MİNFAKT

Məlumat əldə et, əylən…

Beyin üçün 20 tövsiyyə


MD Profile _3D Brain

1. Beyin, siz açıq havada olanda və ayaqüstə ikən daha yaxşı işləyir. Ayaqüstə olanda, insan beyninin 10 faiz artıq işlədiyi düşünülür. Həyatınızla bağlı önəmli qərarlar verəndə, açıq havada və ya təbiətdə vaxt keçirməyi yoxlaya bilərsiniz.

2. Yeriyəndə qolları yellətmək beynin fəaliyyətinə müsbət təsir göstərir. Önəmli qərarlarınızı açıq havada, qollarınızı sağa- sola yellədərək yeriyərkən verməyə nə deyirsiniz?

3. Xarici bir dil öyrənmək beyni gücləndirir. Hər gün bir neçə xarici ya da yerli yeni söz öyrənib, istifadə edə bilərsiniz. Lüğət oxuya bilərsiniz. Alış – veriş siyahısı və ya telefon nömrələrini əzbərləməyi yoxlaya bilərsiniz.

4. Zehni gimnastika/məşq edin. Bunun üçün müxtəlif bilməcələri həll edə bilərsiniz. Şahmat kimi zəka oyunları oynayın.

5. Gündəlik olaraq təkrarladığınız davranışlardan imtina edin. Bəzən telefonu sol əlinizdə tutun, çantanızı digər əlinizlə daşıyın, evinizə başqa bir yoldan gedin. Ən azından bir günlük televizor pultunu tez-tez istifadə etmədiyiniz əlinizdə tutun.

6. İntellektual zövqlərinizi inkişaf edtirmək üçün hər gün mütləq yaxşı bir aforizm antologiyasından bir neçə cümlə oxuyun. Beyninizi keyfiyyətli cümlələrlə qidalandırın. Oxumağa davam et

Advertisements

İyun 30, 2015 Posted by | Bilirsinizmi ???, Fəlsəfə | Bir şərh yazın

Dəyərli məsləhətlər


meslehet Oxumağa davam et

May 14, 2013 Posted by | Fəlsəfə | , , , , , | Bir şərh yazın

Fəlsəfədə şüur problemi


PLAN.

1. Şüur probleminin aktuallığı.
2. Fəlsəfə və şüuru öyrənən digər elmlər.
3. Fəlsəfədə şüur probleminin qoyuluşu.
4. Şüurun inkişafında əməyin və dilin rolu.

ƏDƏBİYYAT.

1. Şükürov A.Fəlsəfə.Bakı.1997.
2. Səttarov M.Adi dini şüur və onun diallektikası.Bakı.1978.Freyd.Z.Psixoloqiya bessoznatelnoqo M.1989.

Şüur, onun əmələ gəlməsi və inkişafı

Şüurun mahiyyətindən danışmazdan əvvəl xatırladaq ki, insanın şüuruna,mənəvi fəaliyyətinə,onun fikirləri və hissəri ,iradəsi və xarakteri , duyğuları, təsəvvürləri , baxışları və s. aiddir. Şüur insanı əhatə edən maddi mühütlə qırılmaz surətdə Oxumağa davam et

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

§. Dialektikanın kateqoriyaları


Plan:

1.Kateqoriya anlayışı.
2.Təkcə və ümumizim rolu.
3.Məzmun və forma anlayışları.
4.Zərurət və təsadüf .
5.Azadlıq və zərurət.

ƏDƏBİYYAT.

1. Qasımzadə F. Diallektik materializm.Bakı. 1972.
2 . Fərhadoğlu M.Fəlsəfənin əsasları.
6.Səbəb və nəticə.
3.Paşayev .V. Fəlsəfə.Bakı 1999.

Diallektikanın kateqoriyaları

“TƏKCƏ VƏ ÜMUMİ.”

Hər bir əşyanın yalnız ona aid olan bir sıra xüsusi cəhətləri vardır. Misal üçün, evimizin yaxınlığında bitən ağacı götürək. Onun öz ölçüləri, müəyyən miqdar budaqları vardır, bu budaqlar müəyyən qaydada yerləşmişdir, Oxumağa davam et

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

§ İnkarın inkar qanunu . Keyfiyyət və kəmiyyət anlayışı


P l a n : 1. İnkarın dialektik və metafizik anlamı. 2. İnkar kateqoriyası. 3. Keyfiyyət anlayışının təhlili . 4. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.

Ə d ə b i y y a t: 1. Şükürov .A. Fəlsəfə.Bakı.1999. 2. Fəlsəfədə.Dərslik .Bakı. 1997.xııı-xıv fəs. 3. Vivedeniye v filosofiyu.2hissəM.1998.vıı fəs

. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi inkişafın qanunudur

Çərçivə daxilində kəmiyyətin dəyişilməsi əşyanın keyfiyyət halının dəyişilməsinə gətirib çıxarmır.lakin bu çərçivədən kənara çıxdıqda ,kəmiyyət dəyişmələri hökmən əsaslı keyfiyyətə keçəcəkdir. Bundan əlavə, məhz inkişaf özü, hər şeydən əvvəl kəmiyyət dəyişmələrinin keyfiyyət dəy-nə keçməsidir, çünki məhz bu keçıd prosesində əşyalar və hadisələr ibtidaidən aliyə, köhnədən yeniyə doğru hərəkət edir.Kəmiyyət dəyişmələri nisbətən yavaş-yavaş baş verən, kəsilməz bir xarakter daşıyır, keyfiyyət çevrilmələri isə kəsiləndir, sıçrayışlıdır.İnkişaf bir- birindən fərqli olan, lakin bir-biri ilə əlaqədar olan iki formanın mərhəllənin -kəsilməzliklə kəsilənliyin vəhdəti kimi meydana çıxar.İnkişafda kəsilməzlik yavaş- yavaş baş verən nəzərə çarpmayan kəmiyyət yığınları mərhələsidir.Kəsilənlik , yaxud sıçrayış -əşyanın əsaslı keyfiyyət dəyişmələri mərhəlləsidir, keyfiyyət in eni keyfiyyətə çevrilməsi momenti və ya dövrüdür. Bir sözlə kəmiyyət rəqəmlə ifadə olunur.Əşyaların ölçüləri, çəkisi, həcmi, onlara xas olan rənglərin,onlardan çıxan səslərin intensivliyi və.i.a. rəqəmlə ifadə olunur.Kəmiyyətlə keyfiyyət eyni bir əşyanın tərəfləri olduğuna görə bir vəhdət təşkil edir.Keyfiyyətin dəyişilməsi , əşyanın dəyişilməsinə , onun başqa bir əşyaya çevrilməsinə gətirib çıxarır, müəyyən çərçivədə daxilində kəmiyyətin dəyişilməsi isə əşyanın nəzərə çarpacaq dərəcədə dəyişilməsinə gətirib çıxarmır.Kəmiyyətlə keyfiyyətin vəhdəti ölçü adlanır. Məsələn,maye halında civə üçün ölçü mənəvi 39°-dən, müsbət 357°-yədək temperaturdur. Civə mənfi 39°- temperaturunda bərkiyir, müsbət 357°-də isə qaynamağa başlayır, buxar halına düşür.

