MİNFAKT

Məlumat əldə et, əylən…

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU


Kurikulum  islahatını zəruri edən səbəblər •  Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması •  Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid •  Dünya təhsil sisteminə inteqrasiya •  İnformasiya əsrinin tələbləri •  Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması •  Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin  əsas  xüsusiyyətləri Kurikulum  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri  özündə əks etdirən konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra – dövlət standartları) aşağıdakıları müəyyən edir:  ümumi təhsilin məzmununu;  ümumi təhsilin idarə olunmasını;  ümumi təhsilin maddi-texniki və tədris bazasını;  ümumi təhsilin infrastrukturunu;  ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;  ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.

Ümumi təhsilin məzmunu

Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir. Ümumi təhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq; məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək; təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.

Ümumi təhsilin idarə olunması

Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

Ümumi təhsilin infrastrukturu

Müəyyən edilmiş dövlət standartlarına uyğun keyfiyyətli ümumi təhsil almaq üçün müvafiq infrastrukturun yaradılması mühüm şərt hesab edilir. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.

Ümumi təhsilin maddi-texniki və tədris bazası

Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə ümumi təhsil müəssisələri zəruri maddi-texniki və tədris bazasına malik olmalıdır. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiyakommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.

Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri

Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər qəbul edilirlər. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:  ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;  uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına;  əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;  əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;  yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə;  öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına;  ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə;  işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza. Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələbləri ehtiva edir:  fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi;  təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına didaktik zəmin yaradılması;  təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi;  keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması;  təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması;  şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müvafiq standartların müəyyən edilməsi üçün etibarlı əsas yaradılması;  təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması.

Təhsil proqramı (kurikulum)

Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatəli şəkildə göstərilir: – ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları; – ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; – ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı; – ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; – təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.

Advertisements

İyul 4, 2015 - Posted by | Ümumi, Coğrafiyanın tədrisi metodikası | , , ,

Heç bir şərh yoxdur.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: