Əsas insan və vətəndaş hüquq və azadlıqları


Şəxsiyyətin hüquqi (konstitusiya) statusu (vəziyyəti): Bütün ölkələrin konstitusiyalarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının müəyyənləşdirdiyi və həll etdiyi başlıca məsələlərdən biri şəxsiyyətin hüquqi statusu (vəziyyəti) məsələsidir. Konstitusiyanın II
bölməsində ifadə olunan normalar da məhz bu məsələyə həsr edilmişdir. Şəxsiyyətin hüquqi statusu (vəziyyəti) Konstitusiyanın ən əsas və vacib anlayışlarından biri hesab edilir. Bəs
şəxsiyyətin hüquqi statusu (vəziyyəti) dedikdə nə başa düşülür?
Şəxsiyyətin hüquqi statusu (insanın konstitusion statusu) dedikdə, Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqlarının (azadlıqlarının) və vəzifələrinin məcmusu başa düşülür.
İnsan hüquqları (azadlıqları) və onların prinsipləri: Şəxsiyyətin hüquqi statusu özündə ən əsas və başlıca hüquqları əhatə edir. Bu hüquqları (azadlıqları) iki qrupa bölmək olar:

– Insan hüquqlarına (azadlıqlarına);
– vətəndaş hüquqlarına.

İnsan hüquqları (azadlıqları) dedikdə, bütün insanların malik olduğu hüquqlar (azadlıqlar) başa düşülür. Bu hüquqları (azadlıqları) insan doğulduğu andan, insanın doğulması ilə necə deyərlər, “avtomatik surətdə” əmələ gəlir. Özü də insanlar göstərilən hüqiqları (azadlıqları) yaşadığı dövlətə mənsubiyyətindən, həmin dövlətin vətəndaşı sayılmasından asılı olmayaraq əldə edirlər. Bir daha təkrar edərək göstərilir ki, dövlət öz qanunları ilə vətəndaşlarına bu cür hüquqlar verə bilməzlər, çünki həmin hüquqları insanlar doğulan kimi qazanırlar.
İnsan hüquqları (azadlıqları) sırasına ənənəvi olaraq aid edilir:
– yaşamaq hüququ;
– azadlıq hüququ;
– təhlükəsizlik hüququ;
– mülkiyyət hüququ;
– şəxsiyyətin ləyaqət hüququ;
– şəxsi və ailə sirrini saxlamaq hüququ.
İnsan hüquqları “İnsan hüquqlarının ümumi bəyənnaməsi”ndə (1948) müəyyən edilmişdir. Dünya ölkələrinin demək olar ki, bütün konstitusiyalarında onlar nəzərdə tutulur. Bəzən insan hüquqları insan haqqları da adlanır. İnsan haqqları hamının, bütün insanların malik olduğu hüquqlardır.
Təbiilik (təbii olmaq) insan hüquqlarının (azadlıqlarının) əsas və fundamental prinsipidir. Bu prinsipə görə insan hüquqları (azadlıqları) təbiidir və anadangəlmə hüquqlardır. Buna görə də insan hüquqları təbii hüquqlar və ya anadangəlmə hüquqlar da adlanir.
Ayrılmazlıq insan hüquqlarının (azadlıqlarının) vacib prinsiplərindən biridir. Bu prinsipə görə hüquqlar (azadlıqlar) insanın doğulması və mövcudluğu ilə yaranır. Məhz bu səbəbdən onları insanın özündən ayırmaq olmaz. İnsan hüquqlarını (azadlıqlarını) nə dövlət, nə də digər subyektlər insanın özündən ayıra bilməzlər, çünki həmin hüquqları insana onlar verməmişdir.
Toxunulmaz və pozulmaz olmaq insan hüquqlarının (azadlıqlarının) digər prinsipidir. Bu prinsipə görə hər kəs insan hüquqlarını (azadlıqlarını) cinayət və digər hərəkətlərlə poza və onlara qəsd edə bilməz.
İnsan hüquqlarının (azadlıqlarının) təminatı dedikdə, onların dövlət tərəfindən qorunması başa düşülür. Dövlət hüquqları (azadlıqları) qorumaq üçün müəyyənh tədbirlər nəzərdə tutur və müəyyənləşdirilir.
Hüquq və azadlıqlar əsasən iki yolla müdafiə edilir:
– ümumi yolla;
– xüsusi yolla.
Ümumi yolla müdafiə dedikdə, məhkəmə vasitəsilə həyata keçiriləm müdafiə başa düşülür. Ona məhkəmə müdafiəsi də deyilir. Bu, hüquqların (azadlıqların) müdafiə olunmasının əsas və universal yolu hesab edilir. Ona görə ki, məhkəmələr heç kəsdən asılı olmayıb, müstəqildir və yalnız qanuna tabedirlər.
Xüsusi yolla müdafiə isə dövlət icra hakimiyyət orqanları tərəfindən həyata keçirilən müdafiə deməkdir. Ona inzibati qaydada müdafiə də deyilir.

Vətəndaş hüquq və azadlıqları: Vətəndaş hüquq və azadlıqları odur ki, onlar dövlət tərəfindən qanun əsasında müəyyən edilir. Vətəndaşlara bu hüquq və azadlıqları dövlətin özü verir (“dövlət bəxş edir”). Onlar insanın anadan olması (doğulması) ilə əldə edilmir və buna görə də təbii (anadangəlmə) hüquq və azadlıqlar sayılmır. Özü də həmin hüquqların (azadlıqların) verilməsi və müəyyən edilməsi şəxsin dövlətin vətəndaşı olması faktı ilə (vətəndaşlıq faktı ilə), onun dövlətə mənsub olması faktı ilə bağlıdır.

Vətəndaş hüquq və azadlıqları sırasına aiddir:
– seçki hüququ;
– siyasi partiyalarda birləşmək hüququ;
– dövlətin idarə olunmasında iştirak etmək hüququ;
– dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək hüququ;
– müraciət etmək hüququ və s.
Göründüyü kimi, vətəndaş hüquqları əsasən siyasi xarakterə və məzmuna malikdir. Bunula bərabər, bəzi sosial0iqtisadi hüquqlar da vətəndaş hüquqları sırasına aid ola bilər.
Vətəndaş hüquqları da dövlət tərəfindən qorunur və müdafiə edilir, yəni təmin edilir. Ona görə ki, insan hüquqları kimi vətəndaş hüquqları da Konstitusiyada nəzərdə tutulmuşdur.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