Kur dəymir, yoxsa Kurd Əmir…


(Bir daha Kurdəmir toponimi haqqında)

Hər bir soz, hər bir ifadə ozluyundə bir fikri ifadə edir. Odur ki, sozlərin, ifadələrin yaranması, meydana gəlmə səbəbləri daim muzakirə obyekti olmuş, cəmiyyətdə fikir ayrılığı yaratmışdır. Uzun illər muzakirə movzusuna cevrilən sahələrdən biri də adlardır. Adların icərisində isə ən maraqlısı coğrafi terminlərdir.
Coğrafi adlar əsrlər boyu formalaşmış, dilin inkişaf xususiyyətlərinə uyğun olaraq dəyişmişdir. Bəzi coğrafi adların yarandığı illər dəqiq məlumdur, bəziləri isə rəvayətlərə və ehtimallara əsaslanır. Cox vaxt xalq, ağız ədəbiyyatı vasitəsi ilə adlar nəsildən – nəsilə oturulur. Continue reading “Kur dəymir, yoxsa Kurd Əmir…”

Advertisements

Azərbaycanın geoloji quruluşu.


Azərbaycanın ərazisi bir sıra ölkələr, Yaxud təbii regionlarla müqayisədə böyük olmasada, geoloji qurluşun mürəkkəbliyinə və rəngarəngiyinə görə yeni ərazilərlə müqayisə edilə bilər.Azərbaycanın geoloji quruluşunu müəyyən etmək üçün geoloqlar100 ildən artıq əmək sərf etmişlər. Azərbaycanda geoloji tədqiqatların başlanması məşhur Avstralyalı alim G. Abiün adı ilə bağlıdır.Alimin ən böyük xidməti regonun müxtəlif hissələrində inkişaf etmiş çöküntülərin statiqrafik bölgüsünü və xarakterini verməsi olmuşdur. Keçən əsrin axırlarında və XX əsrin I rübündə Azərbaycanda işləmiş rusgeoloqlarından Andnrusovun, Boqdonoviçin, Qolubyatinkovun Qafqazda, Qobustanda Abşeronda çöküntülərin tektonik qurluşunun, neftlilik xüsusiyyətlərinin öyrənilməsində böyük rolları olmuşdur.
Milli kadırlardan Əzizbəyovu, Əlizadəni, Qaşqayı misal göstərmək olar. Respublikamızdakı süxurlarlından uzun geoloji dövr ərzində formalaşıb.
Respublikamızda ən qədim süxurlar K.Qafqazda,Naxçıvanda,Filizçayda paleozoy dövrünə aid süxurlara rast gəlinir.Mezazoyun çıküntüləri bir çox dağlıq ərazilərdə qalın yayılmışdır. Kaynazoy çöküntüləri respublikanın böyük hissəsini tutur. Bu çöküntülər Qarabağ vulkanik yaylasında və Böyük Qafqazda geniş yayılmışdır.
Neogen yaşlı süxurlar Qobustanın alçaq dağlıq sahəsində, Qusar maili düzənliyində, Kiçik, Böyük Qafqazda, Talış Dağlarında yayılmışdır.4-cü dövrün süxurları Kür-Araz ovalığı Samur-Dəvəçi ovalığı, Lənkəran ovalığı, Şollar düzündə yayılmışdır.Xəzərə yaxın ərazilərdə dəniz mənşəli süxurlar üstündür.Republikanın daxili rayonlarında çay süxurları yayılmışdır. Qarabağ vulkanik yaylasında 4-cü dövrdə güclü vulkan olmuşdurna. Buna görə də yayla vulkanik mənşəli süxurları ilə örtülmüşdür. Naxçıvan və Talış dağlarında maqmatik mənşəli süxurlar olduğuna görə fliz mənşəli qazıntılar boldur.
