda tədbiqi isə qırışların azalmasına kömək edir.

<3 M <3

Saçları parıltılı edən maska


Maskanı hazırlamaq üçün 1 ədəd yumurta ağı, 1 xörək qaşığı çətənə yağı, 1 xörək qaşığı badam yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi lazımdır. Onları yaxşı qarışdırdıqdan sonra saça sürtüb daram

aq lazımdır. 15 dəqiqədən sonra maskanı yumamaq şərtilə ikinci dəfə həmin maskadan saçlarınıza sürtün və 2-3 saat gözləyin.Sonra saçlarınızı yaxşıca yuyun.

Saçları qalın və hamar edən maska

Nazik saçlar xüsusi qulluq tələb edir. Onlara çox həssas yanaşmalısınız.
Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra limon suyu əlavə edilmiş ilıq su ilə saçlarınızı yumalısınız.

Qeyd: Bu maska 10 gündə 1 dəfə olmaq şərtilə istifadə edilə

Yağlı saçlar üçün maska

Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib, başınız polietilen papaq və ya dəsmalla örtüb, yarım saat gözləyin, yarım saatdan sonra saçları adi qaydada yuyun. Bu çox faydalı maskadır, yeganə mənfi cəhəti soğan iyinin olmasıdır.

Quru saçlar üçün yumurta maskası

maskamız üçün sadəcə 2 yumurta kifayət edir.
İki ədəd yumurtanı yaxşıca çaldıqdan sonra, saçlarınızı ilıq suda isladırsınız (su isti olmamalıdır), sonra həmin yumurtanı saçlarınıza eyni qaydada çəkirsiniz. Saçlar 5-7 dəqiqədən sonra yuyulmalıdır. Nəticə: saçlarınız daha yumşaq və parlaq olacaq.

♥ M ♥

Şəkil: Saçları parıltılı edən maska

 Maskanı hazırlamaq üçün 1 ədəd yumurta ağı, 1 xörək qaşığı çətənə yağı, 1 xörək qaşığı badam  yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi lazımdır. Onları yaxşı qarışdırdıqdan sonra saça sürtüb daramaq lazımdır. 15 dəqiqədən sonra maskanı yumamaq şərtilə ikinci dəfə həmin maskadan saçlarınıza sürtün və 2-3 saat gözləyin.Sonra saçlarınızı yaxşıca yuyun.

Saçları qalın və hamar edən maska

Nazik saçlar xüsusi qulluq tələb edir. Onlara çox həssas yanaşmalısınız.
Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra limon suyu əlavə edilmiş ilıq su ilə saçlarınızı yumalısınız.

Qeyd: Bu maska 10 gündə 1 dəfə olmaq şərtilə istifadə edilə

Yağlı saçlar üçün maska

Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib, başınız polietilen papaq və ya dəsmalla örtüb, yarım saat gözləyin, yarım saatdan sonra saçları adi qaydada yuyun. Bu çox faydalı maskadır, yeganə mənfi cəhəti soğan iyinin olmasıdır.

Quru saçlar üçün yumurta maskası

maskamız üçün sadəcə 2 yumurta kifayət edir.
İki ədəd yumurtanı yaxşıca çaldıqdan sonra, saçlarınızı ilıq suda isladırsınız (su isti olmamalıdır), sonra həmin yumurtanı saçlarınıza eyni qaydada çəkirsiniz. Saçlar 5-7 dəqiqədən sonra yuyulmalıdır. Nəticə: saçlarınız daha yumşaq və parlaq olacaq.

<3 M <3

Qəhvə baş agrılarını azaldır


Bu içki baş ağrıları zamanı 40 faiz daha yaxşı nəticə göstərir.
Qəhvənin asılılıq yaratdığı aparılan araşdırmalar nəticəsində bəlli idi. Amerikada aparılan araşdırma isə onun faydalarını üzə çıxarıb.
Bəlli olub ki, bir fincan qəhvə baş ağrısı, qaraciyər və mədə problemlərinə qarşı faydalıdır.

Xərçəng
Yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidantlar var

. Bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına mane olur. İmmuniteti gücləndirir.

