Kur dəymir, yoxsa Kurd Əmir…


(Bir daha Kurdəmir toponimi haqqında)

Hər bir soz, hər bir ifadə ozluyundə bir fikri ifadə edir. Odur ki, sozlərin, ifadələrin yaranması, meydana gəlmə səbəbləri daim muzakirə obyekti olmuş, cəmiyyətdə fikir ayrılığı yaratmışdır. Uzun illər muzakirə movzusuna cevrilən sahələrdən biri də adlardır. Adların icərisində isə ən maraqlısı coğrafi terminlərdir.
Coğrafi adlar əsrlər boyu formalaşmış, dilin inkişaf xususiyyətlərinə uyğun olaraq dəyişmişdir. Bəzi coğrafi adların yarandığı illər dəqiq məlumdur, bəziləri isə rəvayətlərə və ehtimallara əsaslanır. Cox vaxt xalq, ağız ədəbiyyatı vasitəsi ilə adlar nəsildən – nəsilə oturulur.
Rayonumuzun həyatını ozundə hərtərəfli əks etdirən, oz orjinal yazıları, maraqlı faktları ilə oxucu kutləsinin sevimlisi olan “Kurdəmir” qəzeti də bu sahədə daim fərqlənir. Qəzet yurd yerlərimiz, adlarımız haqqında silsilə yazılar dərc etməklə yaddaşımızı təzələyir.
“Kurdəmir” qəzetinin 26 iyun 2009 – cu il tarixli (№ 10 – 11, (7008) sayında da yer adları, yurd yerlərimiz barədə maraqlı yazılar dərc olunmuş, bayatılarımızdan numunələr təqdim edilmişdir. “Qorqud sorağı” adlanan bu səhifə butun oxucular kimi mənim də diqqətimi cəlb etdi. Odur ki, guşədə dərc olunmuş “Kur dəymir, yoxsa Kurd Əmir”… adlı yazıya oz munasibətimi bildirməyi qərara aldım.
Bilirik ki, yer adları haqqında dilcilik sahəsi toponomika adlanır. “Topos” yunan sozu olub “relyef, yer, ərazi, sahə” “onoma” isə “ad” mənasını bildirir. Odur ki, yerlərin, ərazilərin, coğrafi sahələrin adlarının oyrənilməsində toponomika elmi cox boyuk əhəmiy-yət kəsb edir.
Biz hesab edirik ki, Kurdəmir sozu də cox qədimlərdən movcud olduğundan onun etimologiyası haqqında yalnız fərziyyələr və rəvayətlər soylənilir. Bu gun də bu rəvayətlərdən ucu daha cox yayılmışdır. Bir rəvayətə gorə ərazidə kocəri Dəli Dəmir ləqəbli bir igid yaşamışdır. Guya Dəli sozunun digər ifadə forması Kurdur. Bu yer də onun şərəfinə adlandırılmışdır. İkinci versiya isə Kurd Əmir və ya Qurd Əmir ləqəbli tayfa başзısının adı ilə bağlanır.
Ucuncu versiya Kurun dəymədiyi yer kimi mənalandırılır. Biz yuxarıda da qeyd etdik ki, coğrafi adlar formalaşarkən yerin, ərazinin relyefi, əhalisinin tərkibi və digər xarakterik xususiyyətləri nəzərə alınır. Həmin ərazilərdə yaşayan tayfa və xalqların dili, adət – ənənələri, tarixi abidələri daha cox ustunluk təşkil edir. Odur ki, Kurdəmir ərazisində kocəri xalqlar yaşamadığı ucun bu ərazinin kocəri tayfa numayəndəsi Dəli Dəmirlə hec bir bağlılığı ola bilməz.
Mən qətiyyətlə bildirmək istəyirəm ki, Kurd Əmirin yurd saldığı yer də Kurdəmir deyil. Ən azından ona gorə ki, nə ərazidə bircə dənə də olsa Kurd yaşayış məntəqəsi movcud deyil , nə də hazırda rayon əhalisi arasında bir nəfər də olsun kurd yaşamır.
Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyasının 226 – 227 – ci səhifəsində 1902 – ci il məlumatlarına əsasən hazırlanmış “Gəncə (Yelizavetpol) quberniyasının etnoqrafik xəritəsində kurdlərlə azərbaycanlıların qarışıq yaşadığı ərazilər xususi işarələrlə veril-mişdir. Həmin ərazilər 1918 – 1920 – ci illərdə Cavanşir, Şuşa və Zəngəzur qəzalarının ərazisinə daxildir. Yenə həmin mənbənin 398 – ci səhifəsində Kurdəmir kəndinin daxil olduğu Goycay qəzasının əhalisinin milli tərkibi haqqında məlumat aşağıdakı kimi verilmişdir: “… Əhalinin 112,6 min nəfərini azərbaycanlılar, 17,2 minini ermənilər, 3,3 minini ruslar təşkil edirdi. Qəza əhalisinin 73891 nəfəri kişi, 60207 nəfəri qadın idi”. Bu məlumatdan gorunduyu kimi XIX əsrin sonlarında da nəinki Kurdəmirdə butovlukdə bolgənin daxil olduğu Goycay qəzasında da kurdlər məskunlaşmamışlar.
Kurdəmir rayonu ərazisində əhalinin milli tərkibi haqqında 1989 və 1999 – cu illərdə kecirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə nəzər yetirsək bir daha soylədiklərimiz oz təsdiqini tapar. Odur ki, həmin siyahıyaalınmaların nəticələrini oxuculara təqdim edirik.
Kurdəmir rayonu uzrə əhalinin milli tərkibi haqqında məlumat

(1989 – cu və 1999 – cu il əhalinin siyahıyaalınma məlumatlarına əsasən)
əə Illər ə Illər ə
1989 1999
Butun əhali 75362 100.00 92230 100.00
Azərbaycanlılar 73881 98.03 91729 99.46
Ukraynalılar 832 1.10 38 0.04
Ruslar 282 0.37 124 0.13
Turklər 59 0.08 314 0.34
Tatarlar 7 0.01 8 0.01
Talışlar 39 0.05 – 0.00
Ləzgilər 74 0.10 7 0.01
Yəhudilər 2 0.00 – 0.00
Kurdlər – 0.00 – 0.00
Ermənilər 61 0.08 2 0.00
Avarlar 15 0.02 1 0.00
Gurculər 8 0.01 1 0.00
Udinlər 1 0.00 – 0.00
Saxurlar 4 0.01 – 0.00
Latlar – 0.00 – 0.00
Digər millətlər 97 0.13 6 0.01
Cədvəldən gorunduyu kimi həmin vaxtlar rayon ərazisində yaşayan 1 nəfər avar,
1 nəfər udin ucota alınıbsa, deməli ərazidə butun yaşayanlar ciddi şəkildə ucota alınıbdır.
Şərhə isə ehtiyac yoxdur.
Kurdəmir oykonimi murəkkəb soz olmaqla iki sozun birləşməsindən əmələ gəlmişdir. Zaqatala rayonunun Verxiyan inzibati ərazi vahidliyində də Kurdəmir adlı kənd movcuddur. Həmin kənd də Zaqatalanın duzənlik ərazisində yerləşir. Kurdəmir adının Zaqatala rayonuna “gətirilmə” olduğu guman edilir. Zaqatala rayonunun etnik tərkibcə coxmillətli olmasına baxmayaraq həmin kənddə də bir nəfər də olsun kurd millətindən olan şəxs yaşamır.
