Kateqoriya Arxivləri: Türk xalqlarının tarixi

Göytürk dövləti


I Göytürk dövləti  (552-588)
Böyük Hun dövlətinin dağılmasından sonra Altay, Mərkəzi Asiya və Böyük çöldə yaşayan bir sıra türk tayfaları jujfaların təsiri altına düşdü. 546- cı ildə Teles tayfasının üsyanı nəticəsində Jujan dövləti zəiflədi. Bundan istifadə edən Bumın Jujan hökümdarı Anaxuana qarşı üsyan qaldırdıraraq 552-ci ildə I Göytürk dövlətini qurdu. Dövlətin paytaxtı Ötükən şəhəri idi. Göytürk hökmdarları “ilxaqan” titulu daşıyırdılar. Muğan və İstəmi xaqanın dövründə I Göytürk dövləti xeyli qüvvətləndi. VI əsrin 80-ci illərində I Göytürk dövləti zəiflədi. Dövlətin zəifləməsinin səbəbləri: Oxumağa davam et

Bulqar dövləti (630-665)


Bulqar sözünün mənası “qarışmaq” deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən son-ra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı.
Bulqar-Türk dövlətinin qurucusu Asparux (643-701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu. 681-ci ildə Bizansla Asparux xan arasında sülh müqaviləsi bağlandı.

Qeyd:Bulqar-Türk dövlətinin paytaxtı əvvəlcə Pliska sonra isə Preslav şəhəri olmuşdur.
Krum xanın dövrü (803-814)
Krum xana aiddir:
*     Frankların və Bizansın məğlub edilməsi;
*     Konstantinopolun mühasirəyə alınması (814-cü il);
*     “Krum xanın qanunları”nın tərtib edilməsi.

Qeyd: Omurtaq xanın dövründə dövlət öz qüdrətini saxlasa da Boqoris xanın dövründə zəifləməyə başladı. O, 864-cü ildə xristianlığı qəbul etdi. Beləliklə, slavyanlaşan bulqarlar öz varlıqlarını itirdilər.

Rusiyada türk dövlətləri


XIII əsrin 40-cı illərində Şərqi Avropada  Qızıl Ordu dövləti yarandı. Qızıl  Ordu dövlətinə aiddir:
*   Rus knyazlıqlarının vassal  olması;
*   Paytaxtlarının Saray-Batı və Saray-Bərkə olması;
*   Feodal dövləti olması;
*   İmtiyazlı şəxslərin tarxan adlanması;
*   Xan tərəfindən idarə edilməsi;
*   Məhsul və pul vergilərinin baskaklar   tərəfindən toplanması;
*   Torpağa sahib olmaq üçün verilən fərmanın yarlıq adlanması;
*   Özbək xanın dövründə islamın rəsmi  dinə çevrilməsi(1313-1342-ci illər);
*   Kulikovo döyüşündə Moskva     knyazlığlına məğlub olması(1380-ci il);
*   ToxtamışMoskvanı ələ keçirməsi (1382 -ci il);
*   Terek döyüşündə Toxtamışın Əmir Teymura məğlub  olması (1395-ci il);
*   “Uqra görüşü”ndə məğlub olması (1480 – ci il);
*   Süqut etməsi (XVI əsrin əvvəlləri). Oxumağa davam et

Böyük Hun dövləti


Türk mənşəli hunlar Orxan ve Selenqa çayları arasındakı ərazidə yaşayırdılar. Hunlar ovçuluq və maldarlıqla məşğul olurdular. Hunlann adi ilk dəfə e.ə. III əsr Çin mənbələrində “hyuonnu ” kimi çəkilir. Hun tayfa ittifağına tanhu rğhbərlik edirdi. e. ə. Ill əsrdə 21 tayfanın birləşməsindən Böyük Hun dövləti yarandı. Dövlətin qurucusu Teoman Tanhu (e.ə. 220 – e.ə. 209) olmuşdur. 0, qüvvətli ordu quraraq Çinə hücum etdi.
e. ə. 209-cu ildə Mete Hun imperatoru oldu. O, Orta Asiyada yaşayan 20 tayfanı özünə tabe etdi.
Metedən sonra hakimiyyətə oğlu Kiok gəldi. Kiok Çinin paytaxtını ələ keçirdi. Kiokdan sonra Hun taxtına Kün Tanhu çixdi. O, ilk dəfə olaraq Çin şahzadəsi ile evləndi.Bundan istifade edən Çinlilər:
► Hun sarayına yol tapdılar
► Hunların hakimiyyəti altında olan xalqları öz tərəflərinə çəkdilər
► Hun ordusunun doyü üsullarını öyrəndilər.
e. ə. 58-ci ildə anası çinli olan Hoxanyəh Hun taxtına çıxdı. O, Çin dövlətinin himayəsinə keşmək istədi. Lakin qardaşı Çiçi ona qarşı çıxdı. Daxili çəkismələr nəticesində Böyük Hun im-periyası aşağıdakı hissələrə bölündü:
► Qərbi Hun dövləti – Çiçi
► Şərqi Hun dövləti – Hoxanyəh
Çiçi e. ə. 36-cı ildə Tanrı dağlarının simalını, Orta Asiyanı və İssik gölünün ətrafinı ələ keçirdi. Lakin Çin e. ə. 36-cı ildə Qərbi Hun dövlətinə son qoydu. Məğlub olan Qərb hunları Ural dağlarına tərəf çekildilər. Şərqi Hun dövləti isə Çinin hi­mayəsinə girdi. e. ə. 18-ci ildə Çin dövlətinin zəifləməsi ilə Şerqi hunlar yenidən müstəqillik qazandılar. Bir qədər sonra Şerqi Hun dövləti Çimal və Cənub hissələrine bölündü.
Şimal hunları Çin hücumu nəticəsində qərbə doğru çekildilər. Cənub hunları ise Çinin əsarətinə düşdülər.

Dehli sultanlığı


Hindistanda racələr arasında gedən uzunmüddətli ara müharibələri ölkəni xeyli zəiflətmişdi. Hind icmalarında sosial narazılıqların kəskinliyi, kastalar arasındakı düşmənçilik, tayfalararası çəkişmələr Hindistanın türk tayfaları tərəfindən işğalına şərait yaratdı. 1175-ci ildəsərkərdə Səhabəddin Məhəmməd Gurlu Pəncab şəhərini tutaraq, Qəznəvi sülaləsinin hakimiyyətinə son qoydu. O, 1192-ci ildə hind knyazlarının birləşmiş qoşununu məğlub edərək, bütün Doabın (Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayət) hakimi oldu… 1199-cu ildə Bihar və Benqaliya vilayətləri də Gürlü sülaləsinin hakimiyyəti altına düşdü. İşğal olunmuş əraziləri Məhəmməd Gurlu türk mənşəli sərkərdələrin idarəsinə verdi. İqta sahiblərinə nəzarət etmək üçün onun varisi Qütbəddin Aybəyin rəhbərliyi altında xüsusi idarə də yaradıldı. Oxumağa davam et

Qazan xanlığı


XIV əsrdə Volqa çayının aşağı və orta axarlarında iqtisadi və mədəni yüksəliş baş verdi. Bu yüksəlişdə İdil Bulqar padşahlığının ənənələri böyük rol oynadı. XV əsrin birinci yarısında Orta Volqaboyunun Qızıl Ordudan ayrılması nəticəsində Kama çayının Volqa çayına töküldüyü yerin yaxınlığında müstəqil Qazan xanlığı yaradıldı. Qızıl Ordu xanı Ulu Məhəmməd 1437-ci ildə Qızıl Orduda baş verən daxili çəkişmələr nəticəsində Saray-Bərkə şəhərini tərk etdi və Qazan şəhərini öz dövlətinin paytaxt elan etdi. Ulu Məhəmməd yeni yaratdığı dövlətin mövqelərini möhkəmləndirmək üçün ayrı-ayrı türk bəylərini itaət etməyə çağırdı. Volqanın sol sahilində yaşayan çəmən çeramisləri, çayın uca sağ sahilində yaşayan dağ çeremisləri, udmurtlar, çuvaşlar Qazan xanlığının hakimiyyətini qəbul etdilər.

Qazan xanlığı əlverişli coğrafi mövqeyə malik idi. (Xanlığın ərazisi indiki Tatarıstan respublikasının bir hissəsini təşkil edirdi.) Qərbdə Qazan xanlığının ərazisini Moskva knyazlığından Sura çayı ayırırdı. Bu xanlıq ticarət cəhətdən olduqca əlverişli şəraitdə yerləşirdi. Belə ki, xanlığın ərazisində mühüm su yolları-Xəzər dənizinə tökülən Volqa, Ural tərəfdən axıb gələn Kama və Oka çayları burada bir-birinə qovuşurdu. Buxara və Xivəyə gedən karvan yolları da buradan keçirdi. Bu ölkə maldarlıq və əkçinlik vilayətlərinə, arıçılıq, ovçuluq və balıqçılığın inkişaf etdiyi ərazilərə malik idi. VIII-X əsrlərdə Volqa ilə Kama sahillərində bulqar tayfalarının qaynayıb qarşıması nəticəsində Volqa-Kama bulqarları yaranmışdı. Qazan türkləri vahid bir xalq kimi XIIIəsrdə monqolların hücumlarından sonra formalaşmağa başlamış, bu proses əsasən XVI əsrin sonlarında başa çatmışdı. Bulqar türklərinin böyük tayfalarından biri Qazan adlanırdı. Qazan tayfasına mənsub ailələr Cənubi Qafqazda gəlib məskunlaşmışdılar. Bunu indiki Azərbaycan Respublikasının, habelə Qərbi Azərbaycanın ərazilərində Qazançı adlı kəndlərin olması da sübut edir.

Qazan xanlığının  təsərrüfat həyatı. Dövlət quruluşu. Əhalinin başlıca məşğuliyyəti əkinçilik, maldarlıq, meşə arıçılığı və sənətkarlıq idi. Qazan sənətkarları müxtəlif metal növlərindən əşyalar və bəzək şeyləri hazırlamaqla məşhur idilər. Xanlığın əhatə etdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti bu yerlərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olmasına geniş imkan yaradırdı.

Geniş meşələr ölkəni xəz dəri ilə təmin edirdi. Xəz dəri və meşin xanlığın başlıca ixracat malları idi. Qazanın İran, Azərbaycan, Rus torpaqları, Sibir vəMərkəzi Asiya bazarları ilə geniş ticarət əlaqələri var idi. Şərq bazarları ölkəni parça və zərgərlik malları ilə təchiz edirdi. Sibirdən buraya xəz dərilər, Rus torpaqlarındanduz gətirilirdi. Volqadakı ticarət adasında hər il yarmarka (ildə bir dəfə keçirilən beynəlxalq bazar) keçirilirdi. Yarmarkada İrandan, Həştərxandan, Krımdan,Mərkəzi Asiyadan və Qafqazdan gələn tacirlər fəal iştirak edirdilər. Ticarət xanlığa böyük gəlir gətirdiyi üçün Qazanda iri karvansaralar, qonaq evləri, məscidələr tikilmişdi. O vaxtdan Volqaboyunda və sonra bütün Rusiyada Qazan yeganə şəhər idi ki, şərq üslubunda daim fəaliyyət göstərən hamamlar var idi. Qul alveri də geniş yayılmışdı.

Feodallar mülkləri Qazan şəhərinin ətrafında yerləşmişdi. Xan iri feodallara bütöv vilayətləri iqta kimi verirdi. Onlar isə həmin yerlərin əhalisindən yasaq olaraq pul və başqa məhsullar toplayırdılar. Onların mülkləri xanın xeyrinə vergi verməkdən və başqa mükəlləfiyyətlərdən azad idi. Qazan feodalları arasında çəkişmələrdən istifadə edən qonşu ölkələrin aramsız hücumları ölkə üçün təhlükəli vəziyyət yaradırdı.

Dövlətin başında xan dururdu. Xanqdan sonra mühüm mövqeyi xanın irsi məşvərətçisi sayılan kərəçlər tuturdular. Daha sonra bəylər, murzalar xırda feodallar gəlirdi. Ruhanilər də feodal əyanlar təbəqəsinə daxil idilər. Ən mühüm məsələləri həll etmək üçün xan özünün bütün vassallarını qurultaya-bütün Qaza ntorpaqlarının şurasına çağırırdı. «Qara camaat» dövlətin idarə işlərinə buraxılmırdı. Kənd yerlərində onlar «aksakkal» adlanan qocalar tərəfindən idarə edilirdilər. Vergi işlərinə darğa baxırdı.

Moskva knyazlığı ilə münasibətlər. Ulu Məhəmmədin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Qazan xanlığının yüksəlişi, ətraf ərazilərdə nüfuzunun artması; xanlığın təbii sərvətləri, habelə Volqa çayı kimi mühüm ticarət yolunun onun ixtiyarında olması. Ulu Məhəmməd hakimiyyətdə olduğu 1437-1445-ci illər ərzində Moskva knyazlığının işğalçı məqsədlərinin həyata keçirilməsinə nəinki mane oldu, hətta bir neçə dəfə Moskva knyazlığı üzərinə yürüş edərək, uğurlu nəticələr də əldə etdi. 1439-cu ildə isə Moskvanın lap yaxınlığına qədər irəliləyə bildi.1444-cü ildə Suzdal yaxınlığında rus qoşunları darmadağın edildi. Ulu Məhəmməd Rusiyanın ayrı-ayrı şəhərlərini idarə etmək 500 nəfərdən çox türkü müxtəlif vəzifələrə təyin etdi. Rus knyazları Qazan xanlığından asılı vəziyyətə düşdü. 1467-ci ildə Moskva knyazı III İvan Qazan üzərinə hücum etsə də, uğursuzluğa düçar oldu. 1468-ci ildəki hücumda ruslar yalnız bayır şəhəri tuub yandıra bildilər. Qazanlılar şəhəri müdaifə etdilər, hətta əks hücumla rusları Nijni-Novqorodda qədər qovudalr. Həmin ildə ruslar ikinci yürüşü zamanı qəfildən qazanlıları yaxaladılar. Müvəffəqiyyətsizliyə uğrayan xan sülh bağlamağa məcbur oldular.

1479-cu ildəQazanda hakimiyyətə Moskva əleyhdarı olan Əli xan gəldi.1480-ci ildə Moskva knyazlığının Qızıl Ordudan asılılığı ləğv ediləndən sonra Rusiya-Qazan münasibətləri daha da kəskinləşmişdi. 1487-ci ildə ruslar Qazanı tutdular, Əli xanı əsir edib Beloozeriyaya sürgün etdilər. III İvan xanın qardaşları Məhəmməd Əlini və Əbdüllətifi növbə ilə taxta əyləşdirdi. Onlar xanlığı Moskvanın vassalı kimi idarə edirdilər. Ulu Məhəmməd sülaləsinin son nümayəndəsi olan Məhəmməd Əmin 1518-ci ildə vəfat etdi. Moskva onun yerinə Şah Əlini xan hazırlamışdı. Lakin bu plan baş tutmadı. Qazan xanı Şəfa Gəray oldu. O, yerli feodalların və din xadimlərinin köməyi ilə hakimiyyətini qismən möhkəmləndirə bildi.Qazan xanlığı 1552-ci ildə Rusiya çarı IV İvan Qroznı tərəfindən işğal olunaraq süquta uğradılmışdır.

Həştərxan xanlığı


Qazan xanlığı ilə eyni vaxtda Qızıl Ordudan ayrılaraq müstəqil dövlətə çevrilən Həştərxan xanlığının mərkəzi Həştərxan şəhəri idi. Bu şəhər indiki Həştərxan şəhərindən təxminən 12 km məsafədə yerləşən Hacıtərxan kəndinin yerində yaranmışdı. Xanlığın əsası Qızıl ordu xanlarından biri olan Kiçik Məhəmmədin nəvəsi Qasım xan tərəfindən qoyulmuşdur. Böyük karvan yolu və su qovşağında yerləşən bu kənd sürətlə böyüyərək ticarət mərkəzinə çevrildi. Bu ərazidə Həştərxan türkləri ilə yanaşı, xəzər, bolqar,peçeneq kuman türkləri də yaşayırdılar.

Həştərxan xanlığının ərazisi Aşağı Volqa sahillərindən başlayaraq Şimali Qafqazadək olan geniş bir ərazini əhatə edirdi. Həştərxan şəhəri ölkəni şərqdə Xarəzm və Buxara ilə, cənubda Qafqaz və Krımla, şimalda rus torpaqları və Qazan xanlığı ilə birləşdirirdi. Şəhərin belə bir əlverişli mövqedə yerləşməsi ona böyük ticarət əhəmiyyəti qazandırmışdı. Təxminən bir əsr ərzində müstəqil bir dövlət kimi fəaliyyət göstərən Həştərxan xanlığı bir müddət Qızıl Ordudan, Krım xanlığından və Noqay Ordusundan asılı vəziyyətdə olmuşdur. Təsərrüfat həyatı. Xanlığın ərazisi geniş otlaqlardan ibarət olduğu üçün qədim zamanlardan bu yerlərin əhalisinin əsas məşğuliyyəti maldarlıq olmuşdur. Əhalinin digər məşğuliyyət növləri yardımçı sənətlər, ovçuluq və balıqçılıq idi. Bu ərazidə balıq vətəgələri və çoxlu duz gölləri var idi. Əkinçilik mədəniyyəti qismən də olsa inkişaf etmişdi.

Həştərxan xanlığı öz ictimai və dövlət quruluşuna görə digər türk dövlətlərindən çox az fərqlənirdi. Ölkədə feodal təsərrüfat sistemi hökm sürürdü. İri dünyəvi və ruhani feodallar hakimiyyədə xüsusi rol oynayırdılar. Xan qeyri-məhdud hakimiyyətə malik idi. Xandan sonra ən böyük səlahiyyət bəylərin, murzaların və ruhanilərin əlində cəmləşmişdi. «Qara camaat» adlandırılan sosial təbəqə də onlara tabe idi. Qara camaat yasaq adlanan vergi ödəyirdi, feodallar isə vergilərdən azad idilər. Mərkəzi dövlət aparatı ilə yanaşı, yerli dövlət orqanları fəaliyyət göstərirdi. Bu orqanlara xanın yaxın qohumları, iri feodallar və din xadimləri başçılıq edirdilər.

Tamamilə müstəqil olan ayrı-ayrı ulusların hakimləri xanın hökmranlığını xeyli məhduldlaşdırırdılar. Bu hakimlər içərisində birinci yeri xanın silahlı dəstələrinin baş komandanı olan kalqa tuturdu. Kalqanın böyük hüquqları var idi. O, xanın varsi hesab olunur, xan tərəfindən öz sülaləsinə mənsub olan xanzadalar arasından təyin olunurdu. Ölkədə şəriət qanunları hökm sürürdü. Qonşu dövlətlərlə münasibətlər. Həştərxan xanlığının ərazisi qızğın

ticarət mərkəzi idi. Odur ki, onun qonşu dövlətlərlə münasibətlərində ticarət əlaqələri mühüm yer tuturdu. Mərkəzi Asiya, Sibir və Qazaxıstandan buraya çoxlu şərq parçaları, ipək, müxtəlif ədviyyat malları, saxsı qablar gətirirdilər. Əvəzində isə qiymətli xəz dəriləri,gön, balıq, duz aparırdılar. Rus şəhərlərindən buraya hər il duz aparmaq üçün gəmilər gəlirdi. Həştərxan hökuməti ilə əldə edilmiş sazişə əsasən Moskva knyazlığından buraya balıqçı dəstələri göndərilirdi. Həmin dəstələrə yerli türk əhalisi ilə birlikdə balıq tutmağa icazə verilmişdi.

XV əsrin sonlarından başlayaraq xanlığın ticarət əlaqələri daha da genişlənirdi. Ticarət əlaqələri ölkənin etnik tərkibinin dəyişməsinə də güclü təsir etmişdi. Həştərxanda və onun ətraf ərazilərində rusların, ermənilərin və yəhudilərin sayı xeyli artmışdı. Həştərxana Venesiyadan da tacirlər gəlirdi. Əhalisi az və zəif olan Həştərxan xanlığı qüdrətli qonşu dövlətlərlə rəqabətə tab gətirmir və getdikcə zəifləyirdi. Çoxdan bəri Həştərxan torpaqlarını ələ keçirmək istəyən Rusiya dövləti üçün belə bir fürsət XVI əsrin 50-ci illərində yarandı.

Osmanli dövləti


Osmanlı dövlətinin yaradılması. Osmanlı imperatorluğunun qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiyaya yürüşü ilə əlaqədar 70 min nəfərə yaxın oğuz türkü Anadoluya köçmüşdü. Təxminən 400 çadırdan ibarət qəbilənin başında Gündüz Alp dururdu. Qayı sərkərdəsi Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşmışdılar. Ərtorğrul 1231-ci ildəqayı tayfasını Ankara sərhədlərinə gətirmiş və səlcuq sultanından Söydlü qəsəbəsini və Domançı yaylağını iqta olaraq almışdı. Bunun müqabilində qayılar Bizansla olan sərhədləri qorumalı idilər.

Söyüddə yaşayan qayılar ətrafdakı Bizans hakimlərini özlərindən asılı vəziyyətə salaraq, onları xərac verməyə məcbur etdilər. Ərtoğrul bəy 1289-cu ildəvəfat etdikdən sonra, oğlu Osman bəy qayıların başçısı oldu. Əmisi Dündar bəy ona qarşı çıxsa da, Osman Qazi qalib gəldi və öz sərhədlərini genişləndirməyə başladı.Əskişəhər-İraq yolunu ələ keçirməklə osmanlılar Konya sultanlığının varlığına son qoydular və 1299-cu ildə öz dövlətlərini yaratdılar. Osman bəy türk qəbilə başçısı Şeyx Ədəbalının qızı ilə evlənərək, türk bəyləri içərisində öz nüfuzunu daha da möhkəmləndirdi. Osman Qazinin əsas planlarından biri Bursa şəhərini ələ keçirmək idi. Türk qoşunları 1314-cü ildə Bursanı mühasirəyə aldılar. Qala olduqca güclü müdafiə olunurdu. Osmanın oğlu Orxan Qazinin başçılıq etdiyi 12 illik mühasirədən sonra, qalanı 1326-cı ildə tutmaq mümkün oldu. Bursanın fəthi Osmanlı tarixində dönüş nöqtəsi oldu. Bu şəhər 1329-cu ildə Osmanlı dövlətinin paytaxtı oldu. Osmanlılar Mərmərə dənizinin Anadolu hissəsinə həmişəlik yiyələndilər. Osman Qazidən sonra hakimiyyətə gələn Orxan Qazi (1326-1362) dövlət quruculuğu işləri ilə də məşğul olmağa başladı, hakimiyyət orqanlarını və onların vəzifələrini müəyyənləşdirdi. Ölkə vilayətlərə və dairələr bölündü. Orxan Qazinin ən böyük arzularından biri də mühüm iqtisadi və strateji əhəmiyyətli Konstantinopolu ələ keçirmək idi. Bunun üçün ilk növbədə Nikeya şəhərini tutmaq lazım gəlirdi. 1329-cu ildə baş vermiş Maltəpə döyüşündə sayca üstün olan Bizans ordusu darmadağın edildi. Nikeya şəhəri təslim oldu. Orxan Qazinin əmri ilə burada bərpa işləri aparıldı, kilsələr məscidlərə çevrildi, saraylar və mədrəsələr inşa olundu. Şəhərin adı dəyişdirilərək İznik adlandırıldı. Bununla da Bizans Anadoludakı güclü dayaqlarından birini itirdi. İznikin idarəsi şahzadə Süleyman paşaya tapşırıldı. 1337-ci ildə Nikomediya şəhəri də Osmanlı dövlətinin tərkibinə qatıldı. Orxan qazi Nikomediyaya çoxlu türk ailələri köçürtdü. Bu şəhər isə İzmit adlandırıldı. Osmanı dövlətinin sərhədləri Konstantinopola qədər genişləndi və Egey dənizi sahillərinə qədər olan əraziosmanlıların nəzarəti altına keçdi.

XIV əsrin 30-cu illərində Bizansda güclü daxili çəkişmələr başladı. imperator kömək üçün osmanlılara müraciət etməyə məcbur oldu. Şahzadə Süleyman paşa qiyamçı serbləri darmadağın etdi və əlverişli şəraitdən istifadə edərək 1354-cü ildə Gelibolunu və ətrafdakı Bizans qalalarını ələ keçirtdi. Türklər fəth etdikləri yerlərin əhalisi ilə yaxşı rəftar edir, eyni zamanda buraya çoxlu türk ailəsi də köçürürdülər. Süleyman paşanın bu qələbəsi nəticəsində türklər Balkanlarda əlverişli strateji mövqe qazandılar.

Osmanlı imperatorluğunun meydana gəlməsi. Süleyman paşadan sonra hakimiyyətə oğlu Sultan I Murad (1359-1389) gəldi. O, Osmanlı dövləti tarixində ilk dəfə olaraq sultan titulunu qəbul etdi. Sultan I Murad Adrinopola (Ədirnəyə)gedən yolları ələ keçirdi. 1361-ci ildə Ədirnə, Plovdiv, Sofiya, Şumen, Nis şəhərləri və Şərqi Frakiyanın qonşu bölgələri ələ keçirildi. Sultan Murad Ədirnədə abadlıq işlərinə başladı, saraylar, mədrəsələr və məscidlər inşa etdirdi. Bu şəhər Osmanı dövlətinin paytaxtına çevrildi.

