ÇUĞUNDUR VƏ ŞİRƏSİ NƏYƏ XEYİRDİR?


Bu xəbəri dostlarınla paylaş:    

Çuğundur (lat. Beta)— pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Azərbaycanda çuğundurun 4 növünə təsadüf edilir. Bundan başqa, respublikamızda çuğundurun müxtəlif sortları da becərilir.

Çuğundur bir və ikiillik ot bitkisi olub, yoğun, şaxəli müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd – qırmızı rəngə qədər, acza şırımlı köklərə malikdir. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamışıq çiçəkləri ləçəklidir, kasacığı solğun – yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara – qonur rəngdədir.

Azərbaycanın demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları yeməli və yem sortları geniş becərilir. Bundan başqa, yerli əhalinin həyatyanı sahələrində də şəkər çuğunduru yetişdirilir.

Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var. Məsələn, respublikada becərilən çuğundurun köklərində 13 – 22 % şəkər olur. Yarpaqlarında çoxlu miqdarda rəngləyici boyaq maddə vardır ki, o, şərab sənayesində işlədilir. Bundan başqa yarpaqlarında 106 mq % C vitamini, A, B1 vitaminləri, üzvi turşular və s. maddələr müəyyən edilmişdir. Çuğundurun kökləri isə C, B vitaminləri ilə, xüsusən karotinlə daha zəngindir. Ona görə də çuğundurun köklərindən polivitamin konsentratı hazırlayıb istifadə etmək faydalıdır.

Çuğundur, mikrobları öldürmək qabiliyyətinə malikdir. Ona görə də bu qıpqırmızı tərəvəzin demək olar ki, hər şeyə xeyri var. Sübut olnub ki, çuğundurdan mütəmadi istifadə etmək orqanizmin xərçəng hüceyrələri ilə mübarizəsinə yardım edir. Təzə çəkilmiş çuğundur şirəsi bədxassəli şişlərin böyüməsinin qarşısını ala bilir. Dəri xərçəngi zamanı çuğundur şirəsinə salınmış sarğı ilə xəstənin kompres edilməsi yaxşı effekt verir.

Çuğundurun orqanizmdən radiasiyanı, ağır metal duzlarını çıxarmaq qabiliyyəti var. Tərkibində mineral duzlar, C, B16 B2, R, RR vitaminləri, üzvi turşular, zülalları parçalayan maddələr olduğundan, çuğundur həzmi yaxşılaşdırır. Bəzi xəstəxanalarda əməliyyat olunacaq xəstələrin orqanizmini təmizləmək üçün onlara çuğundur şirəsi içizdirilir. Ümumiyyətlə, bu tərəvəz, ürəyin işini tənzimləyir, qan damarlarının divarlarını bərkidir, trombların yaranmasının qarşısını alır, ürək əzələsinin işini möhkəmləndirir və ürəyi daim oksigenlə təmin edir.

Bütün meyvə və tərəvəzlərdə olduğu kimi çuğundurun da şirəsinin xeyri daha çoxdur. Ama buna baxmayaraq, onu içənlər çox az hissə təşkil edir. Tərkibində uçucu maddələr olduğuna görə yeni çəkilmiş şirə çoxlarına ürəkbulanma verir. Çuğundur şirəsini çəkib bir neçə saat soyuq yerdə saxlamaq və sonra içmək lazımdır. Məhlula qaynanmış su, ya da eyni miqdarda kələm, kök və alma şirəsi əlavə etmək olar. Bir stəkan şirəni içən insan, bir neçə saat ərzində yemək istəmir. Bu isə arıqlamaq istəyənlər üçün əla tapıntıdır.

Çuğundur, həm də hipertoniklərin dərmanıdır. Tərkibindəki maqnium təzyiqin aşağı salınmasına kömək edir. Hipertoniklər, çuğundur şirəsi ilə balı 1:1 nisbətində qarışdırıb gün ərzində 3-4 dəfə içə bilərlər. Tərkibində qalxanvari vəzi işlətmək üçün kifayət qədər yodun olması, zob xəstəliyindən əziyyət çəkənlər üçün əvəzsiz dərmandır.

Nəhayət, qırmızı tərəvəzin tərkibindəki dəmir, qan azlığı olanlar üçün əla dərmandır. Anemiyadan əziyyət çəkənlər eyni miqdarda çuğundur, ağ turp və kök şirəsini qarışdırıb bir neçə ay ərzində yeməkdən əvvək 1-2 xörək qaşığı qəbul etməlidirlər.

Yalnız böyrək, mədə xorası və onikibarmaq bağırsaq xəstəlikləri olanlara çuğundur şirəsi içmək məsləhət görülmür.

Çuğundur şirəsi ürək-damar sisteminin fəaliyyətini normallaşdırmağı hamıya çoxdan bəllidir. Böyük Britaniyanın alimləri bu şirənin təzyiqə necə təsir göstərməsini müəyyən etdilər.

Londondan olan mütəxəssislər sübut etdi ki, 500 ml çuğundur şirəsi qəbul etmək bir saat ərzində qan təzyiqini endirməyə kömək edir. Bu eksperimentlər zamanı sübut olunmuşdur.

Həkimlər 14 iştirakçının qan təzyiqini yoxladıqdan sonra onlara çuğundur şirəsi içməyi təklif etdilər.

6 saatın hər saatında təzyiqin dəyişikliyi müşahidə olunmuşdur.

Belə, ilk saatda təzyiqin göstəriciləri enməyə başladı, 2,5 saatdan sonra isə 10 mm-ə qədər endi. Belə effekt 24 saat ərzində eyni olaraq qaldı, sonra isə təzyiq əvvəlki səviyyəsinə qayıtdı.

Çuğundur şirəsinin tərkibində olan duzların sayəsində qan təzyiqi normallaşır. Belə xüsusiyyətlərə həmçinin yaşıl və yarpaqlı tərəvəzlər də malikdir

 

 

təşəkkürlər:

http://oxucu.net/tibbi-bilikler/16430-chugundur-ve-shres-neye-xeyrdr.html

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