Azərbaycanın geoloji quruluşu.


Azərbaycanın ərazisi bir sıra ölkələr, Yaxud təbii regionlarla müqayisədə böyük olmasada, geoloji qurluşun mürəkkəbliyinə və rəngarəngiyinə görə yeni ərazilərlə müqayisə edilə bilər.Azərbaycanın geoloji quruluşunu müəyyən etmək üçün geoloqlar100 ildən artıq əmək sərf etmişlər. Azərbaycanda geoloji tədqiqatların başlanması məşhur Avstralyalı alim G. Abiün adı ilə bağlıdır.Alimin ən böyük xidməti regonun müxtəlif hissələrində inkişaf etmiş çöküntülərin statiqrafik bölgüsünü və xarakterini verməsi olmuşdur. Keçən əsrin axırlarında və XX əsrin I rübündə Azərbaycanda işləmiş rusgeoloqlarından Andnrusovun, Boqdonoviçin, Qolubyatinkovun Qafqazda, Qobustanda Abşeronda çöküntülərin tektonik qurluşunun, neftlilik xüsusiyyətlərinin öyrənilməsində böyük rolları olmuşdur.
Milli kadırlardan Əzizbəyovu, Əlizadəni, Qaşqayı misal göstərmək olar. Respublikamızdakı süxurlarlından uzun geoloji dövr ərzində formalaşıb.
Respublikamızda ən qədim süxurlar K.Qafqazda,Naxçıvanda,Filizçayda paleozoy dövrünə aid süxurlara rast gəlinir.Mezazoyun çıküntüləri bir çox dağlıq ərazilərdə qalın yayılmışdır. Kaynazoy çöküntüləri respublikanın böyük hissəsini tutur. Bu çöküntülər Qarabağ vulkanik yaylasında və Böyük Qafqazda geniş yayılmışdır.
Neogen yaşlı süxurlar Qobustanın alçaq dağlıq sahəsində, Qusar maili düzənliyində, Kiçik, Böyük Qafqazda, Talış Dağlarında yayılmışdır.4-cü dövrün süxurları Kür-Araz ovalığı Samur-Dəvəçi ovalığı, Lənkəran ovalığı, Şollar düzündə yayılmışdır.Xəzərə yaxın ərazilərdə dəniz mənşəli süxurlar üstündür.Republikanın daxili rayonlarında çay süxurları yayılmışdır. Qarabağ vulkanik yaylasında 4-cü dövrdə güclü vulkan olmuşdurna. Buna görə də yayla vulkanik mənşəli süxurları ilə örtülmüşdür. Naxçıvan və Talış dağlarında maqmatik mənşəli süxurlar olduğuna görə fliz mənşəli qazıntılar boldur.
Müasir antropogen mənşəli çöküntülər iri şəhərlərin və sənaye müəssisələrinin tullantıları toplanan ərazidə rast gəlinir.Belə nəticəyə gəlmək olar ki, respublikamızın ərazisində paleozoy, mezazoy, kaynazoy eralarının çöküntüləri daha çoxdur.
Zəlzələlər , palçıq vulkanları, sürüşmələr və uçqunlar. Republikada müasir relyefin formalaşmasında mühüm rol oynayan daxili proseslərə zəlzələr palçıq vulkanları, tektonik qırılmalar və enmələr aiddir. Azərbaycanda baş verən zəlzələr gücün görə 3rayona ayrılır.
1.Şamaxı şəhəri və Qapıcıq zirvəsi ətrafı 9ballıq zəlzələ zonasına adiir. Şamaxıda 1869, 1870, 1903,1970,1972-ci illərdə, İsmayıllıda 1983- cü ildə zəlzələ olmuşdur. 1937-ci ildə Qapıcıq ətrafına 9 bal gücündə zəlzələ olmuşdur. Böyük Qafqazın cənub yamalarında Gəncə ətrafındra NMR-da 8 bal gücündə zəlzələlər olmuşdur. Şəkidə 1903-cü il 7 bal, Oğuzda 8 bal, Zaqatalada 8 bal, Naxçıvanda 8 bala yaxın zəlzələlər olmuşdur.Azərbaycan dünyada palçıq vulkanlarının sayına görə 1-ci yerdədir. Onlar Qobustanda, Abşeronda yayılmışdır. Cənub şərqi şirvan düzündə və Xəzər sahilindəki adalarda da var. Palçıq vulkanları neftli-qazlı sahələrlə əlaqədardır. Ən hündürü Torağaydır bundan başqa Bozdağ, Keyrəki, Otman adlı palçıq vulkanları da var Böyük Qafqazın respublika daxilindəi hissəsində sürüşmələr geniş yayılmışdır. Sürüşmələr gilli ərazilərlə bağlıdır.Suların axıdılması və meşələrin salınmsa sürüşmələrin qarşısını alır. Pik yamaclarda süxurların ağırlıq qüvvəsinin təsiri iləuçub düşməsi uçqun adlanır. Dağların ətəyində uçqun mənşəli göllər yaranır. Bəzən dağlarda yüksək olan ərazilərdə qar uçqunları olur. Hər hansı ərazinin geoloji qurluşunun və yaşının yerin üst sahələrindən və ondan aşağıda yayılmış süxurların yarandığı dövrü öyrənməklə müəyyən etmək olar. Azərbaycanda ən qədim süxurlar Əsrikçay, Zəyəmçay yaxınlığında səthə çıxır və yaşı400-450 milyon ildir.Kiçik Qafqazın şərq kənarlarında yura dövrünün qumdaşı, əhəngdaşı vardır. Böyük Qafqazın cənub yamacları,Naxçıvanın şimalı, Şahdağ silsiləsi, Talış dağları kaynazoy erasına aid süxurlarla örtülüdür. Talış dağlarında dəmir, mis, polimetal, qızıl, gümüş yataqları var.Ən cavan yaşlı süxurlara Xəzər sahillərində, Kür-Araz ovalığında rast gəlinir.
Azərbaycanın faydalı qazıntıları.Azərbaycan ərazisi faydalı qazıntılarla zəngindir. Bunlar içərisində enerji daşıyıcıları neft, qaz, filizlərdən dəmir, xrom, mis, molibiden, kobalt,metallar və qeyri-metallar, barıt, aulint, duz xüsusilə qeyd edilməlidir, Azərbaycanda qazıntılar çox qədimdən istifadə edilməyə başlamışdır. Belə ki, Naxçıvandakı duz yatağı, Abşeronun neftli əraziləri, Daşkəsən və Gədəbəyin dəmir filiz yataqlari insanlardan məlumdur. VI əsrdən etibarən Konstinantopolda və Ayasofiyada, kilsələrdə işlədilən neft Azərbaycandan daşınırdı. Respublkamızda neft yataqları əsasən Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan akvatoriyasındadır. Bundan başqa c.ş. Qobustsnda, Aşağı Kür, Gəncə, Ceyran çoldə, Kür Araz ovalığında yataqları vardır. Neftli sahələrin çox hissəsi Abşeron yarnadası, Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Buzovna, Binəqədi, Bibiheybət,Qaradağ, Pirallahıda hasil edilmişdir. Son onillikdə Xəzərdə bir sira neft və qaz yataqları aşgar edilmişdi. Bunlardan Çıraqlı, Azəri,Günəşli,Qarabağ,Şahdəniz ən perspektivləridir. Naftalan nefti müalicə əhəmiyyətinə malikdir. Azərbaycanda təbii qaz Qobustada çixarılır. Azərbaycanda çıxarılan neft və qazla əlaqədar Bakı və Sumqayıt şəhərlərində neft və qaz emalı və neft-kimya sənayesi inkişaf etmişdir. Əsas filiz yataqları Kiçik Qafqaz vilayətində və Naxçıvandadır. Kiçik Qafqaz dağları “Azərbaycanın Uralı adlanır”. Kiçik Qafqazda bütün Qafqaz regionu ən böyük filiz yatağı yerləşir. Gəncə yaxınlığında Daşkəsən, Seyfəli, Abdallı və digə filiz yataqları arasında Daşkəsən maqnit yatağı daha əhəmiyətlidir. Azərbaycanın və Qafqazın ən böyük polimetal filiz yatağı Balakəndəki Filizçaydır. Mənşəyinə görə və tərkibinə görə Filizçay yatağından fərqlənən kvars-polimetal yatağı Kiçik Qafqazdadır. Ən böyük mis yatağı Gədəbəydə, molibiden yatağı isə Naxçınadadır.
Qeyri-metel filizlərdən Daşkəsəndə Zəylik alunit yatağı ehtiyatina görə dünyada məşurdur. O, iki qatda yerləşir üst qatın orta qalınlığı 19 m, alt qat daha böyükdür. Qeyri-filiz yataqlarından Naxçıvandakı Daşburun yatağı misaldır.
Azərbaycan tikinti materiaları ilə zəngindir. Ən əsasları çiy kərpic, yonulmamış daşlar, qamış, ağac, gil olmuşdur. Abşeron Əhəngdaşılarının müsbət xüssuyəti onun müxtəlif formalara salmaq olmasıdır. Abşeronda tikinti materialatının yataqları Qaradağ, Şonqar, Güzdək, Duvannı, Şüvalandır. Çox qiymətli və qalın, orta Abşeron əhəngdaşı layından ibarət olan Duvanlı karxanası Qobustan qayaüstü rəsimləri ilə əlqədar bağlanıb. Azərbaycanda dəniz qumu Xəzərdə, allivial qumlar kür boyunca yerləşir.
Bundan başqa Azərərbaycanda mineral sular da vardır. Müalicə mənşəli sular Kiçik qafqazda, Naxçıvanda və Lənkərandadır. Mineral sulara misal olaraq Kəlbəcərdə İstisu, Şuşada Turşsu və Şirlan, Gədəbəydə Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır, Qubada Cimi, Xaltan, Xaşı, Şabranda Qalaaltı mineral bulaqları vardır.
Kür –Araz ovalığında sərbəst bulaqlar azdır.
Abşeronda müalicə əhəmiyyətli su İstisudur.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