Keyfiyyət və kəmiyyət anlayışı

Bizim ətrafımızda olduqca çoxlu ən müxtəlif əşyalar və hadisələr vardır. Bunlar bizim üçün nə isə solğun simasız bir kütlə halında qarışmır, bunlardan hər biri başqalarından yalniz ona aid olan spesifik xüsusiyyətləri və xassələri ilə fərqlənir. Məsələn, qızıl kimi bir metalı götürək. Onun özünə məxsus sarı rəngi, uzanma və döyülmə qabiliyyəti vardır, müəyyən sıxlığı və ərimə qaynama tempraturu vardır. Əşyanı başqa bir əşya deyil, məhz həmin əşya edən, onu saysız- hesabsız başqa əşyalardan fərqləndirən nə varsa, bunların hamısı onun məhz keyfiyyətidir.Bütün əşyarın və hadisələrin keyfiyyəti vardır.Hər bir əşyanın müəyyən keyfiyyətdən başqa, kəmiyyəti də olur.Keyfiyyətdən fərqli olaraq kəmiyyət əşyanı ona aid xassələrin inkişaf keçıd forması olduqda da bu dəyişmələr nisbətən sürətlə baş verir. Bir qisim elementar hissəciklərdən başqalarının əmələ gəlməsi maddənin aqreqat halının dəyişilməsi, yeni kimyavi elementin, əvvəllər mövcud olmayan bitgi və heyvan növünün yeni ictimai qaydanın meydana gəlməsi –bunların hamısı maddi aləmin inkişafında sıçrayışlardır. Cəmiyyətin inkişafında sıçrayışların əhəmiyyəti xüsusiilə böyükdür,burada sıçrayışlar çox zaman ictimai inqilablar xarakteri alır, və bu inqilablar köhnə ictimai quruluşu ləmanəğv edir və yeni icyimai quruluş yaradır. Bütün əşyalara və hadisələrə kəmiyyət və keyfiyyət müəyyənlikləri, kəmiyyət və keyfiyyət xasdır. Kəmiyyət və leyfiyyət qarşılıqlı surətdə əlaqədardır, həm də nəzərə çarpmayan tədrici kəmiyyət dəyişmələri inkişaf prosesində əsaslı keyfiyyət dəyişmələrinə keçir

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

Dialektikanın qanunları


Plan:

1. Əksiliklərin vəhdəti qanunu .
2. Qanun anlayışı.
3. Ziddiyətlərin müxtəlifliyi qanunu.
4. Qanunauyğunluq .

Ədəbiyyat:

1.Alekseev B. Filosofiya.M1997. xx .fəsil.
2 Şükürov A.Fəlsəfə.Bakı. 1999.
3. Fəlsəfədə .Dərslik. Bakı. 1997. xııı-xıv .fəs.
4.Vvedenie v Filosofiyu.M1998.
5. Bayramov.Q “İnsan və zaman”.Bakı.1996.

§ Qanun və qanunauyğunluq

Qanun-əşyalar, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdədir ki, bu da onların daxili tərəfindən, onların mahiyyətindən irəli gəlir.Qanun anlayışı obyektiv aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın insanı dərk etməsi pillələrindən biridir. Qanun və qanunauyğunluq terminləri eyni cür münasibətləri ifadə edir, buna görəbə onlar çox vaxt eyni mənada işlənir. Lakin fərq də var. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə deyilir .Qanunauyğunluq termin isə, hər şeydən əvvəl, hadisələri müəyyən düzgünlüyü ardıcıllığın göstərmək üçün işlədilir. Qanunlar müxtəlif tiplərə bölünür. Bunlar təbiət qanunlar, cəmiyyət qanunları, elmi qanunları və.s. –dır.
Qanunu görmək və ya ona əllə toxunmaq olmaz, o bilavasitə hissələrlə qavranılmır.Qanunun kəşf edilməsi – insan təfəkkürünün avstraklaşdırma fəaliyyətinin uzun proses nəticəsidir.

Fəlsəfə qanunları. Əksiklərin vəhdəti və mübarizəsi

İnkişafda başlıca cəhət onun mənbələri, hərəkətverici qüvvələri məsələsidir. Bu suala əksliklərin vəhdəti qanunu cavab verir .Əksikliklər əşyanın məhs elə daxili tərəfləri, meyilləri, qüvvələridr ki, bunlar bir-birini rədd edir.Bu tərəflərin qırılmaz qarşılıqlı əlaqə münasibəti əksikliklərin vəhdətini təşkil edir. Bütün əşyalardan və hadisələrdə ziddiyətli tərəflər vardır.Adi maqniti ğötürsək görərik ki, onun başlıca fərqləndirici əlaməti şimal və cənub qütbləri kimi bir – birini rədd edən lakin bir – biriylə qırılmaz sürətdə bağlı olan tərəflərin mövcud olmasıdır. Biz maqnitin şimal qütbünü, cənub qütbündən ayırmağa çalışsaqda bunu edə bilmərik.Maqnit yarıya, dörd ,səkkiz və.i.a bölündükdə yenə həmin iki qütbə malik olacaqdır. Atomun mərkəzində də müsbət yüklü nüvə vardır, bu nüvəni mənfi yüklü bir və ya bir neçə elektron əhatə edir. Kimyavi proses atomların assosiasiyası ilə birləşməsi dissosiyasının ayrılması ziddiyətli vəhdətdir. Canlı orqanizmlərdə də əksiklər vardır.Orqanizmlərdə irsiyyət və dəyişkənlik kimi ziddiyətli xassələr vardır.İrsiyyət orqanizmin irsən əldə etdiyi xassələri saxlamaq meylidir. İnsanın psixi fəaliyyətində beynin böyük yarımkürələrinin qabağında oynama və ləmanəngimə, təmərküzləşməsi kimi bir-birinə əks proseslər vardır. Gerçəkliyin ən müxtəlif əşyaları və hadisələrin inkişafı göstərir ki, bir-birinə əks tərəflər vahid əşyada dinc yanaşı mövcud ola bilməz.Əksikliklərin vəhdəti mübarizə üçün zəruri şərtdir, çünki mübarizə ancaq o yerdə olur ki, bir-birinə əks tərəflər vahid əşyada və ya hadisədə mövcud olsun. Cavan orqanizmdə assimilyasiya dissimiuliasiyadan üstün olur, buda onun böyümə inkişafı üçün şərtdir. Diss-ya ass-dan üstün olduqda isə, orqanizm qocalır.Lakin cavan və ya qoca orqanizmdə bu proses qarşılıqlı təsir göstərir. Həya tda məhz bu ziddiyətdən ibarətdir. Beləliklə əksliklər sadəcə yanaşı mövcud olmaq deyil, bir-biri ilə daimi ziddiyət, mübarizə halında olur.Əksliklərin mübarizəsi gerçəkliyin inkişafının daxili məzmunu, mənbəyini təşkil edir.

Ziddiyətlərin müxtəlifliyi

Dünyada çoxlu ən müxtəlif ziddiyətləri vardır. Daxili ziddiyət müəyyən əşyanın onu əhatə edən mühitlə , bu mühitdəki əşyalarla ziddiyətli münasibətlərdir. Maddi gerçəklik əşyalarına və hadisələrinə həm daxili, həm xarici zid-lər xasdır. Daxili z-lər ona görə imkişafın mənbəyidir ki, məhz bunlar əşyanın özünün təbiətini müəyyən edir.Məsələn,müsbət yüklü nüvə ilə mənfi yüklü elektronların qarşılıqlı təsiri “mübarizəsi “olmadan atom mövcud ola bilməzdi.Ass-ya və diss-ya olmadan orqanizm mövcud ola bilməzdi .Xarici ziddiyətlərin rolu müxtəlifdir. Bunlar çox zaman inkişaf üçün zəruri şərt olur. Məsələn , cəmiyyətlə insanın maddi nemətlər əldə etdiyi təbiət arasındakı ziddiyət belədir.
Antaqonist ziddiyətlər – hər şeydən əvvəl mənafelləri bir-birinə barışmaz olan siniflər arasındakı ziddiyətlərdir. Bu zid-in ən mühüm əlaməti ondan ibarətdir ki, bunlar hansı ictimai quruluş üçün tipikdirsə, həmin ictimai quruluş çərçivəsində bunları həll etmək mümkün deyildi
Qeyri antoqonik ziddiyətlər- öz əsas başlıca mənafeləri bir-birinə uyğun gələn siniflərin və ictimai qrupların zidd-dir. Məsələn:fəhlələr kəndlilərin mənafeyi bazarda toqquşur. Həqiqətdə bunlar bir-birilə çuğlaşır ,
Bir-birinə keçir ,inkişafda müxtəlif rol oynayır. Buna görə də zidd-dən hər birinə konkret surətdə, onun metdana çıxdığı şəraiti və oynadığı rolu nəzərə almaqla yanaşmaq lazımdır.

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

§ FƏLSƏFƏDƏ VARLIQ PROBLEMİ . HƏRƏKƏT. MƏKAN VƏ ZAMAN


PLAN:

1.Varlıq ən ümumi varlıqdır.
2.Varlıq formalarının təsnifatı.
3.Hərəkət anlayışı. Onun formaları.
4.Məkan və zaman .

ƏDƏBİYYAT:

1.Fəlsəfə.Dərslik.Bakı 1977.x bölmə 4-5 bölmə.
2.Filosofiya B.Qubin. M.1998.ıı-hissə .
3.Paşayev B.Fəlsəfə .Bakı 1999.
4.Fərhadoğlu M.Fəlsəfənin əsasları.Bakı 1998.x fəsil 3-4 bölmə.

Varlıq anlayışı

Varlıq sözü Fəlsəfədə xüsusi məna kəsb edir. Varlıq fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın-kosmos, təbiət, insanın mövcudluğudur.Başqa sözlə desək, varlıq təbiətdə olan , eləcədə kosmik, həmçinin insanın özünün yaratdığı şeyləri və hadisələri əhatə edir. Konkret insan qarşısında varlıq 2 formada anlaşılır. Bunlar hər şeydən əvvəl , kosmos , təbiət, əşyalar dünyası və insanın yaratdığı mənəvi dəyərlərdir.

Varlıq formaları: Maddi hadisələrin , əşyaların proseslərin varlığı.Bunların da təbii və insanın yaratdığı maddi varlığa bölmək olar.
Mənəvi varlıq isə fərdləşmiş mənəvilik ilə ümumbəşəri mənəviliyi özündə birləşdirir.

Varlıq

Varlıq –fəl kataqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın –kosmos , təbiət , insanın mövcudluğudur.F-ə ilk dəfə Parmenit gətirmişdir.Varlıq fəlsəfi kateqoriya kimi bütün şey hadisələrin əsasında sözlə desək, varlıq təbiətdə olan, eləcə də kosmik , həmçinin əşyaları və hadisələri əhatə edir. Kosmik , təbiət , cəmiyyət, insan və ideyalar bərabər halda mövcud olur. Onlar müxtəlif formada təmsil olunsalarda, öz mövcudluqları ilə sonsuz keçici olmayan dünyanın universal vəhdətini yaradırlar.

Şüur

Şüur yalnız insana xas olan xüsusi vəziyyətdir ki, onunla dünya və eyni zamanda insanın özü başadüşüləndi.1 çox psixoloqlar şüuru dünyanın möcüzəsi kimi , insana bəlli edilən ən böyük və ilahi hədiyyə kimi müəyyənləşdirilirlər. Şüur dünyanın təkcə möcüzəsi deyil , həmçinin əzab və işgəncəsidir. Filosofların fikrincə (Allah) şüur –Allahın insana hədiyyəsidir.Şüur qeyri maddidir.

İNSAN VƏ ONUN MAHİYYƏTİ

Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur.İndi digər elmlər də (psixologiya , təbalət, pedaqogika və.s. insan fəaliyyətini öyrənməkdir.
İnsanda müəyyən hərəkətlər anadan gəlmə, instinktivdir, yırtıcı guya ona öz yırtıcı heyvan əcdadından keçmədir.İnsan fiziki və mənəvi , təbii və sosial , irsi və həyatda edilənlərin vəhdətindən ibarət canlı sistemdir.

Hərəkət materiyanın mövcudluq formasıdır

Materiya yalnız hərəkətdə mövcuddur və hərəkət vasitəsi ilə təzahür edir. Hərəkət sayəsində maddi cisimlər aşkara çıxır .Məsələn, günəş hərəkət edən saysız- hesabsız hissəcikləri kosmik fəzaya şüalandırır. Bu hissəciklər yerə çatdıqda hiss üzvlərimizə təsir göstərir, və günəşin mövcudluğunu bikməyimizə imkan verir. Bu hissəciklərin hərəkəti olmasaydı , biz Günəşin mövcud olduğunu bilməzdik axı Günəş Yerdən 150 milyon km qədər bir məsafədir .
Cisim yalnız hər hansı başqa bir cismə nisbətən sükunətdə ola bilər , lakin o , hökmən materiyanın ümumi hərəkətində iştirak edir, onunla birlikdə Günəşin ətrafında yerini dəyişir və.s. Bu hərəkət materiyanın hər hansı bir növünə hərəkətin hər hansı başqa bir formasına xasdır.
FİZİKİ HƏRƏKƏT : istilik , elektrik, maqnit hadisələrini atom və nüvə daxilindəki hadisələri, bərk, maye və qaz halında olan cisimlərdə “elementar” hissəciklərin hərəkəti ilə əlaqədar olan çoxlu prosesləri və başqalarını əhatə edir. Bu hərəkət canlı orqanizmlərdə baş verən proseslərin bütün müxtəlifliyini əhatə edir. Materiya hərəkətinin daha yüksək forması ictimai həyatdır, bəşər cəmiyyətinin tarixidir.Hərəkətin bu forması bütün əvvəlkilərdən mahiyyətcə fərqlənir .Bu hərəkət forması bəşər cəmiyyətinin meydana gəlməsi ilə yaranmışdır. Onun ən mühüm xüsusiyyəti maddi istehsal prosesindən ibarətdir, bu isə ictimai həyatın bütün qalan tərəflərini müəyyən edir. Materiyanın hərəkət formaları qarşılıqlı surətdə əlaqədar və qırılmazdır.Bir hərəkət forması müvafiq şəraitdəbaşqasını çevrilə bilər.Məsələn, mexaniki hərəkət istiliyi, səsi, işığı,elektirik və fiziki hərəkətin başqa növlərini doğurur.

Məkan və Zaman

Bizi əhatə edən aləmin əşyalarına diqqətlə nəzər saldıqda görərik ki, bunlardan hər biri nəinki hərəkətdədir habelə onun yer tutumu,ölçüləri vardır.Btün əşyalar öz həcminə görə böyük, başqaları kiçik olur, lakin o0nların hamısının uzunluğu, eni və hündürlüyü vardır,onlar müəyyən yer tutur.Bunlardan bəziləri bizə uzaq və ya yaxın,yuxarı və ya aşağı, sağda və ya solda olur.Məkan haqqında fəlsəfi anlayışda maddi cisimlərin yer tutumuna malik olmaq,müəyyən yer tutmaq və dünyanın başqa əşyaları arasında xüsusi surətdə yerləşmək kimi ən ümumi xassəni əks etdirir.Əşyalar məkanda mövcud olmaqdan başqa, həm də müəyyən qaydada bir-birinin ardınca gəlir,bir qismini başqaları əvəz edir və i.a.Bir qisim əşyalar yenicə meydana çıxır,başqaları artıq müəyyən müddət mövcuddur,bir başqaları da dağılmaqdadır.

Zaman. Zaman haqqında fəlsəfi anlayış da maddi proseslərin müəyyən ardıcıllıqla bir-birinin dalınca dəvam etmək, sürəkliyə malik olmaq və dövrlər , mərhəllələr üzrə dəvam etmək , sürəkliyə malik olmaq və dövrlər, mərhələlər üzrə inkişaf etmək kimi ən ümumi xassəsini əks etdirir. Məkandan fərqli olaraq zamanın yalnız bir ölçüsü vardır.Buna görə də zaman daxilində bütün yalnız bir istiqamətdə keçmişdən gələcəyə doğru gedir.Diallektika məkan və zamanın obyektivliyini göstərərək ,bunların başqa ən mühüm xassələrini aşkara çıxarır.

