MİNFAKT

Məlumat əldə et, əylən…

Azərbaycan daş plastikası – qədim tarixi abidələr


qobustanDaş insanların məişətində ən qədim və təbii sərvətlərdən biri sayılır. İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan hazırlanmışdır. O, insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzun keçmişlərdən tutmuş bu günə qədər daşı həmişə müqəddəs saymışlar. Alimlərimizin fikirincə Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa , qayaya, mağaralara sitayiş , daşdan müalicə vasitələri kimi istifadə etmək Azərbaycanda geniş surətdə yayılmışdır.

Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. Keçmişin yadigarı sayılan bu abidələr daha çox bizi bədii və estetik xüsusiyyətləri ilə maraqlandırır. Onlar xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti , dünya görüşü və zövqü haqda geniş məlumat verir.
Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma , yonma , cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad(Gəmi qaya), Abşeron(Mərdəkan , Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.
Oxumağa davam et

Sentyabr 27, 2014 Posted by | Azərbaycan tarixi | , , , , | Bir şərh yazın

Qədim Mesopotamiya


Mesopotamiya

Mesopotamiya

Qədim yunanlar Dəclə və Farat çayları arasındakı ərazini Mesopotamiya adlandırırdılar. Mesopotamiya sözünün mənası “İkiçayarası” deməkdir. Mesopotamiyanın ən muhüm çayları Dəclə və Farat idi. Onlar vaxtaşırı daşır və ətrafın-dakı torpaqları gətirdikləri çöküntülərlə münbütləşdirirdi. Məhz buna görə də Mesopotamiya torpaqları məhsuldar olurdu.
Şumerlər Mesopotamiyanın cənubunda yasayırdılar. Onlar e. ə. VII – VI minilliklərdə Orta Asiya və Altaydan gələrək burada məskun-laşmişdılar. Mesopotamiyanın cənub hissasi “şumer ölkəsi” adlanırdı.

Şumer şəhər dövlətləri
e.ə. III minilliyin I yansında Uruk, Kiş, Ur, Eredu, Umma, Nippur və Laqaş şumer şəhər dövlətləri meydana gəlmisdir. Erkən şumer şəhər dövlətləri “en” adlanan kahin tərəfindən idara edilirdi. En aşağıdakı işlərə rəhbərlik edirdi:

► Suvarma kanallarının çəkilməsinə
► Ölkənin təsərrüfat hayatına
► Dövlət və məbəd işlərinə
► Hərbi işlərə
Qeyd: Sonralar şumer şəhər dövlətlərində hökmdar hakimiyyəti meydana gəldi. Şumer hökmdarları ” luqal” və ya “ensi” adlanırdı.

Şumer mədəniyyətinə aiddir: Oxumağa davam et

Sentyabr 27, 2014 Posted by | Asiya tarixi | , , , , , | 1 Şərh

   

%d bloqqer bunu bəyənir: