Xələf Azəri – Azərbaycan


xelef

Zaman-zaman ana yurdum Əsir qalıb yad əllərdə.

Kədər,möhnət,qəm kidurət məskən salıb könüllərdə.

Hey itirdin gələ-gələ nə qazandım bu illərdə.

Fəlakətlər,müsibətlər gəldi başa Azərbaycan.

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Torpağa bax parçalanıb biri cənub,biri şimal,

Eyni fikir,eyni duyğu fəqət özgə yaşar bir hal.

Hansı yerdə görünübdür bu müsibət,bu dərd,məlal.

Mən demirəm sən ol bu cür,belə yaşa Azərbaycan.

Deyirəmki keçib artıq gir savaşa Azərbaycan.

 

Xocalımda haraylarım,nalələrim qalxdı göyə,

Yoxdu aman bir insana,yoxdu aman bir kimsəyə,

Ey İlahi kömək eylə “Ya Məhəmməd”deyə-deyə,

Çiyinlərdə cənazələr getdi qoşa Azərbaycan,

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Hansı ölkə çəkdi zillət,sən çəkdiyin zillətlər tək,

Müsibətlər,fəlakətlər,Çaxnaşmalar,Dəhşətlər tək.

İstədin ki şən olasan ölkələr tək,millətlər tək,

Arzuların,ümidlərin dəydi daşa Azərbaycan,

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

 

 

 

 

Yüz illərlə parçalandı hər metirin,hər qarışın.

Batman-batman pay olundu hər torpağın,hər bir daşın,

Zəhər oldu öz əlinlə bişirdiyin halal aşın,

Gözəl Təbriz,gözəl Şuşa düşdü haşa Azərbaycan

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Nə tez düşdü üzərinə aldı səni qara kölgə,

Bir tilsim var,bir cadu var talehində sənin bəlkə?

Vaxt var idi ayağında qul olmuşdu hər bir ölkə.

Bənzəyirdin göy üzündə uçan quşa Azərbaycan,

Keçmişini gətir yada gir savaşa Azərbaycan.

 

Nə çox oldu boş imzalar baş ağrıdan yalan vədlər,

BMT-lər,ATƏT-lər,YUNESKO-lar,nələr,nələr.

Nə radiodan,nə televiziyadan yığılmayan bu kəlmələr,

Dözümlüsən,vüqarlısan,yaşa-yaşa Azərbaycan.

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Bir Qarabağ məsələsi keçilməzdi qalıb darda,

Bir milyonla qaçqınımız hey gözləyir intizarda,

Doğru,dürüst dediyin söz saxlanıldı bir kənarda,

Çox yalanlar,çox böhtanlar,gəldi xoşa Azərbaycan.

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Hansı fayda hasil oldu ağlamaqdan,inləməkdən?

Yetər artıq gəl əl götür öz dərdini söyləməkdən,

Yalan sözlər yalan vədlər eşitməkdən,dinləməkdən,

Az qalıbdı göz qarala,beyin çaşa Azərbaycan,

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Başqa yola,başqa qola parçalanmaq nəyə gərək?

Heca-heca,hərif-hərif sadalanmaq nəyə gərək?

Özgələrin kölgəsində daldalanmaq nəyə gərək?

Bir liderin ətrafında birləş,yaşa Azərbaycan.

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

 

 

 

Bəsdi daha tərəddüdlər xəstə etdi hamımızı,

İçimizdə gəzən qayğı içdi tamam qanımızı,

Oturmaqdan,gözləməkdən yer apardı yanımızı,

Kükrə,çalxan dön tufana,dön yağışa Azərbaycan,

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Daha bəsdi bu töhməti gəzdiririk belimizdə,

Sınmış qürur,sınmış vicdan axı nə var əlimizdə,

Bizə “övlad”deyə-deyə bəs nə qədər önümüzdə.

Məhz bizlərin ucbatından dərdə düşə Azərbaycan.

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Təbriz adlı anamızı dəfn elədik bu torpağa.

Pərvanələr gəlməz daha nuru sönmüş bir ocağa.

Söylə ürək necə dözsün bu həsrətə belə dağa.

Yay günəşim yaz səhərim döndü qışa Azərbaycan,

Barışmaqdan keçib artıq gir savaşa Azərbaycan.

 

Azəriyəm mənim Üçün ölüm ya da torpağım.

Can qurbandı ana yurda dəymək üçün ayağım.

Qarabağın üzərində dalağalansın al bayrağım.

Qoy məmləkət dəstək olsun bu alqışa Azərbaycan,

Barışmaqdan keçib artıq gir savaşa,Azərbaycan.

Advertisements

2 thoughts on “Xələf Azəri – Azərbaycan

Add yours

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