AZƏRBAYCAN RESPUBLİKASINDA XALQ HAKİMİYYƏTİ


Konstitusiyanin birinci bölməsində ifadə olunan normalar konstitusiya quruluşunun əsaslarını müəyyənləşdirir. Bu normalar dövlət və ictimai həyatın əsas prinsiplərini formulə edir.
Konstitusiya quruluşu dedikdə, isə bir ictimai quruluş başa düşülür ki, bu quruluşda fəaliyyət göstərən dövlət öz hakimiyyətini xalqın mənafeyi üçün həyata keçirir.
Xalq hakimiyyəti konstitusiya quruluşunun əsasını məhz xalq hakimiyyəti təşkil edir.
Xalq hakimiyyəti dedikdə, xalqın bilavasitə iradəsi ilə formalaşa və təşkil edilən dövlət hakimiyyəti başa düşülür.
Xalq hakimiyyəti prinsipinə görə xalq öz dövlətinin taleyini və müqəddəratını özü həll edir. Xalq hakimiyyəti mövcud olan yerdə xalqın maraq və mənafeyi dövlətin mənafeyinin və onun fəaliyyətinin əsasını təşkil edir.
Xalq hakimiyyəti prinsipi müxtəlif formlarda təzahür edir. Onun iki əsas forması vardır.
Xalq suverenliyi dedikdə Azərbaycan xalqının öz müqəddəratını sərbəst, müstəqil həll etmək, habelə öz idarəetmə formasını təyin etmək hüququ başa düşülür.
Hakimiyyət xalq tərəfindən iki yolla təşkil edilir:
· referendumda (ümumxalq səsverməsində) iştirak etməklə;
· seçkilərdə iştirak etməklə.
Referendum (latınca “refero” – məlumat verirəm, məruzə edirəm) hakimiyyəti təşkil etməyin, xalq suverenliyini (xalqın suverenlik hüququnu) həyata keçirmənin ən vacib vasitəsidir. Bu vasitə xalqın öz iradəsini birbaşa ifadə etməsinə imkan verir. Referendum xalqın öz iradəsini bilavasitə ifadə etməsinin ən yüksək formasıdır.
Referendum dedikdə, respublikanın dövlət və ictimai həyatında yaranan nisbətən vacib məsələlər barəsində keçirilən ümumxalq səsverməsi başa düşülür. Referendumun keçirilməsi qaydası Seçki Məcəlləsi ilə müəyyən edilir.
İki məsələ yalnız referendumla həll edilə bilər:
· birincisi, Konstitusiyanın qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
· Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
Göstərilən məsələləri nə parlament, nə prezident (dövlət başçısı), nə hökumət, nə də nazirlər həll edə bilər.
Hakimiyyəti təşkil etməyin ikinci yolu xalqın seçkilərdə iştirak etməsidir. Xalq səsvermə yolu ilə seçkili (nümayəndəli) dövlət hakimiyyəti orqanı yaradır. Milli Məclis, onun ibarət olduğu deputatlar xalqdan bilavasitə (birbaşa) səlahiyyət alırlar. Deputatlar xalqdan birbaşa mandat alan, xalqı təmsil edən səlahiyyətli nümayəndələridir.
Xalq səsvermədə iştirak etməklə icra hakimiyyətinin mənsub olduğu prezidenti seçir.
Xalqın hakimiyyətini həyata keçirən əsas dövlət hakimiyyəti orqanı Mıllı Məclisdir. Milli Məclis Azərbaycan xalqının iradəsini qəbul etdiyi qanunlarda ifadə edir və bu yolla onun hakimiyyətini həyata keçirir.
Yerlərdə xalqın hakimiyyəti bələdiyyə üzvləri vasitəsilə həyata keçirir. Lakin bələdiyyə üzvlərinin həyata keçirdiyi hakimiyyət dövlət hakimiyyəti hesab edilmir və siyasi xarakter daşımır. Onlar yerli özünüidarəni həyata keçirirlər.
Konstitusiya münasibətlərində iki əsas subyekt çıxış edir: Azərbaycan xalqı; Azərbaycan dövləti. Konstitusiya onları xalq hakimiyyətinin iki başlıca və mühüm məsələsi hesab edir.
Azərbasycan dövlətinin əhalisi isə bütövlükdə bilavasitə Azərbaycan xalqı deməkdir. Respublika əhalisi kimi xalq dövlət əhəmiyyətli məsələləri həll edir, sosial proseslərin idarə edilməsində iştirak edir.
Azərbaycan xalqı dedikdə, Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarının birliyi və məcmusu başa düşülür.
Konstitusiya vətəndaşların milliyyətini (milli-etnik mənsubiyyətini) yox, yalnız onların vətəndaşlığını Azərbaycan xalqının əsas və başlıca əlaməti hesab edir.
Azərbaycan xalqının vahidliyi prinsipi təsbit edir: Azərbaycan xalqı vahiddir (Konstitusiyanın 5-ci maddəsi). Azərbaycan dövlətinin əsasını məhz xalqın vahidliyi təşkil edir.
Azərbaycan xalqının vahidliyi dedikdə, bu xalqın ibarət olduğu bütün vətəndaşların, onların milli -etnik mənsubiyyətindən (milli-etnik əlamətdən ) asılı olmayaraq birliyi və bölünməzliyi başa düşülür.
Dövlət ərazisi dedikdə, Yer kürəsinin Azərbaycan dövlətinin hakimiyyətində (suverenliyində) olan hissəsi başa düşülür. Bu hissədə Azərbaycan dövləti öz hakimiyyətini həyata keçirir. Azərbaycan dövləti, o cümlədən Azərbaycan xalqı (respublika əhalisi) öz ərazisində tam suveren (müstəqil) hakimiyyətə malikdir. Həmin ərazi Azərbaycan Respublikası adlanır.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