Bu zaman Balkan yarımadasında üçüncü böyük dövlət Bizans idi. Lakin Bizans özünün keçmiş hərbi qüdrətini itirmişdi. Onun dənizsahili vilayətlərindəvenesiyalılar və genuyalılar ağalıq edirdilər XIV əsrdə Balkan yarımadasındakı dövlətlər həm daxildə gedən feodal ara müharibələri, həm də həmin dövlətlərin öz aralarında gedən mübarizə nəticəsində zəifləmişdilər. 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan osmanlılardan asılılığı qəbul etməyə məcbur olmuşdular. Balkan yarımadasında türklərə müqavimət göstərə biləcək yeganə güclü dövlət Serbiya idi. Serbiya XIV əsrin birinci yarısında xeyli qüvvətlənmişdi. Kral Stefan Duşanın(1331-1335) hakimiyyəti dövründə Serbiya krallığı cənubda Egey dənizinə qədərolan əraziləri əhatə edirdi. Lakin onun ölümündən sonra Serbiya çoxlu feodal mülklərinə parçalanmışdı. 1371-ci ilin sentyabrın 26-da osmanlılar Çirməndöyüşündə serbləri ağır məğlubiyyətə uğratdılar. Serbiya osmanlılardan asılılığı qəbul etməyə, hər il müəyyən miqdarda əsgər və vergi verməyə məcbur oldu. Osmanlılarla serblər arasında 1389-cu il iyunun 25-də baş vermiş I Kosovo döyüşündə türklər misilsiz qələbə qazandılar. Serb çarı Lazar öldürüldü. Lazarın döyüş zaman əsir düşmüş yeznəsi Miloş Obiliç riyakarcasına bildirdi ki, o, İslam dinini qəbul etmək qərarına gəlmişdir. Bu münasibətlə sultanın ayağını öpmək istəyir. Muradın yanına gəlməyə nail olan Miloş xaincəsinə qəflətən Sultan Muradın üstünə atılaraq, onu ölümcül yaraladı. Öhzünü sultan elan edən I İldırım Bayazid (1389-1402)Serbiyanın müstəqilliyinə son qoydu. Nəticədə Osmanlı dövlətinin sərhədləri qərbdən Dunay çayının sahillərinə qədər genişləndirildi.

1393-cü ildə türklər Bolqarıstanın paytaxtı Tırnovo şəhərini ələ keçirdilər.XIV əsrin sonuna yaxın Bosniyanın çox hissəsi türklərin hakimiyyəti altına düşdü. Türklər Albaniyaya da daxil oldular. Macar karlı Sigizmund fransız, ingilis, alman və çex cəngavərlərinin iştirakı ilə türklərə qarşı səlib yürüşü təşkil etdi. 1396-cı ilsentyabrın 25-də Bolqarıstan ərazisində Niqbolu (Nikopol) döyüşündə türklər qələbə qazandılar. Bununla da bütün Bolqarıstanın işğalı başa çatdırıldı.

1399-1400-cü illərdə Bayazid Səlcuq imperatorluğunun tərkibinə daxil olmuş digər əraziləri-Qaraman bəyliyini, Sivası və Malatyanı da ələ keçirtdi. Türk hakimiyyətiŞərqi Avropaya qədər yayıldı və qüdrətli Osmanlı imperatorluğu yaranmağa başladı.

Osmanlı fəthlərini yüngülləşdirən əsas səbəblərdən biri də xristian dövlətlərində feodalizm zülmündən cana doymuş zəhmətkeş xalqın, ilk növbədə kəndlilərin türklərə nəinki müqavimət göstərməməsi, hətta çox vaxt könüllü olaraq onların tərəflərinə keçməsi idi. Türklər vergiləri bir qədər yüngülləşdirir, ayrı-ayrı dini etiqadlara maneçilik törətmirdilər.

XIV əsrin sonlarında Bayazid Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth etmək məqsədlə də Asiya sahillərində Anadoluhisar qalasını tikdirdi. XV əsrin əvvəllərində Osmanlı imperatorluğunun başı üstünü təhlükə aldı. Digər qüdrətli türk cahangiri Əmir Teymur Kiçik Asiyaya yürüş etməklə Aydınoğullar, Germian, Saruxanoğullar və Mentəşə bəyliklərində öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı. Onlar bu məqsədlə Teymura müraciət etdilər. Digər tərəfdən Teymur tərəfindən ölkələri işğal edilmiş Cəlairi hökmdarı Sultan Əhməd və Qaraqoyunlu Qara Yusif İldırım Bayazidə sığınaraq ondan kömək istədilər. Bayazid Konstantinopolun mühasirəsi ilə məşğul olduğu zaman Teymur Şərqi Anadoluya girərək Sivası və Malatyanı tutaraq Dəməşqə qədər irəlilədi. Məmlükləri özünə tabe etdi. Sonra isə Kiçik Asiyanı tərk edib Azərbaycana qayıtdı.

Bayazid Konstantinopolun mühasirəsinə fasilə verib Şərqi Anadoluya gəldi.Sivas Ərzincan və Kemahı geri aldı. Əhməd Cəlairinin və Qara Yusifin köməyinə yeni qüvvələr göndərdi. Bu hadisələr iki qüdrətli türk cahangirini qarşılaşdırdı. Teymur qışı Qarabağda keçirdikdən sonra 1402-ci ildə təkrar Anadoluya yürüş etdi. Bu dəfə hədəf Osmanlı dövlətinin torpaqları oldu İldırımın ordusunun bir hissəsi Konstantinopolun mühasirəsi, bir hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı sayca xeyli az hərbi qüvvə toplamışdı. Teymurun ordusundə döyüş filləri də var idi. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. 1403-cü ilin yazında Teymurun onu Səmərqəndə aparacağından xəbər tutan Bayazid zəhər içərək özünü öldürdü. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən Anadolu bəyliklərinin xəyanəti də böyük rol oynamışdı.

Teymur Osmanlı dövlətini zəiflətmək üçün bəyliklərin müstəqilliklərini bərpa etdi. Osmanlıların hakimiyyəti altında olan əraziləri isə Bayazidin dörd oğlu arasında bölüşdürdü. Bayazidin oğulları arasında gedən hakimiyyət mübarizəsi Osmanlı dövlətini xeyli zəiflətdi.Osmanlı tarixində «səltənət fasiləsi» adlandıralan on bir illik dövrdə gedən mübarizə Mehmet Çələbinin qələbəsi ilə başa çatdı.

Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də bilmədən Avropanı xilas etdi və bütün türk dünyasının gələcək faciəsi üçün zəmin hazırladı. Təsadüfi deyildir ki, bu xəbəri eşidən Roma papası Avropa ölkələrinin kilsələrində üç gün fasiləisz olaraq, kilsə zənglərinin sədaları altında şükranlıq duası oxutdurmuşdu.

Osmanlı imperatorluğunun daha da genişlənməsi. Sultan II Muradın(1421-1451) hakimiyyəti dövründə Osmanlı dövləti əvvəlki qüdrətini bərpa etdi.1430-cu ildə II Murad Teymurla mübarizə zamanı yenidən Bizansın əlinə keçmiş Salaniki geriyə qaytardı. 1431-ci ildə Varna tutuldu. Bu bölgələr dərhal türk əhalisi ilə məskunlaşdırıldı. 1444-cü ildə II Murad oğlu 14 yaşlı Mehmetin xeyrinə hakimiyyətdən əl çəkdi. Hökmdarın yaşca çox gənc olması avropalılarda Osmanlı dövlətinin zəifləyəcəyi ümidin doğurmuşdu. Ona görə də onlar türklərə qarşı yeni (beşinci) səlib yürüşü təşkil etdilər. II Mehmetin və saray əyanlarının təkidi ilə II Murad yenidən qoşuna komandanlıq etməyə başladı. 1444-cü ildə Vrana döyüşündə Yanos Hunyadinin başçılıq etdiyi birləşmişmacar-çex qüvvələri darmadağın edildi. Bundan sonra Mehmetin xahişi ilə II Murad hakimiyyəti yenidən əlinə aldı. 1448-ci ildə II Kosovo döyüşündə türklər Yanos Hunyadinin səlbibçi qüvvələrini məğlub etdilər.1451-c ildə II Murad öldükdən sonra hakimiyyətə yenə oğlu II Mehmet (1451-1481) keçdi.

Sultan II Mehmet 1453-cü ilin yazında Konstantinopolu qurudan mühasirəyə aldı. Türklər öz gəmilərini Mərmərə dənizinə yeritdilər. Bu vaxt Bizans imperiyası böhran keçirirdi. Saray çəkişmələri və hakimiyyət uğrunda mübarizə mərkəzi hakimiyyəti zəiflətmiş, maliyyə sistemini pozmuş, ordunu döyüş qabiliyyətindən məhrum etmişdi. İmperiyanın ərazisi yalnız Konstantinopolun ətrafından ibarət idi və hər tərəf türk torpaqları ilə əhatə olunmuşdu. Divarların altından lağım atıb şəhərə daxil olmaq cəhdi uğursuluqla nəticələndi. II Mehmetin əmri ilə türk gəmiləri Konstantinopolun daxili limanına-Qızıl Buynuz limanına keçməli idi. Lakin Qızıl Buynuz limanının yolu ağır zəncirlərlə bağlanmışdı. Belə olduqda, osmanlılar gecə öz gəmilərini quru yolla çəkib şəhərin daxili limanına saldılar: bunun üçün onlar limana gedən quru yola taxta döşəyib üstünü piylədilər və öz gəmilərini həmin piylənmiş taxtaların üstü ilə sürüyərək, qızıl Buynuz limanına keçirtdilər. 53 günlük mühasirədən sonra,1453-cü il mayın 29-da Konstantinopol alındı. Vuruşmanın sonunda Bizans imperatoru XI Konstantin həlak oldu. Bizans imperiyasının varlığına son qoyuldu. Türklərin İstanbul adlandırdıqları Konstantinopol şəhəri imperatorluğunun paytaxtına çevrildi. II Mehmetə «Fateh» təxəllüsü verildi. Osmanlı qoşunları Konstantinopolu tutmaqla Avropanı Asiya ilə birləşdirən ticarət yollarını nəzarət altına aldılar. Bu, İtaliya şəhərlərinin Şərq ölkələri ilə ticarətinə ağır zərbə vurdu.

Sultan II Mehmet zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirliklərini də tabe etdi. Onun ordusu Krımdakı Genuya koloniyası olan Kəfəni ələ keçirtdi. 1475-ci ildə Krım xanlığı Osmanlı dövlətindən vassal asılılığını qəbul etdi. Fateh Mehmet Moreya yunan knyazlığını, Afina hersoqluğunu da imperatorluğun tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova və Valaxiya da sultandan asılı vəziyyətə düşdülər.

Osmanlı imperatorluğu Venesiya ilə də uzun sürən müharibə aparmalı oldu.1479-cu ildə Albaniya tabe edldi və Venesiya ilə sülh müqaviləsi imzalandı. Venesiya Egey dənizindəki adalarını Türkiyəyə verdi və hər il 1000 dukat məbləğində bac verməyi öhdəsinə götürdü. Venesiyalılar Krit və Korfu adalarını qoruyub saxlaya bildi. Osmanlı imperatorluğu ərazisində vensiyalılara gömrüksüz ticarət hüququ verildi.

Fateh II Mehmetin vəfatından sonra hakimiyyətə oğlu II Bayazid (1481-1512) gəldi. Lakin qardaşı Cem onun hakimiyyətini tanımadı və Bursada özünü sultan elan etdi. Sonra isə Cem Osmanlı imperatorluğunun iki hissəyə-Anadolu və Rumeli dövlətlərinə bölünməsini, özünün Anadoluda, Bayazidin isə Rumelidə hökmdar olmasını təklif etdi. Lakin Bayazid bu təklifi rədd etdi. Yenişəhər döyüşündə Cem məğlub oldu. Qahirədə, sonra sə Fransada mühacir həyatı yaşamağa məcbur oldu. Avropa dövlətlərinin ondan Osmanlı imperatorluğuna qarşı istifadə etmək cəhdi nəticə vermədi. Səfərlərin birində Gem vəfat etdi və cənazəsi türklərə təqdim olundu.

Osmanlı imperatorluğunun idarə olunması Osmanlı qoşunlarının əsas hissəsini akınçı adlandırılan atlı feodal qoşunları təşkil edirdi. Bu qoşun hərbi xidmət əvəzində sultandan torpaq almış döyüşçülərdən ibarət idi. Lakin süvari qoşun Osmanlı fəthlərinin tələblərinə cavab vermirdi. Xüsusilə qalaların alınması zamanı süvarilər lazımi rol oynaya bilmirdilər. İlk dəfə olaraq Orxan Qazi baş vəziri Əlaəddinin məsləhəti ilə muzdlu piyada və süvari qoşunları yaratdı. Orduda baş verən yeniliklərin biri də yeniçəri adlandırılan qoşun hissələrinin təşkili idi. Tabe ölkələrdə sağlam və qüvvətli uşaqları valideynlərin əlindən alır, müsəlmanlaşdırırdılar. Yeniçəriliyə qəbul edildikdən sonra onlar sultandan çoxlu bəxşiş alır və öz hökmdarlarına sədaqətlə qulluq edirdilər.

Müharibə türk feodallarının əsas məşğuliyyəti olduğu üçün onların güclü sultan hakimiyyətinə ehtiyacları var idi. Sultan qeyri-məhdud hakimiyyətə malik hökmdar idi. Sultandan sonra dövlətdə əsas vəzifəni baş vəzir tuturdu. Baş vəzir dövlətin möhürünü saxlayır, siyasi işlərə rəhbərlik edirdi. Vəzirlər, bəylərbəyi vəsancaqbəyilər də ona tabe idilər. Maliyyə işlərinə rəhbərlik edən vəzifəli şəxsə dəftərdar deyilirdi. Sultanın yanında Ali Məsləhət Şurası rolunu oynayan Divanfəaliyyət göstərirdi. Orxanın vaxtında ölkə ərazisi ilk dəfə olaraq inzibati vahidlər olan paşalıqlara və sancaqlıqlara bölündü. Paşalığın başında sultan tərəfindən təyin olunmuş və geniş səlahiyyələrə malik olan paşa dururdu. Sancaqlara isəsancaqbəyilər rəhbərlik edirdilər. Onlar həm də qoşun başçıları idilər.

XV əsrin ikinci yarısında Osmanlı imperatorluğu iki böyük canişinliyə-Anadolu və Rumeli bəylərbəyliklərinə bölünmüşdü Anadolu bəylərbəyiliyi Kiçik Asiya, Rumeli bəylərbəyiliyi isə Avropa torpaqlarını əhatə edirdi. Hər bəylərbəyiliyin başında bütün hərbi və inzibati hakimiyyəti əlində cəmləşdirən bəylərbəyi dururdu.

Osmanlı dövlətində torpaq mülkiyyətinin dörd forması mövcud idi:dövlət torpaqları, sultan ailəsinə məxsus torpaqlar, vəqf torpaqları, mülk. Sultan bütün torpaqların sahibi hesab edilirdi. Sultan ailəsinə və saraya məxsus torpaqlar səlcuqlarda olduğu kimi, osmanlılarda da xass adlanırdı. Ən böyuk torpaq sahibliyindən biri də şəxsi adamların əlində olan mülk idi. Osmanlı imperatorluğunda da dini idarələrə, ruhanilərə və məscidlərə məxsus olan vəqf torpaq mülkiyyəti forması mövcud idi.

Böyük Səlcuq imperiyası


XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.

Qəznəvi hökmdarı Sultan Mahmud Mavəraənnəhri (Orta əsrlərdə qərbdən Aral gölü, cənubdan Amudərya, şimaldan Sırdərya, şərqdən Fərqanə ilə əhatə olunan ərazi) ələ keçirdikdən sonra 1009-cu ildə Səlcuğun oğlanları Mikayıl və İsraili həbs etdi, səlcuq tayfalarını isə Xorasanvilayətində yerləşdirdi. Mikayılın oğlanları Çağrı bəy və Toğrul bəy qəznəvilərə qarşı mübarizəyə başladıar. Səlcuqlar Sultan I Məsuddan yeni ərəzilər tələb etməyə başladılar. Onlar I Məsudun Hindistana yürüş etməsindən istifadə edərək Bəlx, Tus, Mərv şəhər-lərini tutdular. 1038-ci ildə isə Sultan I Məsud məğlub edildi və səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapura daxil olaraq öz dövlətinin yaradıldığını elan etdilər. Böyük Səlcuq imperatorluğunun (1038-1157) əsası qoyuldu.

Dəndənəkan döyüşü. Nişapurun əldən çıxması sultan I Məsudun 50 minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəznəvilərə heç bir köməklik göstərmirdi. 1040-cı il mayın 23-də Dəndənəkan döyüşündə səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi. Qəznəvilər ordusundan 3000 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063).

Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxalifətdə olması, xalqın narazılığı və türk qulamlarının onlarla qohum olan səlcuqlara rəğbət bəsləməsi Dəndənəkan məğlubiyyətinin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sahibinə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeliyində, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu.

Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043-cü ildə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054-cü illərdəSistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İsfahan, Əhvaz, Xuzistan və Bəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətininvarlığına son qoyuldu.

Səlcuqların 1054-cü ildə Cənubi Qafqaza yürüşündə əsas məqsəd burada olan müsəlman dövlətlərini-Şəddadiləri, Şirvanşahları, Tiflis müsəlman əmirliyini öz tərəfinə çəkmək və onlardan Bizansa qarşı gələcək mübarizədə yardımçı kimi istifadə etmək idi. Şəddadi hökmdarı ilə səlcuq sultanı arasında bağlanmış müqaviləyə əsasən Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı birgə ittifaq yaratmaq barədə razılıq əldə olundu.

Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdada daxil oldu. Xəlifə onu «Şərqin və Qərbin hökmdarı» elan edərək ona Rükniddin, yəni «dinin təməli» titulunu verdi. Sultan Toğrul Bağdadı fəth etdikdən Sonra Van gölünün şimalındakı bir neçə qalanı ələ keçirdi və Malazgird yaxınlığında düşərgə saldı. Bununla da bu ərazi Kiçik Asiyanın fəthi üçün istinadgaha çevrildi. 1059-cu ildə Səlcuq dövlətinin sərhədləri Mavəraənnəhrdən Mesopotamiyaya və Hindiquşa qədər böyük bir ərazini əhatə edirdi. Artıq XI əsrin 60-cı illərinin əvvəlində Səlcuq dövləti dövrünün ən qüdrətli imperatorluqlarından birinə çevrilmişdi.

Sultan I Toğrul Bağdad şəhərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmışın qaldırdıqları qiyam Alp Arslanın tərəfindən yatırıldı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlənməsində, yeni ərazilərin fəthində Sultan I Toğrulun çox böyük xidmətləri oldu.

I Məlikşahın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. Konya və Ankara şəhərləri alınması Qara dəniz boğazlarına və Egey dənizinədək olan ərazilərin türklərin əlinə keçməsi demək idi. Suriya zəbt edildi. Urfa şəhəri Bizansdan, Qüds şəhəriFatimiliərdən qoparıldı. I Məlikşahın hakimiyyəti illəri Səlcuq imperatorluğunun çiçəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri görkəmli alim, siyasətçi və dövlət xadimi Xacə Nizamülmülkün böyük rolu oldu. Məlikşah paytaxtı Reydən İsfahana köçürüldü.

Sosial-iqtisadi tədbirlər. Səlcuq imperatorluğunda iqtisadiyyatın inkişafında xeyli müsbət irəliləyişlər baş verldi. İqta torpaq mülkiyyəti forması üstün mövqe tutdu, həm də onun məzmunu dəyişdi. İqtanın qoşun başçılarına xidmət haqqı kimi paylanması genişləndi. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanırdı. Vəzir Nizamülmülkün vaxtında iqtadar öz iqtasında olan vilayətdə dövlətin nqümayəndəsi hesab edilirdi. Mərkəzi hakmiyyətin zəifləməsindən istifadə edən iqta sahibi müstəqilliyini tədricən artırırdı. Məlikşahın dövründə iqta xidmət haqqı kimi geniş yayılmışdı. Azərbaycan, İraq və başqa ölkələrdə səlcuqların işğal etdikləri torpaqlar I Məlikşahın 46 min döyüşçüsünə paylanmışdı.

Səlcuqlar dövündə meydana gələn toprpaq mülkiyyəti formalarından biri də uc torpaqları idi. Bu torpaq sahibliyi imperiyanın ucqar sərhədlərini qorumaq müqabilində sərkərdələrə paylanma nəticəsində yaranmışdı. Uc torpaq sahibliyi mahiyyət etibarilə Böyük Karl tərəfindən Frank imperiyasının sərhədləri boyunca yaradılmış və makqraflıqlar adlandırılşan möhkəmləndirilmiş sərhəd məntəqələri ilə oxşarlıq təşkil edirdi.

Feodalizmin inkişafı nəticəsində əhali arasında da ciddi təbəqələşmə gedirdi. Tədricən asılı kəndlilərin miqdarı artır, onları istismar etmək üçün yeni formalar yaranırdı. Kəndlilərin iqta, vəqf və mülk torpaqlarında istismarının əsas forması icarədarlıq idi. Onların verdiyi başlıca vergi uşradlanırdı. Kəndlilərdən müharibə dövründə əlavə vergilər də alınırdı. Səlcuq hökmdarları ticarətin inkişaf etdirilməsinə və ticarət yollarının qaydaya salınmasıa xüsusi diqqət yetirirdilər. I Məlikşahın hakimiyyəti dövründə ticarət daha çox inkişaf etmişdi. Vahid ölçü, çəki və pul sisteminin yaradılması, karvan yollarının təhlükəsizliyinin təmin edilməsi tədbirləri bu inkişafa təsir edən amillərdən idi. Beynəlxalq ticarətin canlanması üçün I Məlikşah 1087-ci ildə bütöv bölgələrin tacirlərini bəzi ticarətrüsumlarından azad etmək barədə fərman da vermişdi. Şəhərlərin, şəhər sənətkarlığının inkişafı, əmtəə-pul münasibətlərinin kənd təsərüfatına geniş surətdə daxil olması, geniş ticarət şəbəkəsinin mövcudluğu Səlcuq imperator-luğunda ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradırdı.

Səlcuq imperatorluğunun parçalanması. Əmtəə-pul münasibətlərinin başlıca iqtisadi əlaqə formasına çevrilməməsi, natural təsərrüfatın hökm sürməsi Böyük Səlcuq imperatorluğunun əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməməsinin, qüdrətli mərkəzləşdirilmiş dövlətə çevrilməməsinin əsas səbəbi idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrdə işğallar ara verdikdə zəiflədi. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahalları iqta kimi bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Mövcud qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ va idi.

Sultan I Məlikşahın və Nizamülmülkün ölümündən sonra Səlcuq imperatorluğunda mərkəzi hakmiyyətə tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092-1094) və Sultan Börküyarığın (1094-1104) hakimiyyətləri illərində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təhlükəsi ilə üzləşdi. Uzun sürən ara müharibələri və ismaililərin qiyamları dövləti zəiflədirdi. Buna görə də Qərbi Avropa səlibçilərinin qarşısını almaq mümkün olmadı. Onlar Suriyanı keçərək, Qüdsü işğal etdilər. Börküyarıqdan sonra haki-miyyətə II Məlikşah (1104-1105) gəldi. Lakin onun hakimiyyəti çox qısa oldu. Sultan Məhəmməd Təpər (1105-1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmailillərə qarşı mübarizəyə başladı. Mosulu almış Aqadolu Səlcuq sultanıI Qılınc Arslanı məğlub etdi, Suriyadakı səlibçilər üzərinə ordu göndərdi. Məhəmməd Təpər Səlcuq imperatorluğunun bütün ərazisi üzərində öz suverenliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər(118-1157) zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Mavəraənnəhri qaraxanlılardan alsa da, qarakitayların Mavəraənnəhrə hücumunun qarşısını ala bilmədi. 1141-ci ildə Səmərqənd yaxınlığında məğlub oldu və bütün Mavəraənnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlarla nəticələndi. Vergilərin çoxluğundan nrazı olan oğuzlar üsyan qaldırdılar. Səncər onlarla döyüşdə məğlub oldu və əsir düşdü. Səncərdən sonra Böyük Səlcuq imperatorluğu dağıldı. Onun ərazisində Kirman, Konya, Suriya sultanlıqları, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.

Səlcuq imperatorluğunun mövcudluğunun əhəmiyyəti: Səlcuq imperatorluğunun yaradılması oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi oldu. Bu dövlətin yaradılması ilə İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi. Eyni zamanda Anadolu və ona qonşu ölkələr türk yurduna çevrildi. Səlcuq axanlırı ilə bağlı olaraq, oğuz-türk tayfaları bütün Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik və siyasi amilə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı tarixində mühüm rol oynadı. Oğuz türkləri X əsrin əvvəllərindən etibarən İslam dünyasının zəifləməsindən istifadə edərək, Cənubi Qafşazda türk-İslam dünyasının yeganə istehkamı olan Azərbaycana qarşı Bizansın hazırladığı məkrli planı puça çıxardılar. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı. Səlcuq imperatorluğu dövründə türk xalqları yenidən öz əvvəlki qüdərətlərini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsi olan türklük mərhələsi başlanmışdı.

Utilər


Vikipediya, açıq ensiklopediya
Utilər
Azərbaycan ərazisində tayfalar (e.ə. VI-IV əsrlər).jpg
Eramızdan əvvəl VI-IV əsrlər Azərbaycan xəritəsində utilərin yaşadığı ərzilər
Ümumi sayı
 ?
Yaşadığı ərazilər
Azərbaycan
Dili
Türk dili
Dini
PoliteizmZərdüştilik
Qohum xalqlar
Qafqaz albanlarıQarqarlarSisaklarAtropatenlilər

Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri.

İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş[1], digər tədqiqatçılar – S.T.Yeremyan[2], Z.İ.Yampolski [3], Z.M.Bünyadov [4], Q.A.Klimov[5], A.Q.Şanidze[6], İ.H.Əliyev[7], V.L.Qukasyan[8], F.Məmmədova[9] onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bu günkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır[10] [11]Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir[12] və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir.

1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış,[13] gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir[14].

Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda[15]Bərdə zonasında[16]Girdimanın Xalxal şəhəri (indiki QazaxAğstafa rayonunları ərazisində) zonasında [17] vəAzərbaycanın şimal – qərbində[18]Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi[19]İqrar Əliyev belə də yazmışdır: “Utilər Albaniyada aparıcı tayfa idilər”. Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: “Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi.” Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərə qeyd edir ki, bu belə deyil[20].

İş burasındadır ki, uti adını daşıyanlar Albaniyadan kənarda da məlumdur.

  • Midiyada, sonra da Atropatenada. Yuxarıda deyildiyi kimi, ilk dəfə Herodot (er. əv. V əsr) Midiyada iki əyalətdə utilərin yaşadığını qeyd etmişdir[21]. Sonra I əsr müəllifi Strabon AtropatenadaXəzərin cənub – qərbində Midiya dağlarında albanların bir hissəsi, kaduslar (indikitalışların əcdadları), kellər (indiki giləklərin əcdadları) və amardlarla yanaşı Uti adlı əyalətdə utilərin yaşadığını yazmışdır[22]. Ona görə bir sıra tədqiqatçıların (M. Markvart, N. Q. Adons) ardınca İqrar Əliyev yazmışdır ki, həmin utilər eramızın əvvəllərində şimala keçmiş və Albaniyada yerləşmişlər[23]. Alban tarixçisi Moisey Kalankatlı da utilərin Albaniyaya gəlmə olduğunu yazmışdır[24]. Beləliklə aydın olur ki, Albaniyada utilər eranın əvvəllərində gəlmə hesab olunur, başqa sözlə, ondan əvvəl Albaniyada utilər yaşamırdı. Buradan da utilərin konkret mənada, albanlar olması fikrinin puçluğu üzə çıxır: alban adını daşıyanlar Albaniyada er. əv. IV əsrdən məlumdursa, utilər Albaniyaya – alban tayfasının adı ilə adlanan ölkəyə çox sonra gəlmədirsə, onda alban və uti ayrı-ayrı etnoslardır. Bundan başqa nəticə də çıxır: utilər Albaniyada aparıcı tayfa ola bilməzdi, çünki hələ er. əvvəl IV -III əsrlərdən Alban dövləti mövcud idi[25]. Alban çarı Roma ordusunun başçısıQney Pompeylə er. əv. 66 – 65-ci illərdə qanlı döyüşlər keçirmişdi.
  • Er. əv. VIII-VII əsrlərə aid Urartu yazılarında indiki Göyçə gölünün hövzələrində Etiuni adlı ölkənin adı çəkilir. Bu adın ―uni hissəsi urartu dilində yer adlarına əlavə olunan şəkilçidir. V əsr erməni mənbələrində bu ölkə Uti adlanır[26]. Deməli, Urartu mənbələrindəki Eti (uni) əslində Uti adının urartuca yazılış formasıdır. Bu əyalət tarixən Albaniyaya mənsub olmuş[27], sonralar ermənilərə keçmişdir. Qeyd edək ki, Midiya – Atropatenada yaşayan utiləri Qafqazdilli sayırlar və kutilərlə bağlayırlar. Lakin Urartu mənbələrində qeyd edilən Etiuni – Uti haqqında nədənsə bir söz deyilmir.
  • Antik müəlliflər albanlardan şimalda, yəni Şimali Qafqazda uti, udi adlı bir etnosun yaşadığını göstərirlər. I əsr müəllifi Pliniy yazır ki, albanlardan şimalda skiflərdən olan Udin adlı tayfa yaşayır[28](skif adı altında qədim türklərin nəzərdə tutulur [29][30]. Həmin müəllif sonra yazır ki, udinlərdən şimalda isə Utidors adlı tayfa məskundur[31]. Utidors etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdir[32]. Bu fikri inkişaf etdirən K. V. Trever oldu[33]. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdur[34]. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Plininin utidors kimi yazdığı etnonim “utidur”- dan başqa bir şey deyil: Pliniy ―u səsini ―o kimi vermiş, sonra da adın sonuna ―s adlıq hal şəkilçisini əlavə etmişdir. Utidur etnoniminin ikinci hissəsi olan “dur” sözü oğuz tayfalarından bayandur, çavundur, hundur və b. adlar üçün səciyyəvidir. Deməli, Utidur türk mənşəli tayfa idi. Antik müəllifin onu – skif tayfası adlandırması da bu fikri təsdiqləyir. II əsr müəllifi Ptolemey Şimali Qafqazda udi adlı tayfanın yaşadığını yazmışdır[35]. Sonra eramızın IV – V əsrlərində Bizans müəllifləri Şimali Qafqaz çöllərində hunların bir tayfasının utiqur adlandığını göstərirlər[36]. Utiqur etnoniminin “qur” komponenti bəzi türk tayfalarının (uyğur, sarıqur, kuturqur, oğuz tayfalarından yazqur, salqur və b.) adları üçün səciyyəvidir[37]. V. V. Bartolda görə monqolca qur ―xalq mənasındadır[38]. Utiqurların türk tayfası olduğunu təsdiqləyən başqa faktlar da vardır: Rəşidəddin (XV əsr) monqolların içərisində udiut (udi və türk-monqol dillərində cəm bildirən-ut şəkilçisindən) tayfasının adını çəkir[39]Altay dillərinə mənsub udmurtların adında da “udi” komponenti nəzərə çarpır. Elə buna görə də Albaniyada indiki Dağıstandilli udinlərin uqrofin mənşəli gəlmələr olması fikri də mövcuddur[40]. XVII əsrdə Sibirdə yaşayan bir türk ulusu Udin adlanırdı. Həmin tayfanın adı ilə bağlı şəhər indi Нижне-Удинск adlanır[41]. XVIII əsrdə Azərbaycandayaşayan Şahsevən türk tayfa birləşməsinin bir qolu Udulu adlanırdı və s.

Müəyyən olunmuşdur ki, VII əsr erməni coğrafiyası adlı mənbədə Artsakdakı Uti əyalətinin mahal adlarının (Aranrot, Tiri, Rot-Pasian, Aluyen, Tuçkatak, Qardman və Şakaşen) hamısı türkmənşəlidir[42]. Beləliklə, AlbaniyadaAtropatenadaErmənistanda və Şimali Qafqazda yaşamış Uti, Udi, Udin adlı tayfalardan şimalda yaşayanlarının türk olmasına şübhə qalmır[43]. Onda belə çıxır ki, Azərbaycanda indiki Dağıstandilli udinlərin ulu əcdadları ya cənubda – Midiyadan (Atropatenadan), ya da indiki Ermənistan ərazisindən – Urartu mənbələrində er. əv. 764-cü ildə qeyd edilən Etiunidən gəlmə ola bilər. L. M. Meliksetbekov Azərbaycanda Dağıstandilli udinlərin mənşəyi məsələsinə xüsusi məqalə həsr etmiş və onların məhz Ermənistanda Etiunidən gəldiklərini yazmışdır[44].

Məlumdur ki, Etiunidə bir yaşayış məntəqəsi VIII əsr erməni coğrafiyasında Niq (Ermənistanda indiki Abaran rayonu) adlanır[45]udinlərin indi yaşadıqları kəndin adı da Nicdir, deməli udinlər Nic adını özləri ilə gətirmişlər. Bu fikri əvvəllər N. Y. Marr və İ. İ. Meşşaninov söyləmişlər[46][47]. Q. A. Melikişvili albanlarda udin tayfasını (sözsüz ki, o Dağıstandilli udinləri nəzərdə tutur) Etiuni ilə əlaqələndirmişdir[48]. Türk tarixçisi F. Kırzıoğlu da udinlərin Albaniyaya gəlişini Urartu çarlarının Etiuniyə (Utiyə) dağıdıcı hərbi səfərləri ilə bağlamışdır[49]. II əsr müəllifi Ptolemey Albaniyada Kürün sol sahilində bir məntəqəni Niqa (sondakı ―a yunan dilində əlavə olunma hal şəkilçisidir) adlandırır və bu, şübhəsiz ki, elə Nicdir. Deməli indiki udinlərin Etiunidən Albaniyaya gəlməsi II əsrdən əvvəl baş vermişdir.

Yuxarıda deyilənlərdən iki nəticəyə gəlmək olar: birincisi, Albaniyanın Uti adlanan mahallarında əhalinin hamısı Dağıstandilli utilər (udilər) deyildilər, burada türk utilər də məskun idilər. Lakin Albaniyada göstərilən Uti mahallarından hansılarında türkmənşəli utilər, hansılarında Dağıstandilli udinlər yaşayırdı sualına mənbələrin yoxluğu üzündən cavab vermək olmur. Burası şəksizdir ki,Bərdə bölgəsində və Arazbardakı Uti mahallarında yaşayanlar türk utilər idilər. M. Barxudaryan keçən əsrdə yazırdı ki, Tərtərin sağ sahilində yaşayan Seysulan kəndində əhalinin dili türk dilidir, amma özlərini udin sayırlar[50]. İkincisi, Midiya və Atropatenadakı utilər Dağıstandillilər deyildilər[51]Herodot Midiyada utilərdən danışdıqda onların bir hassəsinin İranın başqa bir əyalətində yaşadığını yazır[52]R. Fray isə həmin utiləri Orta Asiyada lokalizə edir (Фрай Р. Наследие Ирана. М., 1972., səh 79). Aydındır ki,Orta Asiyada Dağıstandilli tayfa yaşaya bilməzdi, bu utilər türklər idi. Deyilənlərdən görünür ki, əgər Midiyadakı utilər kutilərin sonrakı nəsilləridirsə, onda nə kutiləri, nə də utiləri Qafqazdilli etnoslar saymaq olmaz və bu barədə deyilənlər yanlış fikirlərdir[53]. Lakin utilərin qədim kutilərlə eyniliyi məsələsini həll olunmuş məsələ saymaq olmaz[54]. Ehtimal ki, kuti və uti müstəqil türkmənşəli etnoslardır[55]Midiyada, Şimali Qafqazda və Albaniyanın Utimahallarının bəzilərində yaşayan utilər türkmənşəli olmuşdur. Əhməd Zəki Validi Toğana görə, Arrandakı türk utilər er. əv. VII əsrdə türk sakların içərisində gəlmişlər [56]Alban tarixində udin problemi tarixçiləri çaşdırmışdır. Ona görə də eranın əvvəllərində Şimali Qafqazda türk udin, uti tayfalarının Albaniyada indiki Dağıstandilli udinlərlə eyniləşdirilməsi nəticəsində belə nəticəyə gəlmişlər ki, Albaniya Dağıstanı da və hətta Şimali Qafqazı da əhatə etmişdir[57]. Lakin Azərbaycanın müstəqillik əldə etməsindən sonra aparılan kompleks araşdırmalar və mənbələrin qarşılıqlı müqayisəsi bu fikirlərin tamamilə əsassız olduğunu sübuta yetirmişdir.

[redaktə]Qaynaq

  1.  Пегрцшевский И. П. Государства Азербайджана в XV веке. “Швестия Аз ФАН ССР, № 7, 1949, səh. 77
  2.  Еремян С. Т. Раннефеодальные государства Закавказья в III— VII вв. “Очерки истории СССР”. М., 1958, səh 304
  3.  Ямпольский 3. И. К изучению летописи Кавказской Албаний Изв. АН Азерб. ССР, серия общ. наук. 1957, № 9 ,səh 83
  4.  Буниятов 3. М. Азербайджан в VII—IX вв. Баку, 1965, səh 178
  5.  Климов Г. А. Кавказские языки, М., 1960 , səh 96
  6.  Шанидзе А. Г. Язык и письмо кавказских албанцев. М., 1960 , səh 8
  7.  Алиев К- Г. Этюды о населении древнего Азербайджана. “К проб-леме этногенеза Азербайджанского народа”. Баку, 1984
  8.  Гукасян В. Л. Удинско-русско-азербайджанский словарь. Баку, 1974
  9.  Мамедова Фарида. Политическая история и историческая география Албании. Баку, 1985
  10.  Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
  11.  Q. Qeybulayev – Qarabağın etnik tarixi, Bakı, 1993
  12.  Strabon. XI, 8, 8
  13.  Еремян С. Т. Раннефеодальные государства Закавказья в III— VII вв. “Очерки истории СССР”. М., 1958 , səh 327
  14.  Шанидзе А. Г. Язык и письмо кавказских албанцев. М., 1960. , 8
  15.  Moisey Kalankatlı – Alban ölkəsinin tarixi, I kitab,23-cü fəsil
  16.  Moisey Kalankatlı – Alban ölkəsinin tarixi , I kitab, 24-cü fəsil
  17.  Moisey Kalankatlı – Alban ölkəsinin tarixi , I kitab, 27-ci fəsil
  18.  Moisey Kalankatlı – Alban ölkəsinin tarixi , II kitab, 23-cü fəsil
  19.  Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
  20.  Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
  21.  Herodot, III, 93; VIII, 68
  22.  Strabon, XI, 8, 18
  23.  Алиев И. Г. История Мидии. Баку, 1960 , səh 65
  24.  Moisey Kalankatlı – Alban ölkəsinin tarixi, I kitab, 4-cü fəsil
  25.  Бабаев И. А. К вопросу о возникновении государства Албании (Кавказской). Изв. АН Азерб. ССР, серия истории, философии и права, 1976, №4, Бабаев И. А. Города Кавказской Албании. Баку, 1991
  26.  История Армении Моисея Хоренского. Пер. Н. Эмина. М., 1893, II kitab, 44-cü fəsil
  27.  История Армении Моисея Хоренского. Пер. Н. Эмина. М., 1893 ,I kitab,8-ci fəsil
  28.  Pliniy, VI, 38
  29.  Zaur Həsənov – Çar Skifləri, Bakı, 2001
  30.  Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1991
  31.  Pliniy, VI,39
  32.  Короглы X. Г. Взаимосвязи эпоха народов Средней Азии, Ирана Азербайджана. М., 1983.
  33.  Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. М. — Л., 1959 , səh 174-175
  34.  Крупное Е. И. Каякентекий _ ШгИльник — памятник древней лбашш. Труды ГИМ, вып. XI, М., 1940
  35.  Ptolemey, V, 8, 16
  36.  Джафаров Ю. Р. Гунны и Азербайджан. Баку, 1993 , səh 30
  37.  Джафаров Ю. Р. Гунны и Азербайджан. Баку, 1993
  38.  Баскаков Н. А. Введение в изучение тюркских языков. М., 1969. Səh 269
  39.  Рашид ад-Дин. Джами ат-Таварих, Баку, 1956
  40.  Климов Г. А. Кавказские языки, М., 1960.
  41.  Кузеев Р. Г. Происхождение башкирского народа. М., 1974
  42.  Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
  43.  Q. Qeybullayev – Azərbaycan türklərini təşəkkülü tarixindən, Bakı, 1994
  44.  Меликсетбеков Л. М. К истории удин. Труды Тбилисского го-сударственного университета, 1942, т. XXIII
  45.  Армянская география VII века по Р. X. СПб., 1877
  46.  Марр Н. Я. Избранные работы. Том IV, М, —Л., 1937; том V, VI. — Л., 1935, səh 81
  47.  Меишанинов М. Халдоведение яфетический сборник. VII, Баку, 1932 , səh 97
  48.  Меликишвили Г. А. Урартские клинообразные надписи. М., 1956 , səh 3
  49.  Kirzioğlu M. Fahrettin. Kars tarihi. I cilt. İstanbul, 1953
  50.  Бархударян М. Арцах. Пер. с древнеармянского Яргуляна. НА Ин-та Истории АН Азерб. ССР, инв. № 1662, səh 45
  51.  Q.Qeybullayev – Azərbaycan türklərini təşəkülü tarixindən, Bakı, 1994
  52.  Herodot, III,93
  53.  Q. Qeybullayev – Azərbaycan türklərnin təşəkkülü tarixindən, Bakı, 1994
  54.  Q. Qeybullayev – Azərbaycan türklərnin təşəkkülü tarixindən, Bakı, 1994
  55.  Q. Qeybullayev – Azərbaycan türklərnin təşəkkülü tarixindən, Bakı, 1994
  56.  Ahmed Zeki Validi Togan. Ümumi Türki tarihine giriş. c 1, İstanbul,1946, səh 162)
  57.  Kрупное Е. И. Каякентекий _ ШгИльник — памятник древней лбашш. Труды ГИМ, вып. XI, М., 1940

Türk xalqları


Vikipediya, açıq ensiklopediya

XXI əsrin əvvəllərində türk xalqlarının yaşadıqları ərazilər

Türk xalqları — Avroasiya ərazisində yaşayan, Türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Dünyada türk xalqlarının sayı 167.109 milyondan çoxdur .[1] “Türk” sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir.

Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Dədə Qorqud“, “Oğuz Xaqan“, “Koroğlu“, “Manas“), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi AsiyaUral dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.

Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:

  1. Oğuz – Anadolu və Azərbaycan türkləriqaqauzlartürkmənlərahıska türklərikrım tatarları,
  2. Uyğur – özbəklərhəzaralar , salarlaruyğurlartuvalılarşorlarkomasin-tobollarbaraba tatarlarıçulm tatarları və sairə)
  3. Qıpçaq – qazaxlarqaraqalpaqlarqumıqlarqırğızlaraltaylarnoqaylar)
  4. Bulqar – tatarlarbaşqırdlarqaraçaylarkaraimlər.

Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).

Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada ƏfqanıstanİranİraqSuriyaAvropada BolqarıstanRumıniyaYunanıstanUkraynaMoldovaGürcüstanRusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.

Tarixi türk xalqları və tayfaları :

Türk xalqları :