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

§. Fəlsəfənin meydana gəlməsi şəraiti və inkişaf mərhələləri


Plan:

1. Fəlsəfə dünyagörüşüdür.
2. Dünyagörüşünün məzmunu.
3. Dünyagörüşünün formaları.
4. Qədim dövrdə fəlsəfə.
5. Orta əsrlər dövrü fəlsəfəsi.
6. Azərbaycan fəlsəfəsi.
7. xx əsrin uşaq fəlsəfə cərəyanları.

ƏDƏBİYYAT:

1. Paşayev V.Fəlsəfə.Bakı 1999.
2. Bvedeniye v filosofiyu .Uçebnik İ.Frolov.M.1989.
3. Spirkin AT.Filosofiya.Uçebnik. 2000.
4. Fərhadoğlu “Fəlsəfənin əsasları”Bakı 1998.
5. “Fəlsəfədə” Bakı 1997.

Fəlsəfə və onun əsas məsələsi

Fəlsəfə insanı əhatə edən aləm haqqında, onun inkişaf qanunları haqqında, onu dərk etmək yolları baxışlardan ibarət mükəmməl bir sistemdir.Buna görə də biz fəlsəfəni öyrənməklə dünyanın nə olması və onun necə inkişaf etməsi haqqında dünyada insanın nə kimi yer tutması və onun gerçəkliyi dərk edə bilib bilməməsi ,bu gerçəkliyi dəyişdirə bilib bilməməsi haqqında ictimai həyatın nəyə görə dəyişilməsi və onu necə daha yaxşı qurmaq mümkün olması və l.a haqqında bütöv bir təsəvvür əldə edərik. Fəlsəfə sözü filosofiya sözündəndir,bu da qədim yunan dilindən alınmışdır. (biloye- sevirəm və sofiya hikmət) Fəlsəfə elmlərin ən qədimidir.Tarixdə müxtəlif ölkələrdə meydana gələn və ən müxtəlif ictimai siniflərin və qrupların nümayəndələri tərəfindən yaradılan çoxlu fəlsəfi sistem məlumdur.İnsanı əhatə edən dünyanı diqqətlə öyrəndikdə görmək olur ki,onun bütün əşyaları və hadisələri ya maddidir,ya da idealdır, mənəvidir.Maddi obyektiv surətdə, yəni insan şüurundan kənarda və ondan asılı olmadan mövcud olan hər şey (Yer üzərindəki əşyalar və proseslər,komnatın saysız hesabsız cisimləri və.s.) aiddir.İnsanın şüurundan mövcud olan isə onun psixi fəaliyyət sahəsini təşkil edir.(fikirlər , hislər ,təəsürlər və i.a.) bu ideal mənəvi sahəyə aiddir. Bəs maddi ilə mənəvi bir-biri ilə necə əlaqədardır,mənəvi ideal olanı maddimi doğurur yoxsa əksinə? Fəlsəfə əsas məsələsini də bu əlaqənin xarakteri, təfəkkürün varlığa, mənəvi olanın maddiyə münasibəti məsələsi təşkil edir,o əsas məsələsinin iki tərəfi vardır.Onun birinci tərəfi belə bir məsələni həll edir ki, birincidir.Materiya ya şüur ,materiyamı şüuru doğurmuşdur, yoxsa əksinə.İkinci tərəf belə bir suala cavab verir ki, dünya dərkediləndirmi,insan zəkası təbiətin sirlərini bilmək ,təbiətin inkişaf qanunlarını aşkara çıxarmaq iqtidarındadırmı? Fəlsəfə əsas məsələsinin məzmununa diqqət yetirdikdə , asanlıqla anlamaq olur ki, onun bir –birinə təmamilə əks olan yalnız iki həll mümkündür, ya materiya, ya da şüur birinci hesab edilməlidir.buna görə də qədimdən bəri fəlsəfədə iki cərəyan materializm idealizm yaranmışdır. Materiyanı birinci, şüuru isə ikinci materiyadan törəmə hesab edən filosoflar materializmə (latınca materialis-maddi sözündəndir) mənsubdurlar. Onların nöqteyi-nəzərincə, materiya əbədidir.Onu heç kəs heç zaman yaratmamışdır, dünyada heç bir fövqəltəbii o tərəflik qüvvə yoxdur.Şüara gəldikdə o materiyanın tarixi inkişafının məhsuludur.Son dərəcə mürəkkəb maddi cismin – insan insan beyninin xassəsidir.Ruhu şüuru birinci hesab edən filosoflar isə idealizm mənsubdurlar. Onların nöqteyi nəzərincə , şüur materiyadan əvvəl

mövcud olmuş və materiyanı yaradmışlar, törətmişdir, şüur bütün mövcudatın ilk əsasıdır.dünyanı hansı şüurun yaratması məsələsində idealistlərin rəyləri parçalanmışdır.Subyektiv idealist adlananlar hesab edirlər ki, dünyanı ayrıca bir adamın subyektin şüuru yaradır.Obyektiv idealistlər iddia edirlər ki, dünya dərk ediləndir.İnsan ın dünya haqqındakı bilikləri mötəbər biliklərdir,onun zəkası şeylərin daxili təbiətini bilmək ,bunların mahiyyətini dərk etmək iqtidarındadır. Bir çox idealistlər dünyanın dərk edilənliyini inkar edirlər.Onlar iddia edirlər ki, insan obyektiv dünyanı təbii deyil , öz fikirlərini təəsürlərini dərk edir və ya mistik ideyanı,dünya ruhunu dərk edir.Beləliklə biz müəyyən etdik ki, filosoflar fəlsəfənin əsas məsələsini necə həll etmələrindən asılı olaraq materialislərə və idealistlərəbölünürlər .
Lakin onlardan hər biri dünyanın mənzərəsini təsvir edərkən , hökmən müəyyən idrak metodundan da istifadə edir.Bəs metod nədir?

