XVII əsr mənbələri


XVII əsrə aid mənbələr müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. Bu dövrdə əsasən Abşeron köhnə yaşayış məntəqələri, Buzovna, Maştağa, Mərdəkanda XVII əsrə aid məscidlər qalmışdır. Gəncədəki İmamzadə türbəsi (XIV-XVII əslər) bu dövrün ən önəmli dini tikililərindəndir. Üzərindəki kitabədə türbənin İmam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üzərində tikildiyi göstərilir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, karvansara tipli evlər, Alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmışdır. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu, XV əsrin əvvəllərində ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Gəncənin cümə məscidi (1606, memar Şeyx Bihaəddin) özünə məxsus memarlıq quruluşu, bayıra açılan, dərin tutumlu, başı tağlı eyvanları, dövrünə görə böyük diametrli gümbəzləri ilə diqqəti cəlb edir. Xalq arasında Şah Abbas məscidi kimi tanınan bu abidənin minbərinin üzərindəki oyma, bəzəkli ağac şəbəkələri, şəbəkəçilik sənətinin nadir nümunələrindəndir. Nardaran kəndindəki Baxışəli məscidində (1663, ustad Murad, bənna Əli) XVII əsr Abşeron dini tikililərinin özəllikləri əksini tapmışdır. XVII əsrdə daha çox 8 üzlü türbələr tikilirdi. Belə türbələrin yeraltı sərdabə bölməsi olmurdu. Dəfn yeri adi qəbir xarakteri daşıyırdı. Bu dövrdə daha az ömürlü türbə tipi gümbəzli sərdabələr olmuşdur. Naxçıvandakı İmamzadə türbəsi indiki Goranboy rayonunun Rəhimli kəndindəki Adıgözəl bəyin ailə türbəsi, Qusar rayonunun Həzirə kəndindəki Şeyx Cüneyt türbəsi, gümbəzli türbələr qrupuna daxildir. Şamaxı rayonunun Kəlləxana kəndindəki türbələr qrupu XVII əsr Azərbaycan gülləvari türbələrinin ən bitkin nümunəsidir (9 türbədən 8-i qalıbdır). Tovuz rayonunun Yanıqlı kəndindəki türbələr kompleksindəki türbələr kompleksində 3 türbə qalmışdır ki, XVII əsrə aid edilir.

Advertisements

XVI əsr mənbələri


Plan:
XVI əsrdə Azərbaycan mədəniyyəti.
Bu dövrün abidələri.

XVI əsrdə Azərbaycan mədəniyyəti daha da inkişaf etmişdi. Bu dövrdə Azərbaycanda xeyli binalar, karvansaralar, hamamlar, körpülər, məqbərələr, məscidlər tikilmişdir. Bunlardan 1544-cü ildə tikilmiş Qusar rayonunun Həzirə kəndində Samur çayı sahilində, Şeyx Cüneyt məqbərəsini, Quba rayononun Ağbil kəndindəki məqbərəni, Naxçıvanın Qazançı kəndi yaxınlığındakı əlincə çayı üstündə tikilmiş körpünü, usta Əmirşah tərəfindən tikilmiş Bakının şərq darvazalarını, Ərdəbil, Təbriz, Gəncə şəhərlərindəki bir sıra abidələri misal göstərmək olar. Bu dövrdə Təbrizin, Bakının, Ordubadın cümə məscidində və digər tikililər üzərində I şah Təhmasibin və I şah Abbasın fərmanlarının həkk olunmuş nüsxələri qalmışdır. Həmin fərmanların əslinin günümüzə çatmasında bu abidələrin böyük əhəmiyyəti var. Şah Təhmasibin hökmünün daş nüsxəsi Bakıda, İçərişəhərdə, cümə məscidinin divarları üzərinə hörülmüşdür. XVI əsrin sonlarında Təbriz sənətkarlarının güləbətin tikmələri ilə bəzədikləri, Osmanlı sultanı III Murada hədiyyə göndərilmiş xalat indiyədək Topqapı saray muzeyinin qiymətli incilərindən sayılır. XVI əsrdə Azərbaycan xalçaçılığı xüsusilə inkişaf etmiş, bu dövrün ornamental xalçaları arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfi məscidi üçün toxunmuş hazırda Nyu-Yorkun Metropoloten muzeyində saxlanılan xalını, 1539-cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və indi Londonda, Viktoriya və Albert muzeyində saxlanılan xalını misal göstərmək olar.
XVI əsrdən dövrümüzə qədər şəbəkəçilik (hazırlanmış kiçik taxta parçalarının bir-birinə bənd edilməsindən, nə mismardan, nə də yapışqandan istifadə olunmadan) sənətinin iki gözəl nümunəsi gəlib çatmışdır. Bunlardan biri Qusar bölgəsinin Həzirə kəndindəki Şeyx Cüneyt türbəsindəki sənduqə, o birisi isə Gəncədəki cümə məscidinin minarəsidir. Yazılı mənbələrə görə bu dövrdə ölkədə saxsı qabların, həm də memarlıq abidələrində tətbiq olunan kaşı məmulatı istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. Bu dövrün bədii keramika əsərlərinin gözəl nümunələri dünyanın bir çox tanınmış muzeylərində saxlanılmaqdadır.