Baş ağrıları
Qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi maddələr var. Bu xüsusiyyətinə görə qəhvə ağrıkəsicilərlə müqayisədə baş ağrılarında 40 faiz daha təsirli nəticə göstərir.

Beyinin oyanması
Qəhvə diqqətin cəmlənməsinə kömək edir. İnsanın özünü daha gümrah hiss etməsinə səbəb olur. Aparılan eksperimentlər məktəblilərin az miqdarda südlü qəhvə içdikləri zaman dərslərdə daha fəal olduqlarını üzə çıxarıb.

Qaraciyər sağlamlığı
Müntəzəm olaraq qəhvə içənlərin serroz kimi qaraciyər xəstəliklərindən daha az əziyyət çəkdiyi ortaya çıxıb.

Dəri
Qəhvə həm də sellülitə qarşı faydalıdır. Lakin sellülitlə mübarizədə ancaq qəhvəyə etibar etmək olmaz.

Parkinson
Gündə bir fincan qəhvə içən kişilərdə Parkinson xəstəliyinə tutulma riski nisbətən azalır.

Yumurtlama (ovulyasiya)


Yetiwmiw follikul yumurtaligin sethinde tund leke weklinde kicik qabarciq emele getirir.Hemin nahiyede yetiwmiw follikul partlayir ve onun daxilinde olan wuali tac yumurta huceyresini follikul mayesi ile birlikdeperiton bowluguna tullayir..bu merhele yumurtlama adlanir♥ M ♥

Şəkil: Yumurtlama (ovulyasiya)<br />
Yetiwmiw follikul yumurtaligin sethinde tund leke weklinde kicik qabarciq emele getirir.Hemin nahiyede yetiwmiw follikul partlayir ve onun daxilinde olan wuali tac yumurta huceyresini follikul mayesi ile birlikdeperiton bowluguna  tullayir..bu merhele yumurtlama adlanir</p>
<p><3 M <3

Təcili tibbi yardım.(Sınıqlar zamanı ilk yardım)


Bəzən əzilmələr, bəzi yaralanmalar, eləcə də yıxıldıqda sümüklər bir və ya bir neçə yerdən sına bilər. Bu o zaman olur ki, sümüyə kənardan təsir edən qüvvənin istiqaməti sümük atmalarının istiqamətinə uyğun gəlmir. Əksər hallarda uzun sümüklər daha tez sınır. Bu sınıqlar qapalı və açıq ola bilər.

Qapalı sınıqlarda sümük öz formasını dəyişmir. Açıq

 sınıqlarda isə sümük hissələri yerindən oynayır və sümük qeyri-təbii vəziyyət alır. Bəzən açıq sınıqlar zamanı sümük parçalarının iti ucları ətrafdakı toxumları və qan damarlarını zədələyə bilər.

Sümüyün sınmasından şübhələndikdə ilk yardım məqsədilə zədələnmiş hissənin tamamilə hərəkətsiz bir halda qalmasını təmin etmək lazımdır. Bunun üçün hadisə yerində xüsusi şinalar olmadığından müvəqqəti taxta parçasından və ya bərk karton zolaqlarından istifadə etmək olar. Həmin taxta parçasının sınıq yerinin sıxmaması üçün onun altına yumşaq bir şey qoymaq lazımdır. Sonra enli bint, dəsmal və s. ilə möhkəm sarınır.

İstifadə olunan taxta parçası nəinki zədələnmiş nahiyəni, həm də hər iki qonşu şöbəni tutmalıdır. Belə olduqda sınmış sümük hissələri yerindən oynamır.

Münasib material tapmadıqda sınmış qolu gövdəyə bintlə, sınmış qıçı isə sağlam qıça bağlayırlar. Sınıqları müalicə müəssisələrində xüsusi şinalar vasitəsilə fiksə edirlər.

Açıq sınıqlarda ilk yardım yaraya təmiz sarğı qoymaq, qanaxmanı dayandırmaq lazımdır. Sümüklərin sınmasından şübhələndikdə şəxsi təcili xəstəxanaya çatdırmaq lazımdır.

