§ İdrak və onun strukturu


PLAN:

1. İdralın obyekti və subyekti.
2. İdrakın əsas formaları.
3. Hissi idrak və onun formaları.
4. Rasionak idrak.
5. Həqiqətin meyarları.

ƏDƏBİYYAT.

1. Fəlsəfə Dərslik..Bakı.1997.
2. Paşayev V.Fəlsəfə .Bakı.1997.
3. Lektoriskiy V.Subekt ,obyekt, pozananiye .M.1980.
4. Vvedenie v filosofiyu ıı –ci hissə.M.1989.

İdrak nədir ? Praktika

İdrak obyektiv aləmin, onun qanunlarının insan beynində müəyyən məqsədə yönələn fəal inikasıdır.İdrakın mənbəyi insanı əhatə edən xarici aləmdir.İnsan tarlaları, meşələri görür. Günəş istisini və işığını qavrayır, quşların səsini eşidir güllərin qoxusunu duyur.Qeyd etmək lazımdır ki, insan dünya əşyalarını və hadisələrini sadəcə qavramır, bunlara fəal əməli sirətdə təsir göstərir.
Praktika təbiəti və cəmiyyəti dəyişdirməkdə insanların aktiv fəsliyyətidir. Bundan əlavə praktikaya siyasi mübarizə milli azadlıq hərəkatı,elmi təcrübə eksperiment aiddir.P-da nəinki təbiətdə olan əşyalar dəyişdirilir ,habelə təbiətdə lazım olmayan əşyalar da yaradılır.İnsan əmək prosesində təbiət qüvvələri ilə üz-üzə gəlir və onları dəyişdirməklə mənafeyinə xidmət etməyə məcbur etməklə bunları dərk edir.İnsan mənzillər tikir , körpelər yollar salır.Bundan ötrü isə mexanika qanunlarını bilmək lazım idi. Əməyin təsirim ilə idrak inkişaf edirdi.

İdrak
İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvəllər olmayanın kəşfi deməkdir.
İdrakın subyekti -predmet-praktik fəaliyyətin və idrakın daşıyıcısı idrak predmetinə istiqamətlənmiş idraki fəallığın mənbəyidir. Uğurlu idraki fəaliyyət yalnız idrak prosesində subyektin aktiv rolu sayəsində mümkündür. İdrakın obyekti subyektin praktiki və idraki fəaliyyətinin istiqamətləndiyidir.İdrak obyekti həm maddi qurumlar həm də sosial hadisələr ola bilər.
İdrakın metod və vasitrələri

Məlum olduğu kimi müxtəlif elmlər özünün spesifik tədqiqat metodları və vasitələrinə malikdir. Fəlsəfədə metodoloqiya (metod haqqında təlim)adlanan b[ywk 1 sahə vzrdır, gürçəkliyin dəyişdirilməsi, idrak üsulları, dübyagörüşü prinsiplərinin idrak prosesinə yaradıcılığa, praktikaya tətbiqini əks etdirən fəlsəfi təlimdir

Metodların və vasitələr. Müşahidə və eksperiment

Müşahidə ətraf aləmin predmet və hadisələrinin məqsədyönlü və təşkil olunmuş qavrayışdır. Müşahidə obyekti kimi təkcə hissi idraka əsaslanır. Müşahidə obyekti kimi təkcə xarici aləm predmetləri çıxış etmir. Müşahidələr subyektin hissi, arzu , istək və iradəsindən asılı olmayaraq nəticə verməlidir, daha dəqiq desək onlar obyektiv informasiya verməlidir.
Eksperiment (təcrübə )
Təcrübə ən böyük idrak üsullarindan biridir. F-ə təbiətçünaslıqda geniş tətbiq edilir.Tədqiq edilən obyektdən və elmi fənnin xarakterindən asılı olaraq aşağıdakı eksperimentlər fərqləndirlir . Fiziki kimyavi, bioloji , kosmik , psixoloji və sosial eksperimentlər.

Həqiqət və onun meyarları

İdrakın əsas məqsədi elmi həqiqətə nail olmaldır. Həqiqət dedikdə fəlsəfə o bilikləri nəzərdə tutur ki, bunlar həmin predmeti düzgün əks etdirsin ona uyğun olsun. Fəlsəfədə həqiqət təkcə idrakın məqsədi deyil , həm də tədqiqat predmetidir.Belə demək olar ki, həqiqətən anlayışı elmin mahiyyətini ifadə edir. Həqiqət obyektiv surətdə mövcud olan dünyanı əks etdirdiyinə görə, həqiqətin məzmunu insan şüurundan asılı deyildir.
F-də mütləq və nisbi həqiqət anlayışlarından istifadə edilir. Dolğun və bitgin formada olan obyektiv həqiqətə mütləq həqiqət deyilir. İnsan mütləq həqiqətə birdən-birə gəlir. Nisbi həqiqət belə belə bilikdir ki, gerçəkliyi əsasən düşgün əks etdirir. Lakin dolğun əks etdirmir, onu müəyyən hüdud daxilində əks etdirir .Fəlsəfə həqiqəyin meyarı kimi praktikanı götürür.

Hiss idrak və formaları

Hiss və zəka insan idrakının əsas formasıdır.Hissi idrak rasional idrakdan əvvəl gəlir.İdrak prosesinin başlanğıc mərhələsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində konkret insan inikasından ibarət psixi prosesdir. İnsan bələd olmadığı bir şüyi öyrənmək qərarına gəldikdə hə şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əllə toxunur, dadına, rənginə baxır v.s. Əşyaların canlı seyri idrak yolunda başlanğıc mərhəllə birinci addımdır.Hiss üzvüləri bir növ elə qapılardır ki, bunların vasitəsi ilə xarici aləm insan şüuruna daxil olur.Duyğu insan idrakın və ümumiyyətlə insan şüurunun ən sadə elementidir.

Rasional məntiqi idrak

Xarici əşyalar barəsində hiss üzvlərinin verdiyi mənzərə son dərəcə zəngin və rəngarəngdir. Lakin hissi idrakın yaratdığı mənzərə heç də tam deyildir. Hiss üzvləri vasitəsi ilə cisimlərin atomlardan təşkil olunduğunu elektrik cərəyanının nizamlı hərəkət edən yüklü hissəciklər seli olduğunu, işığın böyük surətini, təbiətin və cəmiyyətin ictimai həyatın bir sıra mürəkkəb hadisələrini qavramaq mühüm deyildir.Hissi idrakın yerinə yetirə bilmədiyi vəzifələri məntiqi və ya rasional idrakı yerinə yetirir.
I –ci Məntiqi idrakın gerçəkliyi bilavasitə inikası olması deməkdir.
Iı –ci İnsan xarici aləmin bir çox hadisəsini digər adamlarla ünsiyyət nəticəsində fikrən dərk edə bilir.
Iıı Gerçəkliyin əqli nəticə yolu ilə dərk edə bilir. Məntiqi idrakın əsas formaları anlayış mühakimə və əqli nəticəsidir.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