XVII əsr mənbələri


XVII əsrə aid mənbələr müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. Bu dövrdə əsasən Abşeron köhnə yaşayış məntəqələri, Buzovna, Maştağa, Mərdəkanda XVII əsrə aid məscidlər qalmışdır. Gəncədəki İmamzadə türbəsi (XIV-XVII əslər) bu dövrün ən önəmli dini tikililərindəndir. Üzərindəki kitabədə türbənin İmam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üzərində tikildiyi göstərilir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, karvansara tipli evlər, Alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmışdır. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu, XV əsrin əvvəllərində ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Gəncənin cümə məscidi (1606, memar Şeyx Bihaəddin) özünə məxsus memarlıq quruluşu, bayıra açılan, dərin tutumlu, başı tağlı eyvanları, dövrünə görə böyük diametrli gümbəzləri ilə diqqəti cəlb edir. Xalq arasında Şah Abbas məscidi kimi tanınan bu abidənin minbərinin üzərindəki oyma, bəzəkli ağac şəbəkələri, şəbəkəçilik sənətinin nadir nümunələrindəndir. Nardaran kəndindəki Baxışəli məscidində (1663, ustad Murad, bənna Əli) XVII əsr Abşeron dini tikililərinin özəllikləri əksini tapmışdır. XVII əsrdə daha çox 8 üzlü türbələr tikilirdi. Belə türbələrin yeraltı sərdabə bölməsi olmurdu. Dəfn yeri adi qəbir xarakteri daşıyırdı. Bu dövrdə daha az ömürlü türbə tipi gümbəzli sərdabələr olmuşdur. Naxçıvandakı İmamzadə türbəsi indiki Goranboy rayonunun Rəhimli kəndindəki Adıgözəl bəyin ailə türbəsi, Qusar rayonunun Həzirə kəndindəki Şeyx Cüneyt türbəsi, gümbəzli türbələr qrupuna daxildir. Şamaxı rayonunun Kəlləxana kəndindəki türbələr qrupu XVII əsr Azərbaycan gülləvari türbələrinin ən bitkin nümunəsidir (9 türbədən 8-i qalıbdır). Tovuz rayonunun Yanıqlı kəndindəki türbələr kompleksindəki türbələr kompleksində 3 türbə qalmışdır ki, XVII əsrə aid edilir.

XI-XV əsr mənbələri


Plan:
Orta əsr mənbələri.
XII əsrə aid mənbələr.
XV əsrə aid sikkə qalıqları.
XI-XV əsrin əvvəllərində Azərbaycan mədəniyyəti öz inkişafının çiçəklənmə dövrünü keçirirdi. Bunu arxeoloji qazıntılardan tapılmış maddi mədəniyyət nümunələri sübut etmişdir. İstər yer üzərində dövrümüzədək qalmış memarlıq abidələri (Bakı – Qız qalası, Naxçıvandakı Möminə xatun və Yusif ibn Küseyir türbələri, Pirsaat çayı üzərindəki xanəgah və s.), istərsə də arxeolji qazıntılar zamanı aşkara çıxarılmış ictimai, dini, müdafiə və yaşayış tikintilərinin qalıqları onu göstərir ki, bu dövrdə tikinti texnikası xeyli təkmilləşmiş, tikintidə bədii üslublardan geniş şəkildə istifadə olunmuşdu. XI əsr dəmirçilik sənətinə nümunə kimi, hazırda Gürcüstanın Gelati monastrında bir tayı saxlanılan Gəncə darvazasını misal göstərmək olar. Onu 1063-də yerli dəmirçi İbrahim Osmanoğlu hazırlamışdı. XI əsrin əvvəllərinə aid mədəni təbəqələri, silah tapıntıları, Azərbaycandan XI əsrdən başlayaraq şirli qabları (bəzi qabların altında ustalar öz möhürlərini yerləşdirmişdilər). XI-XIII əsrin əvvəllərində maddi mədəniyyətin böyük bir qrupunu qəbir abidələri təşkil edirdi. Qəbirlərə əşya qoymaq yox dərəcəsinə çatmışdır. İslam dininin yayılması ilə əlaqədar, qəbirlərə əşya qoymaq mərasimi xeyriyyəçiliklə əvəz olunmuşdur. Şamaxıda XIII əsrə aid məscid qalıqları, Şamaxıda XI əsrə aid məscid qalıqları tapılmışdı. Bu dövrdə Bakıda Sınıqala adlanan məscidin də, köhnə məscidin üzərində tikildiyi müəyyən edilmişdi. Beyləqanda mil minarənin yeri müəyyənləşdirilmişdi. Sikkə qalıqlar XI-XIII əsrin əvvəllərində kütləvi şəkildə tapılan maddi mədəniyyət qalıqlarıdır. Sikkə qalıqları ən çox Beyləqan, Gəncə, Qəbələ, Bakı, Naxçıvan, Şamaxı, Şabran şəhərləri və Gülüstan qalasından tapılmışdır. Ən geniş yayılan Şirvanşahların və Eldənizlərin pulları olmuşdur. Bu dövrdə gümüş pullar demək olar ki, istifadədən çıxır. Onlar mis pullarla əvəz olunurdu. XIII əsrin əvvəllərində Azərbaycanda olmuş ərəb alimi Yaqut əl Həməvi burada çoxlu qalaların olduğunu xüsusi qeyd etmişdir. Bunlardan ən məşhuru Abşeron qalalarını, Naxçıvanın Əlincə qalasını, Xalxalın Firuzabad və s. qalalarını misal göstərmək olar. Kvadrat planlı Mərdəkan qəsri XII əsr, dairəvi baş bürclü Mərdəkan qalası isə XIII əsrə aiddir. XII əsrə aid türbələr aşağıdakılardır:
Marağada tikilmiş gülləvari “Qırmısı gümbəz” türbəsi (1148), Memar Əcəmi Əbubəkir oğlu NMR-nin Naxçıvan şəhərində tikdiyi “Atabəy” gümbəzi adı ilə qalan Möminə xatun türbəsi idi. Həmçinin Yusif ibn Küseyir türbəsi, Azərbaycanda ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü, Qazax rayonundakı “Qırmızı körpüdür”. XII əsrin yadigarı olan bu möhtəşəm abidə el arasında “Sınıq körpü” adı ilə tanınır. Londondakı “Viktoriya və Albert” muzeyində saxlanılan qartal təsvirli boşqab XI əsrə aid olunan Ağ kənd keramikasının gözəl nümunəsidir. Bakı şəhərinin sahil

AZƏRBAYCAN ƏRAZİSİNƏ QƏDİM ETNOSLAR


1) Azərbaycanda yaşayan əhalinin etnik tərkibi
2) Tayfaların etnik axını

1)Azərbaycanda yaşamış erkən əhalinin etnik tərkibini müəyyən etmək üçün əsasən yazılı qaynaqların məlumatları köməyə gəlir. Bu qaynaqlar dövr etibarı ilə 2 hissəyə bölünür: I dövr e.ə III-I minillikləri əhatə edir. Qədim dövr qaynaqlarının öyrənilməsi göstərir ki, o zaman Azərbaycan ərazisində türk dillərində danışan etnoslar yaşayır. Onlar II dövr qaynaqları eramızın I minilliyini əhatə edir.Qaynaqların öyrənilməsi göstərir ki, bir sıra eyni adlı etnoslar qədim və erkən orta əsrlərdə
Azərbaycan ərazisində məskunlaşmışdılar. Qədim və erkən orta əsrlər dövründə Azərbaycanda Alban, Sakasen, Uti, Kaspi, Müg, Kadusi, Qarqar, Amard tayfa adlarını daşıyan əhali yaşayırdı. Bu tayfaların etnik və dil mənsubiyyəti barədə dəqiq məlumat verilmir. Bəzi mənbələrdə göstərilir ki, bu tayfa adlarının bir qismi türk dillərində izah olunur və yaxud da türk mənşəli aran nəslinə mənsub olmuşdular. Azərbaycan ərazisində yaşayan bir neçə tayfalar isə pəhləvi və fars dillərində danışırdılar. Qalan etnosların isə (Müg, Kadusi, Udinlərin) mənşəyi və dil mənsubuyyəti məlum deyil. Udin adı ilk dəfə XVII əsrdə, Qafqaz dilli udinlərə və türk etnoslarına şamil edilmişdi. Azərbaycan əhalisinin əsas etnik tərkibi sabit qalırdı. Bununla yanaşı Azərbaycana başqa adlar daşıyan etnosların gəlməsi və burada məskunlaşması davam edirdi. Qaynaqlar qədim və erkən orta əsrlər dövründə iki böyük etnik axını qeydə almışdır. 1-ci axın kimmer-skif-sak tayfalarının. Azərbaycanda məskunlaşması 2-ci axın isə Hunların Azərbaycan ərazisində məskən salmasına şərait yaratdı. Türk tayfalarının Azərbaycana III axını orta əsrlərin başlanğıcında gəlmiş səlcuq oğuzlarının adı ilə bağlıdır. Yerdəyişmə nəticəsində Azərbaycana gələn etnoslar, yerli türk (Azərbaycanlı və Alban) əhalisiylə dil, din və müəyyən adət, etnik cəhətdən qohum idilər. Erkən orta əsrlərdə Azərbaycanın ərazisi ilə əlaqədar göstərilən etnoslardan başqa bir çox başqa tayfaların da adı çəkilmişdi. Massaget, Girdman, Hun, Şurovan, Amard, Gel, Kates, Kudet, Silv, Qarqar, Lipi və başqa adlı tayfalardan ibarətdir. Yad edilən tayfaların qismi Lipin, Kudet çox güman ki, Dağıstanın ləzgi etnosuna mənsub olmuş və Azərbaycanda baş verən siyasi hadisələrədə Alban hökmdarlarının müttəfiqi kimi iştirak etmişdir. Deməli Ləzgi tayfaları erkən orta əsrlərdən başlayaraq, tədricən Azərbaycanın aran hissəsində məskən salmaları müşahidə olunmur. Bəzi adlar kateş, gel yəqin ki, fars mənşəli atyfaların adlarını bildirmişdir. Kateş qədim Kadusi adının dəyişilmiş forması kimi qəbul edilir. Kateşlər cənubi Azərbaycanın şərqində, talış zonasında məskunlaşmışdılar. Talış adı isə IX əsrdə Talisand şəklində qeyd olunmuşdur. Talış dili gilan dili ilə yaxındır. Bu etnosa ərazinin adı ilə əlaqədar Talış adı verilir. Talışlar özlərini Çoleş, yaxud Qoleş adlandırırlar. Sasani şahalrı Azərbaycanın şımal hissəsində, pəhləvi, fars ləhcələrində danışan etnosların olduğunu qeyd edirlər. Bir qisim əhali özünün arzusu ilə bura köçərək məskən salmışdı. Bu əhali sonrakı dövr qaynaqlarında “tat” adlanırdı. Orta əsrlərdə formalaşmış tat dili, əslində pəhləvi dilinin ləhcələrindən biri idi. Tat məhfumu İrandan çıxmış əhaliyə aid edilirdi. Şimali Azərbaycana köçmüş və ya köçürülmüş tatların bir qismi iki dildə danışan, azəri türkləri idi. Yeni şəraitdə onlar tədricən tat dilini unutmuş və azərbaycan dilini saxlamışdılar. Azərbaycan dili indi də cənubda tatların ünsiyyət dili hesab olunur. Erkən orta əsrlərdə Azərbaycanda əsas etnik zəmini türk dilində danışan əhali təşkil edirdi. Bu etnik tərkibə yeni türk tayfaları əlavə olunurdu. Burada hun tayfa birləşmələrinə daxil olan etnik qruplar, etnoslar məskunlaşmışdılar. Qaynaqlar erkən orta əsrlərdə Azərbaycanda Hun, Peçenek, Heptal, Sabir, Xəzər və başqa türk etnoslarının məskən salması barədə məlumatlar vardı. Azərbaycan etnik və dil baxımından türk dilli areala daxil idi. Siyasi cəhətdən isə Sasani imperializminin tərkibi altında qalırdı. Ərəb qaynaqlarında qeyd edilir ki, ərəblərin Azərbaycana yürüşü zamanı onlara müqvimət göstərən, əsasən yerli türklər olmuşdur.

Etnosların öyrənilməsi


Plan:
Aratta, Kuti, Lullubi etnoslarının yaranması.
Qonşu etnoslar.

E.ə III minillikdə Azərbaycanda yaşayan etnoslar haqda məlumatları etnonim və toponimlərdən alırıq. Bu səpgidə Aratta ölkə adı, Turukki etnonomi maraq yaradır. Aratta qərbi Azərbaycanın dağlıq ərazisinə verilən ad idi. Mənası dağ demək idi. Bu ad Şumerlər tərəfindən mənimsənilmişdi. E.ə VIII əsrdə urartu qaynaqları, keçmiş Aratta ərazisini “Alatey” adlandırmışdılar. E.ə III-II minilliklərdə Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. O dövrün siyasi hadisələrində yaxından iştirak edirdilər. Beləliklə Azərbaycanın ən qədim sakinlərindən biri “Prototürklər” olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən çox da fərqlənməmiş ümumi türk dilində danışırdılar. Prototürklər Azərbaycanın eləcə də, Anadolu yarımadasının və orta Asiyanın sakinləri olmuş, tədricən isə şimala doğru hərəkət etmişlər. Lullubilər e.ə. III-II minilliklərdə və sonra Azərbaycanın sakinləri kimi qeyd edilirlər. Lullubuilər Arattanın ərazisində yaşamışlar. Lulu adı əhalinin dilində tez-tez işlənən bir sözü yamsılama nəticəsində yaranmışdır. Etnoqrafik materiallara əsaslanaraq demək olar ki, qədim Azərbaycan maldarları mal-qaranı haraylayarkən lulu ifadəsini işlətmişlər. Bu ad həm də qədim dövrdə oyun və rəqs zamanı oxunan mahnının sözlərindən biri olmuşdur. Lullubinin Kassi və Elam, Qafqaz dili ilə qohum olması mülahizəsi ortaya atılmış, lakin bunu sübut edən dəlillər gətirilmişdir. Lulular ön Asiya ölkələrində igid döyüşkən və şücayətli bir etnos kimi tanınmışdır. Onlar Assuriyada məskunlaşmış və Hüri etnosları ilə ünsiyyətdə olmuşdular. Lullu , Hüri və Hettlər dövlət idarələrində işləyir, muzdlu döyüşçü kimi orduda iştirak edirdilər. Lullu tayfa ittifaqına qohum olan tayfalardan biri Turukkilər olmuşlar. Onlar Urmiya gölünün cənubunda, keçmiş Aratta ölkəsinin ərazisində yaşamışdılar. Lullu dövləti süquta uğradıqdan sonra Turukki tayfaları müstəqil siyasi qüvvə kimi çıxış etməyə başlamışlar. Onlar kuti və lullubilər kimi Assuriya və qədim Azərbaycan ərazisində, İkiçayarasında yerləşən torpaqlar uğrunda mübarizə aparırdılar. E.ə. III-II minilliklərdə Su tayfaları Zaqros dağlarında və Urmiya gölünün cənubunda yaşayırdıkar. Bu etnonomlərin ilkin forması “sub” olmuşdur. Ola bilsin ki, qədim zamanlarda su yaxud çay kənarında yaşayan tayfalar müvafiq surətdə yaşadıqları yerə uyğun adadlanırdılar. Qədim qaynaqlarda su ilə əlaqədar bir sıra ifadələr işlədilmişdir. Məs: Su ölkəsinə mənsub lullu; Su bar ölkəsinə mənsub lullu. Deməli lullular və sular qarışıq yaşamışdılar. Sular da turukki və lullubi tayfa birləşmələrinə daxil idilər. “Kuti” etnonimi e.ə. minilliklərə aid edilir. Kutilər Urmiya gölünün cənub və qərbində məskunlaşmışdılar. Kutilər bir tərəfdən turukkilər və lullubilərlə ittifaqa girmiş, digər tərəfdənsə Urmiya gölü hövzəsində məskunlaşmış Sabir, Subir tayfaları ilə ünsiyyətdə olmuşlar. Kuti dili prototürk dili kimi Hind-Avropa və başqa dillərlə yaxından təmasda olmuş və onlarla qarışılıqlı təsirə məruz qalmışdır. İkiçayarası qədim dövlətləri süquta uğradıqdan sonra Kuti etnonimi də artıq sənədlərdə işlədilmədi. Qədim Azərbaycan dövlətlərinin qonşuluğunda müxtəlif etnoslar yaşayırdılar. Hind-Avropa etnik qrupunun vətəni barədə müxtəlif fərziyyələr mövcuddur. İlk vətəni Balkan yarımadası, Qardəniz sahilləri, Ural və s. olmuşdur. E.ə. II minillikdə Hind-Avropa etnoslarının dili və leksik ünsürləri Ön Asiyada yaşayan Hettlərin mətnlərində Mitanni və Kassilərə mənsub yazılarda öz əksini tapmışdır. Şumerlər IV minilliyin əvvəllərində İkiçayarasında məskunlaşmışdılar. Şumer xalqı müxtəlif dillərdə danışan etnosların birləşməsindən yaranmışdır. Alman alimi Homer Şumerlərin Mərkəzi Asiyadan gəlməsi və şumer dilinin Altay türk dil ailəsi ilə qohum olduğunu söyləmişdir.
Sami tayfaları III minillikdə İkiçayarasında məskunlaşmış Şumerlərlə bilavsitə qonşu olmuşdurlar. Samilər Şumer mədəniyyətinə yiyələnmiş, Şumer dilinin işlənməsini məhdudlaşdırmışdılar. Şumer və Akkadlardan şimalda Subir və II minilliyin əvvəllərində Hüri tayfaları yaşamışlar. Akkadların şərq qonşuları Zaqros dağlarının İran hissəsində yaşayan Kassi tayfaları idi. Kassi sülaləsi II minillikdə Babilistanda hakimiyyətə gəlmişdir. Onlar hind-avropa dilləri ilə ünsiyyətdə olmuşlar. Bunu o dövrün qaynaqlarında bir sıra hind-avropa mənşəli sözlərin olması göstərir. İran yaylasının ən qədim sakinlərindən biri olmuş elamlar, şəkli və xətti yazını icad etmişlər. Onlar İkiçayarasında mixi yazı növünü mənimsəmişlər. Elam tipli dillər İran ərazisində geniş yayılmışdır. Çox güman ki, Urmiya gölü hövzəsində də elam dilli əhali məskunlaşmışdır.

Mənbəşünaslığın təsnifatı


Plan:
Arxeoloji və etnoqrafik mənbələr.
Epiqrafik və numizmatik mənbələr.
Sənət xarakterli mənbələr.

Tarixi prosesi əks etdirən, cəmiyyətin keçmişini öyrənməyə imkan verən, sənət, əsər və s. tarixi mənbə adlanır. Bura xalqın mədəniyyəti, adət ənənəsi, dili ümumi etnoqrafiyası və s. daxildir. Buraya həmçinin maddi mədəniyyət nümunələri də aiddir. Bütün bunlar hamısı əsrlər boyu dildən dilə keçərək ibtidai icma quruluşundan indiyə qədər gəlib çatmışdır. Sinifli cəmiyyətin tarixinin tədqiqində əsas yazılı mənbələrdən istifadə edilir. Tarixi mənbələr, meydana gəlməsi, yaranma formasına, məzmun və məqsədinə görə fərqlənir və şərti olaraq aşağıdakı qruplara bölünür:
1)Yazılı mənbələr. 2) Maddi, əşyavi (arxeoloji) mənbələr. 3) Etnoqrafik mənbələr. 4) Dilçiliyə aid mənbələr. 5) Şifahi mənbələr. 6) Kino, foto sənədlər.
Bundan əlavə coğrafiya və antropologiya elmləri də mənbəşünaslıq baxımından dəyərlidir. Mənbə kimi istifadə olunan sənət xarakterli tarixi mənbələr, fərmanlar, aktlar, qanunlar və s. müəyyən zaman çərçivəsində tarixin dəqiq öyrənilməsinə imkan verir. Hekayə xarakterli şifahi mənbələr isə (salnamələr, tarixi dastanlar, rəvayətlər) tam şəkildə mötəbər mənbə kimi böyük imkanlara malikdir. Etnoqrafik mənbələr xalqların adət ənənəsini, məişətini öyrənir və bu baxımdan mənbəşünaslıq materilalı kimi çox qiymətlidir. Epiqrafik, numizmatik, topoqrafik mənbələr mənbəşünaslıq baxımından əvəzsizdir. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq yeni növ mənbələr yaranmışdır.

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