Unutmayaq ki, hər bir sınıq zamanı şina qoymaq olmaz. Belə ki, qabırğanın sınmasından şübhələndikdə şəxsin nəfəs vermə vəziyyətində doş qəfəsini bintlə möhkəm sarımaq lazımdır..

Əncir


Əncir (lat. Ficus) — tutkimilər fəsiləsinə aid bitki cinsi.

ƏNCİR HAQQINDA BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Azərbaycanda geniş yayılmışdır. Bağbanların, alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkiləri içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, təmlik, şirinlilik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir.

Əncir hələ eramızdan çox qabaq becərilən qiymətli bitkidir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Bundan başqa, əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.

 Əncir    ürək – damar sistemi xəstəliklərində, trombozda (damarlarda qan laxtası əmələ gəlməsi) faydalıdır vəƏNCİR HAQQINDA BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ
qanəmələgətirmə vasitəsidir. Onu tərlədici, sidikqovucu, yüngül işlədici və həzm prosesini yaxşılaşdıran qida kimi yemək məsləhətdir.

Əncir beyin fəaliyyətini gücləndirir, fəhimi artırır. Yaponiya alimləri əncirin meyvələrindən şiş əleyhinə dərman təklif ediblər. Əncirin yarpaqları qurd əleyhinə təsirə malikdir.

Əncir xalq təbabətində qədimdən məlumdur. Meyvələrin süddə həlimi quru və göy öskürəkdə və səs telləri şişində işlədilirdi. Xalq təbabəti mürəbbə və həlimini qastrit və qəbizlikdə məsləhət görür.

Əziyyətverici quru öskürək zamanı ənciri süddə qaynadıb onun həlimini uşağa vermək çox faydalı vasitədir, bu həm də çox dadlıdır.

Qəbizlikdə əncir 100 qr, qaysı–10 qr, tumsuz qara gavalı 10 qr, ½ stəkan murdarça həlimi, bal-100 qr. Meyvələri yumaq, ət maşından keçirtmək və bunların hamısını bir qaba töküb qarışdırmaq. Yatmazdan qabaq 1 x.qaşığı bu dərmandan 100 ml soyuq su ilə qəbul etmək.

Göy öskürəkdə və güclü öskürəkdə 16 ədəd ağ quru ənciri 1 litr süddə qaynatmaq. Yeməkdən sonra isti-isti bir stəkan içmək.

Dolamada əncir və nar qabığından bərabər miqdar götürüb qarışdırmaq, yaxşı xırdalamaq və xəstə yerə qoymaq.

Səs xırıltılı və boğuq olduqda 2 x.qaşığı quru əncir meyvəsini 250 ml südə töküb 10 dəq. bişirmək. 100 ml gündə 2-4 dəfə isti-isti qəbul etmək.

Əncirin qurusu yüksək kaloriyalıdır, belə ki tərkibində 77% şəkər var. Qan azlığında, pozulmuş maddələr mübadiləsinin bərpasında, xroniki qəbizlikdə işlədici kimi və hərarəti aşağısalma vasitəsi kimi əncir istifadə edilir. Əncir ürək – damar sistemi xəstəliklərində, xüsusilə müxtəlif növlü aritmiyalarda və həmçinin aterosklerozda, hipertoniyada, tromboflebitdə faydalıdır. Sağlamlığı zəif, yaşlı adamlar əncir ilə qidalanmalıdırlar, çünki əncir qurusu həzm prosesini yaxşılaşdırır, xəstəlikdən sonra və qocalıqda qüvvəni bərpa edir. Müalicəvi əhəmiyyəti qaynanmış isti südlə yedikdə daha çox olur.

Bunun üçün 5-6 ədəd əncir qurusunu 1 stəkan qaynanmış südlə yeməkdən 30 dəq qabaq gündə bir dəfə qəbul etmək.

 

 

təşəkkürlər:  http://oxucu.net/tibbi-bilikler/16413-encr-haqqnda-bldklermz-ve-blmedklermz.html

WordPress.com Bloqu.

Yuxarı ↑