Düzənlik landşafları


Azərbaycanın düzənlik ərazilərində landşaflar həm yüksəkliyə görə həm də üfüqi istiqamətdə dəyişilir.
Yarimsəhra landşaftı Kür-Araz ovalığında, Abşeron yarımadasında, Samur- Dəvəçi ovalığında, Arazboyu düzənliklərdə geniş sahə tutur. Bu ərazilər mülayim qışı, isti və quraq yayı ilə fərqlənir. Yarımsəhralar üçün boz, boz-çəmən müxtəlif şoran torpaqlar səciyyəvidir. Bu torpaqlar üzərində yovşan, kəngiz, şoran bitkiləri efermerlər inkişaf edir. Bitkilər torpaq səthinin 30-40% -ində örtük əmələ gətirir. Yarimsəhra landşaflarında suvarma ilə pambıqçılıq taxılçılıq subtropik meyvəçiliyi inkişaf etdirilir. Bu ərazilərindən qış otlağı kimi də istifadə olunur.
Quru çöllər landşaftı Kiçik və Böyük Qafqaz dağlarının ətəyində yerləşən allüvial –prolüvial düzənliklərində inkişaf edir. Burada qəhvəyi açıq şabalıdı torpaqlar üzərində müxtəlif otlar xırda kollar inkişaf edir, ağot, şiyavotu, topalotu, yovşan və efemerlər bitki örtüyünün əsasını təşkil edir. Əksər sahələrdə bitki ilə torpaq səthinin 70-80%-ni örtür. Lakin kəskin pozulmuş dağətəyi çöllərde sılpaq, yuyulmuş sahələr az deyil. Quru çöllər taxılçılıq, bağçılıq üzümçülük üçün istifadə edilir.
İntrazonal landşaflar. Qanıx- Əyriçay vadisində Lənkəran ovalığında, Şollar düzündə, Kürboyu zonada aran meşələri çəmənlər bataqlıqlar xeylis ahə tutur. Qeyd edilən landşafların yaranması ilk növbədə qrunt sularının səthə yaxınlığı daşqın və çaylardan süzülən sularla bağlıdır. Vaxtı ilə Kür çayının hər iki sahili Xəzər dənizinə gedən tuğay meşələri ilə örtülü idi. Mingəşevir su anbarı yaradıldıqdan sonra Kür çayının rejiminin dəyişməsi tuğay meşələrinin sahəsinin azalmağına səbəb olmuşdur. Tuğay meşələri Şollar düzündə, Qanıx- Əyriçay vadisində Kür boyunca qrunt sularının səthə çox yaxın yerləşməsi nəticəsində yaranmışdır.
Müasir landşaftın yaranması
Respublikanın landçaftı uzun geoloji inkişaf yolu keçmişdir. İqlimin dıyişməsi, Böyük və kiçik Qafqaz dağlarının yüksəkliklərinin artması qədim landşaftının tədricən müasir landşaftla əvəz olması ilə nəticələnmişdir.
Eladar oyuğundakı Eladr çam meşəliyi, Lənkəran ovalığinın və alçaqdağlığın dəmirağac, şabalıd yarpaq, palıd, azat, şümşad və s. Ağaclardan ibarət meşələri qədim landşaftların şahidləridir.
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Quruşay dərəsindəki azıx mağarasında 2,5 milyon il əvvəldən yurdumuzun ilk sakinləri yaşamağa başlamışlar. İlk insanlar yalnız landşaftın hazır məhsullarından istifadə edirdilər. Cəmiyyət inkişaf etdikcə insanların landşafta təsir dairəsi genişlənmişdir. Respublikamızın ərazisində Enolit dövrünə aid 60-dan çox yaşayış məskəni müəyyən edilmişdir. Qədim insanlar mis, tunc dəmir alətləri təkmilləşdirdikcə onların landşafta təsir dairələri artmışdır. Əkinçilik məqsədi ilə düzən meşələri qırılmış yandırılmışdır. Eramızdan əvvəl ||| – || minilliklərdə əkinçiliklə suvarma tətbiq olunmağa başlamış üzümçülük inkişaf etmişdir.
Vaxt keçdikcə əhalinin sayı artmış yaçayış məntəqələri sıxlaşmış əkinçilik və maldralıq inkişaf etdikcə təbii landşafta təzyiq güclənmişdir.
Alimlərimizin apardıği tədqiqatlar göstərir ki vaxtı ilə Böyük və kiçik Qafqaz dağlarının yamacları Qanıx-Əyriçay vadisi, Lənkəran ovalığı Gəncə-Qazax düzənliyi Qarabağ düzünün əksər hissəsi, Kürçayı boyu ərazilər Qusar maili düzənliyi meşələrlə örtülü olmuşdur.İnsanların təsərrüfat fəaliyyəti nəticəsində həmin meşələrin xeyli hissısi qırılmış, əkin və bağlara çevrilmişdir.
Antropogen landşaftlar (Maili düzən) təbii konplekslərlə sıx bağlıdır. Təbii konplekslər şaquli qurşaqlıq üzrə paylandığına görə antropogen landşaftlar onlara müvafiq gəlir. Təbii landşaftların 60%-ə qədəri antropogen komplekslərlə əvəz olunmuşdur.
Son 50-60-cı (illərdə) ildə Kür-Araz ovalığında geniş sahə tutan bataqlıqlar qurudularaq əkin sahələrinə çevrilmişdir. Yarım səhraların şoran və şoranək torpaqları yuyularaq kənd təsərrüfatı üçün yararlı hala salınmışdır. Respublikamızın 1,3 milyon hektardan artıq suvarılan ərazilərinin təbii landşaft kanallarla kollektorlarla kəskin parçalanaraq əsaslı dəyişilmişdir. Bu sahədə təbii landşaftlar çox kiçik sahələrdə qalmışdır.

About these ads

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s