§ Dünyagörüşü onun ictimai –tarixi kökləri

Dünyagörüşü dünyaya baxışı ifadə edir. Dəqiq desək dünyagörüşü dünya və dünyayada insanın yeri haqqında təsəvvürlərə deyilir. Dünyagörüşün aşağıdakı formaları vardır.
1) Dünyagörüşün 1-ci forması mifologiya hesab olunur.Miqos-dastan,loqos-elm.Mifologiya ictimayi inkişafın ilkin mərhəlləsi üçün səciyyəvi olan dünyanı anlama üsulu,ictimai şüurun formasıdır.İbtidai cəmiyyət mifologiyada mühüm yer tuturdu.Təbiətin sirlərini, onun mahiyyətini olduğu kimi anlaya bilmədiklərinə görə öz təsəvvürlərində lövcəsinə, qeyri-adi hekayətlər,rəvayətlər yaradırdılar.
2)Dünyagörüşün 2-ci forması Dindir. Din dünyagörüşünün spesifik forması olub, dünyanın qavranılmasında onun 2-yə bölünməsinin irəli sürür.Təbii və axirət dünyası .Dində başlıca cəhətlər etiqad və ayinçilikdir. Etiqad dinin cəhəti , ayinçilik onun özününümayiş və özünütəbliğ cəhətidir.
3)Dünyagörüşün 3-cü forması Fəlsəfədir.Fəlsəfə əsas dünyagörüşü problemlərinin əql(ağıl) təfəkkür vasitəsilə həlli cəhdi kimi meydana gəlir. Din və fəlsəfə yaxınlığı adamların şüuruna və davranışına əxlaqına təsir edən dünyagörüşün ictimai tarixi formalarıdır.Dindən fərqli olaraq fəlsəfə dünyagörüşün intellüektual aspektini ön plana çəkmiş , dünyanı və insanı dərk etməyi bilik və əqli mənafeyindən həll etməyə cəhd etmişdir.
4)D-ün forması elmdir. Elm dünyanı elmi əsaslarla öyrənir.

METOD ANLAYIŞI .DİALEKTİKA METAFİZİKA

İnsanlar idrak prosesində və əməli fəaliyyətdə öz qarşılarına müəyyən məqsədlər qoyur bu və digər vəzifələri irəli sürürlər.Lakin qarşıya məqsəd qoymaq, vəzifəni müəyyənləşdirmək hələ heç də nəzərdə tutulanı həyata keçirmək demək deyildir.Məqsədə çatmaq üçün düzgün yollar vəzifələri yerinə yetirmək üçün səmərəli üsullar tapmaq çox əhəmiyyətlidir. Məqsədə çatmaq yolları, nəzəri tədqiqatın və əməli fəaliyyətin müəyyən, prinsiplərinin ,üsullarının məcmusu isə məhz metoddan ibarətdir. Müəyyən metod tədbiq etmədən heç bir elmi və əməli vəzifəni yerinə yetirmək mümkün deyildir.Məsələn adı hər hansı bir maddənin kimyavi tərkibini müəyyən etmək istəyiriksə bundan ötrü hər şeydən əvvəl kimyavi təhlil metoduna yiyələnmək , yəni bu maddəyə lazimi kimyavi reaktivlələ təsir göstərməyi onu tərkib hissələrinə parçalamağı,bunların kimyavi xassələrini aydınlaşdırılmağaı və i.a bacarmaq lazımdır.Fiziki bioloji və başqa hadisələri tədqiq etdikdə də müəyyən metod eyni dərəcədə zəruridir.Elmi Fəlsəfədə müxtəlif elmlərdə və bəşəriyyətin praktikasında olan nailiyyətləri ümumiləşdirərək,öz idrak metodunu , dialektikanı hazırlamışdır. Dialektika sözü qədim yunan sözü olub .indi dialektika deyilərkən gerçəkliyi dərk etmək nəzərdə tutulur.Dialektika dünyanı daimi hərəkətdə və inkişafda götürür,yəni onu olduğu kimi, götürür buna görə də dialektika yeganə elmi metodlarının və ictimai-tarixi praktikanın naliyyətlərinə arxalanan dialektika iddia edir, dünya sonsuz bir hərəkət , yeniləşmə, köhnənin ölüb getməsi və yeninin meydana gəlməsi prosesidir.
Dialektikaya zidd metod metafizikadır.M. inkişafı yalnız kəmiyyətcə artma və ya azalma kimi yenilik meydana gəlmədən artıq mövcud olanın sadəcə təkrarı kimi başa düşür, inkişafın mənbəyi olmaq etibarıilə daxili ziddiyətləri inkar edir.Fəlsəfə öyrəndiyi sahəni müəyyən etmək, onun öyrəndiyi məsələlər dairəsini müəyyən etmək ,onun başqa elmlərdən nəilə fərqləndiyini aydınlaşdırmaq deməkdir. Əvvəllər fəlsəfə o zamanlar mövcud olan bütün bilikləri bütövlükdə dünya haqqında insan heyvanlar və.s həqqındakı bilikləri əhatə edir. İstehsal inkişaf etdikcə elmi biliklər toplandıqca elmi mexanika, fizika , kimya , geologiya, tarix və.i.a bir-birinin ardınca ondan ayrılmaqdır.

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

§ İdrak və onun strukturu


PLAN:

1. İdralın obyekti və subyekti.
2. İdrakın əsas formaları.
3. Hissi idrak və onun formaları.
4. Rasionak idrak.
5. Həqiqətin meyarları.

ƏDƏBİYYAT.

1. Fəlsəfə Dərslik..Bakı.1997.
2. Paşayev V.Fəlsəfə .Bakı.1997.
3. Lektoriskiy V.Subekt ,obyekt, pozananiye .M.1980.
4. Vvedenie v filosofiyu ıı –ci hissə.M.1989.

İdrak nədir ? Praktika

İdrak obyektiv aləmin, onun qanunlarının insan beynində müəyyən məqsədə yönələn fəal inikasıdır.İdrakın mənbəyi insanı əhatə edən xarici aləmdir.İnsan tarlaları, meşələri görür. Günəş istisini və işığını qavrayır, quşların səsini eşidir güllərin qoxusunu duyur.Qeyd etmək lazımdır ki, insan dünya əşyalarını və hadisələrini sadəcə qavramır, bunlara fəal əməli sirətdə təsir göstərir.
Praktika təbiəti və cəmiyyəti dəyişdirməkdə insanların aktiv fəsliyyətidir. Bundan əlavə praktikaya siyasi mübarizə milli azadlıq hərəkatı,elmi təcrübə eksperiment aiddir.P-da nəinki təbiətdə olan əşyalar dəyişdirilir ,habelə təbiətdə lazım olmayan əşyalar da yaradılır.İnsan əmək prosesində təbiət qüvvələri ilə üz-üzə gəlir və onları dəyişdirməklə mənafeyinə xidmət etməyə məcbur etməklə bunları dərk edir.İnsan mənzillər tikir , körpelər yollar salır.Bundan ötrü isə mexanika qanunlarını bilmək lazım idi. Əməyin təsirim ilə idrak inkişaf edirdi.

İdrak
İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvəllər olmayanın kəşfi deməkdir.
İdrakın subyekti -predmet-praktik fəaliyyətin və idrakın daşıyıcısı idrak predmetinə istiqamətlənmiş idraki fəallığın mənbəyidir. Uğurlu idraki fəaliyyət yalnız idrak prosesində subyektin aktiv rolu sayəsində mümkündür. İdrakın obyekti subyektin praktiki və idraki fəaliyyətinin istiqamətləndiyidir.İdrak obyekti həm maddi qurumlar həm də sosial hadisələr ola bilər.
İdrakın metod və vasitrələri

Məlum olduğu kimi müxtəlif elmlər özünün spesifik tədqiqat metodları və vasitələrinə malikdir. Fəlsəfədə metodoloqiya (metod haqqında təlim)adlanan b[ywk 1 sahə vzrdır, gürçəkliyin dəyişdirilməsi, idrak üsulları, dübyagörüşü prinsiplərinin idrak prosesinə yaradıcılığa, praktikaya tətbiqini əks etdirən fəlsəfi təlimdir

Metodların və vasitələr. Müşahidə və eksperiment

Müşahidə ətraf aləmin predmet və hadisələrinin məqsədyönlü və təşkil olunmuş qavrayışdır. Müşahidə obyekti kimi təkcə hissi idraka əsaslanır. Müşahidə obyekti kimi təkcə xarici aləm predmetləri çıxış etmir. Müşahidələr subyektin hissi, arzu , istək və iradəsindən asılı olmayaraq nəticə verməlidir, daha dəqiq desək onlar obyektiv informasiya verməlidir.
Eksperiment (təcrübə )
Təcrübə ən böyük idrak üsullarindan biridir. F-ə təbiətçünaslıqda geniş tətbiq edilir.Tədqiq edilən obyektdən və elmi fənnin xarakterindən asılı olaraq aşağıdakı eksperimentlər fərqləndirlir . Fiziki kimyavi, bioloji , kosmik , psixoloji və sosial eksperimentlər.

Həqiqət və onun meyarları

İdrakın əsas məqsədi elmi həqiqətə nail olmaldır. Həqiqət dedikdə fəlsəfə o bilikləri nəzərdə tutur ki, bunlar həmin predmeti düzgün əks etdirsin ona uyğun olsun. Fəlsəfədə həqiqət təkcə idrakın məqsədi deyil , həm də tədqiqat predmetidir.Belə demək olar ki, həqiqətən anlayışı elmin mahiyyətini ifadə edir. Həqiqət obyektiv surətdə mövcud olan dünyanı əks etdirdiyinə görə, həqiqətin məzmunu insan şüurundan asılı deyildir.
F-də mütləq və nisbi həqiqət anlayışlarından istifadə edilir. Dolğun və bitgin formada olan obyektiv həqiqətə mütləq həqiqət deyilir. İnsan mütləq həqiqətə birdən-birə gəlir. Nisbi həqiqət belə belə bilikdir ki, gerçəkliyi əsasən düşgün əks etdirir. Lakin dolğun əks etdirmir, onu müəyyən hüdud daxilində əks etdirir .Fəlsəfə həqiqəyin meyarı kimi praktikanı götürür.

Hiss idrak və formaları

Hiss və zəka insan idrakının əsas formasıdır.Hissi idrak rasional idrakdan əvvəl gəlir.İdrak prosesinin başlanğıc mərhələsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində konkret insan inikasından ibarət psixi prosesdir. İnsan bələd olmadığı bir şüyi öyrənmək qərarına gəldikdə hə şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əllə toxunur, dadına, rənginə baxır v.s. Əşyaların canlı seyri idrak yolunda başlanğıc mərhəllə birinci addımdır.Hiss üzvüləri bir növ elə qapılardır ki, bunların vasitəsi ilə xarici aləm insan şüuruna daxil olur.Duyğu insan idrakın və ümumiyyətlə insan şüurunun ən sadə elementidir.

Rasional məntiqi idrak

Xarici əşyalar barəsində hiss üzvlərinin verdiyi mənzərə son dərəcə zəngin və rəngarəngdir. Lakin hissi idrakın yaratdığı mənzərə heç də tam deyildir. Hiss üzvləri vasitəsi ilə cisimlərin atomlardan təşkil olunduğunu elektrik cərəyanının nizamlı hərəkət edən yüklü hissəciklər seli olduğunu, işığın böyük surətini, təbiətin və cəmiyyətin ictimai həyatın bir sıra mürəkkəb hadisələrini qavramaq mühüm deyildir.Hissi idrakın yerinə yetirə bilmədiyi vəzifələri məntiqi və ya rasional idrakı yerinə yetirir.
I –ci Məntiqi idrakın gerçəkliyi bilavasitə inikası olması deməkdir.
Iı –ci İnsan xarici aləmin bir çox hadisəsini digər adamlarla ünsiyyət nəticəsində fikrən dərk edə bilir.
Iıı Gerçəkliyin əqli nəticə yolu ilə dərk edə bilir. Məntiqi idrakın əsas formaları anlayış mühakimə və əqli nəticəsidir.

