MİNFAKT

Məlumat əldə et, əylən…

YERİN ÖZ OXU ƏTRAFINDA HƏRƏKƏTİ VƏ ONUN COĞRAFİ NƏTİCƏLƏRİ


Bizə elə gəlir ki, yer dayanib və Günəş sanki sanki şərqdən qərbə doğru hərəkət edir.Əslində isə Günəşdən işıq alan Yer kürəsinin qərbdən şərqə doğru hərəkət etməsini alimlər çoxdan sübut etmişlər. Yerin öz oxu ətrafında fırlanması ideyası I dəfə məşhur fransız alimi Füko 1851-ci ildə təcrübi yolla sübuta yetirmişdi. Alimlər müəyyən etmislər ki, bütün fırlanan cisimlər kimi, Yer də fırlanma oxuna malikdir. Yerin paylanması ilə əlaqədar olaraq onun səthindəki bürün nöqtələr şimal və cənub qütblərini çıxmaq şərti ilə dairə cızırlar. Fırlanma sürəti ekvator boyunda yüksək həddə çatır: saniyədə 464 m; 500 şimal və cənub enliyində isə saniyədə 250 m; qütblərdə 0 m. Qütblərdə çevrə cızmayan bu hərəkətsiz nöqtələri birləşdirən xəttə yerin xəyali oxu deyilir. Yer kürə formasında oldugu üçün günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Odur ki, Günəşə doğru çevrilmiş hissədə gündüz, digər tərəfdə gecə olur və yerin fırlanması ilə əlaqədar olaraq bu nöbələşmə ardıcıl surətdə davam edərək gecə ilə gündüzü əmələ gətirir. Yer kürəsi öz oxu ətrafında hərəkətini 24 saata (23 saat, 56 dəq. 4 saniyə) başa vurur. Yerin öz xəyali oxu ətrafinda belə tam fırlanması müddətinə 1 sutka deyilir. Yerin öz oxu ətrafında hərəkətinin böyük əhəmiyyəti vardır. Belə ki, yerin fırlanması nəticəsində gecə iıə gündüz növbələşir və vaxt vahidi yaranır. Bu isə yer səthində işıq isti və soyuğun dəyişməsinə süxurların aşınmasına, atmosfer sirkulyasiyasına, bütün canlıların və o cümlədən insanların həyatlarına təsir göstərir. Digər tərəfdən yeri saat qurşaqlarının ayırmağa, vaxtı hesablamağa imkan verir. Yer kürəsi öz xəyali oxu ətrafında qərbdən şərqə doğru meridianlar üzrə işıqlandırır. Bu zaman hər bir meridian xətti üzərində yerləşən məntəqələri, günəş eyni vaxtda işıqlandırır. Yerin coğrafi enliyindən asılı olmayaraq coğrafi uzunluq eyni olan bütün obyektlərdə vaxt fərqlənmir. Bu yerli vaxt adlanır. Bu yer kürəsində həddən artıq yerli vaxtın olması insanların həyatında çox çətinliklər yaratdığına görə şərti olaraq qurşaq vaxtından istifadə olunur. Yer kürəsi öz xəyali oxu ətrafında tam dövrəni (360o) 24 saata vurur. 1 saata 15o, 1o-də 4 dəqiqə. Odur ki, yer kürəsində şərti olaraq qərbdən şərqə doğru meridianlar boyu hər 1-i 15o olmaqla 24 zolağa (qurşağa) bölünürlər. Hər 1 qurşaq daxilində vaxt isə onun mərkəzindəki meridana görə hesablanır və bu qurşaq daxilindəki bütün məntəqələrə aid edilir. Bu vaxt isə qurşaq vaxtı adlanır. Şərqdə yerləşən qonşu qurşaqda vaxt fərqi 1 saat irəli, qərbdə kində 1 saat geri olur. Beynəlxalq sazişə görə 1924-cü ildə Qrinviç rəsədxanasından keçən meridian (başlanğıc meridian) saatın hesablanması üçün qəbul etmək qərara alınmışdır. Ortasından Qrinviç meridianı keçən saat qurşağı 0-cı (24-cü) qurşaq kimi qəbul edilmişdir. 15o-lik qurşağın yarısı şərq (7o 30/) və yarısı qərb (7o 30/) yarımkürəsində yerləşir. Şərqə doğru 15 o gəlməklə növbəti qurşaq tapılır. Yer kürəsində hər hansı məntəqənin yaxud şəhərin neçənci saat qurşagında yerləşdiyini və yerli vaxtı bilməklə qonşu saat qurşağındakı vaxtı müəyyən etmək olar. Yer kürəsinin quru sahəsində saar qurşaqlarının sərhədlərini düz xətt üzrə deyil, inzibati sərhədlər boyunca çəkilmilmişdir. Bu ölkə daxilində vaxtın vahidliyinə nail olmaq insanlarin həyatında, fəaliyyətində uyğunsuzluğa yol verməmək üçün dilmisdir. Bu sazişdə sutkanın hesablanmasını ortadan 180o-lik meridian keçən 12-ci saat qurşağından götürmək qərara alınmışdır.

Advertisements

Aprel 20, 2012 - Posted by | Yerşünaslıq

10 Şərh »

  1. cox gozelll

    Şərh tərəfindən ulka | Noyabr 27, 2014 | Cavabla

    • super

      Şərh tərəfindən nicat | Aprel 1, 2016 | Cavabla

      • super herf sefliyi var ama superdi

        Şərh tərəfindən Kenan | Aprel 20, 2016 | Cavabla

  2. bakıda gündüz olanda harda gecə olur.Bunun ilə bağlı bir mövzu yazarsanız sevinərəm😊

    Şərh tərəfindən bəndiyeva ləman | Aprel 28, 2016 | Cavabla

  3. amma çox gözəldir

    Şərh tərəfindən bendiyevaleman | Aprel 28, 2016 | Cavabla

  4. coooox gozeldi.cox beyendim

    Şərh tərəfindən gunes | Noyabr 27, 2016 | Cavabla

  5. yazdiqlariniz ucun tesekkurler.. bes yeri oz oxu etrafinda firladan quvve hansidir?

    Şərh tərəfindən Tural | Yanvar 2, 2017 | Cavabla

  6. eladi coooooooooooooooooxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Şərh tərəfindən kubra | Noyabr 14, 2017 | Cavabla

  7. Eladur

    Şərh tərəfindən xaqani | Dekabr 3, 2017 | Cavabla

  8. Fexrimizdir.Ela halal olsun

    Şərh tərəfindən Elcin | Yanvar 14, 2018 | Cavabla


Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: