Azərbaycanın iqlimi.Günəş radiasiyası.Hava kütlələri.Tempuratur və yağıntıların paylanması.


gunesAzərbaycanda iqlimin müxtəlifliyi iqlim əmələ gətirən amillərin xarakteri ilə bağlıdır. Bu amillər 2 qrupa ayrılır. 1-ci qrupa yerli amillər,2-ci qrupa atmosferin planetar superregional sirkulyasitası ilə bağlı olan yəni Res-ə kənardan daxil olan amillər təsir edir. Azərbaycanın iqliminə dair ilk elmi əsərlərin müəllifi Fiqurovskidir. Azərbaycan alimlərindən Qaşqay,H.Əliyev iqlim bəhsinə dair xeyli məlumatlar toplamışdır. İqlimə təsir edən amillər arasinda respublikanın coğrafi mövqeyi mühüm ter tutur.Yer səthinə günəşdən gələn radiasiyanın miqdarı İCM-dən asılıdır. İCM-in iqlim əmələ gəlməkdə tək rolu günəş radiasiyasının miqdarı və radiasiya balansını , ərazinin termik şəraitini müəyyən etməklə bitmir, həm də ərazinin planetar və regional sirkuliyasiya sistemində yerini müəyyən edir. Digər amil relyefdir.Relyef həm də iqlimyarydıcı amil kimi təsiri olsa da iqlimin bütün elementlərinə təsir göstərir. Ərazimiz subtropik qurşaqda həm də qurşağın kontinental bölməsinə keçdikdə yerləşməsi günəşli günlərin çox olmasına şərait yaradır. İl ərzində Arazyani düzənliklərdə günəşli saatların miqdarı 2500-2800, Kür-Araz ovalığında 2000-2500 saat, buludluq çox olan ərazilərdə 1900-2200saata qədərdir. Kür-Arazda 9gün, Nax-da 38gün buludlu hava olur. Respublikanın iqliminə atmosfer dövranı ilə bağlı olan hava axınları təsir edir.Bunlar aşağıdakılardan ibarətdir.
Kara antisiklonu,Skandinaviya antisiklonu,Azor maksimumu,Subtropik antisiklonu, Cənub,kontinental,orta Asiya antisisiklonları. Yerli atmosfer dövranı.
Karanın təsiri qış aylarında güclü olur,bu zaman Arktika hava kütlələti. Kara və Barens dənizləriQərbi Sibirin və Şərqi Avropanın üzərindən keçməklə həm Xəzər üzərində Zaqafqaziyaya daxil olur. Azor maksimumu Şərqi qafqazdan kənarda da yerləşəndə, həm yayda həm də qışda Cənubi,Orta,Şərqi Azərbaycanın iqliminə təsir edir, Britaniya adaları sahəsindən materikə daxil olur. Yüksək təziq vilayəti şərqi Avropa düzlərinin cənub hissəsi üzərində yerləşdiyi zaman, yüksək təziq vilayəti-qərbi Sibir və Qazaxıstan üzərində yerləşdiyi zaman Azərbaycanın iqlqiminə t
sir edir Cənub siklonları Şrqi Zaqafqaziya Orta Xəzərə çıxdıqda, Orta Asiyadan qərbə yönələn hava kütlələri Xəzərdən keçərək Azərbaycanın şərq rayonlarına daxil olur. Yerli atmosfer proseslərinin iqlimə təsirindən Xəzər dənizi və Qafqaz daha çox rol oynayır. Bu sahələr üzərində yüksək təziq sahəsi mövcud olur. Əsasən Qafqaz və Xəzər üzərində dövran edən hava kütlələrinin regionda şox qalması nəticəsində yerli xassələrə malik tiplər yaranır. Qış fəslində ilinsoyuq dövründə soyuq hava kütlələrinnin Azərbaycana daxil olması və ya həddən artıq fəallaşması baş verir. Birinci halda Azərbaycanda adi qışlardan fərqli olaraq ekstrmaıl isti bəzəndə ekstremal soyuq olur Azərbaycan üzərinə çoxlu Aktika hava kütlələri daxil olarkən hava soyuyur, külək rejimi yaranır. Respublikamızda müxtəlif küəklər var. Xəzri adlanan külək Azərbaycana qış aylarında daxil olur. Sürəti 40m/san çatır. Gilavar dalı cənub küləyi isə respublikamıza qışda havanın mülüyimləşməsinə, yayada isinməsinə səbəb olur. Musson adlı külək yalnız Kür-Arazda müşahidə edilir, Brizlər Xəzər zonası üçün səciyyəvidir. Fyon dağlıq və dağətəyiərazilərdə yaranır. Ağ yel və qara yel Azərbaycanın düzənlik hissələrində yaranan çox isti küləklərdir.Əsərkən təsərrüfata çox ziyan vurur.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