1728 – ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində də Kurdəmir adlı kənd qeydə alınmışdır. (bax: “Azərbaycan toponimlərinin ensiklopedik luğəti” kitabı, səh.295, Bakı, “Şərq – Qərb mətbəəsi”, 2007 – ci il)
Oykonimin birinci hissəsindəki Kur sozunun cay adı ifadə etdiyi bir cox antik və orta əsr muəlliflərinin əsərlərində də məlumat verilmişdir. Qədim yunan, latın, ərəb, fars, turk, erməni, gurcu mənbələrində Kor, Kur, Kir, Kiri, əl – Kurr, Mtkuari və sair kimi adı cəkilir. Tədqiqatcıların fikrincə “su”, “cay” mənası verən Kur sozu yerli alban (Qafqaz) tayfalarının birinin dilindən goturulmuşdur. Azərbaycanda yaşayan qrızların və buduqların dillərində indi də kur sozu “su, cay” mənasında işlədilir. Turk dillərində isə bu sozun “surətli, inadkar, guclu” mənaları vardır. “Kitabi Dədə Qorqud dastanlarındakı “Kur qopdu, ərcil qopdu” ifadəsində də kur eyni mənada işlənmişdir. (bax: “Azərbaycan toponimlərinin ensiklopedik luğəti” kitabı, səh.295, Bakı, “Şərq – Qərb mətbəəsi”, 2007 – ci il)
Kurdəmirlə bağlı araşdırmalar aparılarkən məlum olmuşdur ki, Kurdəmir 1747 – ci ildə Nadir şahın Azərbaycanda olumundən sonra yaranan Şirvan xanlığının tərkibində olan Bolukət mahalının kəndlərindən biri olmuşdur. Şirvan xanlığı 1821 – ci ildə 17 mahaldan ibarət idi. Bolukət isə ən boyuk mahallardan biri olmaqla muasir Ağsu və Kurdəmir rayonlarının xeyli hissəsini əhatə etmişdir. Bu mahalda oturaq kəndlər maldar obalardan daha cox idi. Kəndlilər taxılcılıq, bağзılıq, baramacılıqla məşğul olurdu.
Kurdəmir 1821 – ci ildə Bolukət mahalına daxil olan 10 kənddən biri olmuşdur. O zaman Kurdəmirdə 108 ailə yaşayırdı. Bu ailələrin əksəriyyəti rəiyyət idi. Kurdəmir kəndi 1801 – 1825 – ci illərdə Mustafa xanın həyat yoldaşı Fatma bəyimə məxsus olmuşdur. (bax: “Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli – Movlanə İsmayıl Siracəddin Şirvani” kitabı, səh. 24, “Adiloğlu” nəşriyyatı, Bakı – 2003)
(XIX əsr mənbələrində isə Kurdəmir kəndinin Bakı – Tiflis dəmiryolundan təxminən 4 km şimal istiqamətdə yerləşdiyi qeyd edilir. Bu ərazi indiki Şıxımlı kəndi ərazisinə duşur. H.Zərdabinin 1899 – cu il 3 sentyabr tarixli “Kaspi” qəzetindəki məqaləsində adı cəkilən Movlanənin məskunlaşdığı kənd də məhz kecmiş Kurdəmir kəndidir – V.A).
Fikrimizcə Kur sozunun dəli Dəmirə, kur Dəmirə aid olduğu ehtimalı da cox azdır. Ən azından ona gorə ki, Kurdəmir rayonu ərazisində yaşayanlar qədim dovrlərdən daim oturaq həyat kecirmiş, əsas məşğuliyyətləri isə əkincilik bağзılıq, heyvandarlıq, balıqcılıq, baramacılıq olmuşdur.
Dəli Dəmirin isə kocəri padar tayfalarından olduğu iddia edilir. Padar oykoniminin isə Kurdəmir termini ilə bağlılığı yoxdur. Tədqiqatcı Tofiq Əhmədov padarlarla bağlı belə yazır: “Padar (Ağsu, Qubadlı, Dəvəci, Dərbənd, Oğuz, Sabirabad, Xacmaz) – hər 7 toponim padar adlı qədim oğuz tayfasının adını əks etdirir. Məlum olduğu kimi hazırda Kurdəmir rayonu ərazisində Padar adlı yaşayış məntəqəsi yoxdur.
Kur sozu hansı mənanı kəsb etməsindən asılı olmayaraq hidronim (su hovzələri adı ifadə edən coğrafi termin) olmaqla cay adı ifadə etmişdir. “Kur formasında bu hidronimi ilk dəfə Strabon (I əsr) cəkmişdir. Lakin e.ə. VIII əsrə aid Urartu mənbəyində Kuriaini adlı “olkə” adı cəkilir. Tədqiqatcılar bu olkəni Turkiyə ərazisində Caldıran golunun hovzəsində, Kur cayının yuxarı axınında lokalizə edir və onun Kur cayının adını əks etdirdiyini yazırlar. Əgər bu bu fikir həqiqəti əks etdirirsə, onda belə qənaətə gəlmək olar ki, Kur hidronimi e.ə. VIII əsrə aiddir”. (bax: B.Budaqov, Q.Qeybullayev – Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı luğəti kitabı, səh.68, “Oğuz eli” nəşriyyatı, Bakı – 1998).
Kur sozunun mənası haqqında elmi araşdırmalarda iki fikir soylənmişdir. Aka-demik “A.Axundov onu udin dilində kur – “quyu” (A.Axundov – Kur sozunun etimalogiyasına dair. S.M.Kirov adına ADU – nun əsərləri, “1956 № 3), K.H.Əliyev isə qrız dilində kur – “cay” (Aliev K.Q – O nazvanii reki Kura. “Dokladı A.N Azerb. SSR”. 1959, № 4 sozləri ilə bağlamışlar”. ”. (bax: B.Budaqov, Q.Qeybullayev – Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı luğəti kitabı, səh.68, “Oğuz eli” nəşriyyatı, Bakı – 1998).
Digər tədqiqatcı alimlər də Kur sozunun hidronim olmaqla turk dillərində “bol sulu”, “quvvətli”, “surətli”, “sarsılmaz”, “məğrur” mənasını kəsb etdiyini bildirirlər.
Odur ki, qətiyyətlə demək olar ki, kocəri Dəmirin XIX əsrlərdə əraziyə gəlib hər hansı bir “igidliyi” gəstərməsi onun adını I əsrdən elmi mənbələrdə adı cəkilən Kur cayı ilə eyniləşdirə bilməzdi.
Toponomika elminin etnoqrafiya və arxeologiya elmləri ilə əlaqəli olduğunu nəzərə alaraq Kurdəmir rayonu ərazisində kurd etnoqrafiyasının numunələri və arxeoloji abidələrinin olmadığı bir daha təsdiqini tapar. Elmi araşdırmalar nəticəsində Kurdəmir rayonu ərazisində iki arxeoloji abidə dovlət qeydiyyatına goturulmuşdur. Hazırda həmin abidələrdən biri rayonumuzun Ərəbqubalı kəndi ərazisində yerləşir. “Şəhərgah yaşayış yeri” adlanan arxeoloji tarixi abidə orta əsrlərdə movcud olmuş Şirvan adlı şəhərin qalıqları hesab olunur və boyuk bir ərazini əhatə edir. “Şəhərgah yaşayış yeri” abidəsi ərazidə yaşayanların oturaq həyat kecirdiyini və şəhər mədəniyyətinə malik olduğunu bir daha subut edir.
Tarixi abidənin ərazisindən tapılmış şirli və şirsiz qab qalıqları, dəmir və sair əşyalar abidənin tarixinin qədim olduğunu təsdiqləyir. Abidə ərazisindən tapılan mis pullar Şirvanşah I Axistanın (1161 – 97) adından kəsilmişdir. (bax: ASE, X cild, səhifə 523)
Məqalədə adı cəkilən Movlanə adlı tarixi şəxsiyyətin isə adı Movlanə Hacı İsmayıl Siracəddin əl – Kurdəmiri əş – Şirvanidir. Bu tarixi şəxsiyyət bəzi tarixi mənbələrdə əl – Kurdəmiri, bəzilərində isə əş – Şirvani ləqəbləri ilə yad edilmişdir. İlk təhsilini Şamaxı şəhərində Məhəmməd Nuri Əfəndidən alan İsmayıl Şirvani 1800 – cu ildə (h.1215) Ərzincana gedərək dovrun alimlərindən biri olan Ovliyazadə Əbdurrəhman Əfəndidən dərs almışdır. İsmayıl Şirvani Toqatda və Burdurda təhsil alaraq hədis, hikəmiyyə elmlərini oyrənir.
Daha sonralar isə İsmayıl Şirvani Bağdada gedərək dovrun ən boyuk alimlərindən olan Movlanə Xaliddən mukəmməl dərs almışdır. Zamanına gorə dunyanın ən boyuk şəxsiyyətlərindən olan Movlanə Xalid ozunun on minlərlə muridindən yalnız bir necəsinə elm oyrətmək ucun icazənamə vermişdir ki, onlardan da biri İsmayıl Şirvanidir. İsmayıl Şirvaninin təhsil aldığı illərdə və sonralar Kurdustan adlı coğrafi termin xəritələrdə oz əksini tapmamışdır. İsmayıl Şirvani Qafqazda rus işğal siyasətinə qarşı mubarizənin rəmzinə cevrilərək Turkiyəyə muhacirət etmişdir. Omrunun boyuk hissəsi Turkiyə ilə bağlı olmuşdur.
“Alim, fazil, ariflərin və fəzilətlilərin mənbəyi, uca və kərəmli” şəxs olan Movlanə İsmayılın ovladlarından biri Şirvanzadə Mehmet Ruşdi Paşa Osmanlı dovlətinin ən yuksək vəzifəsinə – sərdəzəmlik (baş nazir) məqamına qədər yuksələ bilmiş, yeganə Azərbaycanlıdır. (bax: M.Məhəmmədcəlil, F.Xəlilli – “Movlanə İsmayıl Siracəddin Şirvani” kitabı, səh. 7, “Adiloğlu” nəşriyyatı, Bakı – 2003) Dovrunun ən boyuk şəxsiyyətlərindən olan Hacı İsmayıl Əfəndi boyuk sərkərdə Şeyx Şamilin ideya rəhbəri hesab edilir. İslamda nəqsibəndiyyə cəryanının cox boyuk numayəndələrindəndir.
Kurdəmir rayonu ərazisində olan Ərəbxana, Ərəbqubalı, Col Ərəb kəndlərinin ərəb mənşəli toponimlər olduğu aydındır. “Şəhərgah yaşayış yeri” tarixi abidəsinin yerləşdiyi ərazi də Ərəbqubalı kəndi ərazisindədir.
XIX əsrə aid məlumata gorə, Zaqafqaziyada adında ərəb etnoniminin iştirak etdiyi 29 kənd movcud olmuşdur. “Kurdəmir rayonunun toponimləri” kitabında Ərəbqubalı toponimi belə izah olunmuşdur: “Ərəbqubalı (Ərəb Qubalı) kəndinin adı Ərəbkefəli adının təhrif edilmiş formasıdır. VIII əsrdə mənşəcə İraqın Kefə mahalından Azərbaycana kocurulmuş ərəb ailələrinin bir hissəsi burada Ərəbkufəli adı ilə (yəni, Kufədən cıxmış ərəblər) adlanmışdır”. (bax: N. Tapdıqoğlu – Kurdəmir rayonunun toponimləri kitabı, səh 108, “Təhsil” nəşriyyatı, Bakı – 2003 – cu il.)
Tədqiqatcılar hesab edirlər ki, “Şəhərgah yaşayış yeri”ndə movcud olmuş 25 ha sahəni əhatə edən Şirvan şəhərində də məhz indiki Ərəbqubalıların əcdadları yaşamışlar.
İkinci abidə isə Sığırlı kəndinin şimal tərəfindəki qəbiristanlıq ərazisində yerləşir və “Qaratəpə yaşayış yeri və qəbiristanlıq” arxeoloji abidəsi adlanır. Eramızın ilk orta əsrlərinə aid olduğu ehtimal edilən bu tarixi abidə bir zamanlar karvan yolu uzərində yerləşən tarixi təpələrdən hesab edilir. Elmi tədqiqatlara istinad etsək karvan yolu uzərində yerləşən belə təpələrin şimaldan cənuba istiqamətlənməklə Cənubi Azərbaycan ərazisindən kecməklə Yaxın Şərq olkələri ərazisinədək sıralandığı aydın olar.
Yenə qayıdaq Kurdəmir toponiminə.
Toponomik baxımdan Kurdəmir sozunun Kurun dəymədiyi yer kimi formalaşması ehtimalı daha duzgundur və bu versiya yerli əhali tərəfindən daha cox qəbulediləndir. Mənim nənəm 1990 – cı illərdə 104 yaşında ikən vəfat etmiş və həmişə oz ulu nənə və babalarından da Kurdəmir sozunun Kurun dəymədiyi, Kurun toxunmadığı yer kimi mənalandırıldığını eşitdiyini soyləyərdi.
Sovetlər dovrunədək və sovetlərin ilk illərində omrunu ticarət işinə həsr etmiş Məhəmmədmehdi kişi də Kurdəmir sozunun Kurun dəymədiyi yer kimi məna kəsb etdiyini soyləyərdi. O, Dağıstan, İran və Azərbaycan ərazilərində ticarət etmiş və o vaxtkı karvan yollarının tam bələdcisi olmuşdur. Yaşı yuzu otmuş bu ixtiyar qoca (M.Qənbərov rayonun Kohunlu kəndində yaşayırdı və 1980 – ci illərin ortalarında 100 yaşında vəfat etmişdir). Kur daşqınlarından sonra Kurdəmirdən Kurustu kəndlərə qayıtmağın uzun muddət muşkul iş olduğunu soyləyərdi. Yayın ortalarınadək yolların qurumadığını, Qarasu cayının yatağının bataqlıq olduğunu, yeganə kecidin Musakorpu adlanan (indiki Sor – sor kəndinin yaxınlığında) keciddən olduğunu bildirərdi. Mən onun oz dilindən eşitmişdim ki, Qarasu cay ilə birləşən Kur daşqınları indiki Kurdəmir qarnizonu ərazisinədək gedib cıxar, rayonun qərb hissəsində isə hazırkı Şilyan kəndindən Qarabucaq istiqamətinə olan qobu və yarğanları su basarmış. Həmin vaxtlar Şilyan kəndi ərazisində balıqcılıqla məşğul olan təsərrufatın da olduğunu xususi vurğulayırdı. Həmin vətəgədə almanlar və ruslar da calış-mışlar.
Faktlar da bunu bir daha subut edir. Kurdəmir rayonunun cənub sərhədi boyu 80 km – dən cox bir ərazidə axan Kur cayı XX əsrin 50 – ci illərinə qədər tez – tez daşar və cayın sahilində hec bir qoruyucu sədd olmadığından hazırkı Şilyan, Sor – Sor və Muradxan kəndləri ərazisindən axan Qarasu cayının sel daşqınları ilə birləşərək butun əraziləri basar, qarşısına kecəni yuyub aparardı.
Həmin daşqınlar əsasən yazın sonu və yayın əvvəllərində (kohnə kişilərin dili ilə desək qara tut dəyəndə) baş verdiyindən Kur sahili kəndlərin əhalisi həmin vaxtlarda subasmayan vadilərə kocər və sel təhlukəsi sovuşana qədər oralarda məskunlaşardılar.
Kur və Qarasu caylarının birləşərək yaratdığı daşqınlar hazırkı Sor – Sor kəndi ərazisindən xeyli şimal tərəfə qədər ərazini su altında qoyardı. İndiki Kurdəmir şəhəri ərazisinə isə su gəlib cıxmaz, bu yer Kurun daşqınlarının toxunmadığı sahə hesab olunardı. Odur ki, Kurun dəymədiyi yer, sahə elə Kurdəmirdir. Dilin inkişafı zamanı gedən proseslər Kur dəymir ifadəsində də dəyişikliklər yaratmış və bu ifadə assimilyasiyaya uğradığından Kurdəmir şəklində formalaşaraq coğrafi termin kimi qeydə alınmışdır.
XX əsrin 50 – ci illərində kecmiş SSRİ hokumətinin qərarına əsasən torpaqların qorunması məqsədi ilə Qarasu cayının yatağı dəyişdirilmiş, ərazilər sel və daşqın təhlukəsindən xilas olmuşdur.
Mingəcevir su elektrik stansiyasının tikilməsi və Kur cayı ətrafında yaradılan qoruyucu bəndlər (el arasında bu bəndlər məsnə adlandırılır), Kur cayındakı sel və daşqınların da qarşısını kəsmişdir.
Hazırda həmin cay daşqınlarının yaratdığı qobu və yataqlar Kur ətrafı kəndlərdə qalmaqdadır. Sovla və Kohunlu kəndləri arasında, Turkədi kəndində olan axmazlar, Sor – Sor, Ərəbxana, Şilyan və Muradxan kəndləri ərazisində olan qobu və nohurlar həmin dovrun daşqınlarının nişanəsidir. Şirvan duzunun əksər hissəsində isə Qarasu cayının kecmiş yataqları movcuddur. Bəzən bu yataqlar qobu şəklində Kur və Qarasu caylarının ərazisini birləşdirir.
Nazim Tapdıqoğlunun “Kurdəmir rayonunun toponimləri” kitabında oxuyuruq:
“Kurdəmir toponimi “Kurun dəymədiyi yer” kimi mənalandırılır. Doğrudan da Kur ovalığındakı ərazilər coxlu cay daşqınlarına məruz qaldığına gorə, toponim su basmasından kənarda, yəni, Kurun dəymədiyi yer kimi formalaşmışdır”. Tədqiqatcı alim N.Tapdıqoğlunun tərtib etdiyi adı cəkilən qiymətli tədqiqat əsərində Kurdəmir rayonunun butun yaşayış məntəqələrinin adı haqqında məlumatlar verilmişdir. Məsələn: Xırdapay kəndinin adının XIX əsrin ortalarında Muğan duzunun şimalında yaşayan şahsevənlərin bir qolu olan xırdapaylılardan goturulduyu iddia edilir. Sozun izahı isə belə verilmişdir.
“Xır – xırda sozunun ilk variantıdır. Xır – suni suvarma ilə becərilən əkin sahəsinə deyilir. Xır və ya Kur sozu bəzi turkdilli xalqlarda tarla, zəmi və ya duzənlik mənalarında işlədilir”.
Kitabı diqqətlə vərəqləyəndə hec bir yaşayış məskəninin adında kurd məişətinə və kurd toponimlərinə aid sozlərə rast gəlinmir. Odur ki, biz hər birimiz yurd yerlərimizin adını , onun tarixini oyrənməyə daim səy gostərməli, hər bir fikiri soyləyərkən tarixi mən-bələrə istinad etməliyik.
Hesab edirik ki, “Kurdəmir” qəzeti “Qorqud sorağı” rubrikası ilə cox qiymətli və dəyərli məsələni gundəliyə gətirərək yer, yurd adlarımız haqqında fikirləri, mulahizələri oxucularla boluşur. Biz də bu yazıda oz fikir və mulahizələrimizi yurutduk.
Vaqif Alıyev,
Kurdəmir rayon Mədəniyyət və
Turizm Şobəsinin mudiri

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