İftar niyə xurma ilə açılır


Quranda adı çəkilən 3 meyvədən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Məhəmməd peyğəmbər s.ə.v. ilk Ramazanın ilk iftarını xurma ilə açdı və bunu tövsiyə etdi: “Mümkün olduğu qədər sübh yeməyində xurma yeyin”. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur. Continue reading “İftar niyə xurma ilə açılır”

Advertisements

ŞABALID


Şabalıd bal verən bitki kimi qiymətli sayıla bilər. Şabalıddan alınmış balın böyük müalicəvi əhəmiyyəti vardır. Yarpağı qiymətli maddələrlə zəngindir. Belə ki, 1 yaşıl yarpağında 800 bioloji vahid, saralan yarpaqlarında isə 600 bioloji vahid K vitamini vardır və buna gorə də onlar «vitamin sənayesi » üçün qiymətli xammal sayıla bilər.

TUT


Tutun respublikamızın ərazisində 3 növu yayılmışdır: ağ tut, qara tut, qırmızı tut. Bunlardan Azərbaycanın ərazisində ən cox yayılanı ağ və qara tut növləridir. Azərbaycanda ağ tut yabanı halda Samur-Dəvəci zonasının tuqay meşələrində, Kür-Araz, Alazan-Əyricay ovalıqlarında yayılmışdır.
Qırmızı tut yarpaqlarından boyaq, tərləmə dərmanı kimi, köklərindən isə bağırsaq qurdlarının təmizlənməsində istifadə edilir.
Bundan başqa, çay yarpaqlarından çay dəmləyib şəkər xəstəliyində, ürək ağrıları içirlər. Meyvələri təzə halda yeyilir, həm də Continue reading “TUT”

NAR


Nar meyvələrinin tərkibinə daxil olan maddələrin miqdarı onun sortundan, yetişdirildiyi iqlim şəraitindən və bağlarda həyata kecirilən aqrotexniki tədbirlərin keyfiyyətindən asılıdır. Xalq təbabətində yaranı sağaltmaq üçün nar meyvəsinin qurudulmuş qabığını narın doyub yaraya səpirlər ki, bunun da nəticəsində yara sağalır. Yaranı qabığın tərkibindəki aşı maddəsi sağaldır. Qədim vaxtlarda nar şirəsini qaynadıb bal ilə qarışdıraraq, ondan burunda əməl gələn polip və habelə babasil xəstəliyinin müalicəsində istifadə edirlər. Narın meyvə, kök, gövdə və oynaqlarının qabığında büzüşdurucu və rəngverici maddələr var. Nar şirəsi iştah artırır, muxtəlif yeməklərin asan həzm olunmasına kömək edir.

Qafqazda, o cümlədən Azərbaycanda üzüm cinsinin 2 növü yayılmışdır. Üzüm ən qədim cicəkli bitkilərdən sayılır. Üzüm qiymətli qida məhsulu olmaqla bərabər, eyni zamanda müalicəvi əhəmiyyətə malikdir. Üzümun tərkibində olan əsas mənimsənilən şəkər, qlükoza və fruktoza əzələ sistemi, xüsusilə ürək əzələsi üçün ən qiymətli qida maddəsidir. Qlükoza insan orqanizmində toxumaların oksigeni mənimsəməsini yüksəldir və bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Bir cox yoluxucu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Üzümun tərkibində olan dəmir qida əmələ gətirən orqanların fəaliyyətinə və oksidləşmə prosesinə yaxşı təsir göstərir. Continue reading “ÜZÜM”

İNNAB


Azərbaycanda və Yaxın Şərqdə innab qədimdən müalicə məqsədilə işlədilir. Halen göstərir ki, bu meyvə həzm olunur və mədəyə müsbət təsir göstərir. Ərəb həkimi Məssih göstərmişdir ki, innabın meyvələri astma xəstəliyi zamanı insanı sakitləşdirir.
Başqa məlumatlara görə, innabın meyvələri qan dövranında oyadıcı təsir göstərir. Məhəmməd Hüseynin bir necə əsr bundan əvvəl yazılmış «Məhzən-əl ədviyyə» əsərində innabın müalicə əhəmiyyəti haqqında geniş məlumat verilir. O göstərir ki, innab öskürək və ağız yarasının müalicəsi üçün yaxşı dərmandır. İnnab meyvəsinin ununa bal qatmaqla hazırlanmış yağ ağız yarasını sağaldır. İnnab qanı təmizləyir, ciyərin, böyrəyin və sidik kisəsinin ağrısını sakitləşdirir. Dəmləməsi həm zob, həm də ağciyər və vərəm xəstəliklərinə müalicəvi təsir göstərir.

ƏRİK


Ərik bütün növ və sortları xoş ətirə malikdir. Ərikdən qanın tərkibində dəmir çatışmazlığı zamanı baş verən anemiya (qan azlığını) xəstəliyinin qarşısının alınmasında, toxumlarından alınan cövhərlə bronxit, göy öskürək, kəskin böyrək xəstəliklərində istifadə edilir. Meyvəsinin tərkibində coxlu miqdar K elementi olduğu üçün ürək-damar, xroniki böyrək xəstəliklərində, orqanizmində Na elementinin nizamlanması üçün, eyni zamanda hipertoniya, ürək döyüntülərinin pozulmasında, miokard infarktı zamanı ərik meyvəsi qəbul etməyi məsləhət gorürlər. Continue reading “ƏRİK”

QARAĞAT


Qara qarağatın meyvə, yarpaq və tumurcuqlarınıntərkibindən insan orqanizmi üçün faydalı olan bir sıra vitaminlər aşkar edilmişdir. Onun müxtəlif növ və sortlarının qabıq, tumurcuq, yarpaq, çiçək və meyvələrindən tibb sahəsində geniş istifadə olunan bir sıra preparatlar alınmışdır.
Qarağatın tumurcuq, yarpaq, meyvə hissəsindən hazırlanmış dəmləməsindən soyuqdəymədə, vərəm xəstəliyində, tərgətirici, sidikqovucu kimi, orqanizmin müqavimətinin artırılmasında, infeksiya xəstəliklərində işlədilir.
Elmi təbabətdə qarağatın meyvələri və yarpaqları polivitaminli maddə kimi skorbitda və digər hipo- və avitaminozlarda, diatezlərdə, mədə-bağırsaq xəstəliklərində, qanazlığında istifadə edilir ki, bu da onların tərkibində olan vitaminlərlə, mikro- və makroelementlərlə əlaqədardır. Təzə meyvələrindən alınan şirədən səs tutulmalarında, göy öskürəkdə, quru öskürəkdə istifadə edilir. 15-20 ədəd qarağat meyvəsi insanın gündəlik C vitamininə olan tələbatını ödəyir. Qarağatın meyvə və yarpaqlarından hazırlanan dəmləmə, cövhər, yaxmalardan kosmetika
sahəsində geniş istifadə edilir.

ZEYTUN


Azərbaycanda zeytun qədim tarixə malikdir. Hazırda Nardaranda yaşı 250 mini ötən və hələ də bar verən zeytun ağacı vardır. Zeytun yağı əl ilə yığılan yetişməmiş meyvələrdən soyuq presləmə üsulu ilə alınır. Yeyinti və tibb sahələrində geniş istifadə edilir.
Zeytunun yetişməmiş meyvələrindən alınan yağ bir sıra dərman preparatlarının hazırlanmasında istifadə edilir. Məsələn, yanıq məlhəmlərində, iynə dərmanlarının tərkibində sağaldıcı kimi, revmatizm, hipertoniya, ateroskleroz, mədə-bağırsaq xəstəliklərinin müalicəsində də geniş surətdə istifadə edilir. Continue reading “ZEYTUN”

ZOĞAL


Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin qədim tarixi vardır. Zoğalın qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizə bənzər maddə hazırlayıb səpgi və cibanların uzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat cayı hazırlanır. Meyvəsindən qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən hazırlanan spirtsiz ickilərdən malyariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi istifadə edilir.

ZİRİNC


Turşməzədir, zoğal kimi iştahanı artırır, susuzluğun və ağızda qurumanın qarşısını alır. Ağız boşluğunda şirə vəzisini tənzimləyir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, dişdibi ətini mohkəmlədir, diş və mədə-bağırsaq ağrılarını azaldır. Həzmi sürətləndirir, qan təzyiqini tənzimləyir. İshalın, qarın ağrısının, soyuqdəymənin, sinə və oynaq ağrılarının qarşısını alır. Zirinc mürəbbəsi də zoğal mürəbbəsi kimi bir cox
dərdlərə, xəstəliklərə dərmandır.

YEMİŞAN


Turşməzədir, iştahanı artırır. Bunun meyvəsi, şirəsi, mürəbbəsi, bəhməzi ishalın, qarın ağrısının qarşısını alır və qan təzyiqini aşağı salır, böyrəklərdə, oynaqlarda, sidik yollarında olan kirəcləşmə və duzlaşmanın qarşısını alır, daşların
əriməsinə yaxşı təsir göstərir. Yemişan toxumu qaraciyər, mədə-bağırsaq ağrılarını azaldır. Bunun cayı, şirəsi, mürəbbəsi quru, göy öskürəyə,soyuqdəyməyə yaxşı təsir göstərir.

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