AMİ Zaqatala filialı


AMİ Zaqatala filialı

AMİ Zaqatala filialı

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı  ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır.

Filialın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunvericiliyinə, Təhsil qanununa, Baza İnstitutunun Nizamnamə və Əsasnaməsinə əsaslanır.

2000-2001- ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazinsinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır.

2006 –cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərir. Birinci tədris ilindən İbtidai təhsilin pedaqogikası və metodikası 2000-2001-ci tədris ilindən Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, 2002-2003-cü tədris ilindən Riyaziyyat-fizika, 2003-2004- cü tədris ilindən Azərbaycan dili və ədəbiyyat və Tarix, 2006-2007-ci tədris ilindən isə Tarix-coğrafiya ixtisasları əlavə olaraq ayrılmışdır. Hazırda fakültədə Məktəbəqədər təhsilin pedaqogikası və metodikası, İbtidai təhsilin pedaqogikası və metodikası, Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat – fizika, Tarix, Tarix-coğrafiya ixtisasları üzrə ilkin müəllim hazırlığı aparılır.

SAMURAY12328 noyabr 2006-cı il tarixli 02/68 nömrəli əmr ilə filialda Direktoryanı Şura yaradılmışdır. Hal-hazırda Şuranın tərkibi 13 nəfərdən ibarətdir.

Zaqatala filialında 01 avqust 2003-cü il tarixdən 2 kafedra- Hümanitar fənlər və onların tədrisi metodikası və Təbiət fənlər və onların tədrisi metodikası kafedraları fəaliyyət göstərir.

AMİ-nin Zaqatala filialında 3 kabinet fəaliyyət göstərir:

  1. Əlavə təhsil kabineti
  2. Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti
  3. Kredit sistemi kabineti

Filialda yenidənhazırlanma və ixtisasartırma təhsilinin təşkili ilə bağlı əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edir.

Təhsil Nazirliyinin 26.04.2002 tarixli 23 saylı əmrinə əsasən filial və əhatə etdiyi RTŞ-ləri arasında dayaq məntəqələri şəbəkəsi yaradılmışdır.

AMİ-nin Zaqatala filialında 03 mart 2008- ci il tarixdən etibarən Kredit sistemi kabineti fəaliyyət göstərir.

About these ads

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s