MİNFAKT

Məlumat əldə et, əylən…

Lətifə


Advertisements

İyul 11, 2015 Posted by | Lətifə | Bir şərh yazın

Gəlin birlikdə gülək


     

1 3 4

Oğlan:Mən gedirəm
Qız:Nəə?Gedirsən?Məni atıb gedirsən?
Oğlan:Yoxe bir dəqiqə
Qız:Heçnə demə.Mənə demişdilər…demişdilər ki, sevgi boş şeydi ama mən sənə inandım.
Oğlamn:Nə özünü lezvalayirsan?Düşürəm aşağı çörək almağa

1 4 3 2

Arvad ərinə:
Evə qayıtmalıyıq. Mən ütünü çıxarmağı unutmuşam, yanğın olacaq.

Lazım deyil, olmayacaq.
Niyə?
Ona görə ki, mən də hamamda suyu bağlamamışam

1 4 3 2
Oglan: Sevgiliiim
Qiz: Uuşşş
O: Uuşşş demə öpməyim gəlir onda
Q: Uuşş Uuşşş
O: Maç Maç
Q: Uuşşş Uuşşş Uuşşş
O: Maç Maç Maç
Q: Uuşşş Uuşşş…..Uuşşş
O: Az vapşe yıxıl yerə gəldimeee

1 4 3 2

Oğlan: Öpüşək?
Qız: İkimiz?
Oğlan: Yox gözdə gedim Mamedi də çağırım
1 4 3 2

Sevgilisi: Mamed səni sevirəm.
Mamed: Bax uje gözümə girdin.
Sevgilisi: Eee Mamed kobud olmadaa.
Mamed: Xanım artıq gözümə daxil oldunuz
1 4 3 2

Molla arvadi ile gole paltar-palaz yumaga gedir. Bunlarin basi qarisir, bir qarga sabunu goturub ucur. Arvad bunu gorub qisqirir :
– A kisi, qoyma ! Qarga sabunu apardi.
Molla dedi :
– Gormursen, yazigin ust-basi qap-qaradir. Niye qoymuyum ? Lazim olmazsa aparmaz ki …

1 4 3 2
Bir huşsuz dostuna deyirki mənə dünən bir dərman veriblər onu içəndən sonra daha heç nəyi unutmuram.Bütünlüklə huşum bərpa olunub.
Dostu: Dərmanın adı nədi?
Huşsuz: Bir cürə gül vareee ağ, qırmızı, sarı tikanlarıda varee…
Dostu: Həəə, qızılgül???
Huşsuz: Hə hə, ona rusca nə deyirlər?
Dostu: Roza!
Huşsuz: Ay sağol,və arvadını çağıraraq deyir, azz Roza dünənki dərmanın adı nəəəydiii???

1 4 3 2

Bir gün ata oğul avtobusda gedirlər oğul atadan soruşur ki
siz neynəmisiniz ki mən anadan olmuşam.
Ata görür danışmaq mümkün deyil, deyir ki
oğlum 2 dənə kolba götürmüşük.
Birinə göy su digərinə isə qırmızı su tökmüşük sən anadan olmusan.
Birdən qabaqda əyləşən 80 yaşlı qoca nənə əsə-əsə arxaya çevrilərək deyir ki,
“oğlum o əvvəlki gözəl qayda qanunu yığışdırdılar bəyəm?”

1 4 3 2
-Dunen gonderdiyim sms geldi?
-hansi 10man borc?
-hee
-yoo sen ol.gelmiyib.

1 4 3 2

Bir gün dəlilərin qabağına boş qab qoyub yemələrini söylüyürlər dəlilerin hamısı xöreyi yeməyə başlayır ama görürler ki birisi yemir deyəsən ağıllanib soruşurlar ki niye xöreyi yemirsen
Deli deyir; Mən hələ soyumagını gözləyirəm
1 4 3 2

Babası nəvəsini gəzməyə çıxarır. Bu vaxt yolda maşın keçir. Babası:
-Bax balam, “düüt düüt” keçir
Nəvəsi çox rahat bir şəkildə:
-Baba bu “düüt düüt” deyil e, 8 silindirli 98 model mercedesdir

1 4 3 2
Bir gun bir usaq saxta babaya yazirki mene qardash gonder
Saxta babada ona yazirki problem yoxdu mamani gonder

1 4 3 2
Ata məktəbdən gələn oğlundan soruşur:
-Dərslər necə gedir?
-Yaxşıdı ata, bugün 5 almışam
-De görüm necə aldın?
-Riyaziyyat 1, İngilis dili 1, Musiqi 1, Tarix 1, Fizika 1. Bir yerdə 5 olur ata
…..- Yaxşı ata vurma

1 4 3 2

Qız: – Canım mən yatıram
Oğlan: – Ok, ürəyim yat, gecən xeyrə qalsın
Qız: – Elə bu? 😦 Bu nə sağoldu?
Oğlan: – Yaxşı ürəyim, yuxun şirin olsun, öpürəm
Qız: – Ayəə qudurma haa, mən sən bilən qızlardan deyiləm!

1 4 3 2
Türk bir oğlan Azəri qızını sevir və ona eşqini elan eliyir:
– Mən səni sandığından da çox sevirəm
Qız:
-Başa düşmədim, sənə kim dedi ki, mənim sandığım var?

1 4 3 2
Bir gün oğlan atasının maşınını sürür və telefonu düşüb maşında qalır. Atası səhər işə gələndə görür oğlunun telefonu maşında qalıb və dostundan zəng gəlir. Açır telefonu, dostu cavab verir:
-Ala heyvan oğlu heyvan hardasan?
Oğlanın atası cavab verir:
-Heyvan oğlu deyil, heyvanın özüdü

1 4 3 2

Qız: Ölsəm qəbrimin üstünə gəlmə..
Oğlan: Niyə?..
Qız: Anam görsə öldürər

1 4 3 2
Müəllim sinifdə uşaqlara sual verir:
-Kim özünü lom hesab eliyir ayağa qalxsın!.. Sinifdən səs çıxmır, yenə uca səslə:
-Kim özünü lom yerinə qoyur ayağa qalxsın!.. Yenə səs çıxmır. Arxada oturan uşaqlardan biri qalxır ayağa. Müəllim deyir:
-Noldu ə özüvü lom hesab eliyirsən?
-Yox müəllim qalxdım ki, siz ayaqüstə tək olmuyasız

1 4 3 2
Nənə:
-Bala başoo dönüm, bu adamlar şunurla işdiyir?
-Yox ay nənə, onu hardan çıxardın?
-Nə bilim ay bala hansına baxırsan qulağından şunur çıxır

 1 4 3 2

Bir gun Molladan soruwurlar: -Molla sen hansi burcdensen?
Molla deyir: -Keci burcunden.
Deyirler: – Ay Molla, keci burcu yoxdur axi?
Molla deyir:-Uwaqliqda atam deyerdi ki, men oglaq burcuyem. Indi men boyuyub, yeke kiwi olmuwam. Yeqin ki, o da boyuyub keci olub da…

1 3 4

Usaq babasina deyir:
Baba disin var?
Yox.ovladim
Onda qogalimi tut gelirem.

1 3 4

                                        Cim və Meri

Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzun  ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Meri bunu görən kimi  tullanıb Cimini xilas edir. Merinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır.    Dəlixana müdiri Merinin ağıllandığını düşünür vəonu yanına çağıtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır.
Meri baş həkimin otağına daxil olur.
Baş həkim :
– Meri sənə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbərim odur ki, səni   azadlığa buraxacağıq. Pis xəbərim odur ki, sən Cimi qurtardıqdan sonra o  özünü hamamda asıb.
Meri :
– O özünün asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun…

1 3 4

 

                                             Adəm və Həvva

Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur :
-Əzizim, sən məni həqiqətən sevirsən?
Adəm kədərli bir halda :
-Başqa birisi varmı ki? – deyə cavab verir.

1 3 4

Balıq

Biri gedir bazara, balıq almaq istəyir. Baxır görur ki, balıq əyridi.Satıcıdan   soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir :
-Pavarotda tutmuşam….

1 3 4

  Bir gün bir uşaq dəniz sahilində gəzirmiş. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanin içindən bir cin çıxır və deyir:
-Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
-Üzr istəyirəm…
                                                   
1 3 4


2. Molla bardağı qızına verir vә üzünә iki şillә çәkib deyir:
-Gözətlə sındırma ha!
Qızın günahsız döyüldüyünü vә ağladığını görәnlәr deyirlәr:
– Molla, bu günahsız qızı nә üçün döyürsәn?
-Vurdum ki, bardağı sındırmasın, yoxsa sınandan sonra nә etsәn yersizdir.

1 3 4

                        

Mollaya üzlü bir qonaq gәlir. Gecә yeyib-içәndәn sonra yerlәr salınır, yatmaq istәyirlәr. Qonaq başını yuxarı qaldırıb tavandan asılmış üzüm salxımlarını görən kimi mızıldaya-mızıldaya oxuyur:
Bizim yerlәr, bizim yerlәr.
Yatanda üzüm yeyәrlәr.
Molla yorğanı düzәldә-düzәldә cavab verir:
Bizdә elә adәt yoxdur:
Saxlayıb gündüz yeyәrlәr.
1 3 4

                                   
-Ana, o kişi kimdir?
– Hansı bala?
– O saçları biz-biz durmuş, gözləri qızarmış kişini deyirəm.
– Hə bala, o sənin atandır. İnternetə qoşulub… 🙂
1 3 4

İki sevgili yeməyə çıxırlar, yemək yeyəndə oğlan qızı qucaqlayır və deyir: Əzizim atapleniyaya oxşayırsan. Qiz deyir: Nədi bəyəm çox istiyəm ? Oğlan deyir: Yox qabırqaların görsənir.
1 3 4

                                 
Çukça çöldə yüyürür :
– Hey mənim çölüm !
Hey mənim çadırım !
Hey marallarım !
It’s my life !!!
1 3 4

                      

Deməli bir gün qarışqa meşədə qışqıra-qışqıra qaçır. Birdən qabağına krokodil çıxır. Ağzını yekə açıb soruşur:
– Noooolub eeeee səsin-küyün bürüyüb meşəni?
Qarışqa cavab verir:
– Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə onu oldürürlər.
Krokodil reski ağzını balacalaşdırıb deyir:
– Dİ SİNÖL?
1 3 4

                                                                              

Müəllim sual verir:- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər ?Uşaq əlini qaldırır:-Atamın da anamın da toyu təsadüfən eyni günde olub.
1 3 4

9.Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
– Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
-Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
Həyat yoldaşı:
– Bağışla mən səni çox qısqanıram səni.
Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
– Axı bu dəfə nə etmişəm?
Həyat yoldaşı:
– Heç nə. Atın mesaj yazıb al cavab yaz.

                                                                         

Bir həkim xəstəsindən soruşur:
– Oğlum sənin bir qulağını kəssəm nə olar?
Dəli:
– Canım ağrıyar,həkim
– Bəs iki qulağını da kəssəm?..
Dəli:
– Onda görə bilməyəcəm ki?..
Həkim:
– Nə əlaqəsi var oğlum!?
Dəli:
– Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?!

                                                                                  
1 3 4

Bir nəfər toyda yiyib-içir , gəlir musiqiçilərə deyirki:Mənə bir piraşki mahnısı çalın.
Musiqiçilər deyirki:Belə mahnı yoxdu.
Kişi deyir:Çalmırsız.Cibindən tapancanı çıxarır musiqiçinin üzünə tutur
Musiqişi:Biz sifariş götürə bilmirik sarpayı var burda get onun yanına.Gedir yanına.Sarpayı deyir:Nə olub.
Kişi deyir:piraşki mahnısı çalın.
Sarpayı:Belə mahnı yoxdu otur yerivə.Deyir yoxdu deyir yox .Tapancanı qoyur sarpayının başına.Sarpayı deyir ətlə olsun kartofla?

1 3 4

                                                                            
Bir kişi gəlir həkimdən pulsuz arayış almağa.
Başını salır aşağı deyir:Doktor bizim uşağımız olmur.
Atamında uşağı olmurdu.Babamında uşağı olmurdu.
Həkim soruşdu:Bəs sən hardansan?
Kişi:Mən Lerikdən.

1 3 4

                                                                      
Naxçıvanın Nehrən kəndində yaşayan emi oğlu Cəfərqulu və Məmmədqulu Turkiyəyə ikimərtəbəli avtobusla yola düşürlər.Cəfərqulu ikinci Məmmədqulu birinci mərtəbədə oturur.Turkiyə ərazisinə çatanda Cəfərqulu yuxarıdan qışqırır:Ay Məmmədqulu?
Məmmədqulu:Hə?
Cəfərqulu:Aşağıda yer var?
Məmmədqulu:Neyniyirsən oturmusan yuxarda da?
Cəfərqulu:Ə qardaş, sizdə sürücü var biz Allahın ümüdünə gedirik.

1 3 4

                                                                              
Yol polisi bir nəfər sürücünü saxalayır.Bu surucudə Şəkidən olur.
Polis deyir:Sən pavarotniki sola yandırdın amma sağa döndün.
Sürücü:Ay sənin canuvu yiyim,mən maşının içində pavarotnik bayırda görməmişəm.

1 3 4

                                                                          
Bir nəfəri yanmış formada həkimə gətirirlər.palaza bükülmüş halda.Həkim əlinə əl vurur deyir: əl vurma əlim sınıb,ayağını tutur deyir: tutma ayağım sınıb,belini tutur deyir: tutma belim sınıb.
Həkim deyir: sən nəcə yanmısan hər yerin sınıb?
Xəstə:Məni lapatka ilə söndürüblər.

1 3 4

Jurnalistlər deputatlığa namizəddən soruşurlar:

– Siz nə məqsədlə namizədliyinizi irəli sürürsünüz?

– Özünüz görürsüz, nələr baş verir, rüşvət, korrupsiya, büdcənin talan edilməsi…. Mən bunlara biganə qala bilmərəm!

– Siz bunların hamısına qarşı necə mübarizə aparmağa hazırlaşırsınız?

– Hər şeydən əvvəl … mən prosesdə iştirak etmək istəyirəm!

1 3 4

Hüquq fakültəsi tələblərinin ağız söhbətindən:
– Səncə, ağıllı, ədalətli, dürüst və tərbiyəli hakim necə olur:
– Bunun dörd şərti var:
1. Ağıllı hakim rüşvəti vəkilin vasitəsilə alar, birbaşa müttəhimin özündən pul götürməz.
2. Ədalətli hakim cəzaları yalnız qiymət cədvəlinə uyğun təyin edir.
3. Dürüst hakim pul aldığını danmır.
4. Tərbiyəli hakim isə aldığını öz həmkarları, rəhbərlik, prokurorlarla bölüşə biləndir.

