Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti


“Konstitusiya” latınca “constitution” ifadəsindən olub, quruluş (təsisat, qurma) mənasını bildirir. Bu ifadənin tarixi kökü qədim zamanlarla bağlıdır. Hələ neçə-neçə əsr bundan əvvəl antic dövrün mütəfəkkirləri “konstitusiya” terminindən istifadə edirdilər. Roma imperatorlarının verdikləri dekretlər və digər sərəncamlar məhz konstitusiya adlanırdı. Müasir mənada konstitusiya ilk dəfə olaraq ABŞ-da (1787), daha sonar isə Fransada və Polşada (1791) qəbul edilmişdi.
Konstitusiya Azərbaycan dövlətinin və cəmiyyətinin əsas qanunudur. Ona görə ki, hüquqi konstitusiyada ifadə olunan normalar real həyatda dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı yaranın ictimai münasibətlərin daha vacib və zəruri sahəsini qaydaya və nizama salır.
· sosial-iqtisadi quruluşun əsasları;
· siyasi sistemin əsasları;
· dövlət quruluşu və idarəetmə forması;
· dövlət hakimiyyət orqanlarının sistemi və onların təşkil edilmə qaydaları;
· cəmiyyətin mənəvi həyatının əsasları;
· vətəndaşların hüquqi statusu (vəziyyəti).
Konstitusiyadan fərqli olaraq, Azərbaycan Respublikasının adi (sadə) qanunları dövlətin əsas qanunu sayılmır. Ona görə ki, adi (sadə) qanunlar (onlara cari qanunlar da deyilir) ictimai və dövlət quruluşunun əsaslarını müəyyən etmir, yalnız ölkənin iqtisadi-siyasi və mədəni həyatının ayrı-ayrı, müxtəlif tərəflərini tənzimləyir. Onlar Konstitusiya əsasında və Konstitusiyanın icra edilməsi üçün qəbul edilir.
Azərbaycan Respublikasının hüquqi Konstitusiyası dövlətin əsas qanunu olduğuna görə ali hüquqi qüvvəyə malikdir. Qanunlar və qanunqüvvəli sənədlər (prezidentin fərmanları, Nazirlər Kabinentinin, yəni hökümətin qərarları, nazirliklərin təlimatları) arasında o, öz hüquqi qüvvəsinə görə ən yüksək yerdə durur.
Azərbaycan Respublikasının hüquqi Konstitusiyası dedikdə, Azərbaycan dövlətinin əsas qanunu sayılan, ali hüquqi qüvvəsi olan,xüsusi qaydada qedilən və dəyişdirilən elə bir sənəd başa düşülür ki. Bu sənəd sosial-iqtisadi quruluşun, siyasi sistemin və cəmiyyətin mənəvi həyatının əsaslarını, vətəndaşların (şəxsiyyətin) hüquqi vəziyyətini, dövlət quruluşunu və idarəetmə formasını, dövlət hakimiyyət orqanlarının sistemini və onların təşkili qaydalarını müəyyən edir.
Müasir elmdə Konstitusiya üç mənada nəzərdən keçirilir: hüquqi sənəd mənasında; siyasi sənəd mənasında; ideoloji sənəd mənasında.
Azərbaycan Respublikasının hüquqi sənəd mənasında Konstitusiyası dedikdə, ali hüquqi qüvvəyə malik olan, xüsusi qaydada qəbul edilən və dəyişdirilən, ölkənin sosial-iqtisadi quruluşunun , siyasi sisteminin və s. əsaslarını, şəxsiyətin hüquqi statusunu müəyyən edən sənəs başa düşülür.
Azərbaycan Respublikasının siyasi sənəd mənasında Konstitusiyası dedikdə, cəmiyyətdə siyasi qüvvələrin nisbətini əks etdirən, sosial qüvvələrin Bir-birinə münasibətini ifadə edən və siyasi prosesləri nizama salan sənəd başa düşülür.
Azərbaycan Respublikasının ideoloji sənəd mənasında Konstitusiyası dedikdə, plüralism ideologiyasını tanıyan sənəd başa düşülür.
Konstitusiyanın rolu onun funksiyalarında təzahür edir. O, əsasən dörd funksiyanı həyata keçirir:
· hüquqi funksiya;
· sosial funksiya;
· siyasi funksiya;
· tərbiyəvi funksiya.
Konstitusiyanın hüuqi funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, hər şeydən əvvəl, ictimai iqtisadi quruluşun əsaslarını, dövlət quruluşunun əsaslarını, cəmiyyətin mənfi həyatının əsaslarını, habelə şəxsiyyətin hüquqi vəziyyətini tənzim (müəyyən) edir. Bu baxımdan Konstitusiya tənzimləyici funksiya yerinə yetirir. Digər tərəfədən Konstitusiya həmin əsasları mənfi hallardan (cinayətdən, müxtəlif hüquq pozuntulardan və s.) qoruyur, müdafiə edir. Bu baxımdan isə o, qoruyucu funksiya yerinə yetirir.
Konstitusiyanın sosial funksiyası onun sosial hadisə, sosial təsisat və sosial sistem kimi vacib məsələlərlə bağlı olmasında ifadə olunur. Sosial sistemin elementi olan təhsil və elmə, sosial təsisatlar olan ailə və dinə Konstitusiyada xüsusi diqqət yetirilir. Konstitusiyanın həmin sosial məsələlərə təsiri böyükdür. Onların inkişafında Konstitusiya vacib rol oynayır.
Konstitusiyanın siyasi funksiyası cəmiyyətdə və dövlətdə baş verən siyasi proseslərlə bağlıdır. Belə ki, dövlətin təşkil olunma əsasları və dövlət hakimiyyətinin təşkil edilmə prinsipləri məhz Konstitusiya ilə müəyyən edilir. Konstitusiya nəzərdə tutur ki, hər bir vətəndaş bilavasitə dövlətin idarə olunmasında, dövlət hakimiyyətinin həyata keçerilməsində iştirak edə bilər. Bundan əlavə, vətəndaşlarla siyasi system arasındakı münasibətlər, hakimiyyəti əldə etməyin qayda və üsulları, siyasi partiyaların təşkili və fəaliyyətinin hüquqi əsasları və siyasi hakimiyyət xarakterli digər məsələlər Konstitusiya ilə müəyyən edilir.
Konstitusiyanın tərbiyəvi funksiyası onda ifadə edilir ki, Konstitusiya bütün vətəndaşları qanunlara əməl etmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək ruhunda tərbiyələndirir. Bunun nəticəsində vətəndaşlar məsuliyyətə əsas verə biləcək mənfi hallara, hüquq pozuntusuna yol vermirlər.
Konstitusiya quruluşca bölmələrə, bölmələr təsillərə, fəsillər isə maddələrə bölünür. Ona 5 bölmə, 12 fəsil və 118 maddə daxildir.
Birinci bölmə Konstitusiya quruluşunun əsaslarına (xalq hakimiyyəti və dövlətin əsasları kimi məsələlərə) həsr edilmişdir. Burada ictimai quruluşun mahiyyəti və idarəetmə forması müəyyən edilir, ictimai-siyasi quruluşun əsas prinsipləri möhkəmləndirilir.
İkinci bölmə vətəndaşların (şəxsiyyətin) hüquqi statusuna həsr olunmuşdur. Bu bölmədə əsas insan və vətəndaş hüquqları, habelə vəzifələr müəyyən edilir.
Üçüncü bölmə hakimiyyətin təşkili və fəaliyyəti kimi məsələyə həsr edilmişdir. Buraya qanunvericilik, icra və məhkəmə hakimiyyətinin səlahiyyətlərini, Naxçıvan Muxtar Respublikasının hüquqi statusunu müəyyənləşdirən maddələr daxildir.
Dördüncü bölmə özünüidarə etməyə həsr edilmişdir. Bu bölməyə daxil olan normalar yerli özünüidarəni həyata keçirən bələdiyyələrin hüquqi statusunu müəyyən edir.
Beşinci bölmə hüquq və qanun kimi məsələlərə həsr olunmuşdur. Bu bölmədə yerləşən normalar qanunvericilik sistemini, normativ hüquqi aktları, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və ona əlavələr edilməsi qaydalarını müəyyən edir.
Konstitusiya keçid müddəaları ilə bitir. Bu müddəalar keçid dövrü üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası dörd əsas məsələni həll edir:
· birincisi, ictimai quruluşun, dövlətin ərazi-siyasi quruluşunun və idarəetmə mahiyyəti məsələsini;
· ikincisi, dövlət hakimiyyətinin təşkili məsələsini;
· üçüncüsü, şəxsiyyətin hüquqi statusu məsələsini;
· dördüncüsü, yerli özünüidarənin mahiyyəti məsələsini.
Konstitusiyanın quruluşu onun mətnindən rahat istifadə etməyə imkan verir.

Fənn müəllimi: Fəls. dokt. Arıxov C.C

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