Müasir antropogen mənşəli çöküntülər iri şəhərlərin və sənaye müəssisələrinin tullantıları toplanan ərazidə rast gəlinir.Belə nəticəyə gəlmək olar ki, respublikamızın ərazisində paleozoy, mezazoy, kaynazoy eralarının çöküntüləri daha çoxdur.
Zəlzələlər , palçıq vulkanları, sürüşmələr və uçqunlar. Republikada müasir relyefin formalaşmasında mühüm rol oynayan daxili proseslərə zəlzələr palçıq vulkanları, tektonik qırılmalar və enmələr aiddir. Azərbaycanda baş verən zəlzələr gücün görə 3rayona ayrılır.
1.Şamaxı şəhəri və Qapıcıq zirvəsi ətrafı 9ballıq zəlzələ zonasına adiir. Şamaxıda 1869, 1870, 1903,1970,1972-ci illərdə, İsmayıllıda 1983- cü ildə zəlzələ olmuşdur. 1937-ci ildə Qapıcıq ətrafına 9 bal gücündə zəlzələ olmuşdur. Böyük Qafqazın cənub yamalarında Gəncə ətrafındra NMR-da 8 bal gücündə zəlzələlər olmuşdur. Şəkidə 1903-cü il 7 bal, Oğuzda 8 bal, Zaqatalada 8 bal, Naxçıvanda 8 bala yaxın zəlzələlər olmuşdur.Azərbaycan dünyada palçıq vulkanlarının sayına görə 1-ci yerdədir. Onlar Qobustanda, Abşeronda yayılmışdır. Cənub şərqi şirvan düzündə və Xəzər sahilindəki adalarda da var. Palçıq vulkanları neftli-qazlı sahələrlə əlaqədardır. Ən hündürü Torağaydır bundan başqa Bozdağ, Keyrəki, Otman adlı palçıq vulkanları da var Böyük Qafqazın respublika daxilindəi hissəsində sürüşmələr geniş yayılmışdır. Sürüşmələr gilli ərazilərlə bağlıdır.Suların axıdılması və meşələrin salınmsa sürüşmələrin qarşısını alır. Pik yamaclarda süxurların ağırlıq qüvvəsinin təsiri iləuçub düşməsi uçqun adlanır. Dağların ətəyində uçqun mənşəli göllər yaranır. Bəzən dağlarda yüksək olan ərazilərdə qar uçqunları olur. Hər hansı ərazinin geoloji qurluşunun və yaşının yerin üst sahələrindən və ondan aşağıda yayılmış süxurların yarandığı dövrü öyrənməklə müəyyən etmək olar. Azərbaycanda ən qədim süxurlar Əsrikçay, Zəyəmçay yaxınlığında səthə çıxır və yaşı400-450 milyon ildir.Kiçik Qafqazın şərq kənarlarında yura dövrünün qumdaşı, əhəngdaşı vardır. Böyük Qafqazın cənub yamacları,Naxçıvanın şimalı, Şahdağ silsiləsi, Talış dağları kaynazoy erasına aid süxurlarla örtülüdür. Talış dağlarında dəmir, mis, polimetal, qızıl, gümüş yataqları var.Ən cavan yaşlı süxurlara Xəzər sahillərində, Kür-Araz ovalığında rast gəlinir.
Azərbaycanın faydalı qazıntıları.Azərbaycan ərazisi faydalı qazıntılarla zəngindir. Bunlar içərisində enerji daşıyıcıları neft, qaz, filizlərdən dəmir, xrom, mis, molibiden, kobalt,metallar və qeyri-metallar, barıt, aulint, duz xüsusilə qeyd edilməlidir, Azərbaycanda qazıntılar çox qədimdən istifadə edilməyə başlamışdır. Belə ki, Naxçıvandakı duz yatağı, Abşeronun neftli əraziləri, Daşkəsən və Gədəbəyin dəmir filiz yataqlari insanlardan məlumdur. VI əsrdən etibarən Konstinantopolda və Ayasofiyada, kilsələrdə işlədilən neft Azərbaycandan daşınırdı. Respublkamızda neft yataqları əsasən Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan akvatoriyasındadır. Bundan başqa c.ş. Qobustsnda, Aşağı Kür, Gəncə, Ceyran çoldə, Kür Araz ovalığında yataqları vardır. Neftli sahələrin çox hissəsi Abşeron yarnadası, Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Buzovna, Binəqədi, Bibiheybət,Qaradağ, Pirallahıda hasil edilmişdir. Son onillikdə Xəzərdə bir sira neft və qaz yataqları aşgar edilmişdi. Bunlardan Çıraqlı, Azəri,Günəşli,Qarabağ,Şahdəniz ən perspektivləridir. Naftalan nefti müalicə əhəmiyyətinə malikdir. Azərbaycanda təbii qaz Qobustada çixarılır. Azərbaycanda çıxarılan neft və qazla əlaqədar Bakı və Sumqayıt şəhərlərində neft və qaz emalı və neft-kimya sənayesi inkişaf etmişdir. Əsas filiz yataqları Kiçik Qafqaz vilayətində və Naxçıvandadır. Kiçik Qafqaz dağları “Azərbaycanın Uralı adlanır”. Kiçik Qafqazda bütün Qafqaz regionu ən böyük filiz yatağı yerləşir. Gəncə yaxınlığında Daşkəsən, Seyfəli, Abdallı və digə filiz yataqları arasında Daşkəsən maqnit yatağı daha əhəmiyətlidir. Azərbaycanın və Qafqazın ən böyük polimetal filiz yatağı Balakəndəki Filizçaydır. Mənşəyinə görə və tərkibinə görə Filizçay yatağından fərqlənən kvars-polimetal yatağı Kiçik Qafqazdadır. Ən böyük mis yatağı Gədəbəydə, molibiden yatağı isə Naxçınadadır.
Qeyri-metel filizlərdən Daşkəsəndə Zəylik alunit yatağı ehtiyatina görə dünyada məşurdur. O, iki qatda yerləşir üst qatın orta qalınlığı 19 m, alt qat daha böyükdür. Qeyri-filiz yataqlarından Naxçıvandakı Daşburun yatağı misaldır.
Azərbaycan tikinti materiaları ilə zəngindir. Ən əsasları çiy kərpic, yonulmamış daşlar, qamış, ağac, gil olmuşdur. Abşeron Əhəngdaşılarının müsbət xüssuyəti onun müxtəlif formalara salmaq olmasıdır. Abşeronda tikinti materialatının yataqları Qaradağ, Şonqar, Güzdək, Duvannı, Şüvalandır. Çox qiymətli və qalın, orta Abşeron əhəngdaşı layından ibarət olan Duvanlı karxanası Qobustan qayaüstü rəsimləri ilə əlqədar bağlanıb. Azərbaycanda dəniz qumu Xəzərdə, allivial qumlar kür boyunca yerləşir.
Bundan başqa Azərərbaycanda mineral sular da vardır. Müalicə mənşəli sular Kiçik qafqazda, Naxçıvanda və Lənkərandadır. Mineral sulara misal olaraq Kəlbəcərdə İstisu, Şuşada Turşsu və Şirlan, Gədəbəydə Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır, Qubada Cimi, Xaltan, Xaşı, Şabranda Qalaaltı mineral bulaqları vardır.
Kür –Araz ovalığında sərbəst bulaqlar azdır.
Abşeronda müalicə əhəmiyyətli su İstisudur.

