İctimai-siyasi hüquqlar (azadlıqlar)


Sərbəst toplaşmaq azadlığı: Xarakterinə və təbiətinə görə sərbəst toplanmaq azadlığı ictimai-siyasi hüquqlar sırasına aiddir. Ona görə ki, sərbəst toplaşmaq siyasi məzmunlu tələblərin bildirilməsi ilə bağlıdır. Digər tərəfdən bu hüquqdan siyasi qüvvələr bir-birinə qarşılıqlı təsir göstərmək məqsədilə istifadə edirlər.
Yığıncaq dedikdə, şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin məsələyə dair qərar qəbul etmək məqsədilə keçirdiyi toplantı başa düşülür. Mitinq keçirilən elə bir kütləvi tədbirdir ki, bu tədbirin vasitəsiulə toplaşmış şəxslər ümuimi fikirlərini ifadə edir, ümumi çağırışlar edir və ya tələblər irəli sürürlər. Nümayiş dedikdə, bir qrup şəxsin ictimai və dövlət həyatı ilə baölı məsələlərə dair öz fikirlərini bildirməsi başa düşülür.
Məlumat azadlığı: İnformasiya (məlumat) azadlığı dedikdə, şəxsin istədiyi informasiyanı (məlumatı) qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququ başa düşülür.
Məqsədinə (təyinatına) görə, informasiya iki cür olur: kütləvi informasiya; qeyri-kütləvi informasiya. Geniş əhali kütləsi üçün nəzərdə tutulan informasiya kütləvi informasiya adlanır.
Qeyri-kütləvi informasiya isə geniş əhali kütləsi və hamı üçün nəzərdə tutlmayan informasiyadır. Bu növ informasiya müəyyən qrup şəxsin, şəxsin və dövlətin istifadəsi üçün əldə edilir. Konstitusiyada qeyri-kütləvi informasiyanın yox, kütləvi informasiyanın azadlığına təminat verir.
Dövlətin idarə olunmasında iştirak etmək hüququ: Dövlətin idarə olunmasında iştirak etmək hüququ əsas ictimai-siyasi hüquqlardan biridir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin hüquq Azərbaycan Respublikası vətəndaşlarına öz dövlətinin idarə olunmasında iştirak etmək imkanı verir.
Bilavasitə yolun mahiyyəti vətəndaşların referendumda (ümumxalq səsvermədə) iştirak etməsindən ibarətdir. Bu yolla vətəndaşlar dövlət və ictimai həyatın ən vacib məsələlərini həll etmək üçün səsvermədə iştirak edirlər.
Dövlət qulluğuna girmək yolunun mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar dövlət orqanlarında xidmət (qulluq) etməklə dövlətin idarə olunmasında iştirak edirlər. Həmin vətəndaşlar dövlət qulluqçuları adlanır.
Süçki hüququ: Referendumda (ümumxalq səsverməsində) iştirak etməklə vətəndaşlar dövlət və ictimai həyatın ən mühüm və vacib məsələləri barəsində öz iradələrini bildirirlər. Bununla onlar seçki hüququnu həyata keçirirlər. Referendumda iştirak etmək sözün həqiqi mənasında seçki hüququnu həyata keçirmək deməkdir.
Vətəndaşların süçmək imkanına aktiv seçki hüququ deyilir. Rederendumda iştirak etmək aktiv süçki hüququna aiddir. Azərbaycan Respublikasının vətəndaşları yalnız 18 yaş həddinə çatdıqda aktiv süçki hüququna malik olurlar.
Vətəndaşların seçilmək hüququ dedikdə, onların nümayəndəli orqanlara (həm nümayəndəli dövlət orqanlarına, həm nümayəndəli yerli özünüidarə orqanına), habelə seçkili vəzifəyə seçilmək hüququ başa düşülür. Söhbət vətəndaşların Milli Məclisə deputat, prezident, bələdiyyə üzvü süçilmək hüququndan gedir.
Vətəndaşların seçilmək imkanına passiv seçki hüququ deyilir. Vətəndaşların Milli Məclisə deputat süçolmələri üçün onların 25 yaşa, prezident seçilmələriu üçün 35 yaşa, bələdiyyə üzvü süçilmələri üçün 21 yaşa çatmaları tələb olunur.
Vətəndaşlar seçkilərdə ümumi, bərabər və birbaşa süçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.
Ümumi süçki hüququ dedikdə, 18 yaşa çatmış və seçki hüququ məhdudlaşdırılmamış vətəndaşların irqindən, milliyyətindən, dinindən və s. asılı olmayaraq səs vermək imkanı başa düşülür.
Bərabər seçki hüququ onu ifadə edir ki, səsvermə zamanı hər bir vətəndaş yalnız bir səsə malik olur və bu səsin başqalarının səsi ilə eyni (bərabər) hüquqi qüvvəsi vardır. Kiminsə səsinə üstünlük verilmir.
Birbaşa süçki hüququ o deməkdir ki, hər bir vətəndaşın yalnız bir namizədə (özü də birbaşa) səs verməyə ixtiyarı çatır. Eyni vaxtda iki və daha çox namizədə səs verilməsi qadağandır.
Sərbəst seçki hüququ onu ifadə edir ki, vətəndaşlar seçkilərdə azad və heç kəsdən asılı olmadan öz iradəsini ifadə edə bilərlər. Seçkilərdə iştirak edib-etməməsi, hansı namizədə səs verib-verməməsi məsələsini vətəndaşın özü həll edir.
Gizli səsvermə onu ifadə edir ki, seçkilər keçirilərkən, səsvermə gizli olur və səsvermə prosesinə kənar şəxslərin meüdaxilə etməsinə yol verilmir.
Şəxsi səsvermə dedikdə, vətəndaşın şəxsən özünün səsverməsi başa düşülür. Vətəndaşın başqa şəxsin əvəzinə səsverməsinə yol verilmir.

About these ads

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s