Su buxarı. Nisbi və mütləq rütubətlilik.


Qeyd etdik ki, yer səthinə yaxın atmosfer havası bir qayda olaraq rütubətlidir. Yəni atmosfer havasının tərkibində digər qazlarla yanaşı su buxarı da var. Havanın tərkibinin digər hissələrindən asılı olaraq su buxarının miqdarı əhəmiyyətli dərəcədə dəyişkənliyə məruz qalır. Yer səthinə yaxın olan rütubətli havada, su buxarı qütb enliklərində 0,2%, ekvatora yaxın ərazilərdə 2,5 – 4% arasında tərəddüd edir. Havada su buxarının miqdarı nə qədər çox olarsa onun tərkibində qazların miqdarı azalır. Yəni su buxarı havanın tərkibindəki qazların faizlə dəyişməsinə də təsir göstərir. Su buxarı fasiləsiz olaraq havaya su səthindən, torpaqdan və bitkilərdən buxarlanaraq daxil olur. Su buxarı şaquli istiqamətdə qalxır və yuxarıda hava axınları nəticəsində müxtəlif istiqamətlərə aparılır. Müəyyən olunmuşdur ki, havanın tempraturu artdıqca havada olan su buxarının də midarı artır və bu o həddə qədər çatır ki, artıq hava su buxarını qəbul edə bilmir. Bu zaman doyan havaya doymuş hava deyilir. Havadakı su buxarının maye və bərk hala keçməai ən vacib hava prosesləri və iqlim xüsusiyyətləridir. Havada su buxarının olması yerin istilik şəraitinə təsir göstərir. Su buxarı yer səthi şüalandıran uzun dalğalı infraqırmızı radiasiyanı udur. Bununla yanaşı su buxarı özlüyündə əksər hissəsi yer səthinə gələn infraqırmızı radiasiya şüalandırır. Bu proses gecə vaxtı yer səthini və atmosferin aşağı qatlarını soyumadan qoruyur. Havadakı su buxarının qramlarla miqdarına mütləq rütubətlilik deyilir. Faktiki su buxarının həmin tempraturda havanın doyması üçün tələb olunan su buxarına nisbəti nisbi rütubətlilik adlanır. Rütubət hiqrometrlə ölçülür. Müxtəlif tempraturda su buxarı aşağıdakı kimi olur:
1 metr3-də:
-20° – 1qr;
-10° – 1,5qr;
-5° – 3qr;
0° – 5qr;

10° – 9qr;
20° – 17qr;
30° – 30qr;
40° – 50qr.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com Bloqu.

Yuxarı ↑