AZƏRBAYCANIN COĞRAFİ MÖVQEYİ, SƏRHƏDLƏRİ VƏ RELYEFİ


Azərbaycan Respubilkasi Asiyanın cənub- qərb regionda, Cənubi Qafqazın şərqində yerləşir. Onun şərq sahilərini Xəzər dənizinin suları yuyur. Sahəsi 86,6 min km2, ölkə 38 dərəcə. 25 dəqiqə -41dərəcə 55 dəqiqə şm enlikləri və 44 dərəcə, 50 dəqiqə-50dərəcə, 51dəqiqə ş.u arasında yerləşir. Azərbaycan şm-dan c-a uzunluğu 400 km, şərqdən qərbə eni 500km-dir. Azərbaycanın əlverişli İCM-ə malikdir. Son vaxtlar Mərkəzi Asiyanın türk dövlətlərinin müstəqillik qaranması , onların Türkiyə və Avropa ölkələri ilə əlaqələrinin genişlənəsi İCM-nın əhəmiyyətini artırır. Ölkənin ucqar nöqtələri şm-da Quton dağ (3646m), c-da Astara çayından keçən xətt. q-da Naxçıvanın Sədərək rayonunda ş-də isə Şahdilidir. Azərbaycanın sərhədinin uzunluğu 3359 km, o cümlədən quru sərhədləri 2646km-dır. Şm-da Rusiyanın tərkibində olan Dağıstan Respubilkası ilə 390km, şm-q-də Gürcüstan Respubilkasi ilə 480km, q-də Ermənistan 1007km. C-da İran İslam Respubilkası 756km, c-q-də Türkiyə ilə 13km-dir. Şərqdə sərhədlərin ümumi uzunluğu 713km olan Xəzər suları yuyur. Xəzərin Azərbaycan sahillərində Abşeron yarımadası, Qızılağac, Qotluq korfəzləri, Bakı və Pirsaat buxtaları ayrılır. Xəzər dənizində Abşeron arxıpelağı, c-da Bakı arxıpelağı kimi ada qrup var. Kürdili və Sari yarımadaları Xəzərin suyunun qalxması ilə əlaqədar olaraq adalara çevrilmişdir. Pirallahı adasını qurudan ayıran Abşeron boğazından torpaq bənd çəkilmiş və yarımadaya çevrilmişdir. Abşeron arxıpelağında Piralil adaları, Çilov, Böyük Zirə, Böyük və Kiçik Tava , Daş Zirə adaları, Bakı Xərə-Zirə, Gil. Səngi-Muğan, Zəmbil adaları var. İdarəetmənin həyata keçrilməsi,məntəqələrinin iqtisadi, sosial və mədəni inkişafi üçün Azəbaycanda 65 şəhər, 65 inzibati rayon, 130ştqayrılır.Bakı şəhəri ərazi vahidliyində 11rayon var.NMR-da7 inzibati,3 muxtar respublika tabeli şəhəri vardır.Dövləti 5 il müddətinə seçilən prezident idarə edir.Ali qanunverici orqan Milli Məclisdir. Konstutsiyaya görə unitar quruluşa malik federativ öklədir. Çünki Bakıda yerləşən və əsas qanunverici orqan olan Milli Məclislə yanaşı Naxçıvanda qanunverici orqan fəaliyyət göstərir. Azərbaycan ərazisində Böyük Qafqaz, Kiçik Qafqaz,Taliş dağları və Kür-Araz ovalığı yerləşir. Ölkə daxilində relyefin hündürlük amplitudu Xəzər dənizi sahilindəki 26m-dən 4466m hundürlüyə qədər ucalan Bazardüzü zirvəsinədək ucalır. Azərbaycaın şimalında Böyük Qafqaz dağları yerləşir. Dağların əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Burada Bazardüzü (4466m), Şahdağ(4243m). Babadağ(3629m), Dubrar (2205m) Bazaryurd(4126m) zirvələri yerləşir. Yan silsilədən şimal-şərqdə Qusar maili düzənliyi, Şollar düzü, Samur-Dəvəçi ovalığı yerləşir. Baş Qafqaz silsiləsindın cənubda paralel olaraq Qovdağ və Niyaldağ silsiləsəri yerləşir.Böyük və Kiçik Qafqaz dağları ilə Xəzər dənizi arasında Kür-Araz ovalığı yerləşir. Onun uzunluğu 250km,eni 150kmdir. Ölkənin cənubunda Talış dağları yerləşir. O, 3 silsiləyə: Talış, Peştəsər və Brovar. Ən hündür zirvələr Gömürgöy,(2493m)və Qızyurdu(2433m)vardır.
Xəzər dənizi ilə Talış dağları arasında Lənkəran ovalığı yerləşmişdir. Respublikanın 4-cü fiziki coğrafi vilayəti kimi ayrılan Kiçik Qafqaz dağları az parçalanmışdır.Burada ən böyük oroqrafik vahidlər Şahdağ, Göyçə, Murovdağ, Qarabağ silsiləri, Qarabağ vulkanik yaylasıdırŞahdağ silsiləsində ən yüksək zirvə Qaraarxaç dağı(3065)m,Göyçə silsiləsi, şərqi Göyçə silsiləsində Keti dağı(3399m), Qarabağ silsiləsində böyük Kirs dağıdır.Murovdağ silsiləsində yüksələn Gamışdağın hündürlüyü 3724mdir. Bundan başqa Murovdağda Nihaldağ 3367 m. Qoşqar dağı 3361 m,Kəpəz dağı 3066 m zirvələri vardır.Kiçik Qafqaz dağlarının əsas hissəsini tutan Qarabağ vulkanik yaylasının hündürlüyü Dəlidağ zirvəsində 3616mdir. Yaylada Böyük İşıqlı, 3550m və Qızılboğaz 3581m sönmüş vulkanlardır.Naxçıvan MR-nın Kiçik Qafqaz dağlarına aid olsada Azərbaycanın əsas hissəsindən ayrıdır. Naxçıvan əsas oroqrafik vahidləri Zəngəzur və Dərələyəz silsilələridir.Zəngəzur dağlarında Qapıcıq zirvəsi 3906mən yüksək nöqtədir, Burada həmçinin Qazangəl dağı 3829m, Dəmirli dağı 3368m, Soyuq dağı 3146m yüksəlir, Dərələyəz silsiləsində Kükü dağı 3120m, Gəlin qaya 2743m və Qaraquş dağı 2600m silsiləsində yerləşir. Araz çayı ilə dağlar arasında yerləşən Şərur- Ordubad düzənliyinin mütləq hündürlüyü 600m, uzunluğu 150km, eni 25-30 km-dir.O, Sədərək Şərur, Böyük düz, Naxçıvan, Yayıcı və Ordubad düzlərindən ibarətdir. Azərbaycanın relyefi. Azərbaycan ərazisində Böyük Qafqaz, Kiçik Qafqaz Talış dağları və Kür-Araz ovalığı yerləşir. Onlar Naxçıvan da daxil olmaqla təbii vilayət kimi ayrılır.Ölkə daxlində relyefin hündürlük ampilitudu Xəzər dənizi sahilindən-26m-dən 4466m-ə ucalan Bazar düzü zirvəsinə qədər dəyşir. Respublika ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda, 24%-i 0-200m arasında, 12%-nin 1500m, 15,5%-nin 200m, 15%-nin 500-1000m, 7,5 %-ni 1500-2000m,7,5%-ni isə 2000m-dən yüksəkdə olan sahələr tutur.Burada orta hündürlük 650m-dir. Böyük Qafqaz dağlarının kəskin parçalanmış Baş Qafqaz suayrıcı sira dağları əsas yeri tutur. Burada Bazar düzü,Bazaryurd,Tufandağ, Babadağ, Dübrar zirvələri vardır.Ən yüksək zirvəsi Şahdağıdır.4243m. Bu dağlardan şimal şərqdə Qusar maili düzənliyi, Şollar düzü, Samur Dəvəçi ovalığı yerləşir. Cənubda Qovdağ, Nialdağ silsilələri vardır. Bu dağlardan cənub şərqdən Qobustan alçaqdağlığı Ləngirəbis silsiləsi cənubda isə Qaraməryəm tirəsi yerləşir. Baş Qafqaz dağlarının cənub ətəklərində Alazəncan, Əyriçay və Şəki yaylası yerləşir. Böyük və Kiçik Qafqaz dağları ilə Xəzər dənizi arsında 2.5 milyon ha sahəni tutan Kür-Araz ovalığı vardır. Uzunluğu 250km, eni 150km-dir. Ovalığın şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Kür çayının sağ sahilində Gəncə- Qazax və Naftalan maili düzənliyi Qarabağ, Mil, Şirvan düzləri yerləşir.Çayın sol sahilboyu Şirvan və cənub-şərqi Şirvan düzləri vardır.Kür və Araz çaylarının arasında Muğan, Salyan Düzənlikləri yerləşir. Burada Qarayazı düzü, Acınohur ön dağlığı, Ceyrançöl, Alçaq dağ yerləşir. Mingəçevir su anbarından cənubda Bozdağ silsiləsi var. Araz çayının solundakı əraziləri Arazboyu düzənliklər tutur. Burada Gəyən düzü, İncə düzü və Hərəmi düzləri yerləşir. Ölkənin cənub şərqində talış dağları vardır. Talış, Peştəsər və Burovar sisilələrindən ibarətdir. Burada Kömürgöy 2493m, Qizyurdu2433Xəzər dənizi ilə Talış dağları arasında Lənkəran ovalığı yerləşir. Kiçik Qafqaz dağları böyüyə nisbətən az parçalanmışdır. Burada Şahdağ, Şərqi Göyçə, Murovdağ, Qarabağ silsiləsi Qarabağ vulkanik yayalası yerləşir. Şahdağda ən hündür Qaraarxacır. Şərqi Göyçədə Keti, Böyük Kirs, Murovdağda Gəmışdağ, Nihaldağ, Qoşqar, Kəpəz zirvələri vardır. Qarabağ vulkanik yaylasında Dəlidağ Böyük İşıqlı zirvələri vardır. Qızılboğaz Naxçıvanda Zəngəzur silsiləsində Qapıcıq, Qazangəl, Dəmirli dağ, Soyuq dağ, Biçənək Aşrımı zirvələri formalaşmışdır. Araz çayı ilə bu dağlar arasında Şərur- Ordubad düzü yerləşir.

WordPress.com Bloqu.

Yuxarı ↑