1 3 4

Baş həkim xəstəyə baş çəkir:
– Artıq əməliyyatınız başa çatıb?
– Bəli.
– Necə oldu?
– Üç minə?
– Onu demirəm. Soruşuram, Sizin nəyiniz vardı?
– Yalnız iki minim.
– Yenə başa düşmədiz, deyirəm, narahtlıq nədən idi?
– Qiymət yaman yuxarı idi, ay, həkim…
1 3 4

Yol polisiinin əməkdaşı maşını saxladıb sürücüyə yaxınlaşır. Baxır ki, sürücü hər əlində bir kitab tutub. Soruşur:
– O nə kitabdı elə?
– Yol hərəkəti qaydaları və Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsi.
– Bəs yaxandan asılan bu məftillər nədi elə?
– Mikrofondu. Bizim söhbətimiz lentə yazılır.
Polis ehtiyyatla maraqlanır:
– Təsadüfən, maşında videokamera quraşdırılmayıb ki?
– Yox, videokamera yoxdur.
– Elə isə Sizə yaxşı yol arzulayıram. – deyə DYP əməkdaşı qəzəblə barmaqlarının ədəbsiz işarəsini sürücüyə göstərir.
1 3 4

1990-cı illərin Bakısı, polis yolda maşını saxlayır.
– Saxla, saxla… Qırmızıda keçdin.
– Doğrudan, rəis, bağışla, amma mən Məmmədin qohumuyam, kişiyə zəng etmək istəmirəm, qoy çıxım gedim.
– Hansı Məmmədi deyirsən, ə?
Sürücü cibindən min manat çıxarıb yol polisinə uzadır.
– Bax, bu şəkildəki kişini deyirəm, tanıdın, rəsi?
– Hə, tanıdım, Allah canını sağ eləsin. Başqa şəkilləri yoxdu? Mən də onu çox istəyirəm, bir-ikisini ver, biz də ürəyimizin üstündə gəzdirək…
– Yox, da, rəis, kişinin albomunu maşında gəzdirmirəm.
1 3 4

Bir azərbaycanlı, bir gürcü və bir də Anadolu türkü avtomobil qəzasında həlak olurlar. Mərhumları dəfn edəndən bir ay keçmiş bir də görürlər azərbaycanlı məzardan çıxıb gəlir. Təəccüblə hərə bir yandan buna sarı gedir, soruşular ki, nə xəbər, o dünyadan necə döndün?
– Əşi, bizim keçmiş məmurlardan biri bu dünya ilə o dünya arasında gedən yolda polis işləyir. Anlaşdıq, beş min manat verdim, qayıtdım.
Soruşurlar bəs, türk qardaşımız necə oldu?
– O, hələ bazarlıq edir, çalışır üç minə işi həll eləsin.
Bəs, gürcü yazıq harda qaldı?
– O, iki ayağını dirəyib ki, dövlət qiymətini denən, çek ver, nə bilim nə…
1 3 4

İcra başçısı təsadüfən uşaqlıq dostu ilə qarşılaşır. Dostu soruşur:
– Bura bax, səndən ev tikmək üçün beş min dollara torpaq almaq olar?
– Yox, əşi, mən sənin üçün RÜŞƏVTXOR-ZADAM?
– Deyirsən yəni, 20-ə, 30 da tapmaq olmaz?
– Mən sənin üçün nəyəm, AXMAQ-ZADAM?
1 3 4

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Baş prokurorla qarşılaşır. Rəsmi tərzdə hərbi salam verib təntənəli şəkildə məruzə edir:
– Cənab Baş prokuror! Sizin əmrini yerinə yetirildi!
Baş prokuror təəccüblə ətrafındakılara baxır, hamı çiynini çəkir:
– Axı mən heç nə əmr eləməmişəm?
– Mən də elə onu deyirəm, cənab Baş prokuror, BİZ HEÇ NƏ ELƏMƏMİŞİK!
1 3 4

Parlamentə dəvət olunmuş iki nazirin davası gedir:
– Keçən il o nazirliyə bir milyard dollara yaxın pul ayrılıb. Hanı o pullar? Mən bilirəm, hanı… Bu komandada sənin kimi korrupsionerə yer yoxdur!
– Görün, kim nə haqqında danışır?! Sən o Dubayda, Avropanın beş ölkəsində villarları nəylə alıbsan, oğlunun maşın qarajı necə meydana gəlib?
İclası izləyən jurnalistlərdən biri o birinə:
– Bunlar bir-birini nə gözəl tanıyırlar?
1 3 4