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

§ Fəlsəfədə insan problemi


Plan:

1. İnsanın mövcudluq anlayışı .
2. Fərd ilə cəmiyyətin bir- birinə qarşı müstəqilliyi .
3. İnsanda bioloji və sosial tərəflərin münasibəti.
4. İnsanın ölümü və ölməzliyi.

Ədəbiyyat :

1. Kon.İ.S.Otkrıtie YA M. 1978.
2. Spirkin A.Q . “Filosofiya”M.2000 .x.fəs.
3. Bayramov Q. “İnsan və zaman “Bakı.1996.
4. Paşayev V. “Fəlsəfə”Bakı .1999.

§ Fərd və şəxsiyyət

Fərd –həmişə çoxlardan biridir. Fərd və şəxsiyyət anlayışları bir-birinə ziddir.İnsan aləmində adətən fərd deyərkən ayrıca götürülmüş 1 insanı nəzərdə tuturlar. Şəxsiyyət yalnız öz ümumi xassələri və cəhətləri mənasında deyil, həmçinin öz sosial mənəvi , fiziki keyfiyyət cəhətdən nəzərdən keçirilən bir insandır. Bu keyfiyyətlər müsbət və mənfi ola bilər. Şəxsiyyət məzmununa görə zəngin anlayış olub , özündə insanın təkcə ümumi və xüsusi əlamətlərini deyil,həm də unikal hərəkətlərini əks etdirir.
Fərd anlayışında insanın xüsusi, yaxud yeganə olan xassəsi əks olunmur. Ona görə də öz məzmununa görə çox kasıbdır ,lakin həcminə görə oqədər də zəngindir, çünki hər birn insan fərddir.
Fərd anlayışında insanın nə bioloji nə də sosial keyfiyyətləri görünmür.
Əgər biz “İnsan fərdi” deyiriksə, o zaman bütün adamların nəsli birliyini təsəvvür edirik.

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

§ İnsanın fəlsəfi anlamı


Plan:

1. İnsan mövzusunun fəlsəfədə yeri.
2. Fəlsəfədə insan problemi .
3. İnsanın mənşəyini şərtləndirən amillər.
4. İnsana bənzər meymun ilə insan arasındakı keçid tipinin yoxluğu.
5. İnsanın mənşəyində nitqin , dilin və şüurun rolu.

ƏDƏBİYYAT:

1.Bayramov Q.İnsan və zaman.Bakı.1996.
2.İlin V.V. Filosofiya.M.1999.v. hissə.
3.Alekseev V.P.Stanovlenie çeloveçestva.M.1984.

İnsanın mənşəyi haqqında ideyalar

Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur.Bu artıq digər elmlər də (psixologiya, təbabət, pedaqogika və.s.)insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir.Insan, onun mənşəyi və mahiyyəti məsələlərində hələ də sirli cəhətlər çoxdur. İnsan haqqında ilk ideyalar fəlsəfə meydana gəlməmişdən əvvəl olmuşdur.
Antik dövr mütəfəkilləri – Qədim Hindistanda, Çində, Yunanıstanda insana kosmosun bir hissəsi, hardasa zamandan kənarda təbiətin “ nizami “
“qaydası “kimi çıxış edən, özündə dünyanın ilk əsasları-suyu , odu, havanı, torpağı, efiri birləşdirən varlıq kimi baxırdılar.Sokrat əsas diqqəti insanın daxili həyatına vermişdir. Sokratın fikrincə , müdriklərin məşğul olduğu ali fəaliyyət səviyyəsi insanı öyrənməklə əlaqədar olmalıdır.
Aristotel insana bir-birilə sıx əlaqədar olan bədənin və ruhun birliyi kimi baxırdı.Aristotelə görə, bədənin ruhdan asılı olmasına baxmayaraq, onlar bir-birindən təcrid olunmuş şəkildə mövcud ola bilməz.

İnsanın mahiyyəti

Müasir elmin nailiyyətinə əsaslanaraq, təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur.Burada bioloji amillərlə yanaşı sosial amillərdə mühüm rol oynayır.Özlərinə qədərki nəzəri və empirik fikrə dərindən yiyələnmiş marksizm klassikləri “Alman idelogiyası” ərzində yatırdılar Onlar özləri bədənlərinin quruluşundan asılı olan addımı ataraq, özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməyə başlayan kimi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. Qısasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişiklik əmələ gətirir, insan isə öz yaratdığı dəyişikliklərlə təbiəti öz yaratdığı dəyişikliklərlə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir. Onun özlərində hökmranlıq edir.
Əməyi təhlil edərkən görürük ki, əməyin özü təbii prosesdir.Çünki o, insanın mövcudluğunun təbii şəraitini təmin edir,əməklə bərabər nitq də insan psixologiyası və təfəkkürünün yaranmasıvə inkişafına mühüm təsir göstərir.

İnsanda biolojilik və sosiallığın vəhdəti

Ümumiyyətlə, insanda təbii (bioloji) ictimai (sosial)və mənəvi (psixoloji)amillər qarşılıqlı vəhdətdə təzahür edir, onun formalaşması və
Inkişafını şərtləndirir.
Markizm fəlsəfəsi insanda bioloji və sosial vəhdətdə götürür, onun formalaşmasında ictimai əlaqə və cəhtləri əsas götürsədə, təbii amilə də mühüm yer tutur.Deməli insan bioloji, sosial və psixik-mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır.Bioloji cəhət insanın varlığı üçün ilkin şərt olan morfofizioloji, genetik, beyin- əsəb sistemi elektrokimyavi v.s. Kimi hadisə və prosesləri ifadə edir.Ölümenə bir az qalmış Kant məşhur məntiqində o, üç sualı “insan nədir?” adlı bir sualla əvəz etmişdir. Deməli insan bir sirr kimi mövcuddur.
əsrlər boyu böyük alimlər bu sirri açmağa, insanı anlamağa çalmışdılar.

İyun 8, 2012 Posted by | Fəlsəfə | Bir şərh yazın

%d bloqqer bunu bəyənir: