İqlim əmələ gəlmə


İqlim yunan sözü olub mənası meyl deməkdir. İqlimin səciyyəsinin əsasını meteoroloji ünsür və hadisələrin təhlilini təşkil edir. İqlim tədqiqatlarında istilik və radiasiya balansı səth örtüyü ilə hava arasında istilik və rütubət dövranı və başqa məsələlərə diqqət yetirilir. İqlimi səciyyələndirərkən ayrı-ayrı ünsürlərlə yanaşı onun kompleks göstəricilərindən də istifadə olunur. Planetar miqyasda zonalar daxilində iqlim makro iqlim adlanır. Müəyyən bir coğrafi landşaft üçün xarakterik olub, bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim mezo iqlim adlanır. Kiçik sahələrdə (tarla, yamac, təbii və sünii göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikro iqlim deyilir. Son vaxtlar torpaq iqlimi, şəhər iqlimi anlayışı meydana gəlir. Yer üzərində iqlim şəraiti bir-birilə sıx qarşılıqlı əlaqəsi olan iqlim yaradıcı amil və proseslərin təsirindən ibarətdir.
İqlim yaradıcı amillər – günəş radiasiyası, hava axını, ərazinin mövqeyi, səth örtüyünün xüsusiyyətləri və s-dir. Əsas iqlim yaradıcı amillər isə atmosferin ümumi dövranı, istilik dövranı və rütubət dövranı, günəş radiasiyasıdır. En dairələri arasında günəş radiasiyasının fərqləri və müxtəlif xarakterli səth örtüyü (quru və ya okean) atmosferin ümumi dövranını, hava axınları sistemini yaradır. Bu axınlar isti və soyuğu bir yerdən başqa yerə aparır. Troposferdə şaquli istqamətdə istilik və rütubət mübadiləsini təmin edir. İqlimin yaranmasına təsir göstərən amillər isə coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. Coğrafi en dairələrindən asılı olaraq, ekvatordan qütbə doğru getdikcə tempratur azalır. Relyefdən asılı olaraq iqlim dəyişməsinə misal olaraq, Çerapuncinin tropiklərdə yerləşməsini göstərmək olar. Quru və su səthinin paylanması dedikdə, dəniz və okeanlara yaxınlıq və uzaqlıq nəzərdə tutulur. Dəniz və okeanlardan uzaqlaşdıqca kontenintal iqlim formalaşır. Dəniz sahillərində isə hava mülayimləşir. Okean cərəyanları da iqlimin formalaşmasında mühüm rol oynayır. Soyuq cərəyanların təsir etdiyi ərazidə soyuq havanın enən hərəkəti baş verdiyindən yağıntı düşmür və səhralar əmələ gəlir. Hakim küləklərin təsiri – Atlantik okean üzərindən keçib gələn Passatlar Cənubi Amerikanın cənub-şərqində il boyu yağıntılara səbəb olur. Beləliklə qlobal iqlim yaranmasında astronomik, yəni əsas amillər və coğrafi amillərin rolunu aydınlaşdırır. Astronomik amillərə – Günəş işığı, Yerin Günəş sistemində mövqeyi və onun hərəkəti, orbit müstəvisinə meyilliliyi və öz oxu ətrafında fırlanma sürəti və qallaktikada materiyanın sıxlığı aiddir. Bu amillər yer səthinə gəlib çatan günəş enerjisinin miqdarını və paylanmasını təmin edir ki, bu da istilik və rütubət dövranını atmosfer sirkulyasiyası yaradır. İnsan hələ ki, iqlimi istədiyi istiqamətdə dəyişdirə bilmir, lakin o səth örtüyünə təsir edərək, makroiqlim şəraitini xeyli yaxşılaşdıra bilir. İqlimin yaxşılaşdırılması üçün meşə sahələri, tarlaqoruyucu meşə zolaqlarının salınması, suvarma, rütubəti çox olan ərazilərdə bataqlıqların qurudulması aid edilə bilər.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.

Yuxarı ↑