Məhkəmə gedir. Prokuror:
– Mən hesab edirəm ki, müttəhimin hüququları kobud şəkildə pozulub. Bu iş dərhal bağlanmalı, müttəhimin bütün əmlakı özünə qaytarılmalı, ona bəraət verilməlidir.
Prosesi izləyən jurnalistləri təəəcüb götürüb. Jurnalistlərdən biri yanındakına:
– Başa düşmədim, bu çıxış edən prokuror idi, ya vəkil?
– Yaxşı pula prokuroru da vəkil etmək olar.
1 3 4

Birləşmiş Ərəb Əmirliyi, Norveç və Azərbaycanın neft gəlirlərindən necə istifadə etdiklərini müzakirə edirlər. Norveçdən olan deyir:
– Biz bir xətt çəkir, neft pullarını da göyə atırıq. Xəttin sağına düşənlər hökumətin, soluna düşənlər xalqın olur.
Ərəb:
– Biz də bir balaca dairə çəkib, neft pullarını göyə atırıq. Dairənin içinə düşənlər xalqın, çölünə düşənlər hökumətin olur.
Azərbaycanlı:
– Biz xətt-mətt çəkmirik. Neft pulunu göyə atırıq. Yerə düşənlər hökumətin, göydə qalanlar xalqın olur.
1 3 4

Bir gün ABŞ-dan bir bankir, Almaniyadan zavod direktoru və Rusiyanın gömrük məmuru mübahisə edirlər. Hərə özünün dünyada ən çox qazandığını deyir. Müzakirə mübahisəyə keçəndə bankir təklif verir:
– Bax, o dağın başında momin bir adam yaşayır, alim adamdır, hər şeyi oxuyur, bilir, hamı da ona inanır. Gəlin, gedib ondan soruşaq.
Razılaşırlar. Alimin yayına birinci alman girir. Az sonra çıxıb təvazökarcasına deyir.
– Haqlıymışam, dünyada ən çox qazanan zavod direktoru mən imişəm.
İkinci bankir gedir və tez də qayıdır:
– Haqlıymışam, dünyada ən çox qazanan bankir mən imişəm.
Rusiyanın gömrük məmuru otaqdan pərt halda çıxır və soruşur:
– Axı bu Azərbaycan haradır, e?!
1 3 4

ABŞ, Almaniya və Azərbaycanın təhsil nazirləri bir beynəlxalq konfransda dərdləşirlər.
ABŞ naziri:
– Mən müəllimlərimə ayda 5 000 dollar maaş verirəm. Təxminən 1000 dollara dolana bilirlər. Qalanı necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.
Almaniyalı nazir:
– Mən müəllimlərimə ayda 3500 avro maaş verirəm. Təxminən 8-9 yüz avroya dolana bilirlər. Qalanı necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.
Azərbaycanlı nazir:
– Mən müəllimlərimə ayda 150 manat maaş verirəm. Aya təxminən 8-9 yüz manata dolana bilirlər. Qalanı necə tapırlar, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.
1 3 4

Medianın, QHT-lərin qınağından sonra nazir parlamentə hesabt verir.
– Danışırlar ki, guya neft pullarından xalqa heç nə düşmür. Əgər bunu konkret pul kimi ciblərində görmək istəyirlərsə, Neft Fondundan 18 milyon manat ayrılıb. Onu bölüşdürəcəyik. Hərəyə 144 min manat pul düşür.
– Amma 18 milyonu 9 milyonluq xalq arasında necə böldün ki, hərəyə bu qədər düşdü?
– 125-ə böldüm!…
1 3 4

Təzə YAP-a üzv qəbul edilmiş azərbyacanlının bəxti gətirib tilovuna qızıl balıq düşüb. Balıq:

– Nə istəyirsən de.

– “Hummer”, “lük”, “avtomat karobka”, rəngi də qara, “metallik”.

– Yaxşı, seçə bilərsən, lizinqlə, ya adi kreditlə?

– Yox, sən seç, bitki yağında, yoxsa, kərə yağında!
1 3 4

            
Polisdə:
– Denən görək, bu cür ali məktəbin, bu cür keyfiyyətli diplomunu necə əldə elədin?
– İnanın, yoldan tapmışam.
– Bu necə olur, sən yoldan öz adına olan diplomu tapmısan?!
– Rəis, vallah, yoldan tapmışam, sadəcə sonra sizinkilər diploma uyğun pasport düzəltidlər.

1 3 4

Prezidenti Vaşinqtona səfərdə müşayiət edən Azərbaycan məmuru qarnının acdığını hiss edir və ozunu verir Ağ Evin restoranına. Görür girişdə belə bir elan vurublar: “Siz yeyin, hesabı nəvəniz ödəyəcək!”

Məmur sevincdən uça-uça düşür stolların birinə, dünyanın naz-nemətini tökdürür qabağına. Elə doyub qalxım deyəndə xidmətçi uzun bir siyahını qoyur onun qabağına.

– Bu nədi, bəs, orda yazıbsız, hesabı nəvələr verəcək.

– Bəli, ser, amma bu, Sizin babanızın hesabıdır.
1 3 4

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada yeni boş iş yerlərinə məmur qəbulu üçün imtahan gedir. İmtahanı götürən YAP üzvü olan namizədə sual verir:
– De görüm, Rusiyanın paytaxtı haradır.
– Moskva.
Sıra müxalifətçiyə çatır.
– De görüm, Antiqua və Barbuda işsizlik nə qədərdir?
– – Day, denən sənə iş verən deyilik də!!!
1 3 4

Məmur jurnalisti məhkəmə verib ki, təhqir olunub. Prosesdə jurnalist bir kitabı hakimə uzadıb deyir:
– Cənab hakim, baxın, bu “Kütləvi İnformasiya Vasitələri haqqında” qanundur. Bu qanuna görə mənim yazdıqlarım təhqir deyil.
Məmur yerində eşələnib hakimə bir kitab uzadır.
– Cənab, hakim, bu da Kütləvi İnformasiya Vasitələri haqqında qanundur. Bu qanuna görə onun yazdıqları təhqirdir.
Hakim məmurun uzatdığı kitabı alıb vərəqləyir, onun arasındakı pulları görəndən sonra tez kitabı bağlayır və onu əlində tutaraq jurnalistə deyir:
– Bax, bu qanuna görə o, sənin də atanı söyə bilər, mənim də.
1 3 4

Azərbaycanın təzə məmurlarından biri Moskvada taksiyə minib. Sürücüdən xoşu gəlməyən məmur öz-özünə deyir:
– Ə, bu şoferin nə protivni mordası var?!
Sürücü:
– Tı sam protivnıy!
– Oy daa… ə, bu bizim dili bilirmiş ki!
1 3 4

Gürcüstanda Gömrük Komitəsinin sədri vəzifəsinə təklif gəlir. Cavab:
– Getmirəm, o qədər məsuliyyət, maaşı da ki, heç nə!
Azərbaycanda Gömrük Komitəsinin sədri vəzifəsinə təklif gəlir. Cavab:
– Allah balanızı saxlasın!
– Amma bax, ha, maash bir az aşağıdır.
1 3 4

Jurnalist bir il əvvəl təyin olunmuş nazirdən müsahibə götürür:
– Sizin villalarınız, şəhərdə mənzilləriniz, xanımın kilo-kilo brilyantı, qızılı…
– Noolsun ki, hamısını öz puluma almışam….
– Amma müxalifət deyir xalqın puluna alıbsız…
– Nə danışırsız, xalqda bu qədər pul hardandı?!
1 3 4

ABŞ-da polisə zəng:

– Bizim qonşunun çoxlu pulu var.
– Sənə nə?!
– Pulu dövlətdən oğurlayana oxşayır.
– Hələ bilmək olmaz.
– Vergi də vermir.
– Gəlirik!

Avropada polisə zəng:

– Bizim qonşunun çoxlu pulu var.
– Noolsun ki?!
– Onu dövlətdən oğurlayana oxşayır.
– Gəlirik!

Azərbaycanda polisə zəng:

– Bizim qonşunun çoxlu pulu var.
– GƏLİRƏMMM!!!!
1 3 4

Bank işçilərindən biri həmkarına zəng edib:

– Salam, ağsaqqal, işlər necə gedir?
– Qaydasındadı.
– … bağışlayın, səhv düşmüşəm.
1 3 4

Bakıda yol polisinə “Formula 1” yarışlarına baxmaq qadağan edildi.
Daxili İşlər Nazirliyi bunun səbəbini polis əməkdaşları arasında kütləvi infrakt halları ilə izah edir.
1 3 4

İmtahan vaxtı tələbə qiymət kitabçasının içinə 500 manat pul və bir qeyd qoyub professora uzadaraq zaldan çıxır.
Qeydində də yazıb: “Müəllim, hər bala 100 manat, zəhmə olmasa.”
Bir azdan qiymət kitabçasını ona qaytarırlar, içində də 300 manat və belə bir qeyd:
“Buyur, bala, bu da pulun qalığı.”
1 3 4

Yol polisi saxladığı sürcünün içkili olub-olmadığını yoxlamaq istəyir:
– Bura üfür görüm.
Sürcü çıxarıb polisin ona uzatdığı qaba 50 manat atır.
– Yenə üfür.
Sürücü 20 manat atır.
– Olmadı, yenə üfür.
Sürcü bu dəfə də 10 manat atır.
– Ə, astmasan? Noolub, bir də üfür, birinci dəfəki kimi!

Noyabr 19, 2012 Posted by | Lətifə | Bir şərh yazın

Lətifələr


Ölkələr arası işləyən bir psixoloq, dünyanın fərqli yerlərinə gedib qadınlara 1 sualla müraciət edir:
Ərinizi başqa bir qadınla tutsanız nə edərsiniz???
Suala ölkələrə görə verilən cavablar isə bunlar olur:
Isveçli: mənim nəyimi bəyənmədiyini soruşaram
Rus: Evi tərk ederəm
Fransız: Səsimi çıxarmaram, sevgilimə gedib məni təsəlli etməsini istəyərəm
İtalyan: Qadını öldürərəm
Yunanlı: Hər ikisinidə öldürərəm
VƏ nəhayət Azərbaycanlı: yox nə danışırsan, mənim ərim elə bir şey eləməzzz…

1 4 3 2

Oxumağa davam et

Aprel 27, 2012 Posted by | Lətifə | 1 Şərh

Lətifələr….


Zəng çalınır…Şagirdlər içəri girir….Riyaziyyat dərsi başlayır….
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq……
Natiq deyir : Hııııııııııııııııı……
Müəllimə: Zəhriman hıııı, çor hıııı….Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə….
Biraz sonra…..
Oooooooooorrxaaaaaaaannnn…..
Orxan : Hııııııııı……
Müəllimə: Zəhrimar hııııı, çor hııııı…..Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə…….
Müəllimə deyir: Hıııııııııı…..
Orxan deyir: Zəhrimar hııııı, çor hııııı…..Professor gələndə müəllimə ayağa qalxar

1 4 3 2

Menecerin sözləri ilə:

“Kompüter işə düşmür – administratoru çagırıram, administartor gəlir, əllərini göyə qaldırır, anlaşılmaz sözlər deyir, mənim stulumu öz oxu ətrafında 10 dəfə fırladır, kompüteri təpikləyir – o da işə düşür. Yenə əllərini göyə qaldırır, nə isə deyir və gedir.”

Administratorun sözləri ilə:

“Gəlirəm menecerin yanına, o səfeh o qədər stulda fırlanıb ki, komputerin elektrik kabeli dolanıb stulun ayagına. Özü-özümə söyürəm, kabeli açıram, kompüteri ayağım ilə geriyə dogru, stolun altına itələyirəm, kompüteri işə salıram və gedirəm”…

1 4 3 2

İlham Əliyev Ramiz Mehdiyevlə ezop dilində danışmağı xoşlayır.
Məsələn, bir də gördün İlham müellim “boz kardinalı ” çağırıb soruşur:
– Bu gün obedə bir şey var?
Ramiz müəllim cavab verir:
– Doktorski kolbasa olacaq.
Bunun açması belədir:
– Bu gün müxalifətdən qopan varmı?
– Var. Asim Mollazadə.

1 4 3 2

Səfər Əbiyev Rusiya zavodlarında məxsusən Azərbaycan üçün istehsal edilən tanklara baxış keçirir. Ona izah edirlər:
– Bax görürsünüz, tankın üç dənə geri, bir də irəli surəti var.
Səfər müəllim təəccüblə:
– İrəli sürət nəyə lazımdır?
– Necə yəni, birdən ermənilər arxadan hücum etdilər!

1 4 3 2

Bir defe Bakidan Naxcivana ucan teyyarede qiz pilota yaxinlashib deyir ki, bir nehremli ozunu atmaq isteyir. Ne qeder eliyirik ele deyirki men dushurem vessalam. Pilot deyir: “nece adamdir?” Qiz deyir: “Eli, qolu siniq bashi sariqli bir adamdir” Pilot deyir: “Deymeyin,qoy dushsun o hemise burda dushur

1 4 3 2

BIr dene noxud girir chimmeye
Chixir ozozune deyir ki, ayy da bashimi yumaq yadimnan chixdi..

1 4 3 2

Turklerin ettoken bir dene de prikolu:

Parayi deyil $eni $eviyorum

1 4 3 2

Iki dost goruş urler. Biri deyir:
-Bilirsen, bu gece bizi yuxuda gordum. Biz goyden yere dushurduk. Sen balin icine, mense peyinin icine dushdum.
Dostu gulur ve deyir:
-Gorursen de heyatda oldugu kimi yuxuda da men ondeyem O biri deyir ki, he amma biz ayaqa qalxandan sonra bir birini yalayaraq temizledik

1 4 3 2

Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür.Dostu yaxınlaşıb soruşur?
– Nəyə gülürsən?
– Heç! Mən həmişə öz-özümə anekdot deyib gülürəm. Ama bu dəfəkini heç eşitməmişdim.

1 4 3 2

Bir gün dovşan meşənin içi ilə gedərkən, yolunun üstündə şirin uzandığını görür. Qorx və həyəcan içində şirə yaxınlaşıb deyir:
– Olar üstündən keçim gedim? Şir deyir:
– Olar.
Gün ərzində 4-5 dəfə belə edən dovşanın yolu yenidən ordan düşür. Dovşan yenə yaxınlaşıb qorxa-qorxa soruşur:
– Olar üstündən keçim gedim? Şir deyir:
– Nə istəyirsən ee məndən? Görmürsən ayağım tələyə düşüb dura bilmirəm? Keç get dəə…
Dovşan cavab verir:
– Nə deyirsən əə?? Özü də bilirsən nə var qışqırma üstümə!!!

1 4 3 2

Ata 2 oğlunu çörək almağa göndərir. 15 dəqiqədən sonra oğlanlardan biri qayıdır.
Ata:
-O biri qardaşın hanı?
Oğul:
-Ata çörəksatan “Google Toolbar”ı təzəcə quraşdırmışdı, dükandan çıxanda baxdım gördüm ki, alnında yazılıb “1 Popup Blocked”

1 4 3 2

Ərlə arvad oturublar soba başında və ər arvadına qadınların və kişilərin gündə neçə söz istifadə etməkləri barədə məqalə oxuyur.
Ər: Siz qadınlar gündə kişilərdən iki dəfə çox söz istifadə edirsiniz.
Arvad: Əlbəttə çünki siz kişilərə sözləri iki dəfə deməli oluruq.
Ər: Nə?

1 4 3 2

Bir gün bir xəstə həkimə gedir..
Həkim müayinə etdikdən sonra xəstə soruşur:
– Həkim, nə qədər ömrüm qaldı?
Həkim cavab verir:
– 10.
Xəstə təəccüblə soruşur: 10 gün, ay, il, saat? 10 nə?
Həkim yenidən cavab verir:
– 9, 8, 7, 6, …

Cərrah xəstədən soruşur:
– Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
– Əlbəttə ki, pulsuz
– Lay-lay deyim yatasan,qızıl gülə batasan……

Həkim xəstəsinin qan təhlil nəticələrini açıqlamaq üçün otağına cağırır ve deyir:
– sizə bir pis, bir də daha pis xəbərim var.
– əvvəl pisi deyin
– təhlil nəticələrinə görə sadəcə 24 saat ömrünüz qalıb.
– həkim, bundan daha pis xəbər nə ola bilər ki?
– bunu demək üçün dünəndən bəri sizi axtarıram….

Clinton bir gün Bağdat a gider, Saddam ın karşısına oturur. Bir bakar ki Saddamın koltuğunda 2 tane düğme var ve bunlar ne diye sorar;
Saddam:
– Bak göstereyim birincisine basmış alttan bir el cıkmış clintonu gıdıklamaya başlamış saddam güler, ikinci düğmeye başmış bir el çıkıp clintona vurmaya başlamış, saddam kahkahalara boğulmus. Peki demiş clinton haftayada bizim oraya amerikaya bekleriz. Bu kez Saddam amerikaya gider. Clintonun masasında 2 dügme, Saddam sormuş bunlar ne işe yarar;
Clinton: Bak göstereyim der düğmenin birine basar clinton başlar gülmeye Saddam şaşkın ne oldu diye, Clinton ikinci düğmeyede başar Clinton gülmekten ölecek durumdadır. Biraz sonra saddam müsaade ister:
– Ben artık bağdat a geri döneyim.
Clinton:
– Bağdat? Na Bağdat ı?

SHERLOCK HOLMES:
Sherlock Holmes ile Dr. Watson kampa giderler. Güzel bir yemek yiyip bir şişe de şarabı devirdikten sonra uykuya dalarlar. Birkaç saat sonra Holmes uyanır ve arkadaşını dürtükler.
-“Watson, yukarıya bak ve bana ne gördüğünü söyle”.
– Watson cevap verir: “Milyonlarca yıldız görüyorum.”
– Holmes sorar: “Bu sana neyi gösteriyor?”
– Watson bir an düşünür ve yanıtlar: ” Astronomik olarak milyonlarca galaksinin ve dolayısıyla milyarlarca gezegenin varlığını görüyorum. Yıldızların konumuna bakarak saatin 3’üçeyrek geçtiğini çıkarıyorum. Teolojik olarak tanrının kudretini ve kendi acizliğimizi görüyorum. Meteorolojik açıdan da bugün havanın çok güzel olacağını tahmin ediyorum. Neden sordun? Sana ne gösteriyor? ” Holmes arkadaşını sabırla dinlemiştir ama artık dayanamaz:
– “Ulan hıyar, çadırımızı araklamışlar!

.Oğlu anasından soruşur:
– Ana olar özümü binadan atım?
Anasi:
– Derslerini oxu sonra!

.Beş yaşlı uşaq zəng səsini eşidib dəstəyi qaldırır:
-Alo,eşidirəm.
-Atanı ya da ananı çağır.
-Evdə yoxdurlar.
-Bəs evdə səndən başqa bir adam var?
-Bəli var,bacım evdədir.
-Onda onu çağır.
Bir dəqiqəlik pauzadan sonra oğlan deyir:
-Alo,o çox ağırdır,beşikdən çıxara bilmədim

.İki professor universitetdə söhbət edir:
– Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
– Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
– Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.

.Bir gün dəli evə məktub yazır: “Ana, ata, burada hər şey yaxşıdır. Burada bizə hovuz da tikiblər. Hələ müdirimiz deyib ki, özümüzü ağıllı aparsaq ora su da tökəçək

Aprel 27, 2012 Posted by | Lətifə | Bir şərh yazın

   

%d bloqqer bunu bəyənir: